Sual (41) :
Kömür samovarı bir şəxs tərəfindən məscidə vəqf olunub; indi ondan istifadə olunmur. Onu satıb yerinə xalça almaq olarmı?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Əgər başqa məscidin belə samovara ehtiyacı olsa oraya verilsin və əgər bu cür olmasa onu qazla işləyən samovara döndərsinlər. Ehtiyac olmayan surətdə onu satıb pulunu məscidin çayxanasına sərf etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) :
Məscidə və Hüseyniyyəyə aid olan əşyaları başqa bir yerə camaatın ümumi istifadəsinə aparmaq olarmı?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər məscid və Hüseyniyyəyə aid olsa onu dəyişmək və başqa yerə aparmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) :
Bir məsciddə bəzən namaz qılınır. Onun ləvazimatını (kərpic, dəmir, xalça kimi ) başqa məscidə aparmaq olarmı?
Ad: Dasqin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Dasqin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil, gərək həmin məscidi təmir etsinlər. Möminlərə lazımdır ki, məscidin hörmətini hifz etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) :
Bir məscidin yalnız bir telefon xətti vardır və o da xadimin otağındadır. Əgər xadim olmasa heç kim camaatın zənglərinə cavab verə bilmir. O xətdən həmişə istifadə olunsun deyə, onu yaxında olan mağazaya çəkmək olarmı?
Ad: Mehebbet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Mehebbet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məscidin icma üzvləri razılaşsalar heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) :
Came məscidi köhnəlmişdir, indi binanı təzədən tikirik. Hələlik o məsciddən və onun ləvazimatından istifadə olunmur. Məscidin əşyalarından yaxınlıqda olan məhdiyyədə istifadə etmək olarmı?
Ad: Hemid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Hemid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heç bir maneəsi yoxdur, bir şərtlə ki, təkcə məscidə istifadə olunan imkandan oraya verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) :
Məscidin xalçaları köhnəlmişdir, dəyişməyən surətdə aradan gedir, onları satıb təzəsi ilə əvəz etmək düzgündürmü?
Ad: Seymur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Seymur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər xalçalar məscidə hədiyyə və ya mülk kimi verilibsə, onları ehtiyac olan surətdə dəyişməyin maneəsi yoxdur. Amma məscid üçün vəqf ediblərsə, şəri icazə olmadan onu dəyişmək düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) :
Çay, qənd, və bu kimi şeylər məscidə çox gətirilib, bu şeylər çox qalarsa xarab olma ehtimalı vardır; onları satıb pulunu həmin məscidə sərf etmək olarmı, ya gərək başqa məscidə aparılsın?
Ad: Kerimxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Kerimxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər başqa məsciddə və ya başqa vaxt istifadə olunsa saxlamaq münasibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) :
Əlli il əvvəl tikilən bir məscid vardır. İndi axar selin yaxınlaşdığı yerdə olduğu üçün təmirə imkan yoxdur, başqa məscid tikmək və köhnəlmiş məscidin imkanlarından istifadə etmək olarmı?
Ad: İsmail, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: İsmail, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əlli il əvvəl tikilən məscidin qalması onun köhnəlməsinə dəlalət etmir. Selin üstündə olduğu üçün selin istiqamətini dəyişmək mümkün olmayan surətdə və selin məscid üçün təhlükəli olduğu bilinsə, onun imkanlarından başqa məscid üçün istifadə edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) :
Məsciddən evə möhür gətirmək və onun üstündə namaz qılmaq caizdirmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) :
Məscid üçün bir torpaq sahəsi vəqf olunub ki, onun gəliri məscidə sərf olunsun. İndi yolu genişləndirərkən həmin torpaq sahəsinin bir hissəsi aradan gedib. Əgər qalan hissəsində bir ticarət, ya yaşayış binası tikilsə, tikililər də vəqfə aid olacaqmı? Ya vəqf təkcə yerə aiddir?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vəqf torpağın özünə aiddir. İcarəni məscidin işıqlandırılmasına sərf etmək lazımdır.