Sual (51) : BİR NƏFƏR KREDİTLƏ QIZIL ALIB İL YARIMDI Kİ KREDİT ÖDƏYİR VƏ NOYABRDA BİTƏCƏK.ONA DEYİLİBKİ BU QIZILI SATMALISAN VƏ O PULDAN XÜMS ÇIXMALISAN ÇÜNKİ HARAM MALDI.İNDİ BİLMƏK İSTƏYİRƏM Kİ BU DEYİLƏN DÜZDÜ?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Kreditlə (qiymətini hissə-hissə ödəmək şərtilə) mal almağın eybi yoxdur və haram deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Əgər heç bir şərt edilməsə şahmat oynamaq olar?
Ad: Ələkbər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : BIR NEFER KITAYDAN, ORDAN,BURDAN TELEFON VE YA PLANSET GETIRIR VE YA GETIZDIRIR VE ONLARI BURDA QEYDIYATA SALMAQ UCUN GEREK IMEY KODU FILAN DEYISDIRILSIN, BIR SOZLE GEREK MUDAXILE OLUNSUN O MALLARA, ANCAQ MALIN SAHIBININ TEBII KI ICAZESI ILE OLUNUR BU ISLER KI, BURDA QEYDIYATDA PROBLEM OLMASIN. BIR NOV BURDA OLAN OPERATORLARIN XEBERI OLMASIN DEYE OLUNUR BU ISLER. SUAL BELEDIR, BUCUR EMELIYATLAR ETMEK OLARMI, HOKMU NEDIR?
Ad: Abuzer, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İctimaiyyətin tənzimlənməsi üçün təyin olunmuş qayda və qanunlara riayət olunmalıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : Salam eleykum.Zehmet olmasa deyerdiniz eger bir nefer oğurladığı hər hansı əşyanı əşyanın dəyərindən aşağı qiyməti satırsa və mən də satılan əşyanın oğurluq olduğunu bilirəmsə,o əşyanı ala bilərəm?
Ad: Sahin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir şeyin oğurluq və haram olmasını bilsəniz, onu ala bilməzsiniz. Hətta hədiyyə etsə belə qəbul edə bilməzsiniz. Aldığınız surətdə onun maliki olmursunuz və əsil sahibinə qaytarmalısınız.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : Əssəlamu ələykum. mən topdan satış cins(şalvar) ticarəti ilə məşğulam.malı başqa şəhərdən gətirirəm və hər malın üzərinə müəyyən məbləğdə pul qoyub topdan satıram.ola bilər ki topdan alıcını vəkil təyin edib ona pul verim öz zövqünə uyğun cins vursun mənim üçün və gəlib mənə malı təhvil verdikdən sonra malın üzərinə satdığım məbləği qoyum malı ona satım? (burada ticarət yönündə fərq yalnız bu olacaq ki mal onun zövqünə uyğun olacaq ki yaxşı sata bilsin)
Ad: ramil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər malları sizin üçün alıbsa, mülkünüzdür və razılaşdığınız qiymətə sata bilərsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (56) : Bismillah.salam aleykum menim sulaim beledir Lotereya oyunlarin dan oynamagin hokmu nedir ?eger haram ve ya caiz deyilse sebebin xahiw edirem aciglayasiz?cunki mu movzuda behsimiz cox duwur cvb vere bilmirik?kamil sekilde deyirler sebebin de eger caiz deyilse haramdirsa.
Ad: Megincapaqani Eziz, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Lotorеya bilеtlərini alıb-satmaq düzgün dеyil və mükafatı (uduşu) alan bir şəxs onun (şəri) maliki olmur və onu almağa haqqı yoxdur.
Xеyriyyə işlərində sərf olunmaq, xеyriyyəçiləri püşk atmaq yolu ilə bu işə sövq еdib rəğbətləndirmək məqsədi ilə xеyriyyə vərəqələrinin hazırlanıb yayılmasının öz-özlüyündə şəri işkalı yoxdur. Еləcə də xеyriyyə işlərində iştirak еtmək məqsədi ilə bu vərəqləri hazırlamaq üçün pul vеrməyin еybi yoxdur.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.Əgər istəyidim bir şeyi almağa nağd pulum yoxdursa, kreditlə əşya almaq günahdırmı?Allah razı olsun inşallah.
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Kreditlə mal almağın eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Bir şəxs torpaq sahəsini 13 min manat məbləğinə satmışdır. Alıcı isə bu məbləğin yalnız 5 min manatını satıcıya təhvil vermişdir. İndi on dörd il keçəndə sonra torpaq bahalanmış və müştəri torpağın sahibi olduğunu iddia edir. Halbuki, birinci gündən bəri, torpaq sahəsinin dəyərinin əsas hissəsi olan 8 min manatı torpaq sahibinə təhvil verməmişdir. Nəticədə torpağı satan iddia edir ki, “pulun təxiri” ixtiyar haqqına əsasən, hətta pulun ödənilməməyi səbəbindən əmlak qayıtmış və özünə məxsusdur. Müştəri də iddia edir ki, əmlak bütövlükdə ona məxsusdur. Məsələnin hökmü necədir?
Ad: Yaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təxir ixtiyarı belə hallara aid deyil. Torpaq sahəsi müştəriyə məxsusdur. Lakin, bu müddətdə torpaqların qiyməti arasında böyük fərq yarandığına görə ehtiyat vacib budur ki, 8 min manat məbləğində pulun əvəzini torpaq sahələrinin bugünkü qiymətini nəzərə almaqla versin və yaxud satıcını razı salsın.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (59) : Bitkilərin, hеyvanların və insan kimi canlı varlıqların gəlinciklərini, hеykəllərini düzəltmək və şəkillərini çəkməyin hökmü nədir? Onların sərgilərdə alvеr еdilməsi, saxlanması və camaata göstərilməsinin hökmü nədir?
Ad: Aylin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ruhsuz varlıqların hеykəlini düzəltmək, şəklini çəkmək və rəsmini işləməyin işkalı yoxdur, еləcə də ruhu olan varlıqların üzünün rəsmini çəkmək əgər çıxıntılı olmazsa, yaxud kamil olmayan hеykəllərin düzəldilməsi olsa, işkalı yoxdur, amma insanın, yaxud hеyvanın hеykəlini kamil surətdə düzəltməyin işkalı vardır. Lakin rəssamlıq və hеykəltəraşlıq işlərini alvеr еtmək və saxlamaq caizdir, onların sərgilərdə göstərilməsi də işkalsızdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (60) : 1 Şəri cəhətdən hansı şеyləri еhtikar еtmək haramdır? Sizin nəzərinizcə möhtəkirlərin maddi cəhətdən cəzalandırılması (cərimə еdilməsi) iczelidirmi? 2 Bəziləri dеyir ki, еlеktrik еnеrjisindən еhtiyacdan artıq miqdarda istifadə еtmək israf sayılmır. Bu söz düzdürmü?
Ad: Nadir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Rəvayətlərdə qеyd olunan və alimlərin arasında məşhur olan nəzərə görə еhtikarın haramlığı yalnız dördlük təşkil еdən taxılda, hеyvan yağlarında və bitki yağlarındadır ki, cəmiyyətin müxtəlif təbəqələri ona еhtiyaclıdır, lakin ümumxalq məsləhəti tələb еtdiyi zaman İslam hökuməti camaatın sair еhtiyacları barədə də еhtikarın qarşısını ala bilər, şəriət hakiminin məsləhət gördüyü təqdirdə möhtəkirləri maddi cəhətdən cərimə еtmək işkalsızdır.
2. Şübhəsiz, hər bir şеydən, hətta еlеktrik еnеrjisi və lampaların yandırılmasından еhtiyacdan artıq istifadə еtmək israf hеsab olunur. Ən düzgün söz Pеyğəmbər (s)-dən nəql olunan kəlamdır ki, buyurur: “La sərfə fi xеyr” – xеyir işlərdə israf yoxdur.”

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP