Sual (661) : Ovçuluq idarəsi və yerli əkinçilər otlaqları və əkin sahələrini qorumaq üçün vəhşi donuzları ovlayırlar. Bu donuzları alıb, ətlərini konservləşdirərək qeyri-islami ölkələrə ixrac etmək caizdirmi?
Ad: bəndə, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Donuz ətini, insan yeməyi üçün, hətta alıcı müsəlman olmasa belə, alıb-satmaq caiz deyil. Amma əgər onun halal və etina olunacaq qədər normal mənfəətləri olsa, məsələn, ondan heyvanların yemi üçün istifadə olunsa, yaxud piyindən sabundüzəltmə sənayesində istifadə olunsa və bu kimi başqa istifadələr edilsə, bu surətdə onu alıb-satmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (662) : Allahın salamı olsun sizlərə. Diqqətinizə çatdırırıq ki, son zamanlar internet auksionları adı ilə internet şəbəkələrində saytlar fəaliyyətə başlayıblar. Bu məqsədlə bəzi insanlar bu sayta üzv olurlar və saytda müəyyən olunan məbləği ödəməklə üzvlük hesabını yükləyirlər. İnsan yazısız məktub göndərməklə mövcud auksionda ad yazdırır. Beləliklə bu cərgədə irəliyə hərəkət edir və lazım olan vaxt öz- özünə malın qiymətinin çoxalmasını təklif edir. Sonra cərgənin yenidən hərəkət etnəsi və qiymətin çoxalması üçün yenidən təklif vermə növbəsi çatandan sonra malı nümayiş etdirmək üçün, cərgənin axırına göndərilir. Bu iş üzvdə olanın mötəbərliyi olana və nəzərdə tutulan mal son qiymətə çatmayana qədər, davam edir. Bu cür hərrac barəsində şəriətin hökmü nədir? Əlbəttə belə hərrac digər yollarla da yerinə yetirilir ki, onların hamısında qiymət tədriclə və yavaş- yavaş çoxalır və bu iştirak edənlərin hesabından müəyyən məbləğ götürülməklə yanaşıdır.
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə internet müamiləsi digər müamilələrin hökmündədir. Deməli əgər mövzu halal olsa və dəyişilən və dəyişdirilən məlum olsa və bundan qeyri kimi müamilə şərtlərinə riayət olunsa və alqı- satqı kimi xüsusi bir müamilə formasında olsa və nəqd, nisiyə və sələf kimi onun şərtlərinə malik olsa, doğrudur. Amma qeyd olunan hərrac ki, onda hər yeni qiyməti açıqlamaq olmadığına görə, müştərilərdən xeyli miqdarda pul yığırlar. Mənim nəzərimdə şərii düzgün yozumu yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (663) : Salam necəsiniz. bilmək istəyirdim ki, qadının naməhrəmdən örtünməsi hansı həddədir? saq olun
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Qadınlara vacibdir ki, bütün bədənlərini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsünlər, bu şərtlə ki, üzündə və əllərində zinət olmasın.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (664) : salam aleykum. bu suala cavab verərdizBəzi qadınlar ramazan ayının orucunu tutmaq üçün, ya həccdə həcc əməllərini yerinə yetirə bilsinlər deyə bəzi həblərdən istifadə edirlər. Bəzən dərman atmalarına baxmayaraq adət vaxtlarında bir-iki gün qan görürlər. Bu qanın hökmü nədir? saq olun
Ad: hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Ardıcıl olaraq üç gün qan görməsələr və adət günlərində olmasalar belə, heyz hökmündə deyil. Orucları düzgündür və həcc əməllərini də yerinə yetirə bilərlər. Bu qan istihazə hökmündədir. Ardıcıl üç gün olmadığını bildiyi halda heyzin hökmlərinə riayət etməməlidir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP