Sual (631) : Çəkilərində fərq olarsa qızılın qızıla müamiləsinin işkalı varmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (632) : Qiymət artımı ilə qızılın qızıla satılmasının hökmü nədir? Bu kimi müamilələrin şəri cəhətdən həlli yolu nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (633) : Bankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (634) : Kafirlərdən və İslam banklarından sələm almaq və onlara sələm verməyin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Kafirlərdən və qeyri-islami hökumətlərin banklarına pul qoyub sələm almaq caizdir, amma onlara sələm vermək caiz deyil. Yalnız zəruri hallar, məsələn, onlardan kreditə pul götürməmək belə ölkələrdə yaşayan müsəlmanlar üçün məşəqqətə, çətinlik və ya zillətə səbəb olarsa, istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (635) : Mən kreditlə mal satıram. Kreditin aylıq hissələrini vaxtında gətirməsələr, borcları almaq üçün öz işim və vaxtımı bu yolda sərf edirəm. Bunun üçün sərf etdiyim vəsaiti, o cümlədən verdiyim yol pulunu və ya motosiklet və maşın istehlakı üçün xərclədiyim pulları onlardan tələb etməyə haqqım varmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Camaat içində adətən borcları almaq üçün xərclənən adi vəsaiti almağa haqqınız yoxdur. Lakin adi miqdardan çox vəsait xərcləsəniz, ala bilərsiniz. Bir şərtlə ki, qarşı tərəf öz borclarını vaxtında ödəməmiş olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (636) : Əgər satıcı, malı nəqd olaraq müştəriyə satarsa və alıcı da səhlənkarlıq üzündən onun pulunu 10-15 ilə qədər saxlayarsa, bu müddət ərzində malın qiyməti bir neçə dəfə artarsa, bu halda satıcı malın özünü alıcıdan tələb edə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız öz pulunu tələb etməyə haqqı vardır. Lakin uzun müddət keçdiyinə və pulun dəyərinin həddindən çox dəyişdiyinə, ehtiyat vacib budur ki, onu razı salsın və ya qiymət arasındakı fərqi mühasibə etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (637) : Müəyyən (konkret) qiymətə malik olan mal nisyə şəklində (real qiymətindən) baha qiymətə satılsa, hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Adətən, malın qiyməti nağd və nisyə satışlarda fərqlidir, bu fərqin şəri baxımdan eybi yoxdur və dəsmal, kibrit və bu kimi şeyləri ona əlavə etmək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (638) : Arxın kənarında torpaq sahəsinin sahibi olan bir nəfər, torpaq sahəsi arxın kənarında olmayan bir şəxslə torpaqlarını dəyişirlər. Bu şərtlə ki, torpaq sahəsi arxın kənarında olan şəxs hər il arxı təmizləsin, torpağını çıxarsın və qiyamət gününə kimi həmişəlik bu işi yerinə yetirsinlər. O, bu şərtinə əməl edir. Ondan sonra oğlanları da bu işi yerinə yetirirlər. Hal-hazırda oğlanlarından sonra növbə nəvələrinə çatmışdır ki, onlar bu şərtə əməl etmirlər. Bu nəvələrin öz ata-babalarının qoyduqları şərtə əməl etmələri vacibdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müştəri və ya mübadilədəki qarşı tərəf olmayan bir şəxsin öhdəsinə şərt qoymaq şəri baxımdan qanuni deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (639) : Təyin olunmuş qiyməti olan poçt markalarını baha qiymətə satmağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ağlabatan məqsədlərlə olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (640) : Əgər satıcı, malı nəqd olaraq müştəriyə satarsa və alıcı da səhlənkarlıq üzündən onun pulunu 10-15 ilə qədər saxlayarsa, bu müddət ərzində malın qiyməti bir neçə dəfə artarsa, bu halda satıcı malın özünü alıcıdan tələb edə bilərmi?

Go to TOP