Sual (571) : Bir şəxs öz malından müəyyən məbləği başqasına verir ki, onunla ticarət etsin və hər ay ondan avans olaraq müəyyən məbləğdə pul alır. İlin axırında mədaxil və məxarici hesablayırlar. Pul sahibi və (al-ver edən) şəxs öz razılıqları əsasında mədaxil və məxarici qarşılıqlı olaraq bir-birinə bağışlasalar, onların bu işi düzdürmü?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ona verilən pul şəri baxımdan düzgün olan müzaribə kimi verilərsə, sərmayə sahibinin onu işlədən şəxsdən hər ay qazancdan avans olaraq bir məbləğ pul almasının, həmçinin hər birinin şərən digərindən alacağı miqdarla razılaşmasının heç bir eybi yoxdur. Amma malı verən şəxs onları borc kimi versə, borc alan şəxs də hər ay qazancın müəyyən məbləğini pul sahibinə verməsini şərt etsə və ilin axırında da hər birinin öz payına düşənləri bir-biri ilə razılaşsalar, onda bu, təklifi baxımdan haram olan sələmli (faizli) borcdur. Borc vermənin əslinin düzgün olmasına baxmayaraq, borc alınan zaman belə şərt batil sayılır, bundan sonra sadəcə olaraq qazanc və zərəri bir-birinə bağışlamaq əsasında olan razılaşmaları bu işin halal olmasına səbəb olmaz. Bu halda borc verən şəxsin qazancdan bir şey almağa haqqı yoxdur, eləcə də dəyən xəsarəti ödəmək onun öhdəsinə deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (572) : Bir şəxsə öz malımdan müəyyən məbləğ pul vermişəm ki, xaricdən nəqliyyat vasitəsi alıb gətirsin və ölkə daxilində satsın. Bu şərtlə ki, bu al-verdən əldə olunan qazancı aramızda bərabər şəkildə bölək. Bir müddətdən sonra o, mənə bir məbləğ pul verib dedi ki, bu sənin qazancdan olan payındır. Bu məbləği ondan almağım caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sən sərmayəni ona müzaribə adı ilə vermisənsə, o da nəqliyyat vasitələri alıb satdıqdan sonra qazancdan olan hissəni sənə veribsə, bu sənə halaldır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (573) : Bir şəxs başqasına müəyyən qədər pul verir ki, onunla ticarət etsin, hər ay, qazanc adı ilə müəyyən məbləği ona versin, ona dəyən xəsarətlərin hamısı da onun öhdəsinə olsun. Bu müamilə düzgün sayılırmı?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər şəri baxımdan səhih olan tərzdə malın müzaribəyə qoyulması barədə müqavilə bağlasalar və malı alan şəxsə, qazancdan onun payına düşəcək hissədən müəyyən qədərini aylıq olaraq avans verməsini, xəsarət dəyəcəyi təqdirdə isə işləyənin özünün onu qəbul edəcəyini şərt etsələr, bu müamilə düzdür. Əks halda isə bu müamiləni heç bir şəri yolla əsaslandırmaq olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (574) : Bəzi şəxslərdən müzaribə adı ilə pul borc alınmasının hökmü nədir? Halbuki həmin şəxslər müzaribə adı ilə pul verir və şərt qoyurlar ki, malı verdikləri şəxsdən hər yüz min tüməndən müqavilə əsasında ayda 4-5 min tümən qazanc alsınlar.
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan şəkildə borc verilməsi müzaribə sayılmır, əksinə, o, təklifi nəzərdən haram olan sələmdir (faizli borcdur), ünvanın zahiri formasının dəyişdirilməsi ilə o, halal olmur. Amma borc verilməsinin özü (əsli) düzgündür və borc alan şəxs də aldığı şeylərin sahibi olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (575) : Dostlarımdan birindən müəyyən məbləğ pulu müzaribə adı ilə almışam və onunla şərtləşmişəm ki, bir müddətdən sonra aldığımdan bir qədər artığını ona qaytaram. Başqa bir dostum ehtiyaclı olduğuna görə bu məbləğin bir hissəsini ona verdim və qərara alındı ki, o pulun qazancının üçdə birini o ödəsin. Bu iş düzgün sayılırmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir kəsdən müəyyən qədər pul alıb bir müddətdən sonra həmin məbləğin, əlavə qazancla birlikdə qaytarılması əsasında olan razılaşma müzaribə sayılmır, əksinə o, haram olan sələmli (faizli) borcdur. Amma onun, müzaribə adı ilə alınması ondan borc almaq sayılmır, pul da işləyənin mülkiyyətinə keçmir və sahibinin mülkiyyətində qalır. İşləyənin yalnız onunla ticarət etmə haqqı var. Hər ikisi də razılaşdıqları əsasda qazancda şərik olurlar. Amil, pul sahibinin icazəsi olmadan ondan, başqasına borc verə bilməz, yaxud müzaribə adı ilə onun ixtiyarına verə bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (576) : Müzaribə əqdindən istehsal, xidmət, paylama və ticarət işlərində istifadə etmək düzgündürmü? Hal-hazırda ticarətdən qeyri yerlərdə olan müzaribə əqdləri və müzaribə adı ilə aparılın müamilələr şərən düzdür, ya yox?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müzaribə əqdi yalnız sərmayənin alış-veriş yolu ilə olan ticarətdə istifadə olunan hallarına məxsusdur. Amma onun müzaribə adı ilə istehsal, xidmət, paylama və bu kimi yerlərdə istifadə olunmasında düzgün deyil. Lakin bu kimi işləri cüalə, razılaşma kimi şəri əqdlərin vasitəsilə və sair adlarla yerinə yetirməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (577) : Qızıl və gümüşdən başqa şeylərlə müzaribə caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hal-hazırda istifadə olunan kağız pullarla müzaribə etməyin heç bir eybi yoxdur. Amma əmtəə ilə müzaribə düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (578) : Hansı hallarda malı geri qaytarmaq olmaz?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər alqı-satqı zamanı malın eybi məlum olarsa və alıcı bununla razılaşarsa, sonradan malı geri qaytara bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (579) : Hansı hallarda müamiləni pozmaq, malı və ya pulu geri qaytarmaq olar?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
On bir halda müamiləni pozmaq olar:
1. Alış-veriş səhnəsini tərk etməmiş;
2. Aldadılmış olduqda;
3. Alqı-satqı zamanı müamilənin pozulması barədə şərt kəsildikdə;
4. Satıcı malını, alıcı pulunu olduğundan üstün göstərdikdə;
5. Alıcı və ya satıcı qeyd olunmuş şərti pozduqda;
6. Malda və ya pulda eyib olduqda;
7. Satılmış malın bir hissəsinin satıcıya aid olmadığı bilindikdə;
8. Satıcı malın görünməyən bir xüsusiyyətini dedikdə və sonradan bu xüsusiyyətin olmadığı aşkarlandıqda;
9. Müştəri aldığı malın pulunu üç gün ərzində ödəmədikdə və satıcı da həmin malı təhvil vermədikdə;
10. Heyvan alan şəxs üç gün müddətində onu qaytarmaq istədikdə;
11. Satıcı satılmış malı təhvil verə bilmədikdə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (580) : Az yaşlı uşaq alış-veriş edə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Alıcı və satıcı üçün müəyyən şərtlər təyin olunmuşdur. Alıcı və satıcı həddi-büluğ olmalı, ağıllı olmalı, ciddi alış-veriş məqsədində olmalı, kimsə tərəfindən məcbur edilməməli, satdığı şeyin və ya ödədiyi məbləğin sahibi olmalıdır. Körpə uşaq yalnız uşaq üçün adi sayılan bəzi şeyləri sata bilər. Ciddi alış-verişdə isə uşaq alıcı ilə satıcı arasında vasitə rolunu oynaya bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP