Sual (131) : Mümkündür ki, mənim bacım şəriklikdə olan sərmayəsini islama və haqq məzhəbə uyğun gəlməyən işlərin yayılmasına xərcləsin. Mənə bacımın şəriklikdə olan payının götürməsinin qarşısını almağım və eləcə də bacımın şəriklikdən olan sərmayəsinin alınıb ona verilməsinə mane olmağım vacibdirmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriklərdən heç birinin başqa şəriklərin şəriklikdən ayrılmasına mane olmağa, habelə şəriklərin öz var-dövlət və sərmayəsini aldıqdan sonra onu şər və günah yollarda istifadə etməsini əsas tutaraq onun öz var-dövlətini əldə etməyə mane olmağa haqqı yoxdur. Əksinə, onlara vacibdir ki, onun bu barədəki istəyinə müsbət cavab versinlər. Amma o adamın özünə, özünün var-dövlətini haram işlərdə xərcləməsi haramdır. Başqalarına da vacibdir ki, öz var-dövlətini şəriətə zidd olan işlərdə işlətdiyi təqdirdə onu bu işdən çəkindirib nəhy əz-münkər etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (132) : Bizim kəndimizdə sahəsi 10 hektara çatan təbii su anbarı vardır. Onun mülkü əkinçilərə ata-babalarından irs çatmışdır. Hər il qış aylarında ora su toplanır, əkin sahələrinin və bağların suvarılması üçün istifadə edilir. Hal-hazırda dövlət onun ortasından enli bir yol salmışdır. Yalnız onun 5 hektarı qalır. Yerdə qalan miqdar bələdiyyə idarəsinin sahəsi hesab olunur, yoxsa əkinçilərin mülkü?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin sahə əkinçilərin ata-babalarından qalmış olsa və irs vasitəsilə onlara çatmışsa, onun yerdə qalanı onların öz malı hesab olunur və bələdiyyə idarəsinin onda heç bir haqqı yoxdur. Amma hökumətin bu barədə xüsusi qanunları olmuşsa, onda ona riayət edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (133) : Bir qədər torpaq sahəsi müəyyən qiymətə satılıb və pulun hamısı satıcıya verilib. Əqd oxunan vaxt qərara gəliblər ki, rəsmi sənədi müştərinin adına yazdırmaq müqabilində müştəri satıcıya müəyyən miqdarda pul versin. Bunların hamısı adi sənəddə yazılıb. Lakin hal-hazırda satıcı rəsmi sənədi müştəriyə vermək müqabilində ondan adi sənəddə yazılmış məbləğdən artıq pul istəyir. Onun buna haqqı varmı?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Satıcının al-verin şəri cəhətdən düzgün şəkildə tamam olmasından sonra öz al-verinə və al-ver zamanı müştərinin xeyrinə iltizamlı olduğu şeylərin hamısına əməl etməsi vacibdir. Onun müştəridən iltizamlı olduğu şeylərdən əlavə bir şey tələb etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (134) : Əgər satıcı və alıcı al-ver sənədini tənzim edən vaxt onlardan heç birinin müamilə fikrindən dönməyə haqqı olmayacağını, müştərinin al-ver sənədini imza edəndən sonra müamiləni yerinə yetirmək fikrindən dönəcəyi təqdirdə onun satıcıya verdiyi behi tələb etməyə haqqı olmamasını, həmçinin satıcı əqdi imza edəndən sonra al-ver fikrindən dönəcəyi təqdirdə qeyd olunan behi qaytarmaqdan əlavə, zərər və xəsarət ünvanı ilə müəyyən miqdarda pulu müştəriyə verəcəyinə dair iltizam versələr, onların bu şəkildə “ixtiyar”, yaxud “iqalə” şərti etmələri düzgündürmü? Onların hər biri üçün bu yolla ələ gələn mal (pul) halaldırmı?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Deyilən şərt xiyari-fəsx (al-veri pozma ixtiyarı), yaxud iqalə şərti deyil, müamiləni başa çatdırmaq fikrindən dönən halda müəyyən bir məbləğ verməyi şərt etməkdir. Bu kimi şərtlər əqdin özündə qeyd olunmayınca, sadəcə olaraq al-ver sənədini tənzim edib onu imzalayan vaxt deyilməsinin və yazılmasının faydası yoxdur. Amma şərt əqdin özündə qeyd olunsa, yaxud əqd onun əsasında bağlansa, bu halda o şərt düzgündür və ona əməl etmək vacibdir. Bu yolla əldə edilən malı (pulu) da almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (135) : Bəzən al-ver sənədlərində belə bir şərt yazılır: “Əgər tərəflərdən biri müamiləni pozsa, xəsarət, zərər vurduğuna görə filan məbləği qarşı tərəfə verməlidir.” Bu barədə bir neçə Sualım var: Birincisi, bu ifadə “ixtiyar” şərti sayılırmı? İkincisi, belə şərtlər düzgündürmü? Üçüncüsü, əgər şərt batildirsə, əqd də batil olurmu?
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu şərt ixtiyar şərti hesab olunmur, əksinə, müamiləni sona çatdırmaq fikrindən dönən halda müəyyən bir məbləği verməyi şərt etməkdir. Əgər bu şərt lazım əqdlə yanaşı olsa, yaxud əqd onun əsasında bağlansa işkalı yoxdur. Lakin qiymətdə təsirli olan belə bir şərt üçün müəyyən bir müddət göstərilməlidir. Əks halda şərt batildir və qiymətin məchul olmasına səbəb olsa, əqdin də batil olmasına səbəb olacaqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (136) : Bəziləri bir sıra əmlakını bu şərtlə satır ki, onu həmin müştəridən, ona satdığı qiymətdən baha qiymətə alsın. Bu al-ver düzgündürmü?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Belə al-ver zahiri və faizli borc almaq üçün bir vasitə olduğuna görə haram və batildir. Əlbəttə, əgər əmlakını ciddi şəkildə və şəri cəhətdən düzgün olan şəkildə satsa, daha sonra onu həmin müştəridən nağd, yaxud nisyə şəkildə həmin qiymətə, yaxud ondan baha qiymətə alsa, bu halda işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (137) : Tacirlərin bəzisi başqa tacirlər tərəfindən etibari bank sənədləri yolu ilə xaricdən mal gətirir, malların sənədləri çatandan sonra onların pulunu mal sahibləri tərəfindan banka ödəyir, daha sonra mal sahibindən, qabaqcadan razılığa gəldikləri müəyyən faizi alır. Bu müamilə düzgündürmü?
Ad: Ruslan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər tacir malı özü üçün gətirsə, sonra onu istədiyi adama, malın qiymətinin müəyyən faizi ilə təyin etdiyi qazancla satsa, eybi yoxdur. Həmçinin əgər malı, ondan istəyən adam üçün cüalə adı ilə, həm də malın qiymətinin müəyyən faizi ilə nisbətdə təyin etdiyi zəhmət haqqının müqabilində gətirsə, bunun da eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (138) : Arvadım vəfat edəndən sonra bəzi ev əşyalarını satdım, pulunun üstünə bir az da əlavə edib ona başqa ev əşyaları aldım. Bu ev əşyalarından ikinci arvadımın evində istifadə etməyim caizdirmi?
Ad: Ruslan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Satdığınız ev əşyaları özünün mülkiyyətində idisə, onun pulu ilə aldığınız əşyalar da sizin mülkiyyətiniz hesab olunacaqdır. Əks halda onların satılması sair vərəsələrin icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (139) : Bir nəfər ticarət yerini (mağazanı) bələdiyyə idarəsindən tikilişinə icazə almadan tikdiyi malikindən icarəyə götürübdür. Bələdiyyə idarəsi də tikinti qanunlarını pozduğuna görə bu mağaza üçün cərimə tələb edir. Bu cəriməni icarəyə götürən verməlidir, yoxsa icazə almadan mağazanı tikmiş malik?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu cərimə mağazanı tikəndə tikinti haqqında qanunları pozmuş malikin öhdəsinədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (140) : Bir qədər torpaq sahəsini onda təsərrüf edib əkinçilik işləri aparan adamdan almışam. Bu torpaq sahəsi inqilabdan qabaqkı dövlət quruluşunda “torpaq islahatı” qanununa əsasən onun əlinə düşmüşdür. Lakin satıcının o yerin şəri maliki olub-olmadığını bilmirəm. Onun vəfatından çox vaxt keçir, indi onun varisləri o yerin pulunu məndən tələb edirlər. Bu məsələnin hökmü nədir?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
“Torpaq islahatları” yerlərinin işi İslami Şura Məclisi və Dövlət Məsləhətini Ayırdetmə Təşkilatının qanunlarına tabedir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP