Sual (11) : Salamu-aleykum. 1. Mescidle huseyniyye arasindaki ferq nededir? Onlarda edilen ibadet arasinda ferq varmi? 2. Eyni mertebede bir hisseni huseyniyye, 2-ci hisseni tualet qerar vermek olarmi?Allah razi olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Məscidin xüsusi hökmləri vardır ki, hüseyniyyənin yoxudur. Məsciddə namaz qılmağın fəziləti daha çoxdur, məscid murdar olduqda dərhal paklanmalıdır, cənabətli və heyzli şəxslərin məscidə daxil olması haramdır. Bunlar kimi məscidə məxsus bir sıra hökmlər vardır ki, hüseyniyyə bu hökmlərə malik deyildir.
2. Əgər vəqflə ziddiyəti olmasa eybi yoxdur.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salam. Bizim şəhərdə camaat pul yığıb məscid tikdirib. Lakin tikiləndə heç bir cümlə ya kəlmə oxunulmayıb. Sadəcə məscid niyyəti ilə tikiblər. İndi isə camaat həmin məscidi söküb yerini satmaq və əvəzində böyük bir məscid tikmək istəyirlər. Sual: 1)Həmin məscidi sökə bilərlərmi? 2) Onun tikinti materiallarını sata bilərlərmi, yoxsa təzə məscidə istifadə olunmalıdır? 3) Ümumiyyətlə bizim vəzifəmiz nədir? Xahiş edirik bəyan edin.Əvvəlcədən minnətdarıq.
Ad: Abdulla, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir bina məscid qəsdilə tikilib namaz qılanların ixtiyarına verilibsə və orda namaz qılınıbsa, məscid hökmündədir. Onun barəsində və onun yerinin barəsində məscid hökmləri riayət olunmalıdır. Məscidin sökülməsi, yerinin, yaxud vəsaitinin satılması icazəli deyil.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : salam aleykum. Məscitdə nələr haram və məkruhdusa yazardz.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu işlər məsciddə haramdır:
• Məscid qızılla zinətləndirilməməli;
• Əgər məscid xarab olsa da belə, onu satmaq;
• Məscidin murdarlanması. Əgər murdar olarsa dərhal paklanılmalıdır.
• Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə.

Məscidlə bağlı bu işlər müstəhəbdir:
• Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq;
• Məscidin işığını yandırmaq;
• Məscidi təmizləmək;
• Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq;
• Məscidə çıxanda əvvəl sol ayaqla çölə çıxmaq;
• Məsciddə məscidə hörmət (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq.
• Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək;

Məsciddə aşağıdakı işlər məkruhdur:
• Minarələri məscidin banından artıq qaldırmaq;
• Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək;
• Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq;
• Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).
• Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur.);
• Məsciddə alış-verişlə məşğul olmaq;
• Dünya işləri barəsində söhbət etmək;
• Soğan və ya sarmısaq yidikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : SALAM ALEYKUM. 1)MƏSCİTDƏ YATMAQ MƏKRUHDUR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Salam aleykum. Mescidde yatmaq mekruhdur? Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məsciddə yatmaq məkruhdur.
Ümumiyyətlə, aşağıdakı sadalananlar məsciddə məkruhdur:
Minarələri məscidin banından artıq qaldırmaq;
Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək;
Ağız və burunun suyu ilə məscidi bulaşdırmaq;
Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).
Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur.);
Məsciddə alış-verişlə məşğul olmaq;
Dünya işləri barəsində söhbət etmək;
Nəsihətamiz olmayan şerlər oxumaq;
Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bəzən isə bu vacib olur.
Soğan və ya sarmısaq yedikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Məsciddə meyit namazı qılmağın hökmu nədir? Əvvəlcədən Təşəkkür edirəm
Ad: Kərbəlayi Şamxal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Məscidlərdə meyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salam.Peyğəmbər mövlud günündə bəzi məscidlərə şarlar asılıb-bu düzgündü?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər məscidə hörmətsizlik sayılmasa, öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salam aleykum .bir soz soruwum eger mominler mescidde namaz qilib dua edirlerse amma diger insanlar yani mescidin axundu ve.s onlari mescidden cixarda bilermi? Yani namazi qili cixin gedin evizde dua edin ve oturun. Halbuki onlar namaz qilan kimi mescidden cixirlar.amma biz dua ve moize edirik mominlerle Allah evinde ibadet edirik.
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məscid, heç kimin şəxsi mülkü deyil, o ümumi müsəlmanlar üçün vəqf edilmiş məkandır. Məscid, Allah evi sayılır və onun binasının təməli qoyulduqda da məscid ünvanı ilə yəni Allaha ibadət-dua məkanı kimi qərar verilir. Orda ibadət-dua ilə məşğul olan müsəlmanı ordan çıxarmaq üçün heç kimin haqqı yoxdur.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Salam aleykum. zehmet olmasa mescide aid homlerin yazin. evvelceden minnetdarliqimizi bilidiririk
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işlər məsciddə haramdır:
• Məscid qızılla zinətləndirilməməli;
• Əgər məscid xarab olsa da belə, onu satmaq;
• Məscidin murdarlanması. Əgər murdar olarsa dərhal paklanılmalıdır.
• Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə.

Məscidlə bağlı bu işlər müstəhəbdir:
• Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq;
• Məscidin işığını yandırmaq;
• Məscidi təmizləmək;
• Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq;
• Məscidə çıxanda əvvəl sol ayaqla çölə çıxmaq;
• Məsciddə məscidə hörmət (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq.
• Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək;

Məsciddə aşağıdakı işlər məkruhdur:
• Minarələri məscidin banından artıq qaldırmaq;
• Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək;
• Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq;
• Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).
• Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur.);
• Məsciddə alış-verişlə məşğul olmaq;
• Dünya işləri barəsində söhbət etmək;
• Soğan və ya sarmısaq yidikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi.

http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Allahin salami olsun size. bilmek isterdim ki,xarici olkelere turist kimi gederken orda yerlesen xristian kilselerine girmek olar,yeni turist kimi,mesel ucun:hemin kilse haqqinda melumat toplamaq ucun,muselman olan sexs kilseye gire biler? Allaha emanet olun
Ad: Sevda, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər xristianlıq dininin tərvici kimi sayılmasa, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahda
n sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP