Sual (641) : Fuzuli müamilədə malın əsil sahibinin, satıcı və müştərinin hansı birinə müraciət etmək (haqqını almaq) haqqı vardır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mal sahibi mislini və ya qiymətini müştəridən ala bilər. Əgər onu tapa bilməsə, satıcıdan ala bilər. Birinci halda müştəri verdiyi məbləği geri ala bilər. Əgər mal sahibinə verdiyi məbləğ (satıcıya verdiyi) o məbləğdən çox olarsa, qiymət fərqini də satıcıdan ala bilər. Yalnız bu işi bilərəkdən etdiyi hal istisnadır ki, bu halda qiymət fərqini almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (642) : Bir şəxs malı satmış və başqa mallardan ayrı şəkildə saxlayır. Lakin hələ alıcıdan bir xəbər çıxmamışdır. Hal-hazırda bu malın əldə olunma və istehsal keyfiyyətində xüsusi dəqiqlik tələb olunduğunu desə, satıcının o mal qarşısında vəzifəsi nədir? (Əgər pulunu qabaqcadan almış olsa, onda necə?)
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər müştəri nəqd aldığı malın pulunu üç günə kimi gətirməsə, satıcının müamiləni pozmaq haqqı var. Əgər o malın pulunu veribsə, o mal sizin yanınızda əmanətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (643) : Oyuncaq kimi və ya mənzillərdə saxlanılması üçün gəçdən (gipsdən) və digər maddələrdən hazırlanan (kiçik) heykəllərin alqı-satqısının hökmü nədir? Məsələn, gipsdən və digər maddələrdən düzəldilən gəlinciklər, itlər, pişiklər və toyuqlar kimi.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Oyuncaq şəklində olsa, eybi yoxdur. Lakin yaxşı olar ki, onlardan bəzəmək üçün istifadə olunmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (644) : Haram balıqları kafirlərə satmaq və bu yolla əldə olunan pulları sərf etmək və ya İslam hökumətinə vermək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onu halal bilən adamlara satmaq caizdir. Habelə murdar (ölmüş heyvan), nəcis yemək və əti yeyilməyən bəzi heyvanları (onu halal bilən adamlara satmaq caizdir). Lakin şərab və bu kimi şeyləri satmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (645) : Mərcləşmədən kartla və həmçinin şahmatla oynamağın hökmü nədir? Onların kompyuter oyunları necə?
Ad: Məşədi, Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Kart və şahmatla oynamaq baxmayaraq ki uduzub udanda olmasa, icazəli deyil. Onun kampyuter və qeyrisi ilə oynamağında heç bir fərqi yoxdur. Vallahul-alim.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (646) : Məkkənin yeni salınmış məhəllərində qədim məhəllələr kimi həcc ehramı bağlamaq caizdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur, lakin ehtiyat vacib budur ki, hərəm xaricində yerləşən, Tənim məscidindən sonra yerləşən məntəqələrdə ehram bağlanmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (647) : Bir neçə ay bir şəxslə görüşdüm ki, iddia edirdi cinlərlə rabitə yaratmağı bilirəm. O mənim həyatda olan çətinliklərimin tilsim üzündən olduğunu deyərək mənə bir dua öyrətdi və bunu öhdəsinə götürdü ki, mənim tilsimimi sındıracaq. O bir çox zikrlər edərək və şeytana təvəssül edib onu (tərif) etdikdən sonras iddia etdi ki, mənim tilsimimi sındırmışdır. Mənim sualım bundan ibarətdir aya tilsim və cadunun olması həqiqətdirmi? Əgər həqiqət deyil və yalnız bir iddiadırsa, bu cür şəxslərlə rabitə yaratmağın hökmü nədir? Təşəkkür edirik.
Ad: nermin, Ölkə: AZE, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər sehr və cadunun həqiqəti olsa belə, hələlik o şəxslər ki onu iddia edirlər, yalnız bir iddiadan başqa bir şey deyildir və heç bir şəxs tilsim və cadu olunmur; mömin bu cür şeylərə etina (diqqət) etməməlidir.
Diqqətli olun (bəzi insanlarla rabitə yaratmaq hər bir şəxsdə böyük təsir qoymağa malikdir). Bəs o şəxslərlə rabitə yaradın ki, onlardan ruhi və mənəvi bəhrə ala biləsiniz. Əlbəttə ki, böyük elm sahibləri, təqvalı insanlarla, dünya görmüş olanlarla, yaşlı nəsillərlə, təcrübəli insanlarla ki, İslamda olmuşdurlar görüşüb onlarla tez- tez rabitə yaratmaq insanın ağıl, din və imanının inkişaf və möhkəm olmasına səbəb olur. beləliklə o şəxslər ki, fikir və düşüncə nəzərindən yollarını azmışdırlar onlarla rabitə yaratmaq çox- çox qorxulu və ziyan vericidir. Onun insan ruhu və mənəviyyatı üçün zəhərdən də qorxuludur.
Bu cür şəxslərin olduğu məclislərdən daha çox çəkinmək lazımdır, bunun əksinə məzhəbi məclis və söhbətlərdə iştirak etmək, alimlərlə görüşmək, dua və Quran məclislərində və beləliklə Əhli- beytin fəzilətləri zikr olunan məclislərdən qənimət əldə etmək lazımdır. Mömin öz dualarının qəbul olması üçün əhli-beytə (ə) təvəssül edərək öz hacətlərini Allah Taaladan istəməlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (648) : Salam, bir internet sayti var, elektron odenishler aparmag ucun xidmetler gosterir (kommunal, telefon konturlari ves.). Sayt onun xidmetlerinden istifadeye gore her odenish uchun mueyyen migdarda bonus xali verir istifadechiye. Bugunlerde sayt elan verdi ki, bu bonus xallarindan istifade ederek udush bilet alib udushda ishtirak etmek olar. Bu ishin sheri hokmu nedir? bu ish merc ve ya gumar sayilirmi? yeni lotoreya? Teshekkurler
Ad: Keerbele hesreti, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə lotereya vərəqlərini alıb satmaq,icazəli deyildir. Həmçinin bu vərəqlərin dəyəri yoxdur (yəni pul verib almaq düzgün deyildir). Bu vərəqlər qumar alətidir; bu lotereya vərəqlərindən uduş əldə edən şəxsin aldığı pul halal deyildir.
http://sual.nur-az.com/az/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (649) : Ticarətdə satılan maldan nə qədər qazanc əldə etməyə icazə verilir?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qazanc əldə etməyin müəyyən bir həddi yoxdur. Buna görə də zülm və insafsızlıq həddinə çatmayınca və dövlət qayda-qanunlarının ziddinə olmayınca işkalı yoxdur. Amma yaxşı olar ki, hətta müstəhəbdir ki, satıcı öz dolanışıq xərclərini çıxarmaq miqdarında qazanc əldə etməklə kifayətlənsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (650) : Bəzi istehsal mərkəzlərində digər fabrik və zavodlarda hazırlanmış müxtəlif hissələri toplayaraq onlardan qabaqcıl xarici dövlətlərdən birinin adı ilə avadanlıq istehsal edib satışa buraxırlar. Görəsən bu iş (ğəşş və tədlis) bir növ fırıldaq hesab olunurmu? Fırıldaq hesab olunduğu təqdirdə, müştərinin bu işdən xəbərdar olub-olmamasının, üzərində alqı-satqı aparılan əşyanın al-veri düzgündür, yoxsa batil?
Ad: mehdi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan hissələrin və ya istehsalı başa çatmış müştəri üçün malın daxili və ya xarici olmasını müəyyənləşdirmək mümkün olmasa, həmin şeyin yığılması və istehsalına fırıldaq demək olmaz. Amma malı həqiqətə uyğun olmayan adlarla təqdim etmək haramdır və əgər al-ver həmin əşyanın üzərində həqiqətə uyğun olmayan nişanələrlə (etiketlərlə) aparılıbsa, müamilə düzgündür. Lakin müştəri sonradan həqiqəti başa düşərsə, al-veri pozmağa ixtiyarı vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP