Sual (621) : Rəsmi və qanuni müamilələrdən öncə adətə çevrilmiş adi müqavilələrdə müəyyən miqdarda pul, müamiləni pozmaq haqqı üçün şərt olunur: 1) Bu şərt müqəddəs İslam şəriəti baxımından səhihdirmi? 2) Tərəflərdən hər biri müamiləni pozsa, qarşı tərəf müamiləni pozmaq haqqı üçün nəzərdə tutulan məbləği ondan ala bilərmi? 3) Belə müqavilələr şəri və qəti müamilələrdən sayılırmı və ümumiyyətlə, şəri cəhətdən səhihdirmi və hər iki tərəfin ona riayət (əməl) etməsi lazımdırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1) Əgər müamilə qətidirsə və hər iki tərəfdən birinin filan məbləği ödəməklə müamiləni pozmaq haqqına malik olmasını şərt qoyublarsa, bu şərt səhihdir. Lakin qəti müamilə baş tutmamışdırsa, deyilən məbləği almaq caiz deyil.
2) Yuxarıdakı cavabdan məlum oldu.
3) Müqavilələr müxtəlifdir. Onların bəzisində qəti müamilənin baş tutması aydın şəkildə qeyd olunur və bəzisi isə belə deyil. Hər birinin də yuxarıda qeyd olunduğu kimi, özünə məxsus hökmü var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (622) : Bir şəxs digərinə bir Quran satmış və bir müddətdən sonra gəlib deyir ki, o əlyazma nüsxəsidir və mən (alverdə) zərər etmişəm. Alıcıya onu qaytarmaq lazımdırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər fəsx etmə haqlarından biri ona şamil olursa, məsələn, ğəbn ixtiyarı, eyb ixtiyarı və sair, bu halda poza bilər, qeyri-halda pozmağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (623) : Zeyd bir imarəti kredit şəklində (pulunu hissə-hissə verməklə) digərinə satır və iki tərəf arasında belə qərara alınır ki, “hissə-hissə olan çeklər ödənməli və ya razılıq əldə olunmalıdır, əks halda müamilə pozulur. Binanın pulunun hamısı ödəniləndən sonra, satıcı notariusa gəlməli və sənədi alıcının adına keçirməlidir.” Sual budur ki, əgər alıcı çeklə ödəməli olduğu borcun bir hissəsini qərar qoyulmuş müddətdə ödəməsə, satıcı bu müamiləni poza bilərmi? Yaxud şərtə görə müamilənin nəticəsi öz-özünə pozulurmu? Yaxud da pozulmaq və pozmaq üçün heç bir yol yoxdur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məsələdə fərz olunduğu kimi, şərt pozulan halda satıcı özü üçün müamiləni pozmaq hüququ nəzərə almışdır və pozmağa haqqı var. Lakin əgər “nəticə şərti” şəklində demişdirsə, bu müamilə, nəticə şərtini səhih bilən şəxslərin nəzəriyyəsinə görə öz-özünə pozulur. Biz nəticə şərtində ehtiyat etdiyimizə görə, əhvət budur ki, belə yerdə müsalihə etsinlər (razılaşsınlar).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (624) : Müamiləni pozmaq üçün dildə deməkdən əlavə, nə isə bir iş görmək lazımdırmı ki, müamilənin pozulmasına dəlil olsun?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dillə müamiləni pozmaq təklikdə kifayətdir olduğu kimi, əməldə də pozmaq öz-özlüyündə kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (625) : Əgər müştəri öz pulunun yarısını istəsə, satıcı da öz razılığı ilə istənilən məbləğin hamısını ödəsə, pulun istənilməsi və qaytarılması hər iki tərəfin razılığı ilə olduğu üçün bu, müamilənin pozulması deməkdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər pulu verən və alan şəxslərin gördükləri iş bu müamilə ilə bağlıdırsa, müamilənin yarısı pozulmuş olur. Əgər borc kimi digər məqsədləri olsa, müamilə öz qüvvəsində qalır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (626) : Bir şəxs mənə bir qədər pul vermişdir ki, özümdə olan pulla birlikdə maşın alıb hər ay ona qazanc adı ilə müəyyən məbləğdə pul verim. Bu iş caizdirmi? Caiz deyilsə, onu şəri yolu necədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müamilənin şəri şəkildə olması üçün bu formada əməl etmək lazımdır ki, maşının sözü gedən məbləğinin miqdarında pulu, pulun sahibinə təhvil verin, sonra onun maşından olan payını müəyyən məbləğə icarə edin. Hər iki tərəf üçün müddətin sonunda müamiləni pozmaq haqqı verilsin. Sözü gedən müamilə bu şəkildə əncam verilsə, səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (627) : Bankda cari hesabı olan və pula da ehtiyacı olan bir şəxs, başqasından borc almağa məcburdursa, ehtiyac duyduğu məbləği müqabil tərəfdən bir il müddətinə o məbləğdən daha artıq pula satın alaraq, bir ildən sonraya çek yazıb ona verə bilərmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (628) : İcazə verirsinizmi ki, məsələn, bir milyon dolları bir il müddətinə 300 milyon tümənə sataq?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (629) : İcazə verirsiniz ki, məsələn, bir milyon tümən pulu 6 ay müddətinə bir milyon 200 min tümənə sataq?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu iş həqiqətdə alğı-satqı deyil. Çünki vahid əsginasın alğı-satqısı ağıl sahiblərinin arasında mövcud deyil, əksinə, alğı-satqı adı verilən sələmli borcdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (630) : Pulun pulla müamiləsinin hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP