Sual (51) : Əgər bir şəxs borclu şəxsin xəbəri olmadan onun borcunu qaytarsa, bu halda borcun o miqdarını həmin şəxsə qaytarması vacibdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borclu şəxsin istəyi olmadan onun borcunu qaytaran şəxsin onun əvəzini tələb etməyə haqqı yoxdur. Borclu şəxsə də həmin şəxsin onun tərəfindən verdiyi şeylərin əvəzini qaytarması vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Bir dövlət müəssiəsinin başqa bir dövlət müəssiəsindən borc aldığı pulu qaytarmaq vacibdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borcun qaytarılmasının vacib olmasında sair borclarla eyni hökmdədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Borclarının çoxluğundan müflisləşən bir tacirin evindən başqa heç nəyi olmasa və onu da satışa qoysa, amma onun pulu borcların yalnız yarısına çatsa və borclarının qalanını verə bilməsə,bu halda borc verən şəxslərə, onu həmin binanı satmağa vadar etmələri caizdirmi, yoxsa ona möhlət verməlidirlər ki, öz borcunu tədrici olaraq ödəsin?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu bina həmin tacirin özünün və ailəsinin yaşayış məskəni olmasa, hətta borclarının hamısının ödənməsinə çatmasa belə, onu həmin binanı sataraq borcunu verməyə məcbur etməyin eybi yoxdur. Borc sahiblərinin bu miqdar üçün möhlət vermələri vacib deyil, sadəcə onun yerdə qalan borcları qarşısında onu verməyə imkanı olan vaxta qədər gözləməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Borclu şəxsin özünün və ailəsinin yaşamaq üçün ehtiyaclı olduğu yaşayış məskəni mal-dövlətinin fəaliyyətinin dayandırılmasından istisna olunurmu?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borclu şəxsin özünün məişət və həyatını davam etdirmək üçün ehtiyac duyduğu şeylər, o cümlədən mənzil, ev avadanlığı, maşın, telefon və öz şəninə uyğun olaraq gündəlik ehtiyaclarından sayılan şeylər məcburən satılmaq hökmündən istisna olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Bir nəfərin müəyyən qədər torpaq sahəsi vardır ki, orada tikilmiş bina başqa bir şəxsindir. Torpağın sahibi də iki nəfərə borcludur. Borc sahiblərinin torpaq sahəsini və onda tikilmiş binanı öz haqlarını almaq üçün fəaliyyətdən saxlamaları caizdirmi, yoxsa təkcə torpaq sahəsi barəsində belə haqqa malikdirlər?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların borclu şəxsin mülkiyyətində olmayan bir şeyin fəaliyyətinin dayandırılmasını tələb etməyə haqları yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Meyyitin borcu həqqun-nasdan (camaatın haqqından) hesab olunurmu və onu mirasdan vermək varislərinə vacibdirmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc istər fiziki, istərsə də hüquqi şəxslərə olsun, həqqun-nasdan sayılır və borc sahibinin vərəsələrinə onu meyyitin tərəkəsindən götürüb borc sahibinə, yaxud onun vərəsələrinə qaytarmaları vacibdir. Onu qaytarmayınca meyyitin tərəkəsində təsərrüf edə bilməzlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Əgər borclu şəxs öz borcunu verməsə və borcunu qaytarmaqda səhlənkarlıq etsə, bu halda borc verən şəxs onun malından təqass edə bilərmi, məsələn, öz haqqını gizli yollarla, yaxud başqa vasitələrlə ala bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər borclu şəxs öz borcunu inkar etsə, yaxud heç bir üzürlü səbəb olmadan onun qaytarılmasında səhlənkarlıq etsə, borc verən şəxs onun malından təqass edə bilər. Əlbəttə bu barədə müəyyən qanun mövcud olsa, ona riayət etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Bir nəfərdən pul borc etdik, bir müddətdən sonra o şəxs itdi, indiyə qədər onu tapa bilməmişik, onun borcunu qaytarmaqla əlaqədar vəzifəmiz nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sizə vacibdir ki, gözləyəsiniz və öz borcunuzu qaytarmaq üçün axtarış aparasınız ki, bu məbləği onun özünə, yaxud vərəsələrinə qaytarasınız. Onu tapmaqdan ümidsiz olsanız, bu barədə həm şəriət hakiminə müraciət edə bilər, həm də sahibinin tərəfindən sədəqə verə bilərsiz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Bir qadın almaq istədiyi evin qiymətinin üçdə biri qədər borc almışdır. Borc verən şəxslə razılaşmışlar ki, maddi vəziyyəti yaxşılaşandan sonra onu qaytarsın, elə həmin dövrdə onun oğlu borcun məbləğində olan bir qəbzi zəmanət üçün ona verir. Hər iki tərəfin vəfatından dörd il keçdikdən sonra hal-hazırda vərəsələr məsələni həll etmək istəyirlər. O qadının vərəsələri borcla alınmış evin üçdə birini həmin şəxsin vələsələrinə verməlidirlər, yoxsa həmin qəbzin məbləğini onlara qaytarması kifayətdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc verənin vərəsələri evdən heç nəyi tələb edə bilməzlər, əksinə, o qadının evi almaq üçün kimdən (irs qoyandan) borc edibsə, ondan ala bilərlər. Bu şərtlə ki, öz borcunun qaytarılmasına kifayət edən qədər malı irs qoymuş olsun. Ehtiyat budur ki, pulun dəyərinin fərqlənməsi ilə əlaqədar bir-biri ilə razılaşsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Borcu qaytaran zaman haram maldan verməyin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başqa maldan qaytarılmaqla borcu qaytarmaq gerçəkləşmir və borclu olan şəxsin öhdəsindən (boynundan) götürülmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP