Sual (651) : Pul vahidlərini dəyişən adamın işinin (sərraflığın), həmçinin az tapılan pulları satıb-almağın hökmü nədir?
Ad: allah bendesi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (652) : Əgər bir nəfər qədim pul vahidini hazırda işlənən təzə pul vahidinin qiymətinə, onun qiymətinin təzə pul vahidinin qiymətinin yarısı qədər olmasını bilmədən satsa, yaxud alsa, sonra onu alan adam da onu təzə pul vahidinin qiymətinə başqa adama satsa, bu halda zərərə salmış adamın zərərə düşmüş adamın zərərə düşməsini bildirməsi vacibdirmi? Bu zərərli satışlar düzdürmü? Onlardan əldə edilən mallarda təsərrüf etmək caizdirmi, yoxsa onlar maliki məchul olan mal, yaxud haram mala qarışmış halal mal hökmündədir?
Ad: Kamran, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Qədim pul vahidinin qiyməti indi işlənən təzə pul vahidinin qiymətindən çox az olsa belə, onu, müamilə edən iki tərəfin razılığa gəldikləri qiymətə almağın eybi yoxdur. Satılan şeyin də maliyyəti olsa və bazarda mövcud pul vahidinin qiymətindən az olsa belə qiymət və dəyərə malik olsa, düzgündür, hərçənd (müştəri üçün) zərərli olsa belə. Zərərə düşmüş adama zərərə düşməyini demək də zərərə salmış adama vacib deyil. Zərərli müamilədən hasil olan mal zərərə salan üçün başqa mallar hökmündədir. Buna görə də zərərə düşmüş adam müamiləni pozmayınca, o malda təsərrüf etmək onun (zərərə salan) üçün icazəlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (653) : Bəziləri ümumi telefon danışıqlarında işlədilən jetonları öz qiymətindən baha qiymətə satırlar. Bu al-ver şəri baxımdan düzdürmü?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Jetonları onlardan telefon danışıqlarında və başqa işlərdə istifadə etmək üçün öz məbləğindən baha qiymətə satıb-almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (654) : Kağız pulları (əskinasları) nisyə olaraq öz məbləğindən baha qiymətə satıb-almaq caizdirmi?
Ad: Elsen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu müamilə ciddi qəsd ilə və normal bir iş üçün olsa, məsələn əskinaslar köhnə və təzə olmaq baxımından fərqli olsa, yaxud məxsus əlamətlərə malik olsa, yaxud onların məzəndəsi fərqli olsa, eybi yoxdur. Amma müamilə zahi və faizdən qurtarmaq məqsədilə və həqiqətdə pulun qazancını əldə etmək üçün olsa şəri cəhətdən haram və batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (655) : Qızıl məmulatları düzəltməyin (zərgərlik etməyin) hökmü nədir? Onun müamiləsində hansı şeylər şərtdir?
Ad: Nazim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qızılı (məmulatları) düzəldib satmağın eybi yoxdur. Lakin qızılın qızılla müamilə olunmasında onların nağd olması, hər ikisinin miqdarının bərabər olması və onların müamilə məclisində təhvil alınması şərtdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (656) : Əgər qızıl külçəsi nağd olaraq müəyyən bir məbləğə və gündəlik qiymətə satılsa, onda onu iki tərəfin razılığı ilə bir ay müddətinə nisyə şəklində gündəlik qiymətdən artıq məbləğə satmaq caizdirmi? Bu qızıl külçəsinin satışından əldə olunan qazanc halaldırmı?
Ad: asim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Al-ver əqdində qiyməti təyin etmək – istər nağd şəklində olsun, istərsə də nisyə – iki tərəfin razılığına bağlıdır. Buna əsasən qeyd olunan müamilənin, həmçinin ondan ələ gələn qazancın eybi yoxdur. Əlbəttə, qızılın qızıla olan müamiləsində, onlardan birinin çəkisinin digərindən çox olması, həmçinin onlardan birinin nisyə olması halında caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (657) : Rəsmi sənədi olan bir mülkün adi sənədlə, dövlət orqanlarında müştərinin adına saldırmadan alqı-satqısı şərən caizdirmi?
Ad: Namiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Al-ver əslinin gerçəkləşməsində rəsmi sənədin tənzim olunması və dövlət tərəfindən qeyd olunması şərt deyil, əksinə əsas meyar onun barəsində ümumiyyətlə sənəd tənzim olunmasa belə, malik, yaxud onun vəkili və ya onun vəlisi (qəyyumu) tərəfindən şərən düzgün olan şəkildə nəql və intiqalın baş verməsidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (658) : Əgər torpaq sahəsi və ev al-ver, yaxud razılaşma yolu ilə dövlət orqanlarında qeydə alınmadan, eləcə də din alimlərinin birinin vasitəsilə siğə inşa edilmədən adi əlyazma sənədi ilə ailə üzvləri arasında müamilə olunarsa, bu müamilə şəri və qanuni cəhətdən düzgündürmü?
Ad: huseyn asiqi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müamilə şəri cəhətdən düzgün olan əsasda baş verərsə, onun düzgünlüyünə və lazımlığına hökm olunur, onun dövlət idarələrində rəsmi şəkildə qeydə alınmaması, əqdin oxunmaması onun düzgünlüyünə zərər yetirmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (659) : Al-verdə və sair müamilələrdə müatat müamiləsinin əqdi müamilə kimi lazımlığına hökm olunurmu?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əqdi müamilə ilə müatat müamiləsi arasında “lazım olma” baxımından heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (660) : Şərabı, donuz ətini və ya yeyilməsi haram olan hər bir şeyi, onu halal hesab edənə satmaq, yaxud hədiyyə vermək düzgündürmü?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yeyilməsi və ya içilməsi haram olan şeyləri satmaq, yaxud hədiyyə vermək yemək-içmək məqsədi ilə olsa, yaxud satıcı müştərinin onu yemək, yaxud içmək məqsədi ilə aldığını bilsə, müştəri onu halal bilsə belə, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP