Sual (121) : Üç nəfər şərikli olaraq bir neçə ticarət yeri almışlar ki, birlikdə orada ticarətlə məşğul olsunlar. Lakin şəriklərdən biri başqaları ilə razılaşmır və o mağazalardan istifadə edilməsinə, hətta icarə verilməsinə, yaxud satılmasına belə mane olur. Bizim Sualımız budur: 1-Şəriklərdən biri digər iki şərikin icazəsi olmadan öz payını sata, yaxud icarəyə verə bilərmi? 2-Digər iki şərikin icazəsi olmadan o məkanda işləmək caizdirmi? 3-O məkanlardan birini özü üçün götürüb qalanlarını isə digər şəriklərə verməsi caizdirmi?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1-Şəriklərdən hər biri özünün müşa şəklində olan payını başqalarının icazəsinə bağlı olmadan sata bilər.
2-Şəriklərdən heç birinin yerdə qalanların razılığı olmadan müştərək malda təsərrüf etmələri caiz deyil.
3-Şəriklərdən heç biri birtərəfli olaraq və başqalarının razılığı olmadan öz payını müştərək maldan ayıra bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (122) : Bir məntəqənin əhalisindən bir qrupu bir bağda hüseyniyyə tikmək istəyir, lakin həmin yerdə payı olan bəziləri bu işə razı deyillər. Həmin yerdə Hüseyniyyə tikməyin hökmü nədir? Əgər həmin yerin ənfalın bir hissəsi, yaxud şəhərin ümumi məkanlarından olması ehtimalı verilsə, onda hökmü necədir?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin torpaq sahəsi oranın əhalisinin müşa şəkildə mülkü olsa, onda təsərrüf edilməsi şəriklərin hamısının razılığına bağlıdır. Amma ənfaldan olsa, onun ixtiyarı İslam dövlətinin əlindədir və onda təsərrüf etmək dövlətin icazəsi olmadan caiz deyil. Həmçinin şəhərin sair ümumi məkanları da belədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (123) : Əgər vərəsələrdən biri özünün müştərək bağdan olan payının satılmasına razı olmasa, sair şəriklərin, yaxud dövlət müəssisələrindən birinin onu bu işə vadar etməsi caizdirmi?
Ad: Hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər irs payının ayrılması və ya bölüşdürülməsi mümkün olsa, şəriklərdən heç biri və heç bir başqa şəxsin onu öz payını satmağa məcbur etməyə haqqı yoxdur. Belə hallarda şəriklərdən hər biri yalnız başqa şəriklərdən istəyə bilər ki, öz paylarını ayırsınlar. Amma İslam hökuməti tərəfindən ağaclara malik olan bağın ayrılması ilə əlaqədar xüsusi qanun-qaydalar mövcud olsa, bu halda həmin qanunlara riayət etmək vacibdir. Amma müşa şəklində olan mülk ayrılıb bölüşdürülməyə yararlı olmazsa, şəriklərdən hər biri başqa şərikləri öz payını satmağa, yaxud onun payını almağa vadar etmək üçün şəriət hakiminə müraciət edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (124) : Dörd qardaş malik olduqları müştərək sərmayədən istifadə edərək yaşayırlar. Bir neçə ildən sonra onlardan ikisi evlənib söz verdilər ki, hər biri kiçik qardaşlarından birini himayəsinə götürsün, onların izdivacı üçün lazım olan işləri tədarük görsün. Amma onlar öz verdiyi sözlərinə əməl etmədilər, nəticədə iki kiçik qardaş onlardan ayrılmaq qərarına gəldilər və öz müştərək paylarının ayrılmasını tələb etdilər. Şəri cəhətdən müştərək mal onların arasında necə bölünməlidir?
Ad: Safa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir kəs müştərək maldan şəxsi istifadə etsə, həmin miqdarda sair şəriklərə, öz payı müqabilində müştərək maldan həmin miqdarda işlətməyənlərə borclu sayılır. Nəticədə ondan istəyə bilərlər ki, onun əvəzini öz malından versin və müştərək malın qalanını aralarında bərabər şəkildə bölsünlər. Yaxud əvvəlcədən müştərək maldan istifadə etməyənlərə və ya başqalarına nisbətən az istifadə edənlərə, müştərək maldan bərabər səviyyədə istifadə edəcəkləri qədər versin, yerdə qalanları da bərabər şəkildə bölsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (125) : Çay becərmə idarəsi şəhərlərdə çay satanları məcbur edir ki, o idarəyə şərik olsunlar. Qeyd olunan idarənin çay satıcılarını onunla şərik olmağa məcbur etməsi caizdirmi? İcbari olan bu şəriklik düzgündürmü?
Ad: Huseynaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər çay idarəsi şəhərlərdə çay satanların ixtiyarına müəyyən imkanlar qoyursa və onu bölüşdürmək üçün onlara verib bu və ya digər xidməti işlər görürsə və onlarla çay idarəsində şərik olub yalnız onlarla müamilə etməyi şərt edirsə, bu şərtin eybi yoxdur və qeyd olunan şərikliyin də işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (126) : Şirkətin müdir və məsulları hasil olan gəlir və qazancı səhm sahiblərinin icazəsi olmadan digər işlərə sərf edə bilərlərmi?
Ad: Ziya, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriklərdən hər birinin müştərək malın qazancından olan paylarını, eləcə də onun hansı yolda istifadə olunması ixtiyarı onun öz əlindədir. Deməli, əgər başqa bir şəxs vəkil olmadan, yaxud onun tərəfindən icazəsi olmadan sərf etsə, hətta onu xeyriyyə işlərində işlətsə belə zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (127) : Üç nəfər bir ticarət mərkəzində şərikdir. Birinci şərik sərmayənin yarısını, qalan iki şərik isə dörddə birini qoymuş və qərara almışlar ki, ticarətdən əldə olunan gəlir onların aralarında bərabər şəkildə bölünsün. Lakin ikinci və üçüncü şərik ticarət mərkəzində çox işgüzar fəaliyyətlərlə məşğul olur, halbuki birinci şərik orada çox az işləyir. Bu cür şəriklik qeyd olunan şərtlərlə düzgündürmü?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriklik əqdində şəriklərin hər birinin sərmayə adı ilə verdikləri şeydə bərabər olmaları şərt deyil, hətta qoyulan sərmayələrin miqdarı fərqli olsa belə əldə olunan qazancın da bərabər şəkildə şəriklər arasında bölüşdürülməsinin şərt olunmasının bir işkalı yoxdur. Həmin yerdə işləməyə gəldikdə isə, əgər şəriklik əqdində bununla əlaqədar bir şey qeyd olunmamışdırsa, onlardan hər biri gördüyü iş müqabilində öz əmək haqqını almağa haqlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (128) : Bir şirkət ümumi və xüsusi olaraq iki hissədən təşkil olunmuşdur. Səhmdarların nümayəndələri oranın işlərinin idarə olunmasına nəzarət edir. Oranın müdir və işçilərinin öz şəxsi işləri üçün camaat arasında adi qaydada olan həddə şirkətin nəqliyyat vasitələrindən istifadə etmələri caizdirmi?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şirkətin nəqliyyat vasitələrindən, eləcə də sair şeylərindən şirkətə aid olmayan işlərdə istifadə olunması səhmdarların, yaxud onların nümayəndələrinin bu barədə icazəsindən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (129) : Şirkətin qanun və məramnaməsinə əsasən ixtilaflı və münaqişəli məsələlərin həll edilməsi və son qərara gəlmək üçün komissiya təşkil olunmalıdır. Amma qeyd olunan komissiya, üzvlərin tərəfindən təşkil olunmayınca öz vəzifəsini yerinə yetirməyə səlahiyyəti yoxdur. Hal-hazırda da səhmdarların və şəriklərin 51 faizi öz hüquqlarından güzəştə getdiyinə görə onu təşkil etmirlər. Öz hüquqlarından keçən şəxslərə, (öz hüquqlarından keçməyən) sair səhmdarların hüququnun qorunması üçün bu komissiyanın təşkil olunmasında iştirak etmələri vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər şirkətin üzvləri şirkət daxilində mövcud olan qayda-qanunlar əsasında lazım olan hallarda münsiflər heyətini təşkil etməyə dair iltizam vermiş olsalar, onda öz sözlərinə əməl etmələri vacibdir. Üzvlərdən bəzilərinin öz haqlarından keçməsi münsiflər heyəti təşkil edilməsi ilə əlaqədar verdiyi sözə əməl etməkdən imtina etmələrinə əsas ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (130) : İki nəfər ticarətdə müştərək sərmayə əsasında sərqüflisi də müştərək olan bir yerdə şərikdir. İlin axırında qazancı və ziyanı təyin edərək öz aralarında bölüşdürürlər. Son zamanlar o iki nəfərdən biri öz gündəlik işini tərk etmiş və sərmayəsini götürmüşdür. İkinci şərik isə həmin yerdə ticarət işlərini davam etdirir. Hal-hazırda o şərik iddia edir ki, onun şərikinin özü üçün yerinə yetirdiyi xüsusi müamilələrdə o da şərikdir. Bu məsələnin hökmü nədir?
Ad: Hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir mülkdə, yaxud ticarət obyektinin sərqüflisində sadəcə olaraq şərik olmaq ticarətdə və ondan əldə olunan qazancda da şərik olmağa kafi deyil, əksinə, əsas meyar ticarətin sərmayəsində şərik olmaqdır. Deməli, əgər şəriklərdən hər biri özünün müştərək sərmayədən payını düzgün şəkildə bölüşdürsə və onlardan biri sərmayəsini götürsə, digər şərik həmin məkanda öz ticarət işlərini davam etdirsə, sərmayədən öz payını götürən şəxsin digər şərikinin ticarətində heç bir haqqı yoxdur, yalnız həmin obyektdən olan öz payına uyğun icarə və ya onun dəyərini tələb edə bilər. Amma onun həmin yerdəki ticarətinin davam etdirilməsi müştərək sərmayənin bölüşdürülməsindən qabaq olsa, ikinci şərikin, sərmayədə şərik olmasına mütənasib olaraq birinci şərikin ticarətində haqqı vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP