Sual (51) :
Məscidin xidmətçisi iki namaz arasında məscidə kömək adı ilə pul yığır, həmin pulu İmam camaata, ya dini söhbət edənə və ya başqa cəhətlərə sərf etmək olarmı?
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər pul verənlərin məqsədi məscidə aid olan xərclərə görə olsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) :
Köhnəlmiş Hüseyniyyəni təmir etməyə camaatın imkanı yoxdur. Ona vəqf olunmuş şeyləri onun təmirinə istifadə etməyə icazə verirsinizmi?
Ad: Ataxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ataxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan vəqflər yalnız mərsiyə oxumaq, əzadarlıq və bu kimi işlərə xərclənmək üçün vəqf olunmayıbsa, bəlkə heç bir maneəsi yoxdur. Onlardan qeyd olunmuş Hüseyniyyə binasını təmir və təzələməyə sərf etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) :
Məscidə bitişik olan bir torpağı məscid tikmək üçün təyin ediblər. Təyin edənlər peşman olmasın deyə, bir nəfər orada iki rəkət namaz qılıb. Bu torpaq məscidin bir hissəsi hesab olunur, ya yox?
O yerin altında əl-üz yuyulan yer düzəltmək və ya məscidin xərclərini ödəmək üçün icarəyə vermək olar, ya yox?
Ad: elpanah, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: elpanah, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscid üçün ayrılmış torpağı məscid olması məqsədi ilə hasar çəkib namaz qılanların öhdəsində qoyublarsa, bir nəfər vəqf edən və ya vəqf edənlərin icazəsi ilə orada namaz qılsa vəqf olunma dəqiqləşir. Bu halda ondan yalnız məscid kimi istifadə etməyə icazə var. Onun altında əl-üz yuyulan yer və başqa şeylər düzəltmək olmaz. Amma vəqf edən şəxs əvvəldən məscid üçün vəqf etməyibsə, bu hal istisnadır.
Əgər vəqf edən icazə verməyibsə və həmin şəxs icazəsiz namaz qılıbsa namazı düzgün olmayıb, vəqf dəqiqləşməyib. Bu halda ixtiyar vəqf edən və məscidin şura üzvlərinindir. İstədikləri kimi ondan istifadə edə bilərlər. Edə bilərlər ki, bir mərtəbəsini məscid üçün və zirzəmisini isə əl-üz yuyulan yer və başqa şeylər üçün istifadə etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) :
Vəqf olunmuş yeri icarə edib məscid tikmək düzgündürmü?
Ad: elmir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: elmir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heç bir maneəsi yoxdur, əgər elə tiksələr ki, adətə uyğun ona məscid desinlər, zahirən icarə müddətində məscid hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) :
Bir yeri uzun müddətə icarə edib orada məscid tikmək səhihdirmi? Səhih olan halda məscidin hökmləri ona aid olurmu?
Ad: Eldar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Eldar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Namazxana məqsədi ilə yer icarə etməyin eybi yoxdur. Camaat arasında ona məscid deyilsə, zahirən icarə müddətində məscid hökmləri ona aiddir. Uzun müddətlə qısa müddət arasında bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) :
Bir qədim qəbristanlıq vardır və daha orada heç kimi dəfn etmirlər, orada məscid tikmək caizdirmi? Əgər tikilsə orada namaz qılmaq səhihdirmi?
Ad: Elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qəbristanlığın ölülərin dəfni üçün vəqf olunduğu sabit olsa, orada məscid tikmək caiz deyil. Orada məscid adı altında bir bina tiksələr də belə məscidin hökmləri ona aid deyil. Həmin binada namaz qılmağın maneəsi yoxdur, amma məsciddə qılınan namazın savabı da orada keçirilən ibadətlərə aid olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) :
Bir şəxs neçə il əvvəl öz torpağında məscid tikib, orada camaat namazı və başqa işlər yerinə yetirilib. İndi camaat çoxalıb məscidi genişləndirməyə ehtiyac var. Amma məscidi tikən özünü məscid sahibi bilir və deyir ki, məscidin yeri mənim adımdadır, icazə vermirəm. Şəri cəhətdən icazə verməməyə haqqı varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən vəqf dəqiqləşib və istifadəyə qoyulub. Vəqf edənin daha onda bir ixtiyarı yoxdur. Məscid torpağının sənədinin kimin adına olması haqq, ya ixtiyar sahibi olmasına səbəb olmur. Məscidi genişləndirmək və yenidən tikmək zərurətdirsə, söküb və genişləndirməyin eybi yoxdur. Hətta yaxşı və savablı bir işdir. Vəqf edənin də mane olmağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) :
Əhali bir yeri alıb onun zirzəmisini məscid adına düzəldiblər. Neçə ildən sonra zirzəmidə qılınan namazı onun üst təbəqəsinə köçürüb və neçə il də üst təbəqədə namaz qılıblar. Məscidin zirzəmisini anbar adı ilə icarə veriblər, onun icarə haqqını alıb məscidə sərf ediblər. Məscidin xüsusi sahibinin olmadığını nəzərə alaraq o məkanda namaz qılmaq olarmı? Bu binanın məscid hökmü varmı və məscidin hökmləri ona aiddirmi? Həmçinin onun alt təbəqəsini icarəyə vermək səhihdirmi?
İcarə yolu ilə alınan məbləğlərin məscidə sərf olunmasının hökmü nədir? O məbləğləri əzadarlıq üçün və mübarək ayların günlərində xərcləmək caizdirmi?
Ad: Eldayaq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Eldayaq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verilən suala əsasən məscid adıyla tikildiyinə görə məscid hökmündədir.
1. Suala əsasən oranı məscid adı ilə tikdikləri üçün məscid hökmü daşıyır.
2. Məscid adıyla tikilən zirzəmini icarəyə vermək səhih deyil.
3. Vücuhatdan xərclənən şeylərə görə icarə verən ehtiyata əsasən razılıq edib, halal etsin, ehtiyata əsasən qalan şeylər də onun icazəsi ilə həmin məscidə çatsın. Əgər icarə verən bu xərclərə razı olmasa icarəyə götürən şəxs hər yolla onun razılığını ələ gətirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) :
Məscidin damında kitabxana ya müxtəlif işlər üçün bir otaq və ya məscidin altını qazıb məscid üçün anbar və ya çayxana tikmək caizdirmi?
Ad: Elsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidin damı və onun zirzəmisi adətə görə məscidə aid olan yerlər hesab olunur və məscid hökmündədir. Buna görə də qeyd olunan işlərdən heç birini görmək caiz deyil. Bəli, əvvəldən bir yeri məscid, kitabxana və başqa şeylər üçün hazırlamaq istəsələr, məsələn, bir mərtəbəsi məscid, bir mərtəbəsi kitabxana və onun zirzəmisi anbar və ya dəstəmaz almaq üçün yer düzəltmək istəsələr və bu adla tikib və vəqf etsələr eybi yoxdur və səhihdir. Bu surətdə hər yerin özünə məxsus hökmü vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) :
Xiyabanın kənarında bir məscid var. Yolu genişləndirmək qərara alınıb. Məscidin bir hissəsini sökmək caizdirmi?
Ad: elzamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: elzamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidi sökmək heç cür caiz deyil. Məscidi məscid hökmündən çıxara bilməzlər. Əgər zərurət irəli gəlsə və ümumi müsəlmanlar məscidin sökülməsinə icazə versələr, bu surətdə camiuş-şərait müctəhidin izni ilə olsa heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.