Sual (31) :
Bankın xüsusi işlərdə istifadə olunması üçün şəxslərə verdiyi borcun başqa işlərdə istifadə edilməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bankın şəxslərə verdiyi şeylər həqiqətdə borc olsa və hökmən xüsusi işlərdə istifadə edilməsini şərt etsə, bu şərti pozmaq caiz deyil. Həmçinin bankdan alınan məbləğ müzaribəni, şərikliyi və s. sərmayə adı ilə olsa, onu bankdan hansı məqsədlə alıbsa, həmin məqsəddən başqa yolda istifadə etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Bank müamilələrində sələmdən qaçmaq üçün çıxış yolu nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunun çıxış yolu şəri əqdlərdən istifadə edərək və onun bütün şərtlərinə tam riayət etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
Qərzül-həsənə fondları borc vermək üçün müəyyən şərtlər qoyurlar, o cümlədən fonda üzv olmaq və onda müəyyən məbləği ehtiyat saxlamaq, həmçinin borc istəyən şəxsin fondun yerləşdiyi məhəllədə yaşaması, eləcə də başqa şərtlər qoyulur. Bu şərtlər sələm hökmündədirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fonda üzv olmaq, yaxud fondun yerləşdiyi məhəllədə sakin olmaq və şəxslərə borc verilməsində məhdudiyyət yaranmasına səbəb olan sair şərtlərin eybi yoxdur. Fondda hesab açmaq şərti də əgər borc verilməsinin o şəxslərə aid olmasına qayıtsa, eybi yoxdur. Amma fonddan gələcəkdə borc götürülməsi, borc istəyən şəxsin əvvəlcə müəyyən qədər banka pul qoymuş olması ilə şərtlənməsinə qayıtsa, bu şərt borcda mənfəət hökmüdür və batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Borcları öz üzvlərinin ixtiyarında qoyan bir fond, borc verərkən şərt edir ki, borc istəyən şəxs müəyyən məbləğdə pulu 3, yaxud 6 ay müddətində fonda qoysun, bu müddət keçdikdən sonra təhvil verdiyi pulun ikiqat artığını ona borc versinlər. Bütün borcunu qaytardıqdan sonra əvvəldə fonda verdiyi pul ona qaytarılır. Bunun hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər fonda pul verilməsi, o pulun müəyyən müddət ərzində fondun yanında borc kimi qalması adı ilə olsa və fondun da həmin müddət keçəndən sonra müəyyən qədər borcu ona verməsi şərt edilsə, yaxud fondun borc verməsi, onun əvvəlcə müəyyən məbləği fonda qoymuş olması ilə şərtlənsə, bu şərt sələm hökmündədir, şərən haram və batildir, amma borcun özü hər iki tərəflə əlaqədar düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Bankdan pul alarkən bankın işçilərinə zəhmət haqqı (muzd) verməyin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan bu pul borc vermək işlərinə, o cümlədən dəftərdə yazmaq, sənədləşdirmək, eləcə də fondun başqa xərclərinə – su, işıq və sair işlərə əmək haqqı adı ilə alınsa və borcun qazancına qayıtmasa, onu almağın, verməyin, həmçinin borc almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
Bir qərzül-həsənə müəssisəsinin idarə kadrları bir şəxsdən aldığı pul ilə bir binanı almış və bir aydan sonra o şəxsin pulunu camaatın razılığı olmadan onların əmanət verdikləri pullardan vermişdir. Bu müamilə şəridirmi? O binanın sahibi kim olmalıdır?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müəssisə üçün oraya borc verilən pulla bir bina alınması idarə kadrlarının ixtiyar və səlahiyyətlərinə uyğun olaraq baş vermiş olsa, eybi yoxdur və alınan bina da müəssisənin mülkü və onun maliyyə sahiblərinin malıdır. Bundan başqa hallarda müamilə füzuli olub (düzgünlüyü) pul sahiblərinin icazəsindən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Bir nəfər qərzül-həsənədən borc alır, borcu qaytaran zaman qabaqcadan onunla heç nə şərt edilmədən özü borcundan artıq miqdarı ödəyir. Ondan bu artıq miqdarın alınması və abadlıq işlərində sərf edilməsi caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər borc alan şəxs o məbləği öz razılığı əsasında və borc qaytaran zaman müstəhəb olan bir əməl adı ilə versə, onu almağın eybi yoxdur. Amma müəssisə rəhbərlərinin onda təsərrüf etmələri, abadlıq və sair işlərdə xərcləmək yolu ilə etdiyi təsərrüfləri onların bu barədəki ixtiyarlarının hansı dərəcədən olmasından asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Bəzi şəxslər başqalarından müəyyən məbləğdə pul alıb müqabilində onlara hər ay bir qədər qazanc verirlər. Bu iş heç bir əqdlə baş vermir, yalnız iki tərəfin razılaşması ilə olur. Bu işin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu qəbildən olan müamilələr sələmli borc hesab olunur. Onda qazanc və fayda şərti batildir və artıq alınan miqdar sələm və şərən haramdır, onu almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
Bəzi qərzül-həsənə müəssisələri camaatın onlara əmanət adı ilə verdikləri pullardan müəyyən əmlak və ya başqa şeylər alırlar. Bu müamilənin hökmü nədir? Bunu da nəzərə almaq lazımdır ki, oraya pul qoyanların bəziləri bu kimi işlərlə müvafiq deyillər. Müəssisə rəhbərinin alınan mal-dövlətdə, məsələn, al-ver kimi təsərrüflər etməyə haqqı varmı? Bu iş şərən caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər camaatın onlara verdikləri pul qərzül-həsənə müəssisəsində müəssisənin istədiyi hər şəxsə borc versin deyə, bir əmanət kimi olsa, bu halda onun mülk və ya başqa bir şey alınmasına sərf olunması füzulidir və pul sahiblərinin icazəsinə bağlıdır. Amma əgər camaatın oraya verdikləri pul müəssisəyə borc adı ilə verilmiş olsa, bu halda əgər onun rəhbərləri onlara verilən ixtiyarlar əsasında müəyyən mülk və yaxud başqa şeylər alsalar, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Bir kooperativ şirkətinin üzvləri müəyyən məbləğdə pulu onun sərmayəsi adı ilə oraya verirlər. Şirkət də öz üzvlərinə borc verir və onlardan heç bir qazanc və ya muzd almır. Onun məqsədi də (üzvlərinə) kömək göstərməkdir. Həmin müəssisənin üzvlərinin sileyi-rəhim (yaxınlara əl tutmaq) və ya başqalarına kömək ünvanı ilə gördükləri bu işin hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Möminlərə borc verilməsinin təmin olunmasında iştirak etmək və kooperativ yaratmağın, hətta Sualda deyilən surətdə olsa belə, üstün və caiz bir iş olduğunda şübhə yoxdur. Amma şirkətə verilən pul borcu verən şəxsə gələcəkdə yenidən borc verilməsi şərti ilə olan borc adı ilə verilsə, borc verməyin özünün adi hökm nəzərindən düzgün olmasına baxmayaraq bu iş şərən caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.