Sual (41) :
Qərzül-həsənə müəssisələri borc verən zaman şərt edirlər ki, əgər borc götürən şəxs iki və ya daha artıq hissə ödəməyi təyin olunan müddətdən təxirə saldıqda fondun borcun hamısını bir yerdə almağa haqqı olacaqdır. Bu şərtlə borc verməyin eybi varmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) :
Bir şəxs müəyyən məbləği müəyyən müddət ərzində borc alır, bu şərtlə ki, borc verən şəxsin səfər xərclərini, misal üçün, həcc səfərinin xərclərini ödəsin. Onların bu işi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Borc verən şəxsin səfər xərclərini və sair şeylərin ödənməsini borc verən zaman şərt etməsi elə borc verdiyindən artıq qazanc almasının şərt olunması deməkdir ki, bu da şərən haram və batildir, amma borcun özü (əsli) düzdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) :
Müsəlmanların çoxu sərmayələri olmadığına görə kafirlərdən sərmayə almağa, nəticədə də sələm verməyə məcbur olurlar. Kafirlərdən, yaxud qeyri-islami dəvlətə tabe olan banklardan sələmli borc almağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sələmli borc təklifi baxımdan mütləq şəkildə, hətta qeyri-müsəlmandan olsa belə haramdır. Amma bir şəxs belə borc alsa, bu borcun əsli düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) :
Əgər bir şəxs digər şəxsdən sələmli borc alsa və üçüncü bir şəxs borc və onun şərtlərinin müqaviləsini onlar üçün yazsa, hesabdar adlanan dördüncü bir şəxs də olsa və onun işi müqavilə sənədlərini mühasibat dəftərxanasında qeyd etmək olsa, bu halda hesabdar da onlarla sələmli borcda şərikdirmi və onun gördüyü işi və bunun müqabilində aldığı əmək haqqı da haramdırmı? Əgər bu barədə təhqiqat aparan beşinci şəxs də olsa və onun işi də mühasibat dəftərxanasını yoxlamaq olsa, heç bir şeyi yazmadan, yaxud dəftərxanaya bir şey köçürmədən yalnız onu yoxlayır ki, sələmli müamilə mühasibələrində səhvə yol verilib-verilməməsini bilsin, sonra nəticəni hesabdara xəbər verir. Onun bu işi də haramdırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müəyyən yollarla sələmli borc müqaviləsində, yaxud onun yerinə yetirilib təkmilləşdirilməsində, yaxud borc alan şəxsdən sələm əldə edilməsində əlaqəsi olan hər hansı bir iş şərən haramdır və o işləri görən şəxs əmək haqqı almağa haqlı deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) :
Bir nəfər müəyyən bir malı üç ay müddətində nisyə alıb. Pulun verilmə vaxtı çatanda satıcıya deyir ki, müddəti üç ay da uzatsın, bu şərtlə ki, o da malın qiymətindən artıq məbləği ona qaytarsın. O iki nəfərin bu işi yerinə yetirməsi caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu artıq alınan miqdar sələm və haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) :
Bir şəxs İrana səfər edərkən, sərhəddən keçməzdən öncə başqa bir şəxs ondan bu səfərdə onunla yoldaş olmasınıd istəyir. “Xosrəvi” gömrüyündə səfər vəsaitlərini yoxlayanda məlum oldu ki, vəsaitlərin içində çoxlu miqdarda idxalına qadağa qoyulmuş mallar var. Onların hamısını gömrük müsadirə etdi. Birinci şəxsin isə yalnız bir neçə İtalyan sumbatası olmuşdur və gömrük məmuru sumbataların da ikinci şəxsə aid olduğunu güman edib, onları da müsadirə etmiş və birinci şəxsin xahiş və təmənnalarının heç bir faydası olmamışdır. Birinci şəxs əlacsız qalıb sumbataların pulunu ona borclu olan ikinci şəxslə sumbataların qiymətinin əvəzində təqas etmişdir (almışdır). Bu işin eybi varmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər qaçaq malın sahibi birinci şəxsə aid olan və qaçaq olmayan malın da aradan getməsinə səbəb olarsa, zamindir və təqas etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) :
Bir nəfər ticarət etmək üçün bir qədər pul borc aldı. Əgər o işin qazancı olarsa, qazancın müəyyən məbləğini borc verən şəxsə qaytarması caizdirmi? Borc verən şəxsin onu tələb etməsi caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc verən şəxsin, borc alan şəxsin borc mal ilə ticarət edib əldə etdiyi qazancda heç bir haqqı yoxdur. Bu qazancın heç bir miqdarını da tələb edə bilməz. Amma borc alan şəxsin özü, əvvəlcədən heç bir şərt olmadan, artıq məbləğin bir hissəsini ehsan adı ilə borc verən şəxsə qaytarsa, nəinki eybi yoxdur, üstəlik bu iş müstəhəbdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) :
Müəyyən şəxslərin öz mal-dövlətlərini və sərmayəsini başqasının yanında əmanət qoyub hər ay müəyyən məbləğdə qazanc almaları caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayənin başqasına verilməsi düzgün müqavilələrlə ondan bəhrələnmək olarsa, eybi yoxdur, ondan əldə olunan qazancın da eybi yoxdur. Amma borc adı ilə olsa, borcun özünün düz olmasına baxmayaraq, onda qazancın şərt edilməsi şərən batildir, alınan qazanclar sələm və haram sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) :
Atam saxta müamilədə bir şəxsə bir qədər pul verdi, həqiqətdə isə bu, borc adı daşıyırdı. O şəxs də hər ay qazanc adı ilə müəyyən məbləği atama verirdi. Borc verən (atam) vəfat etdikdən sonra borc alan şəxs həmin miqdarı olduğu kimi ödəyirdi, sonra o da vəfat etdi. Qazanc adı ilə verilən pullar sələm sayılırmı və borc verən şəxsin vərəsələrinə, onları borc alan şəxsin vərəsələrinə qaytarmaq vacibdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc alan şəxsə əslində borc kimi verilmişsə, malın qazancı adıyla verilən hər məbləğ pul sələm sayılır və şərən haramdır. O pulların özü, yaxud əvəzi borc verən şəxsin tərəkəsindən götürülüb borc alan şəxsə və yaxud onun vərəsələrinə verilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) :
Əgər borc alan şəxs, borcunu qaytarmağı təyin olunan vaxtdan təxirə salsa, borc verən şəxs verdiyindən artıq miqdar tələb edə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəri baxımdan borc verən şəxsin verdiyi miqdardan artıq almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.