Sual (611) : Kişilər üçün qızıl bəzək əşyalarının – üzük, boyunbağı və bilərzik kimi – alğı-satqısının hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu kimi qızıl əşyaları adətən kişilərdən qeyri halda istifadə olunmursa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (612) : Kafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (613) : Peyk antenaların alınması və mənzillərdə quraşdırılmasının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əksər hallarda fəsada səbəb olan belə avadanlıqları mənzillərə gətirmək caiz deyil və bunların alğı-satqısı haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (614) : “Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (615) : Toy məclisləri kimi eyş-işrət məclislərində istifadə olunmayan setar, səntur və s. qəbildən olan musiqi alətlərinin şəri hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əksər hallarda haram məqsədlər üçün istifadə olunan hər bir aləti düzəltmək və alıb-satmaq haramdır. Əgər müştərək (haram-halal arasında) alət olsa, caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (616) : Bir şəxs mənzilini 2 milyon tümənə satmış və özü üçün müamiləni pozmağa ixtiyar nəzərdə tutmamış, sənədləşdirmək üçün bələdiyyə idarəsinə müraciət etmişdir. Bələdiyyənin eksperti binanın yuxarı mərtəbəsində artıq hissəyə görə 40 min tümən məbləğində cərimə yazmış və balkonun sökülməsinə dair göstəriş vermişdir. Balkonu sökməklə onun üstündə yerləşən, yuxarı mərtəbədəki otağın 1 metri də söküləcəkdir. Bələdiyyə idarəsi satıcıya demişdir ki, balkon sökülmədən sənədin rəsmiləşdirilməsinə icazə verilməyəcəkdir, lakin özün orada yaşasan, cərimə ilə, balkonu və yuxarıdakı otağın bir hissəsini sökməklə işimiz olmayacaqdır. İndi satıcı cəriməni ödəməli, balkonu və onun yuxarısındakı otağın bir metrini sökməli və mənzili danışılan qiymətdən az qiymətə alıcının istifadəsinə verməlidir, yoxsa burada “la zərər” qaydası icra olunur və bu zərəri satıcıdan kənarlaşdırır, belə ki, satıcının müamiləni pozmağa və alıcının pulunu qaytarmağa haqqı var? Xahiş edirik, cavab verəsiniz.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər satıcı mülkü notariat kontorunda təhvil verməyi öhdəliyinə götürmüşdürsə, öz öhdəliyinə əməl etməli və ona dəyən zərəri qəbul etməlidir. Sonra qiymət arasındakı fərqi müştəriyə qaytarmalıdır. Müştəri də qiymət fərqini qəbul etməklə müamiləni pozmaq arasında ixtiyar sahibidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (617) : Aldığı maşının qiymətini ödəmək üçün yüz min tümən pula ehtiyacı olan şəxs öz dostuna müraciət etmiş və bu pulu ondan almış və onun pulu qaytarılan zaman öz dəyərini itirməməsi üçün onu maşının altıda bir hissəsinə şərik etmişdir. Bu işin hökmü nədir? Bu müamiləni poza bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər maşının altıda bir hissəsinə dair onun müamiləsi ciddi imişsə, müamilə səhihdir və onu öz tərəfindən (bir tərəfli) poza bilməz. Əgər müamilə zahiri imişsə, öz pulunun miqdarından (yüz min tüməndən) artıq bir şey tələb etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (618) : “Zəminşəhri” və ya digər orqanların əkinçilərin razılığı olmadan əkin sahələrini onlardan (zorla) almasının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Kiminsə şəri mülkiyyətini razılığı olmadan ondan almağa heç bir kəsin haqqı yoxdur. Müamilə edilməsi fərzində də məbləğ iki tərəfin razılığı ilə təyin olunmalıdır. Əgər zorla alsalar o torpaqlar qəsbidir. Orada namaz qılmağın işkalı var. Hər vaxt zərurət, müsəlmanların məsləhəti üçün bir mülkü sahibindən almağı tələb edərsə, onunla razılaşmaq lazımdır və ya heç olmazsa, günün ədalətli qiymətini ödəməlidirlər. Əgər bir mülkün sahibinin kim olmasında ixtilaf varsa, şəriət baxımından səlahiyyətli məhkəmələrə müraciət etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (619) : Əgər bir kəs filan ölçüdə torpaq sahəsinə sahib olduğunu qeyd edib onu satsa və müamilədən sonra müştəri bu torpaq sahəsinin ölçüsünün az olduğunu başa düşsə, müamilə bütövlükdə batildir, yoxsa müştəri az olan ölçüyə mütənasib olaraq pulun bir hissəsini satıcıdan ala bilər?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müamilə mövcud olan miqdar barəsində səhihdir, lakin tərəflərin xəbəri yox idisə, hər ikisinin müamiləni pozmaq ixtiyarı var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (620) : (Müamiləni pozmağa dair) İxtiyar haqqını silmək olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP