Sual (581) : Hansı şeylərin alqı-satqısı batildir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Alqı-satqısı batil olan şeylər beş qisimdir:
1. Spirtli içkilər kimi murdar şeylər;
2. Qəsb olunmuş şeylər;
3. Mal sayılmayan həşərat kimi şeylər;
4. Qazancı haram olan qumar və musiqi aləti kimi şeylər;
5. Sələm qatqılı müamilələr;
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (582) : Bir qızın 9 yaşından öncə bir şəxslə əqdi bağlanmışdır. Halbuki, qızın bundan xəbəri yox idi və əqdi qızın atası icra etmişdir. Bundan əlavə, sözü gedən qızın o kişi ilə yaş fərqi təxminən 25 ildir və o kişinin başqa həyat yoldaşı da var. Hətta onun qızı bu ikinci arvadı ilə bir yaşdadır. Qız həddi-buluğa çatanda bu kəbin haqqından narazılığını bildirərək israr edir ki, bu nikah mənim məsləhətimə deyil və mən talaq almaq istəyirəm. Lakin kişi talaq verməyə razı olmur. Bu kəbin düzdürmü? O, bu kəbinə iltizamlı qalmalıdırmı, yoxsa başqası ilə evlənə bilər? Nəzərə almaq lazımdır ki, qız bir həddə çatmışdır ki, ərə getməyə ehtiyacı var.
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu nikah qızın məsləhətinə deyilmişsə, batildir və qız talaqsız ərə gedə bilər. Lakin qız həddi-buluğa çatandan sonra razılıq veribsə, onu poza bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (583) : Əgər borclu şəxs müflisləşdiyinə görə hətta şəxsi mənzilinin və iş məkanının günün qiyməti ilə öz borc sahiblərinə verilməsinə razı olsa, amma borc sahibləri ondan yalnız nağd pul istəsələr və borclu şəxsi həbs etsələr, bu halda borclu şəxsin həbsdə olduğu və vaxtının hədərə getdiyi bu müddətdə borc sahiblərinin boynuna haqqı gəlirmi ki, onların borclarından kəsr etsin?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məsələdə fərz olunanlara əsasən şəri baxımdan borc sahiblərindən zərərin əvəzini almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (584) : Bir şəxs səfeh işlər görür. Məsələn, öz pullarını qumarbaz adamlara verir və qumarbazdan bank hesabında pul olmadığı halda bir çek almaqla kifayətlənir. Habelə öz arvad-uşağının evə ehtiyacları olduğu halda, evini başqasına verir: 1) Onu bu təsərrüflərdən saxlamaq olarmı? Şəriət sahibinin bu cür problemlər barəsində nəzəri nədir? 2) Onun uşaqları məhkəməyə şikayət edə bilərlərmi? 3) Şəri hakim və Vəliyyi-fəqihin nümayəndəsi özü şəxsən (şikayətçi olmasa) bu istiqamətdə ölçü götürə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1) Yuxarıdakı məsələdə fərz olunanlara görə bu şəxs “səfeh”dir və öz əmlakında birbaşa dəxalət etməyə haqqı yoxdur.
2) Şikayət etməyə haqları var.
3) Şəri hakim və onun tərəfindən bu kimi işlər üçün təyin olunan şəxslər, yuxarıdakı vəziyyətə oxşar hallarda bu barədə ölçü götürə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (585) : Cənab ustad, ümumiyyətlə, hansı şərtlərlə məhcur olmayan borclu şəxsin müamiləsini nüfuzlu saymırsınız?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hər bir halda nüfuzludur. Lakin (bu müamilə) borcu qaytarmaq üçün olan imkanının əldən getməsinə səbəb olarsa, haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (586) : Məhcur olmayan borclu bir şəxs, borcdan qaçmaq məqsədi ilə öz əmlakını həqiqi, qeyri-müəvvəzi müamilə etsə, nafizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəri hakimin hökmü ilə məhcur olmamışdırsa, müamilə batil deyil. Lakin haram bir iş görmüşdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (587) : Ticarət sənədlərində (çek, siftə, bərat) lazım olan məsələlərdən biri də onların arxasını imzalamaqdır ki, onların arxasını imzalamaqla bu sənədlərin digərinə köçürülməsi başa çatır. Lakin bunların tacirlər arasında ticarət dəyərinə malik olduğunu, hətta nağd pulun əvəzinə müamilə olunduğunu və dəyişdirildiyini nəzərə alsaq, bu sənədləri müstəqil şəkildə (bankda hansısa müqavilə ilə birlikdə vəsiqə sayılsın) rəhn olunmuş mal (vəsiqənin girovunda mal) adı altında vəsiqə və ya girov qoymaq olarmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər çek və ya siftə mötəbər bir şəxs tərəfindən olsa, onu vəsiqə olaraq qəbul etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (588) : Bir şəxs öz həyat yoldaşının mehriyyəsi üçün 4 milyon tümən borcludur. Onun Məşhədin ən yaxşı yerində şəxsi mənzili var ki, hal-hazırda 30 milyon tümənə müştərisi var. Bu mənzil borcun müstəsna hallarından biridirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sözü gedən borc hal-hazırda tələb olunursa, mənzil də öz şənindən – ad-sanından artıqdırsa, mənzili öz ad-sanına layiq bir mənzillə dəyişməli və aralarındakı fərqi borcunu ödəmək üçün sərf etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (589) : Əgər bir şəxs malı digər bir şəxsə (real) qiymətindən ucuz məbləğə satıb şərt etsə ki, alıcı ona müəyyən məbləğdə pul borc versin, bu iş caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (590) : Müəyyən müddətə borc almaq istəyən bir şəxs, bir məbləğdə pulu borc verənlə sülh edib bu müsalihə əsnasında sözü gedən borcu şərt edə bilərmi, məsələn, deyir ki, 50000 tüməni səninlə sülh edirəm, bu şərtlə ki, 200000 tümən pulu 10 ay müddətində mənə borc verəsən və o da bu sülhü qəbul edir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İşkalsız deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP