Sual (31) :
Calam.Bankdan kredit qetutmek isteyirem ki avtomobil alim wirketim var opda iwletmey ucun
Ad:
ferid aliyev,
Ölkə:
azerbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bankdan borc almağın özündə (əslində), bir irad yoxdur. Amma sələmli olduğu
halda onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın,
istərsə də qеyri-müsəlmanlardan, istər islam dövlətindən
alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama
mürtəkib olmağın icazəli olduğu bir həddə zərurət və çıxılmaz
vəziyyətə düşməsi istisna olunur. Lakin o şəxs bankın ondan
artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq
hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər.
Sələmli olmadığı halda borc almağın icazəli olması zərurət və
еhtiyac halları ilə şərtlənmir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) :
gunah olduqunu bilmeyerek bankdan ev almaq ucun pul goturub ev almisam artiq bir ildir ki odeyirem bunun gunahi nedir ve menim vezifem nedir
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim Zərurət yaranmadığı halda ribalı borc götürmüsünüzsə, günah etmisiniz, lakin o məblığin maliki olursunuz. Ona görə də aldığınız ev qəsbi hesab edilmir. Artıq ödəyəcəyiniz pulu sizdən zorla alınan pul niyyəti ilə ödəyin.http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) :
Men iqtisadiyat unversitetin qutarmisam oz ixtisasima uyqyn is axtariram. atam meni bankda ise duzeltmek isteyir bunu bilmek isteyirem ki bankda islemik ne derecede duzdu?
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bank
əməliyyatı iki cür olur:
1. Haram
bank əməliyyatı; bu, ribalı müamilələrlə əlaqədar olan əməliyyatdır. Məsələn,
onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət
verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin, ribalı
müamilələri olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud
şərab ticarəti ilə məşğul olanlar, onların səhmlərini satmaq, onlar üçün
etibar açmaq haram əməliyyatlardan hesab olunur.
Bu
əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək icazəli deyildir, ücrət
almağa haqlı olmağa səbəb olmur.
2. İcazəli olan bank əməliyyatları; bu, yuxarıda qeyd olunan əməliyyatdan
tamamilə fərqlənir, orada işləmək və əmək haqqı almaq icazəlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) :
Salam aleykum. Mən maşın almaq üçün kredit götürə bilərəm? Bir şərtlə ki bu maşın orta maşın qiymətindən biraz bahadır, amma bahalığı onun çox praktik ve dözümlülüyü ilə irəli gəlir.
Məndə bu səbəbdən bir praktik maşın alım deyə niyyətindəyəm
Ad:
Rovshan,
Ölkə:
Azerbaijan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim Əgər artıq gəlir ödəməyiniz şərti ilə borc versələr, belə borcu götürmək icazəli deyil və ribadır.
Lakin maşını və hər bir malı kreditlə, yəni onun pulunu hissə-hissə ödəməklə ala bilərsiniz, istər bankdan olsun, istər şirkət ya şəxsi adamdan. Lakin üstünə gələcək artıq qiymət də əvvəldən müəyyən olmalıdır.http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) :
Ər-arvad bir-birlərinin şəxsi malından oğurluq edə bilərmi? məsələn, kişi qadının qızıl və pullarını yaxud qadın ərinin razılığı olmadan götürsün.
Ad:
Lamiye,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil və zaminliyə səbəbdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
İdarə işçisi hər ay təqribən 30-40 saat əlavə olaraq işləyir. İdarənin məsul işçisinin, işçiləri həvəsləndirmək üçün əlavə iş saatlarını ikiqat, məsələn hər ayda 120 saat hesab etməsi caizdirmi? Əgər bu işdə işkal varsa, keçmişdəki əlavə iş saatlarına görə aldığı maaşın hökmü nədir?
Ad:
Sahib,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Gerçək olmayan (saxta və formal) fakt və rəqəmlərin yazılışı (sənədləşdirilməsi) və heç bir iş görülmədiyi halda əlavə iş saatları əvəzində pul almaq caiz deyil. İşçinin haqqı olmadığı halda aldığı artıq miqdarı qaytarması vacibdir. Lakin müəyyən bir qanun olsa və idarə məsulu, orada işləyənlər üçün əlavə iş saatını artırmağa icazə versə, bu iş caizdir. Bu halda məsul şəxsin yazdığı raporta uyğun olaraq idarə işçisinin əlavə iş saatı üçün maaş alması da caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Bizim idarənin yaxınlığında bir məscid var. Camaat namazında iştirak etmək üçün rəsmi iş saatlarında oraya getməyimiz caizdirmi?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İdarənin özündə camaat namazı təşkil olunmursa, namazın əvvəl vaxtında camaat namazında iştirak etmək üçün idarədən çıxıb məscidə getməyin eybi yoxdur. Lakin namazın hazırlıq mərhələsini elə tənzim etmək lazımdır ki, vacib namazı camaatla qılmaq üçün iş saatında idarədən çıxdığınız vaxt ən az həddə olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Biz hərbi müəssisədə işləyirik. İş yerimiz bir-birindən aralı iki müxtəlif yerdə yerləşir. Dostlardan bəzisi bir iş yerindən digərinə gedən zaman yolda müəyyən şəxsi işlərlə məşğul olurlar ki, onların bəzisi çox vaxt aparır. Bu işlər üçün icazə almaları vacibdirmi?
Ad:
Sahib,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İş üçün təyin olunmuş rəsmi iş saatlarında şəxsi işlə məşğul olmaq bu haqqa malik olan yuxarı (rütbəli) məsul işçilərin icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
Dövlət idarə və müəssisələrində işləyənlər üçün (rəsmi iş saatlarında) matəm mərasimi təşkil etmək və camaat namazı qılmaq caizdirmi?
Ad:
Cavad,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müraciət edənlərin hüququ pozulmayacaqsa, namaz üçün toplaşdıqda, mübarək Ramazan ayı və sair əlamətdar hadisələri olan günlərin xüsusunda əhkam və maarifi bəyan etmək və sair kimi işlərin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Əgər bir idarə işçisinin iş yerində boş vaxtı çox olsa və bu vaxtını da başqa bölmələrdə sərf etməyə icazəsi olmasa, onda həmin şəxsin bu vaxtda öz şəxsi işlərini görməsi caizdirmi?
Ad:
Cavad,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İdarənin iş yerində şəxsi işlər görmək idarənin qanunlarına və əlaqədar məsulların icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.