Sual (601) : İndiki şəraitdə İranda dövriyyədə qızıl-gümüş sikkələri olmadığından, dövriyyədə mövcud olan pul ilə müzaribəyə icazə verirsinizmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (602) : Müzaribə və bu kimi əqdlərdə pul ilə işləyən şəxs və sərmayə sahibi üçün təyin olunmuş qazanc faizini pulun müəyyən miqdarına müsalihə etmək olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əldə olunan mənfəət və onun miqdarı qeyri-müəyyəndirsə, onun sülh olunmasının eybi yoxdur. Lakin qazanc aşkar olmamış sülh etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (603) : Bir şəxs bir məbləğdə pulu digərinin ixtiyarında qoyur ki, onunla işləsin və hasil olan qazancı bərabər şəkildə bölsünlər. Pulu alan şəxs, şərikinin olduğuna görə əldə olunan qazancı dəqiq şəkildə hesablaya bilmədiyi üçün bildirir ki, bu pul, yəni məsələn, yüz min tümən onların hər biri üçün ayda təxminən üç min tümən gəlir hasil edə bilər. Belə bir müzaribə səhihdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu müzaribə üç şərtlə səhihdir:
1) Müzaribə müqaviləsi hər birinin mənfəətini faizlə təyin etmək əsasında tənzim olunsun. Yəni, məlum olsun ki, hasil olan gəlirin neçə faizi sərmayəçiyə və neçə faizi də işləyən şəxsə aiddir. (Bundan əlavə, zərər dəysə, onu qəbul etməlidir.)
2) Mal sahibi qarşı tərəfə vəkalət verməlidir ki, qazanc hasil olandan sonra onun payını nəzərdə tutulan məbləğdə sülh (razılaşma) etsin.
3) Mənfəət hasil olmadıqda isə ödədiyi aylıq pul “ələl-hesab” adı ilə verilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (604) : Bir şəxs 1360 hicri-şəmsi ilində bir mağazanın sərqofli haqqını sahiblərlə alıcı arasında bağlanmış müqaviləyə əsasən məlum olan məbləğə almış və o gün müqavilədə təyin olunmuş məbləği ödəmişdir. Müqavilənin aşağısında bu sözlər yazılmışdır: “Müamilədə nəzərdə tutulan – sərqofli (icarə etməkdə və ya almaqda başqalarından irəli olmaq), üstünlük və başqasının ixtiyarına keçirmək haqqıdır. Lakin satılan zaman sərqofli qanununa əsasən əsil sahiblərinin müamilədə əldə olunan mənfəətlə bağlı razılıqlarını cəlb etməlidir. Əlavə olaraq, icarə qiyməti müqavilə qələmə alınan gündən başlayaraq tam iki il müddətində aylıq 100 tümən məbləğində nəzərdə tutulmuş və qərara alınmışdır.” Yuxarıda qeyd olunan şərtləri nəzərə alaraq: 1) Sahib və ya sahiblərdən biri sərqofli haqqının sahibi ilə razılığa gəlmədən icarə qiymətini hər il artıra bilərmi? 2) Artıra bilərsə, sərqofli ilə icarə arasındakı fərq necə olacaqdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1) Sərqofli alınmış və icarə üçün müəyyən müddət təyin olunmuş hallarda, müddət bitəndən sonra, əmlak sahibi icarə qiymətində fikrini dəyişə bilər. Lakin bu kimi əmlak üçün kirayəçidən, camaat içində verilən qiymətdən artıq pul almağa haqqı yoxdur.
2) Sərqoflinin faydası budur ki, camaat içində onun icarəsi üçün verilən qiymət daha az olur və icarədə fikrini dəyişmək üçün daim üstünlük vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (605) : İcarə müddəti sona çatandan sonra və əmlak sahibinin razılığı olmadan icarəçinin mağazadan və ya yaşayış mənzilindən istifadə etməsinin hökmü nədir? Halbuki İslam quruluşunun mədəni qanununda icarə verənin şəxsi ehtiyacı olmamaq şərti ilə istifadə haqqı icarə edənə verilir, hətta əmlak sahibinin razılığı olmasa belə.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Razılıq olmadan onun istifadəsi caiz deyil; yalnız zərurət və məcburiyyət qarşısında, özü də zərurət və məcburiyyətin təmin olduğu miqdarda olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (606) : Bir şəxs digərini öz atası üçün Quran xətm etməkdən ötrü əcir etmiş, lakin məbləği müəyyən etməmişdir. İndi isə qiraətdən sonra əcir tutulan şəxs böyük məbləğdə pul istəyir ki, əcir edən bu pulu ödəmir. Bu məsələnin hökmünü bəyan edin.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında və adət üzrə nə qədərdirsə, o qədər ödəməlidir və bundan artıq vermək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (607) : Mən bir şəxsin evini müəyyən məbləğlə icarə etmişəm. Sonra onu daha artıq məbləğə icarəyə vermişəm və ev sahibinin də razılığını almışam. Bu müamilə səhihdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
O evi, icarə etdiyiniz məbləğdən artıq məbləğə icarə verməyinizin işkalı var. Yalnız bir halda olar ki, ona xalça, şkaf, şifoner və s. kimi avadanlıq artırasınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (608) : Rəssamlığın və heykəltəraşlığın haram olması onlar barəsində şirklə bağlı görüşlərə və onun bütpərəstlik çöhrəsində görədirmi? Bu halda bu gün belə işlər camaat içində bütpərəstlik fikirlərini icad etmirsə və incəsənət adı ilə tanınaraq istifadə olunursa, bu işlə məşğul olmağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (609) : İnsan və ya heyvan bədəninin yarımçıq və ya tamam heykəlini düzəltməyin hökmü nədir? Onların rəsmini çəkmək necə?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (610) : Mən bir müddət olar ki, bəzi şəkilləri taxtanın üzərində qabarıq şəkildə həkk edir və güzəranımı bu yolla təmin edirəm. Çünki bədən həcminin bir hissəsini, özü də taxta üzərində həkk etməyin deyil, ruhu olan kamil heykəl düzəltməyin haram olduğunu eşitmişdim, Mənin bu yolla güzəranımı təmin etməyim şəri cəhətdən caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP