Sual (61) : Zəlzələ nəticəsində bir məscid dağılıb. Məscid əhli ondan iki kilometr aralıqda yeni bir məscid tikib ora köçüblər. Birinci məscidin təmiri üçün nəzərdə tutulan vəqflər vardır. Onlardan başqa məsciddə istifadə etmək olarmı?
Ad: elmar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Dağılmış məscidi təmir etmək lazımdır. Bəzi münasib vaxtlarda o məsciddə əzadarlıq və camaatın toplanması üçün məclislər qurmaq lazımdır ki, məscidə gediş-gəliş olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Mədrəsə, məscid və ya hüseyniyyə tikildiyi zaman yerin altından bir meyyitin sümükləri tapılıb. Sümüklərin tapılması həmin yerdə köhnə qəbristanlıq olmasına sübutdurmu?
Ad: Ehmedaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir sümüyün tapılması o yerin qəbristanlıq olmasına sübut deyil. Deyilən halda sümüyü torpağın altında və ya başqa yerdə basdırın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Məscidi tikərkən bir neçə metr icra hakimiyyətinin qərarı ilə yola düşür, bu iş caizdirmi?
Ad: Qefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər bir zərurət olmasa caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Məscid və Hüseyniyyəni bir-birinin kənarında tikiblər. Məscidin binasını təzələyəndə Hüseyniyyənin bir otağını məscidə qatıblar. Bu iş şərən caizdirmi? Bu otaq məscidin bir hissəsi hesab olunurmu, məscid hökmü varmı?
Ad: Qadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hüseyniyyəni məscidə qatmağın eybi var, məscidin bir hissəsi hesab olunmur və məscid hökmü də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Came məscidin yüz metrliyində istifadə olunmayan dağıdılmış bir məscid vardır. Bu məscidə nəzir-niyaz vermək səhihdirmi?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu məscidi təmir etmək lazımdır. Orada namaz qılmağa riayət etmək daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Bu məscidi təmir etmək Came məscidinə zərər yetirərsə, təmir və orada camaat namazı qılmağın nə hökmü vardır?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Səy olunsun ki, Came məscidinə heç cür zərər yetirilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Bir məscidi genişləndirməyə ehtiyac var. Onun bir tərəfi ümumi küçədir. Məhəllə camaatı küçənin məscidə qatılmasına razıdırlar. Başqa tərəfi əvvəllər məscid üçün alınmış yaşayış evidir. Ümumi küçənin istiqamətini dəyişib yolu o evdən salmaq caizdirmi?
Ad: Kerim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Daha yaxşıdır ki, alınmış evi məscidin bir hissəsi etsinlər və ümumi küçəni öz keçmiş vəziyyətində olduğu kimi saxlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Təmirə çox ehtiyacı olan bir məscid vardır. Fitrə-zəkatı onun təmirinə sərf etmək olarmı?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Daha yaxşıdır ki, fitrəni məhəllə fəqirlərinə sərf etsinlər, amma zəkatı məscidə və onun kimi yerlərdə xərcləməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Sahiblərinin gücünə bir məscidin tikilməsi iddia olunur, onun yeri də çox soyuqdur, Sentyabr ayından sonra orada namaz qılmaq olmur, onu qızdırmaq da mümkün deyil. Bu məsciddən iki yüz metr aralı başqa bir münasib məscid vardır. Məscidi söküb onun yerini əkin yeri edib, gələn gəliri yeni məscidə sərf etmək olarmı?
Ad: Hamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidi heç bir adla və heç bir şərait altında sökmək düzgün deyil və daha yaxşıdır imkan olan surətdə namaz o məsciddə qılınsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Heç bir ehtiyac və zərurət olmadan yaşıl meydan yaratmaq üçün məscidi sökmək isətyirlər. Qeyd olunan halda məscidin qalması mümkündürsə, bu iş caizdirmi?
Ad: Ferman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən məscidi sökməyə heç bir zərurət yoxdur, məqsəd meydan düzəltməkdir, şəri göstərişlərə əsasən məscidi sökmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP