Sual (31) :
Bir az torpaq ümumi hamam üçün vəqf edilmişdir. bir müddət ümumi hamam kimi təsis edilmişdir. amma neçə ildir ki, hamam xarab olmuşdur. hazırki zamanda hər kəsin evində bir hamam olduğundan o hamam çox da istifadə edilmir. İndi bir şəxs bu torpağı xeyriyyə idarəsindən aldığını deyir. bir müddətdən sonra bu torpaqda bir məscid tikib onun qəyyumluğunu öz öhtəsinə alır. yuxarıda qeyd etdiyimizə mətləblər nəzərə alıb buyurun:
1. vəqfi torpağı alıb satmaq caizdir?
vəqfi olan əmlak xarab olsa necə? düzgün olan surətdə kimdən ya hansı təşkilatdan almaq olar?
2. tikilən bu məscidin hökmü necədir? orada qılınan namazlar səhihdir ya yox?
3. gərək orada ümumi hamam tikilsinmi? o qədər də istifadə olmadığını , kimsənin də bunu tikməməsini və məscid üçün çoxlu xərclər çəkildiyini nəzərə çatdırırıq.
Ad: Abgul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Abgul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1. Bəzi yerlərdə şəri nəzarətçi və şəriət hakiminin əmrinə əsasən vəqfi satmaq mümkündür.
2. hələlik səhih olmasını qəbul edin. buna əsasən bu məscid səhih və məscid hökümləri də ona aiddir. orada namaz qılmağın işkalı yoxdur.
3. xeyr, lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Bir yer məscid üçün vəqf olunub, möminlər ixtiyarında qoyulmuşdur. sonradan mülahizə olunmuşdur ki, məscidin gediş-gəliş yoluna ehtiyacı var. vəqf edən həmin miqdaryeri öz mülkündən məscid üçün yenidən vəqf etmişdir. məscidin yolu məscid ixtiyarında qoyulmuşdur. Öz mülkünün qalan hissəsini də başqasına yaşayış evi tikmək üçün satmışdır. sonradan qeyd olunan yeri bilməməzlikdən yolla birlikdə qazıntı işi aparılıb, yaşayış evi tikilmişdir. bir tərəfdən məscid və keçid yolu üçün dəftərxanada rəsmi vəqf sənədi yazılmışdır. mənzili sökməklə xəsarətə səbəb olduğunu nəzərə alaraq ev sahibi yolun qiymətini ödəməyə hazırdır. İcazə verirsiniz ki, keçid yolunun qiyməti alınıb məscidə sərf olunsun, yaxud keçid yolu üçün başqa torpaq alınsın?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir budur ki, verilən Sualda vəqf həqiqiləşmişdir. buna əsasən hazırki vəziyyətlə qeyd olunan keçid yolunu icarəyə verə bilərsiniz. onun əvəzində icarə malı ilə başqa yerdə torpaq icarəyə götürüb, keçid yoluna aid edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
Böyük yolların çəkilməsində İmamzadə ziyarətgahının divarına çatmışıq. yolun çəkilməsi nəqliyyat vasitələrinin xətərə düşməməsi üçün olduğundan İmamzadənin divarını söküb həyətin bir hissəsini yola salmaq istəyirik. belə işlər səhihdirmi?
Ad: Royal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Royal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən kənara çıxmış yolun düzəldilməsi gedib-gələnləri xətərə salırsa, divarın sökülməsi və yolun genişlənməsi qorxulu miqdarı aradan qaldırmaq qədərində olsa, şəri maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Bu şəhərdə cümə namazı qılmaq üçün yer kiçik olduğundan namaz qılanlar oraya yerləşmirlər. məsul şəxslər namaz qılanlar üçün ən yaxşı yer köhnə qəbirstanlıq yerini göstərirlər ki, hamarlaşdırılıb dəstəmazxana və sair təsisatlar tikilsə daha əlverişli ter olar. bu əməl səhihdirmi?
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Cümə namazını o yerdə bərpa etməyin nöqsanı yoxdur. amma əgər onun vəqfi meyyitlərin dəfni üçün sabit olsa, dəstəmazxana və digər istifadə yerləri tikmək caiz deyil. Əgər vəqf sabit olmasa, bina və digər istifadə yerlərinin tikilməsi qəbirlərin açılması və meyyitlərin hörmətsizliyinə səbəb olmasa, şəri nöqsanı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Bir məhllənin bir mədrəsəyə ehtiyacı vardır. otuz ildir ki, bir nəfərin dəfn olunmadığı qəbirstanlıq torpağını mədrəsəyə verə bilərikmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan torpaq qəbirstanlığa vəqf olunubsa ya orada mədrəsə tikmək qəbrin açılmasına səbəb olursa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
Bir hovuz dəstəmaz almaq üçün vəqf olunmuşdur. İndi su krantlarından istifadə olunduğundan qeyd olunan hovuz istifadəsiz qalmışdır. həmin vəqf olunmuş hovuzu mədrəsə ya hüseyniyyəyə vermək olarmı?
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər oranı mədrəsə yaxud hüseyniyyəyə hər yolla olsa istifadə etmək üçün vəqf etsələr bir maneəsi yoxdur. amma əgər vəqf edənin nəzəri yalnız dəstəmaz almaq üçün olsa, oranı dəyişmək, mədrəsə ya hüseyniyyəyə çevirmək caiz deyil. Çalışın həmin yerə su kəmərləri çəkin və dəstəmazxana olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Qədim məhəllələrin birində bir hamam mövcuddur ki, hal-hazırda xarabdır. camaatın hər birinin evində bir hamam olduğundan bu hamama ehtiyacları yoxdur. bu xarab olan hamam məscidin kənarında olduğundan onu söküb yerini məscidin həyətinə birləşdirməyə icazə verirsinizmi?
Ad: Qadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Qadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər onun vəqf olması sabit və yəqin deyilsə, həmin məhəllənin əhalisinin razılıq və icazəsi ilə məscidə birləşdirin. yaxud oranı satıb pulunu məhəllə camaatının razılığı ilə camaatın ümumi istifadəsinə sərf edin. Əgər onun hamam cəhətinə vəqf olunması yəqindirsə, gələcəkdə bərpa olunub tikilməsinə ümid varsa, hələlik dəyişmək və satmaq caiz deyil. amma əgər tikilib bərpa olunmasına ümid yoxdursa, onun şəri nəzarətçisi əgər nəzarətçi yoxdursa, şəriət hakiminin yaxud onun nümayəndəsinin icazəsi ilə satsınlar və pulunu başqa ümumi hamama sərf etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Keçmişdə müsafirlər üçün bir karvansara vəqf edilmişdir. İndi ona ehtiyac yoxdur. həmçinin bərbad vəziyyətə düşmüşdür. həmin karvansara vəqf edənin yaxud onun vərəsələrinin mülkünə qayıdırmı? yaxud şəriət hakiminin icazəsi ilə ümumi hamam, məscid və bu qəbildən olan yerlərə çevirmək olarmı?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sual olunmuş məsələdən xəbərim yoxdur. məsələnin ümumi hökmü budur ki, əgər karvansara vəqfdə nəzərdə tutulan istifadəyə yararsızdırsa orada vəqf edənin nəzərinə uyğun camaatın, xüsusiylə müsafirlərin istifadəsi üçün bir şey tiksinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
Bələdiyyə idarəsi ixtiyarında olan torpaqlardan məscid üçün vəqf edə bilərmi?
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, adi şəxsin vəqf etdiyi kimi bələdiyyə də ixtiyarında olan yeri vəqf edə bilər
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Qədim bir məscidi təzədən tikmək üçün sökdük; yeni məscidi tikəndən sonra iki yüz min tümən borclu qaldıq. Artıq qalan gips və dəmiri, ya məscidin ehtiyacı olmayan ağac və xalçaları məscidin borcunu ödəmək üçün satmaq olarmı?
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Artıq qalan şeyləri məscidin borcunu ödəmək üçün satmağın heç bir maneəsi yoxdur, amma keçmiş məscidin ağac və xalçalarını başqa ehtiyacı olan məscidə istifadə üçün versinlər. Heç bir məscidə ehtiyac olmayan surətdə onları da satmağın heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.