Sual (71) : bir nəfər öz pulundan bir miqdarını bank şöbələrinin birinə və ya bir şəxsə hər hansı ünvanla vədiə (əmanət) verərək ona istifadə etməyə icazə verir. O da pul sahibinə təşəkkür etmək üçün və ya başqa bir ünvanla hər ay və ya hər iki aydan bir, öncədən şərt qoyulmadan müəyyən məbləğdə pul ödəyir. Həzrət ustadın nəzərincə bu məbləğdə pulu vermək və almaq necədir?
Ad: rustem, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öncədən şərt olmasa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Qardaşımın mənə bir qədər borcu var idi. Mən ev alanda bir xalça gətirdi, mən də elə bildim ki, hədiyyə edib. Lakin borcumu ondan istəyəndə iddia edib dedi ki, o xalçanı borcun əvəzində mənə vermişdir. Bu barədə mənə heç nə demədiyini nəzərə alsaq, xalçanı borcu əvəzinə verməsini hesab etməsi düzgündürmü? Əgər mən xalçanı borc əvəzi olmasına razı olmasam, onu özünə qaytarmalıyammı? Pulun dəyərinin aşağı düşdüyü üçün bordan artıq miqdar tələb etməyim caizdirmi? Çünki borc verdiyim zaman pulun dəyəri hazırkı dəyərindən çox-çox artıq idi.
Ad: ulfet, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Borc verən şəxsin razılığı olmadan borc verilən şeyin cinsindən olmayan xalça və yaxud başqa bir şeyin borc adı ilə verilməsi kifayət deyil. Siz o xalçanı borcun əvəzinə verilməsinə razı olmayınca onu qardaşınıza qaytarmalısınız, çünki bu halda xalça hələ də onun mülkiyyətindədir və ehtiyat budur ki, pulun dəyərinin fərqlənməsi ilə əlaqədar bir-birinizi razı salasınız.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (73) : Əgər borclu olan şəxs öz borcunu verməkdən imtina etsə və borc verən şəxs qəbzdəki məbləği almaq üçün onun əleyhinə məhkəməyə şikayət etsə və nəticədə o, borcdan əlavə, hökmün icra olunmasına çəkilən xərcləri də dövlətə verməyə məcbur olsa, borc verən şəxs şərən buna məsuldurmu?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər öz borcunu qaytarmaqda səhlənkarlığa yol verən borclu şəxs hökmün icra olunmasına çəkilən vergini dövlətə verməyə məcbur edilsə, borc verən şəxsin üzərinə heç bir öhdəlik gəlmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Bir zavod müdiri xammal almaq üçün müəyyən miqdarda pulu məndən borc aldı. Bir müddətdən sonra pulu artıqlaması ilə mənə qaytardı. Bu əlavə miqdarı özünün tam razılığı ilə, əvvəlcədən heç bir şərt qoyulmadan, mən də verdiyi artıq miqdarı gözləmədiyim halda qaytardı. Artıq verdiyi miqdarı almaq caizdirmi?
Ad: Hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda fərz olunduğu kimi, borcu qaytaran zaman artıq məbləğin verilməsi şərt olunmamış və o məbləği borc alan şəxs özünün tam razılığı ilə vermişdir. Sizin ondan istifadə etməyinizin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : salam/ bismillahir rehnanir rehim. egər borc aldığımız pul o qədər az olsa ki, bir neçə ildən sonra onu qaytarmağa xəcalət çəksək, hökm nədir? təşəkkürlər.
Ad: karam, Ölkə: azerb, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xəcalət üzür deyil və aldığınız pulu ya qaytarmalı, ya da borclu olduğunuz şəxsin razılığını almalısınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP