Sual (61) : Qəbz eynilə nağd pul kimidirmi, belə ki, borclu onu borc sahibinə verdikdə onun borcu ödənmiş olsun?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qəbz nağd pul kimi ola bilməz. Borcun, yaxud onun qiymətinin borc aldığı şəxsə, yaxud satıcıya (qəbz şəklində) verməsi ilə borcun qaytarılması o vaxt düzgün olar ki, camaat arasında o qəbzin alınması həmin məbləğin alınması hesab olunsun. Bu da müəyyən hallarda və şəxslərə görə fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Hazırkı dövrdə olduğu kimi, bir neçə müddətdən sonra vaxtı çatacaq qəbz və xüsusi bank vərəqələrini öz qiymətindən ucuz, amma nağd satmağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc verən şəxsin müddətli qəbz və xüsusi bank vərəqələrini borclu şəxsə öz qiymətindən ucuz, amma nağd satmasının eybi yoxdur. Amma (borc verənlə borc alandan başqa) üçüncü şəxsə öz dəyərindən az qiymətə satılması düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Bankın əməliyyat, mühasibat və müdiriyyət bölməsində şləyib maaş almaq caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şərən haram olan müamilələrlə heç bir əlaqəsi olmadığı halda bankın bu kimi şöbələrində işləməyin və onun əvəzində maaş almağın heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Mən bank işçisiyəm və ölkə bankının xaricdəki şöbələrindən birində işləyirəm. Həmin banklarda həm sələmli, həm də sələmsiz müamilə növləri mövcud olduğu halda, bizi həmin dövlətin bank qanunlarına tabe olmağa vadar edirlər. Bu bank sistemində işləmək və bu vəzifəni qəbul etmək caizdirmi? Bu bank şöbələrinin gəlirindən aldığımız maaşın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin öz-özlüyündə eybi yoxdur. Lakin sələmli müamilələrlə əlaqədar bank işlərini icra etmək caiz deyil. Şəxsin də o işləri görmək müqabilində aylıq maaş almağa haqqı yoxdur. Amma bu bank şöbələrindən alınan aylıq maaşa gəldikdə isə, aldığı pullar içərisində haram malın olduğunu bilmədiyi təqdirdə onu almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Əgər bankda hesab sahibləri bilməməzlik ucbatından və ya digər səbəblərə görə hədiyyələrini almaq üçün banka müraciət etməsələr, bank onlarda təsərrüf edə bilərmi və ya onu öz işçiləri arasında bölə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyənin veriləcəyi şəxslərin icazəsi olmadan onlara məxsus olan hədiyyələrə, nə bankın özünün, nə də onun işçilərinin malik olma haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Qərzül-həsənə (faizsiz borc) əmanət banklarına qoyulan pullara müəyyən hədiyyələr düşür. Bunları almağın hökmü nədir? Onları almağın caiz olduğunu fərz etdikdə, ona xums düşürmü?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qərzül-həsənəyə pul qoymağın və onun verdiyi hədiyyələri qəbul etməyin heç bir eybi yoxdur. Onun verdiyi hədiyyələrə də xüms vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Mən banka müəyyən məbləğ pulu ehtiyat olaraq qoymuşam. Bir müddətdən sonra hədiyyə kimi müəyyən məbləğ pul veriblər. Onu almağın hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kimi hədiyyələri almağın və istifadə etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Bəzi vaxtlarda şəxslər bank işçilərinə işıq, su və s. pullarını təhvil verərkən cüzi miqdarda artıq verirlər. Məsələn, 80 tümənlik işıq pulunu verəndə 100 tümən pul verir və qalanını da istəmir. Bank işçisi artıq verilən bu miqdarı özünə götürə bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Artıq verilən bu miqdar onu verənin sahibinə məxsusdur. Onu qəbul edən bank işçilərinə də pul sahibini tanıdığı halda özlərinə qaytarmaları vacibdir. Əgər sahibini tanımırsa, məchulul-malik (sahibi naməlum olan mal) hökmündədir. Onu bank işçiləri özləri üçün götürə bilməzlər. Yalnız o vaxt götürə bilərlər ki, pul verən şəxslərin onlara hədiyyə etdiklərini və ya onu istəmədiklərini yəqin etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Banklar tərəfindən camaatın onlarda hesab açaraq pul qoymalarına rəğbətləndirmək üçün, misal üçün, “hər kəs altı ay ərzində öz hesabında olanlardan bir şey götürməsə, bank ona xüsusi güzəştlər verəcək”- deyə vədə versə, bu iş düzgündürmü?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bankın özü tərəfindən bu cür vədənin, rəğbətləndirmək üçün şəxslərə verdiyi üstünlüklərin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Dövlət idarəsi və ya şirkəti öz əməkdaşları ilə bağladığı müqaviləyə əsasən onların maaşından hər ay müəyyən məbləğdə pul kəsilir və işlətmək üçün banklardan birinin hesabına köçürülür. Bunlardan əldə edilən qazanc da əməkdaşlar arasında hər birinin sərmayəsinə müvafiq olaraq bölünür. Bu müamilə caiz və düzgündürmü? Bu yolla əldə edilən qazancın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayənin banka borc şəklində, qazanc götürmək şərti ilə, yaxud onu nəzərdə tutmaqla və ya onun əldə edilməsi məqsədi ilə qoyularsa, onda banka bu tərzdə pul qoyulması haram, ondan əldə olunan qazanc da şərən haram olan sələm sayılır, onu götürüb təsərrüf etmək caiz deyil. Amma sərmayənin qorunub-saxlanması və ya başqa bir halal məqsədlə olsa və qazanc şərt edilməməklə, qazanc məqsədi olmadan banka qoyarsa, bank da öz növbəsində sərmayə sahibinə hər hansı bir məbləğ versə, yaxud onun qoyduğu sərmayə halal müamilələrdən birində istifadə olunarsa, onda banka bu cür pul qoymağın, eləcə də əlavə verilən qazancı almağın heç bir eybi yoxdur və şəxsin xüsusi mülkiyyətinə keçir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP