Sual (161) : Kərəc şəhərinin Heydərabad məntəqəsində bir qədər torpaq sahəsi məscid üçün vəqf olunmuşdur. Camaat məscid tikmək niyyəti ilə köməklərini əsirgəməmiş və bir neçə il bu məscidin zirzəmisində namaz qılmışlar. Hal-hazırda birinci mərtəbəsi istifadəyə verilmişdir. Zirzəmidən məscid avadanlığını saxlamaq üçün istifadə olunur. Məhərrəm ayında İmam Hüseyn (əleyhis-səlam) əzadarlarına orada yemək verilir. Üzrlü (məscidə girməsi haram olan) insanlar ora daxil olmurlar. Bu zirzəmidən cavanlar və yeniyetmələr üçün idman salonu kimi istifadə etmək və əldə olunan mənfəəti həmin məscidin binasına (tikilməsinə) sərf etmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Caiz deyil. Oradan məscid üçün və məscidə münasib işlər üçün istifadə olunmalıdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (162) : Tehranda qadınlar məsciddə keçirilən yas məclislərində iştirak edirlər. Onların bəziləri aylıq adət (heyz) vaxtlarında olsalar da bunun hökmünü bilməməzlik üzündən elə o halda məscidə gedirlər. Bəzən mərasim sona çatandan sonra xalçanın nəcis olduğunun şahidi oluruq. Bu barədə mübarək nəzəriniz nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Qadınların aylıq adət vaxtlarında məsciddə dayanmaqları haramdır. Məscidin xalçası nəcisə bulaşarsa onu paklamaq vacibdir. Bu məsələdən agah olmayanları hökmlərlə tanış etmək lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (163) : Üç mərtəbəli məscidin üçüncü mərtəbəsindən mübarək Ramazan ayını və buna bənzər günləri istisna etsək, namaz üçün o qədər də istifadə olunmur. Bu halda bu məscidin üçüncü mərtəbəsini hissələrə bölüb hər hissəni ayrı-ayrı mədəni-maarif sahələrinə (məsələn, Quran evi, tələbələrin tədqiqat və mütaliə mərkəzi və s.) ayırmaq olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Səyyar (qeyri-sabit) avadanlıq vasitəsilə hissələrə bölünsə ki, namaz üçün lazım olan hallarda yerini dəyişmək mümkün olsun, habelə dini fəaliyyətlər üçün nəzərdə tutularsa, maneəsi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (164) : Məsciddə (yarış iştirakçılarına və s.) hədiyyə və bəxşiş verilməsi kimi işlər caizdir? Caizdirsə, burada şəri hakimin hökmünə ehtiyac varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Cavab: Məsciddə bu kimi işlərin görülməsi haram deyil və şəri hakimin hökmünə də ehtiyac yoxdur. Lakin dünya ilə bağlı işlərin məsciddə görülməsi məkruhdur. Namaz qılanlara maneçilik törədirsə bu işlər haramdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (165) : Məsciddə (yarış iştirakçılarına və s.) hədiyyə və bəxşiş verilməsi kimi işlər caizdir? Caizdirsə, burada şəri hakimin hökmünə ehtiyac varmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Cavab: Məsciddə bu kimi işlərin görülməsi haram deyil və şəri hakimin hökmünə də ehtiyac yoxdur. Lakin dünya ilə bağlı işlərin məsciddə görülməsi məkruhdur. Namaz qılanlara maneçilik törədirsə bu işlər haramdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (166) : Kafirin məsciddə girməsinin qarşısını almaq lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Ehtiyat vacibə görə kafirlərin məscidə girmələrinin qarşısını almaq lazımdır. Lakin İslam dini və bu kimi məsələlər barəsində araşdırma aparmaq üçün olsa eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (167) : Məscidlərdə film göstərmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Belə işlər məscidin şəninə layiq deyil. Bu işlər üçün ayrıca yerlər nəzərdə tutmaq lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (168) : Nəcis olmuş materiallardan tikilmiş məscidin zahirini suya çəkmək kifayətdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Kifayətdir və möminlərin ürəyinə vasvasılıq (şəkk-şübhə) salmayın.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP