Sual (11) : Bismillah salam.aleykum men dollarla kredit goturmusem .1000 dollar civarinda her ayada 100 dollar odemeliyem. men kredit goturende 100 dollarin kursu milli pula cevirende 105 manat idi.men her aya ele bil 105 manat kredit kecirtmeli oldum.Hal hazirda dollarin mezenesi qalxib ele bil indi 180 manat olub.mende deyirem ya 105 manatla kecirdirem .cunki men goturende ele idi .indi ne olsun belkem 200 .uc yuz manat olajaqsa men bu qeder artiq odemeliyem? xahia edirem genis cavab yazardiz menim vezifem nedir.ya 105 den verirem goturmur.qebul etmirler indi mende qerara gelmisem hec birini vermeyem bu haqsizliqdi.eynen bu curne saysiz hesabsiz adamlar var
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, kredit götürməyin özü, sələmli olsa belə, səhihdir və həmin şəxs ona sahib olur. Amma şəri baxımdan sələmli kredit haramdır. Lakin həmin şəxs çıxılmaz vəziyyətə düşsə və harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət yaransa, bu işi edə bilər. Bu halda o şəxs bankın ondan artıq alacağını bilsə də, (günaha düşməmək üçün) artıq alınacaq hissəni verməyəcəyini niyyət etməklə haramdan qaça bilər. Hər bir halda, sizin vəzifəniz - dəyəri çoxalmış olsa da - həmin min dolları qaytarmaqdır.
http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salam aga!!Aga bilmek istiyerdim kredit pul goturmek haramdir ya yox?
Ad: cavid, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin. 
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (13) : Salam Əleykum Sualım belədir. Bir nəfər mömin qardaşlardan Azərbaycanda özəl banklardan birinə müəyyən miqdar 600 azn və yaxud 1200 azn faizə bepozit yerləşdirir. Amma 6 ay və yaxud 1 ildən sonra hımin miqdarın vaxtı gələn zaman həmin məbləği bankdan fazilə birlikdə götürür. Həmin qardaş əlavə hesablanan faiz məbləğini kimsəzis yoxsul şəxslərə paylayır. Bilmək istərdim ki, bu görülən əməl RİBA və haramdır yoxsa həmin qardaş özünə həmin məbləği götürməməklə düz edir? Müsəlman qardaş bu fətvanın Sistanı ağa ilə uyğun gəldiyini deyir. Zəhmət olmasa bu suala aydınlıq gətirin. Sizə zəhmət.
Ad: Kərbəlayi Seyyid Gəray, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Azərbaycan ölkəsi müsəlman ölkə sayıldığı üçün və orada olan bankların şəriət qayda-qanunlarını, muzaribə, şəriklik və cualə kimi məsələləri riayət etmədiklərini nəzərə alaraq xatırladırıq ki, bu banklardan əlavə gəlir götürmək riba və haramdır. Əgər bank tərəfindən banka pul qoyan şəxsin pulunun üzərinə əlavə fayda və pul köçürülərsə, riba olduğu üçün onu götürmək və mənimsəmək haramdır. Bu pul gərək pulun həqiqi sahiblərinə qaytarılsın və əgər pulun həqiqi sahibi məlum deyilsə, gərək pulun həqiqi sahibi tərəfindən fəqirlərə sədəqə verilsin.
http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : SalaM bankdan pul goturmey olar kredit faizle
Ad: RehmaN, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin. 
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Salam aleykum. bildiyiniz kimi bezi banklar oz musteri cezb etmek ve musterilerini tesviq elemek ucun pusk atmalar kecirirler. bele puskatmada istirak etmek ucun bankda hesab acmaqin iskali varmi? zehmet olmasa diger muctehidlerin de nezerini bize yazin
Ad: Heyder, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei:
Maneəsi yoxdur.
Ayətullah əl-üzma Behcət:
İradı yoxdur.
Ayətullah əl-üzma Məkarim:
İradı yoxdur.
Ayətullah əl-üzma Sistani:
Əgər püşkatmada iştirak etməyi şərt etməsə, iradı yoxdur.
Ayətullah əl-üzma Fazil:
Əgər püşkatmada iştirak etməyi şərt etməsə, iradı yoxdur.

http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (16) : Bank Pul qoymaq Gunahdir?
Ad: Ferid, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əlavə gəlir şərt etmədən eybi yoxdur.
http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (17) : Salam. Koka kolaní içmek günahdír bes pepsini (spirtsizdir) içmek nece günahdír yoxsa yox?Bele bir sualím olacaq kredit götürüb bankdan evi temir etmek olar?Size tesekkür edirem sag olun sulímízí etraflí cavablandírírsíz.
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Tərkibində haram, yaxud murdar qatqı olmayan sualrın içilməsinin iradı yoxdur.
Qeyd edək ki, İsrail rejiminə xeyir  verən şirkətlərin mallarının alqı-satqısı haramdır.

2. Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin. 
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq.
Sual (18) : Salam aleykum.Bir qohum var məndən 1 illik maaşımın bankdan çıxarışın istəyirki,başqa bankdan kreditə pul götürsün.Səbəbi budurki icarəyə tükan götürüb telefon alveri ilə məşqul olmaq istəyir.Tükanı icarəyə verən 3000 manat əvvəlcədən istəyir,bir neçə aylıq icarənin pulun əvvəlcədən istəyir.Sonra tükana pul buraxmalıdırki alver edə bilsin.Uşaqlıqdan telefon alveri ilə məşqul olur.Bir gözü görmür müalicə olunmalıdı,uşaqlıqdan bir qolu sınıb əyri qalıb,hərbi bileti yoxdu,dövlət işində işləyə bilmir,fəhləçilikdə olmaz,gözünə ziyandı.Dost tanışları,dostları və qohumları gildə yaşayır.Mən ona bu işdə kömək edə bilərəm?
Ad: Abuzer, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bankdan borc almağın özündə (əslində), bir irad yoxdur. Amma sələmli olduğu halda onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər islam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın icazəli olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər.
Sələmli olmadığı halda borc almağın icazəli olması zərurət və еhtiyac halları ilə şərtlənmir.

http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Qərb dövlətlərində banka müəyyən məbləğ qoyub həmin məbləğə görə bank tərəfindən verilən faizi götürmək olarmı?
Ad: Kərbəlayi Seyyid Gəray, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər sərmayəsi qeyri-müsəlmanlara aid olan banklardan olsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/23/Bank/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : esselamun Aleykum size 1i sual vermek istiyerdim cavablandirsaz sad olardim Bankdankredit goturmek olarmi? bir halda ki,faiz Qurani Kerimde haram buyurulub.
Ad: Cumsud, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Go to TOP