Sual (71) :
Bir neçə nəfər arasında müştərək olan bir evi əgər şəriklərdən o evdən istifadə etmək icazəsini tələb və xahiş etsələr, onlara icazə vermək vacibdir, yaxud imtina da edə bilərlər?
Ad: Islam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Islam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda müştərək maldan istifadə etməkdə şərikin qadağan etməsi caiz deyil. gərək onun payının miqdarından istifadə etməyə icazə versin. yaxud təqsimləməyə hazır olsunlar ki, bir-birinin payı ayrılsın və yaxud satmağa razılıq versin. həmçinin əgər bütün usullardan imtina etsə şəriət hakimi onu bu işlərdən birini qəbul etməyə məcbur edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Bağ və əkin sahələri olan bir şəxs dünyasını dəyişib. atanın ölümündən sonra böyük oğlan özünün, fəhlənin və sairlərin köməyi ilə məhsulu yığmışdır. Özünün və atasının xərcləri ata malından olmuşdur. zəhmət haqqı şərt olunmayan surətdə öz işi üçün sair vərəsələrdən hakk ala bilərmi?
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sair vərəsələrin icazəsi olmadan məhsulu yığdığından onlardan zəhmət haqqı tələb etməyə yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Heç bir hissəsi müəyyən edilməmiş üç nəfərin əkinə yararlı olmayan torpaq sahəsi vardır. bu üç nəfərdən biri torpağın bir hissəsini abadlaşdırıb. qalanı isə yararsız halda qalmışdır. abadlaşmayan hissə qaldığı halda qalan iki nəfər abadlaşan hissədən pay aparırlarmı?
Bu ikinəfərin abadlaşdıran şəxsə nisbətdə vəzifələri nədir?
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsələnin qoyuluşuna əsasən əgər torpağı bölməmişdən əvvəl abadlaşdırmış olsa, əvvəlki kimi bütün şəriklər onda şərikdirlər. sonda əgər onların icazəsi ilə abadlaşdırıbsa, zəhmət haqqı tələb edə bilər və əgər onların icazəsi olmadan abadlaşdırıbsa, zəhmət haqqı tələb edə bilməz. yox əgər şəriklər bu hissəni təqsim olunmamış abadlaşdırsın deyə icazə veriblərsə, indi icazələrindən dönə bilərlər və hamısını bölüşdürə bilərlər. lakin abadlaşdıran şəxsin zəhmət haqqını gərək versinlər.
Ağac, əkin və ev mövcud olsa, abadlaşdıran şəxsin malı sayılır. amma əgər ev tikmək və ağac əkməyə icazə veriblərsə, öz icazələrindən dönməyincə bir şey tələb etməyə hakkları yoxdur. Öz icazələrindən dönəndən sonra evin və ağacların qalması üçün öz paylarına nisbətdə torpaq haqqı tələb etməyə hakkları vardır. aralarında ixtilaf və çətinlik varsa, məhkəməyə müraciət etmələri lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Qanunun tələbinə əsasən açıq şəkildə hərraca qoyulmaqla satılmalı olan mal əgər satılmaq üçün hərraca qoyulsa, bu halda onu mütəxəssis bir adamın təyin etdiyi qiymətdən aşağı qiymətə satmaq – əgər malı, onun təyin etdiyi qiymətə almaq istəyən tapılmasa – caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mütəxəssisin tərəfindən təyin edilən qiymət hərracda olan satışda əsas götürülür. Buna görə də əgər mal, qanuni və şəri cəhətdən düzgün olan şəkildə hərraca qoyularaq satılsa, bu halda onu müştərinin hərraca qoyduğu ən yuxarı qiymətə satmağın səhih olmasına hökm olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Sahibi məlum olmayan bir yerdə yaşayış mənzili tikmişik. Müştərinin razı olmasını, yer yiyəsinin naməlum olmasını, satanın da təkcə binaya malik olduğunu bilməklə binanı onun yeri ilə birlikdə satmaq bizim üçün caizdirmi?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər maliki məchul olan yerdə bina tikmək şəriət hakiminin icazəsi ilə olsa, bu halda binanın maliki təkcə binanı sata bilər, amma yerini satmağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Evimi bir kişiyə satdım. O da pulun bir hissəsinin əvəzi olaraq mənə müəyyən bir məbləğdə qəbz verdi. Lakin onun bankdakı hesabında qəbzi nağd pula çevirmək üçün pul olmadığına görə onu pula çevirməkdən imtina edir. Zamanın keçməsi ilə evin qiymətinin bahalaşdığını, infilyasiya faizinin artmasını, eləcə də qəbzdəki məbləği almaq üçün müştərinin məhkəməyə verilməsi ilə əlaqədar qanuni mərhələləri keçməyin və onun məhkum edilməsinin çox vaxt tutacağını nəzərə almaqla mənim təkcə bu qəbzin məbləğini almağa haqqım var, yoxsa məbləği alan vaxt pulun dəyərində yaranan fərqi müştəridən tələb etməyim də caizdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Satıcının malın al-verdə təyin olunmuş qiymətindən artıq pul tələb etməyə haqqı yoxdur. Lakin müştərinin pulu ona təhvil verməkdə yol verdiyi təqsir və səhlənkarlıq üzündən müştərinin alıcılıq qüdrəti və pulun dəyərinin aşağı düşməsi nəticəsində zərər görərsə, bu halda fərqlənən miqdarda müştəri ilə razılığa gəlmək əhvətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Mən yaşayış binasını bir nəfərdən bu şərtlə aldım ki, təyin olunmuş bir müddətdən sonra onu mənə təhvil versin. Əqd oxuyan vaxt qiymətin 15 faiz yuxarı qalxmasının mümkünlüyü haqqında razılığa gəldik. Lakin satıcı indi birtərəfli olaraq qiyməti 31 faizə qədər qaldırıb və bildirib ki, evi təhvil verilməsi 31 faizi təhvil verməklə şərtlənmişdir. Onun bu işi caizdirmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əqdi icra edən (oxuyan) vaxt qəti və yekun qiymət müəyyən olunmasa, yaxud qiymətin təyin olunması təhvil verilən vaxtdakı qiymətini mülahizə etməyə həvalə edilsə, bu halda al-ver batildir və satıcı al-verdən imtina edib təkcə öz istədiyi qiyməti təyin edə bilər. Satıcı və müştərinin sonradan satılan malı, təhvil verilən vaxtdakı qiymətini mülahizə etməklə qəti qiyməti təyin etmək barədə razılığa gəlmələri təklikdə al-verin düzgün olması üçün kifayət deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Mən plastik hazırlayan zavodunun müşa şəkildə olan beşdə bir hissəsini müəyyən bir qiymətə aldım. Qiymətin dörddə birini nağd, dörddə üçünü isə hər biri qiymətin dörddə biri məbləğində olan üç qəbz şəklində satıcıya verdim. Lakin zavod, nağd pul və qəbzlərin hamısı satanın əlindədir. Bu al-ver şəri cəhətdən gerçəkləşirmi və mənim satılan malın qazanclarından öz payımı satıcıdan tələb etməyə haqqım varmı?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alqı-satqının düzgün olmasında malı təhvil almaq və onun qiymətinin hamısını pul şəklində satıcıya vermək şərt deyil. Buna görə də əgər zavodun beşdə biri onun şəri malikindən, yaxud vəkilindən və yaxud qəyyumundan düzgün şəkildə alınması gerçəkləşsə, qeyd olunan müamilə nəticəsində həmin miqdar müştərinin mülkiyyəti olur və al-verin əsərləri (nəticələri) ona aid olur. Buna görə də onun zavodun qazanclarından öz payını tələb etməyə haqqı olacaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Novruz bayramı ilə əlaqədar nəzəriniz nədir? O, müsəlmanların ciddi şəkildə yerinə yetirdiyi Fitr və Qurban bayramları kimi şəri cəhətdən sübuta yetmişdirmi, yoxsa cümə günü və sair münasibətlər kimi yalnız mübarək bir gün hesab olunur?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Novruz bayramının dini bayramlardan, yaxud şəri cəhətdən mübarək olan günlərdən olmasına dair mötəbər bir rəvayətin olmamasına baxmayaraq o günü bayram keçirməyin, qohum-əqrəbanın görüşünə getməyin eybi yoxdur, hətta sileyi-rəhm hesabından bəyənilən bir işdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Qardaşlıq əqdinin məşhur olan həmin əqdlə oxunması vacibdirmi, yoxsa hər hansı dildə olsa da düzgündür?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İmamlardan (ə) nəql olunan xüsusi əqdə riayət olunmasının üstün olmasına baxmayaraq yalnız onunla həsr olunması məlum deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.