Sual (61) : Qardaşımın mənə bir qədər borcu var idi. Mən ev alanda bir xalça gətirdi, mən də elə bildim ki, hədiyyə edib. Lakin borcumu ondan istəyəndə iddia edib dedi ki, o xalçanı borcun əvəzində mənə vermişdir. Bu barədə mənə heç nə demədiyini nəzərə alsaq, xalçanı borcu əvəzinə verməsini hesab etməsi düzgündürmü? Əgər mən xalçanı borc əvəzi olmasına razı olmasam, onu özünə qaytarmalıyammı? Pulun dəyərinin aşağı düşdüyü üçün bordan artıq miqdar tələb etməyim caizdirmi? Çünki borc verdiyim zaman pulun dəyəri hazırkı dəyərindən çox-çox artıq idi.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc verən şəxsin razılığı olmadan borc verilən şeyin cinsindən olmayan xalça və yaxud başqa bir şeyin borc adı ilə verilməsi kifayət deyil. Siz o xalçanı borcun əvəzinə verilməsinə razı olmayınca onu qardaşınıza qaytarmalısınız, çünki bu halda xalça hələ də onun mülkiyyətindədir və ehtiyat budur ki, pulun dəyərinin fərqlənməsi ilə əlaqədar bir-birinizi razı salasınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Bir zavod müdiri xammal almaq üçün müəyyən miqdarda pulu məndən borc aldı. Bir müddətdən sonra pulu artıqlaması ilə mənə qaytardı. Bu əlavə miqdarı özünün tam razılığı ilə, əvvəlcədən heç bir şərt qoyulmadan, mən də verdiyi artıq miqdarı gözləmədiyim halda qaytardı. Artıq verdiyi miqdarı almaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda fərz olunduğu kimi, borcu qaytaran zaman artıq məbləğin verilməsi şərt olunmamış və o məbləği borc alan şəxs özünün tam razılığı ilə vermişdir. Sizin ondan istifadə etməyinizin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : İslam ölkəsi banklarında əmanət qoyulan pullardan əlavə qazanc almağın hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əmanət qoyulan şey borc adı və əlavə qazanc götürmək şərti ilə qoyulsa, yaxud məqsədi qazanc götürmək olsa, onu almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Borc və alınacaq pullarda inflyasiya dəyərinin mühasibə olunması sələm sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Bizim əsrimizdə kağız pulların meydana gətirdiyi və geniş şəkildə yayılmış inflyasiya məsələsi ümumi camaat (ürf) içində rəsmiyyətlə tanınarsa, məsələdə fərz olunanlar, sələm olmayacaqdır. (Necə ki, bəzi xarici ölkələrdən nəql olunanlara görə, onlar banka yatırılan pullar üçün həm inflyasiya dəyərini, həm də mənfəətini mühasibə edirlər.) Belə bir şəraitdə inflyasiya dəyərini mühasibə etmək sələm deyil, lakin ona əlavə olunan mənfəət sələmdir. Bizim mühitimizdə və buna oxşar yerlərdə inflyasiya dəyəri camaat içində mühasibə olunmadığına görə, bütövlükdə sələm sayılır. Çünki bir-birinə borc verən şəxslər üstündən bir neçə ay və daha çox vaxt keçəndən sonra pulun özünü (maya dəyərini) istəyir və inflyasiya fərqini hesablamırlar. Elmi məkanlarda (cəmiyyətlərdə) sadəcə inflyasiyanın nəzərə alınması öz-özlüyündə (dəlil kimi) kifayət etmir. Çünki burada meyar ümumi camaatın nəzəridir. Lakin biz bir halı istisna edirik və o da bundan ibarətdir ki, məsələn, üstündən otuz il keçməklə həddindən artıq çox fərq yaranmış olsun. Ona görə də qadınların qədim mehriyələri barəsində və ya buna oxşar borclarda ehtiyat vacib bilirik ki, bugünkü dəyərlə hesablanmalıdır və ya heç olmazsa müsalihə etməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Dünyadan getmiş şəxsin borcu varsa və xüms də borcludursa, qoyduğu irs isə hər ikisini ödəmək üçün kifayət etmirsə, varisi hansına üstünlük verməlidir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Xümsü verilməmiş mal mövcuddursa, onun xümsünü verməyi önə çəkməlidirlər. O mal mövcud deyilsə, ehtiyat budur ki, malını hər iki borc sahibi arasında bölsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Bir kəs illik xüms hesabından dörd ay öncə qazandığı pulu bir nəfərə borc versə və borcu alan iki il sonra pulu qaytarsa, bu pulun üstündən iki il keçdiyi halda ona xüms düşürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Borc qaytarıldıqdan sonra xümsünü vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Meyitin borcu ödənməlidirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Dünyasını dəyişmiş atanın Quranı, üzüyü, qılıncı və libası böyük oğula çatır. Əgər meyitin var-dövləti mövcud borcu ödəmirsə, oğula çatan şeylər də onun borclarına verilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Əgər bir şəxs digərinə borc pul verib “bu şərtlə sənə borc verirəm ki, sən də müqabilində mənim övladlarıma Quran təlim edəsən” – bu iş caizdirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, belə bir şərt tərk edilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Pulun müntəzəm olaraq dəyərdən düşdüyünü nəzərə almaqla, bu baxımdan təxirdən dəyən zərəri almaq olarmı?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil. Lakin zaman fasiləsi o qədər çox olsa ki, pulun dəyəri həddindən artıq aşağı düşsün, məsələn, on-iyirmi il öncə, bu halda eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Borcun təxirlə qaytarılmasından əmələ gələn xəsarət və ziyan, şəridirmi?
Ad: rustem, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu ziyan və xəsarət şəri deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP