Sual (71) :
Bir kəndin içməli suyu yoxdur. Su qazma idarəsi bir yerdə dərin bir quyu qazmışdır. Sonradan məlum olub ki, o yerdə məscid olub və zəlzələ nəticəsində dağılıb, aradan gedib. İndi məscidin yerindən istifadə olunmur, quyudan istifadə etmək caizdirmi?
Caiz olan halda onu qorumaq üçün ətrafını hasara almaq olarmı?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sudan istifadə etmək caizdir. Yerdə və quyuda boru və su motorları birləşdirmək üçün şəriət hakiminə müraciət olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Keçmiş vaxtlarda məscid və Hüseyniyyəni mədrəsə ediblər. Bu iş caizdirmi?
Ad: Fariz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Fariz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Keçmiş vəziyyətinə qaytarmaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Şəhərlərin bəzisində böyük salonların olmamasına görə tələbələrin imtahanlarını məsciddə təşkil edirlər. Diqqət etmək lazımdır ki, iştirak edənlərin əksəriyyəti qızlardır, onlardan da bəziləri aylıq-adət halında olurlar. Həmin imtahanlarda iştirak etmək məcburidir, imtahanda iştirak etməsələr onların bir illik zəhməti zay olacaqdır. Lütfən buyurun:
Məscidi qızların imtahanları üçün təşkil etmək düzgündürmü? Məsciddə təşkil olunan surətdə aylıq adəti olan qızlar orada iştirak edə bilərlərmi?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) Qızların imtahanlarını təşkil edənlərə bu cəhətə riayət etmələri lazımdır. İmtahanları məsciddə yox, ən azı Hüseyniyyələrdə təşkil etsinlər.
2) Yuxarıda qeyd olunan halda, zərurət varsa məscidin içərisinə girməyin heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər şəri üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Əhli-kitabdan olan dost-tanışların əzadarlıq məclislərində iştirakı üçün məscidə daxil olması caizdirmi?
Ad: Dadas, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Dadas, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər məscidə hörmətsizlik gətirməzsə onların qabağını almaq vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Bir müsəlman və xristian arasında şərikli torpaq mövcuddur, onların ikisinin razılığı ilə həmin yer məscidə verilmişdir. Qeyd olunan xristian müsəlmanların məclislərində iştirak edir, hətta atasının əza məclisini məsciddə tutmuşdur. Şəri nöqteyi-nəzərdən bu düzgündürmü və məscidə hörmətsizlik deyilmi?
Ad: Dilaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Dilaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Erməni və qeyri-müsəlmanın əza məclisini məsciddə tutmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Aylı gecələrdə sübh azanından sonra sübh işığı ay işığına qalib gələn vaxta kimi sübh namazını təxirə salmaq olarmı?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bizim nəzərimizə görə sübh namazının vaxtı dan yeri sökülən zamandır, istər dan yerinin sökülməsi görünsün, ya görünməsin və aylı gecəylə qaranlıq gecə arasında bu cəhətdən bir fərq yoxdur. Əlbəttə, dan yerinin sökülməsinə yəqinlik olmalıdır. Şübhə ilə sübh namazına başlamaq olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Zöhr və əsr namazlarının vaxtı qüruba qədərdir, ya məğrib azanına qədər?
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məğrib azanına qədər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsi caizdirmi?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsinin maneəsi yoxdur. Amma əl çalmaq ehtimalı olan halda qadağan edin. Çünki, bu cür müqəddəs məkanlarda əl çalmaq onların şəninə (yəni məscid və hüseyniyyələrə) hörmətsizlik gətirər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Bir məsciddə mədəni fəaliyyətlər və idman məşqləri yerinə yetirilir. Onun zirzəmisində kitabxana və dini kaset yerləri təsis olunub, vəqfə və ona vəqf olunmuşlara heç bir maneçiliyi yoxdur. Namazdan ayrı vaxtlarda qeyd olunmuş fəaliyyətlər, o cümlədən idman onun zirzəmisində yerinə yetirilir. Bu işlər haqqında öz mübarək rəyinizi bildirəsiniz.
Ad: Elsen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elsen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidə ehtiramsızlıq və hörmətsizlik olmayan surətdə heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.