Sual (1) : məscid barədə haram olan işlər hansıdır?
Ad: Nurlan, Ölkə: baki, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Məscid xüsusunda haram olan işlərdən bəziləri aşağıdakı kimidir:
1. Məscidin yerini, tavanını, divarını və damını murdarlamaq haramdır. Əgər murdarlanarsa, dərhal oranı paklamaq vacibdir.
2. Əgər bir məscid qəsb edilərsə, ya uçurdularsa, ya da tərk edilərsə və onun yerində başqa bir bina tikilərsə, yaxud da tərk edildiyinə görə məscid əlamətləri aradan gedərsə və oranın yenidən bərpa edilməsinə ümid olmazsa – məsələn, həmin yaşayış məntəqəsinin əhalisi başqa bir yerə köçürülərsə – oranı murdarlamağın haram olması məlum deyildir. Baxmayaraq ki, oranı murdarlamamaq ehtiyata müvafiqdir.
3. Məscidi qızıl ilə zinətləndirmək əgər israfçılıq sayılarsa, haramdır. Qeyri halda isə bu iş məkruhdur.
4. Kafirlərin Məscidül-hərama daxil olmaları şəri baxımdan qadağandır. Digər məscidlərdə də, əgər məscidə qarşı hörmətsizlik sayılarsa, caiz deyildir. Hətta digər məscidlərə də ümumiyyətlə daxil olmasınlar.
5. Heyzli və nifaslı qadının, cənabətli şəxsin Məscidül-hərama və Məscidün-nəbiyə daxil olması haramdır. Digər məscidlərdə isə dayanmaq, hətta oraya daxil olmaq – hər hansı bir surətdə olursa olsun – haramdır. Amma əgər məscidin bir qapısından daxil olub, başqa bir qapısından xaric olarsa, yaxud bu məscidlərdən bir şeyi götürmək üçün oraya daxil olarsa, maneəsi yoxdur. Vacib ehtiyata görə, məscidin hökmləri imamların (ə) pak hərəmlərinə də aiddir. Hətta Məscidül-həram və Məscidün-nəbinin hökmlərinin də imamların (ə) pak hərəmlərinə aid olması ehtiyata daha yaxındır.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (2) : Salam. Mәscidә vәqf olunmuş bir şeyi (mәsәlәn kitab) mәscidin axundundan icazә alıb aparıb evdә oxuyub qaytarmağa icazә varmı?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyir, icazəli deyil.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam aleykum.heyzli halda mescidin metbexinde qalmaga(metbex mescidin daxilindedir)ish gormeye,bir qapidan girib,digerinden cixmaga,Xamneyi aga izace verir?sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mətbəx məscidin tərkib hissəsi olmasa, mətbəxdə dayanmaq məsciddə dayanmağa səbəb olmazsa, mətbəxdə dayanmağın maneəsi yoxdur.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Mescide insan ya heyvan sekilleri asmaqin hokmu nedir
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat müstəhəb odur ki, məscidə insan, yaxud heyvan, ümumiyyətlə ruhu olan  varlıqların şəkli quraşdırılmasın.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (5) : Allahın adı ilə Həzrət Ayətullah əl-üzma Safinin (Allah ömrünü uzun etsin) məhzərinə Salam və hörmətlə Məscidin səsucaldanı vasitəsilə azan, münacat, dua, Quran və s. səsləndirilməsinin onun qonşularına narahatlıq yaratdığı surətdə şəri hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim

Məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda mərasim təşkil edənlərə tövsiyə edirəm ki, şüar və təzahür məqsədi dayışan azan kimi səsləndirmələr səsucaldan vasitəsilə səsləndirilsin. Bundan qeyri surətdə ehtiyatlı olun ki, xalqı incitmək olmasın və bəhanə axtaranların əlinə bəhanə verilməsin. Çünki belə olarsa, bütün proqramlar sual altına düşə bilər. Xüsusilə də xəstələrin və yaşlı insanların halına riayət etsinlər.

Məscidin səsucaldanı vasitəsilə səsləndirilən dini proqramlardan şikayət və gileylənən şəxslərə tövsiyə və nəsihət edirəm, o kəslərdən olmayın ki, Mütəal Allah onların barəsində buyurur:

وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

“Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər”. (“Zümər” surəsi, ayə 45)

Əgər səsucaldan vasitəsilə azan, Quran, moizə, Əhli-beytə (ə) əzadarlıq səsləndirilsə, narahat olurlar, amma musiqi, saz, mahnı oxunsa, heç bir söz demirlər və etiraz etmirlər. Çalışın Allah kəlamını eşitdikdə ürəyi sevinən adamlardan olun. Necə ki, bəzi rəvayətlərə görə həzrət İbrahim Xəlil (ə) “subbuhun, quddusun, Rəbbul-məlaikəti vər-ruh” zikrini eşitdikdə bu zikri deyəndən xahiş edir ki, həmin zikri bir daha təkrar etsin və bunun müqabilində qoyunlarının yarısını ona verəcək. Hətta, sonda özünü onun mülkiyyətində qoymaqla ondan istədi ki, həmin zikri bir daha desin.

Mütəal Allah hamını şəri vəzifələrə əməl etməyə müvəffəq etsin.

http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (6) : SaLaM mescide veqif olan sey indi yararsiz veziyyete dusub onu mescidin axundu birine verse onu aparmag olar (nalcanin icindeki saman)
Ad: RehmaN, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, icazəli deyildir.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam.Xahis edirik sualimiza cavab veresiz.Bizim menteqede mescid tikilib.Mesci 1 zaldan ve 2 otaqdan ibaretdir ki otaqlarin birini xidmet otagi-digeri ise Axundun is yeridir,yeni rayonun axundu orda oturub.Bilmek isteyirik ki axundun otagi mescid hokmundedir?yeni otaqda siqaret cekilib,istirahet kimi uzanmaq olarmi?hokmu nedir?
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər torpaq məscid ünvanında vəqf olunubsa və ya iki otaq məscid adı altında tikilibsə, məscid hökmündədir. Məscidin nüfuzuna, ləyaqətinə zidd olan və vəqfi pozan işlərdən çəkinilməlidir və məsciddə yatmaq məkruhdur.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Allahin salami ve rehmeti uzerinize olsun.Xahis edirem bu sualima etrafli cavab veresiz.Biz sam namazindan sonra mescidde cay demleyib icirik-yeni cay icerek sohbet edirik-dini ve ya basqa movzularda.Sualim budur ki mescidde her gun cay demleyib icmek mescidin etiramini pozmur ki?xahis edirem etrafli yazasiz
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər məscidə qarşı hörmətsizliyə səbəb olmazsa, öz-özlüyündə iradı yoxdur və onu müəyyənləşdirmək mükəlləfin öz öhdəsindədir.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (9) : Allahin salami ve rehmeti uzerinize olsun.Xahis edirem bu sualima etrafli cavab veresiz.Biz sam namazindan sonra mescidde cay demleyib icirik-yeni cay icerek sohbet edirik-dini ve ya basqa movzularda.Sualim budur ki mescidde her gun cay demleyib icmek mescidin etiramini pozmur ki?xahis edirem etrafli yazasiz
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər məscidə qarşı hörmətsizliyə səbəb olmazsa, öz-özlüyündə işkalı yoxdur və onu müəyyənləşdirmək mükəlləfin öz öhdəsindədir.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salam aleykum. bəzən elə olur ki, məsciddə telefonumuzu zaryadkaya qoyuruq. Yəni məscidin işığından gedir. bəziləri bu işə irad tuturlar. Bilmək istəyirdik ki, bu iş icazəlidir ya haramdır? Zəhmət olmasa Zəncani ağanın da fətvasını yazın. Öncədən minnətdarlığımızı bildiririk.
Ad: Abuzər, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Ayətullah əl-üzma Xamenei:
Əgər vəqf olunana və məcsidin qayda qanunlarına müxalif olarsa icazəli deyil.
Ayətullah əl-üzma
 Zəncani:
Əgər, məscidin şəri hamisi bu işə icazə verməsində yəqinlik hasil olarsa, iradı yoxdur.
http://sual.nur-az.com/az/25/Dini-m%C9%99kanlar/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP