Sual (111) : salam aleykum. Banklar camaatın oraya əmanət kimi qoyduğu pullara 3-20 faiz qazanc verir. İnfliasiya səviyyəsini nəzərə alaraq bu məbləği bankdan götürəndə artan bu miqdarın sələm sayılmaması üçün o pulun əmanət qoyulduğu günə nisbətən alıcılıq dəyərinin aşağı düşməsindən yaranan zərərin əvəzi hesab etmək olarmı?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bankın verdiyi əlavə qazanclar və əlavə gəlir pul qoyanların tərəfindən vəkalət əsasında o pulların işlədilməsindən hasil olsa və düzgün şəri əqdlərdən birinin vasitəsilə həyata keçsə, sələm deyil, şəri müamilənin qazancıdır və bunun heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP