Sual (21) : Təqaüd vaxtı çatan və müntəzəm olaraq təqaüd alan şəxslərə illik əmək haqlarının xumsunu vermək vacibdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər aldığı təqaüd onun qulluqçu və ya fəhlə işlədiyi zaman əmək haqqından tutulan pullardandırsa və sonradan təqaüd adı ilə ona qaytarılırsa, onda onun illik dolanışıqdan artığına xums vermək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Bir nəfər müəyyən məbləğdə pul borc alıb və onu il qurtarmamış qaytara bilmir. Borcu alana, yaxud verənə onun xumsunu vermək vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc alan adamın aldığı borca xums düşməz. Lakin borc verən adam onu, illik qazancının xumsunu verməzdən qabaq veribsə və onu ilin axırına qədər həmin şəxsdən ala biləcəksə, onda gərək hesab ili çatanda onun xumsünü versin və əgər ilin axırına qədər borcunu ala bilməzsə, onda hələlik onun xumsunu vermək vacib deyildir və borc ödənənə qədər gözləməli, aldıqdan sonra vacibi halda xumsunu verməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Tələbə özünün gəliri olmadığı halda, atanın pulu ilə və ya universitetin verdiyi borcla aldığı kitablara xums vacibdirmi? Həmçinin, əgər məlum olsa ki, ata alınan kitablara xərc olunan pulun xumsunu verməyib, onda vacib olarmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borcla alınan kitablara, eləcə də atanın hibə etdiyi pulla alınan kitablara xums düşməz. Amma əgər o malların özünün xumsunun verilməməsi məlum olsa, onda vacibdir ki, onların xumsu verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Mən xums ilinin əvvəlində öz mallarımın xumsunu hesabladım. Qalan pullar və ərzaq mallarının xumsu 810 tümən oldu. Onu da qeyd edim ki, yaşadığım bina üçün borcum var və bundan sonra da 12 il müddətində borclu qalacağam. Xahiş edirəm, mənim xums məsələmin həllini buyurasınız.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yaşayış binasının kredit borclarının və bu kimi şeylərin, illik qazancdan ödənilməsinə icazə verilir, lakin əgər onlar ödənməsə, o ilin qazancından istisna olunmaz və ilin axırına qədər qalan qazanclara xums vermək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Bir neçə il bundan əvvəl bankların birindən borc almışam və onu bir illiyə öz cari hesabıma qoymuşam. O borcları ödəyib qurtara bilməmişəm və kredit yolu ilə hər ay onların bir hissəsini qaytarıram. O borca xums düşərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda yazılan şəraitdə götürülən borcun kredit yolu ilə, qazancınızdan ödədiyiniz miqdarına xums vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Mən beş il ərzində evlər idarəsinə, yer alıb ev tikmək üçün müəyyən məbləğdə pul vermişəm, lakin bu vaxta qədər yerlər bölüşdürülməyib. Buna görə də qərara almışam ki, o məbləği evlər idarəsindən geri götürüm. Onu da qeyd etmək lazımdır ki, o pulun bir hissəsini borc almışam, bir hissəsini xalçamızı satmaqla əldə etmişəm. Qalanı da müəllimə işləyən yoldaşımın əmək haqqıdır. Buna görə də aşağıdakı iki Suala cavab verməyinizi xahiş edirik: 1) O pulları götürüb məskən təmin olunmasında xərcləsəm, onlara xums gələrmi? 2) Onlara gələn xumsun miqdarı nə qədər olar?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yoldaşınızın sizə hibə etdiyi pullara, həmçinin borc aldığınız məbləğə xums düşməz. Amma satdığınız xalçaya gəldikdə isə, əgər onları dolanışıq hesabına illik qazancınızdan almışdınızsa, onda ehtiyata görə Sualda qeyd olunan şəraitdə o pullara xums vermək vacibdir. Amma əgər o pullara (ev almaqda) ehtiyacınız olsa, belə ki, əgər o pulların xumsunu versəniz, onda qalan məbləğlə daha ehtiyacınız olan evi ala bilməyəcəksiniz, onda o pulların xumsunu vermək vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Həcci-təməttö üçün olunan borca xums düşürmü ki, o, verildikdən sonra həccə gedilsin?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alınan borca xums vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : İşçilərin illik dolanışığından artıq qalanına xums vacibdirmi? Onu da nəzərə alın ki, onların nəqd və kredit borcları vardır.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onların borcu həmin il ərzində lazım olan dolanışıq və ya bəzi illik ehtiyaclarını ödəmək üçün edilən nisyədirsə, onda o, qazancın artığından istisna olunar; və əgər belə olmazsa, onda ona xums vacib olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Məndə bir miqdar xumsu vacib olan illik əmək haqqımın qazancı var. Hal-hazırda üzərimdə müəyyən məbləğdə borc da vardır. Sualım budur ki, mən borcum qədəri illik qazancımdan ayıra bilərəm, yoxsa yox? Onu da nəzərə alın ki, mən şəxsi maşın aldığım üçün borca düşmüşəm.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Maşın almaq üçün etdiyiniz borc illik əmək haqqı qazancından istisna olunmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Müharibə dövründə yaralananlardan biri borc almaq üçün banka müraciət edir və özünün əlil olması ilə əlaqədar olaraq əlillər təşkilatının verdiyi vəsiqəni göstərir ki, müharibə əlilləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edib borc alsın, Bu vəsiqələr də onların nə qədər iş qüvvəsini itirmələri ilə əlaqədar verilmişdir. Onun özü də bilir ki, onun əlillik dərəcəsi həmin vəsiqədə qeyd olunanlardan aşağıdır və güman edir ki, həkimlər və mütəxəssislər onun əlillik dərəcəsini ayrıd etməkdə səhvə yol vermişlər. Onların şəhadət verməsi ilə həmin şəxs xüsusi güzəştlərdən istifadə edə bilərmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əlillik dərəcəsi tibbi müayinələri öz nəzərləri əsasında verən mütəxəssis həkimlərin vasitəsi ilə verilmiş olsa və qanuna görə də bankda güzəşt verilməsində həmin nəzər əsas olsa, hətta onun öz nəzərinə görə əlillik dərəcəsi qeyd olunanlardan aşağı olsa belə, həkimlərin təsdiqlədiyi əlillik dərəcəsinə uyğun olaraq güzəştlərdən istifadə etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP