Sual (111) : Kiçik uşaqların qəyyumlarının bəzisi ölən adamın arvadı ərə getdikdən sonra arvadı və onun böyüdüb tərbiyə etdiyi uşaqları atalarından qalmış mallardan onlara düşən ev və onlara lazım olan başqa şeylərdən istifadə etməyə qoymurlar. Uşaqların payına düşən hissəni onları böyüdüb tərbiyə edən analarına verməyə məcbur etmək üçün şəri bir əsas varmı?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kiçik uşaqların şəri qəyyumunun gördüyü tədbirlər onların mənafe və məsləhətini nəzərə almaqla baş verməlidir. Məsləhətin ayırd edilməsi də onun haqqıdır. Əgər məsləhətin əksinə əməl edərsə və ixtilaf yaranmasına səbəb olarsa, şəriət haikiminə müraciət edilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (112) : Kiçik uşaqların qəyyumunun, uşaqların mənafeyinin qorunması şərtilə onların malları ilə ticarət etməsi düzgündürmü?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kiçiklərin məsləhət və mənafeyinə riayət etməklə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (113) : Kiçik uşaqların babası, əmisi, dayısı və anası sağ olsalar, onlara olan vilayət və qəyyumluq haqqı kimindir?
Ad: Vahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yetim və uşağın özünə və mallarına olan şəri vilayət ata tərəfdən olan babasının haqqıdır. Onu böyüdüb tərbiyə etmək də təkcə anasının haqqıdır. Əmisinin və dayısının vilayət və böyüdüb tərbiyə etməklə əlaqədar heç bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (114) : Ali məhkəmənin icazəsi ilə yetimlərin mallarını, onları böyüdüb tərbiyə etməyi qəbul etməsinin müqabilində analarının ixtiyarında qoymaq caizdirmi? Belə ki, onların ata tərəfdən olan babasının işi təkcə nəzarət etmək olsun və uşaqların işinə birbaşa dəxalət etməyə haqqı olmasın.
Ad: Ruslan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Uşaqların şəri qəyyumu olan ata babasının razılığı olmasa, bu iş caiz deyil. Amma əgər yetim uşaqların mallarının onların babalarının ixtiyarında qalması onlara zərər dəyməsinə səbəb olsa, bu halda hakim onun qarşısını almalı, onların mallarına olan vilayəti bu işə səlahiyyətli bildiyi adama – istər uşaqların anası olsun, istərsə də başqası – həvalə etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (115) : Uşağın qəyyumunun uşağın haqqı olan diyəni öhdəsində diyə vermək olan adamdan alması vacibdirmi? Uşağın məsləhətinə olan halda onun üçün, diyədən uşağın payına düşən hissədən qazanc əldə etmək – əmanət bankına qoymaqla olsa belə, vacibdirmi?
Ad: Safa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cinayətin diyəyə səbəb olduğu halda, uşağın qəyyumunun onu cinayət edəndən tələb edib alması və uşaq həddi-büluğa, kamala çatana qədər diyəni onun üçün hifz edib saxlaması vacibdir. Lakin onunla uşaq üçün ticarət etməyə, qazanc götürməyə məcbur deyil. Əgər uşağın məsləhətinə olsa, onda bu işi görməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (116) : Əgər şirkətin üzvlərindən kiçik uşaqları olan bir nəfər ölsə və onun vərəsəsi özlərinin şirkətin mallarından olan payları ilə başqa üzvlərlə şərik olsalar, bu halda şirkətin sair üzvlərinin şirkətin mallarında təsərrüf etməklə əlaqədar vəzifəsi nədir?
Ad: Ziya, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Uşaqların payları ilə əlaqədar onların şəri qəyyumlarına, yaxud şəriət hakiminə müraciət etmələri vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (117) : Yetim uşaqların ata tərəfdən olan babasının onların özlərinə və mallarına olan vilayətinin tələbinə əsasən meyyitin əmlakından (mirasından) onlara irs vasitəsilələ çatmış malların qorunub saxlanmaq üçün ata tərəfdən olan babasına verilməsi vacibdirmi? Vacib olan surətdə, uşaqlar anaları ilə birlikdə harada qalmalıdırlar? Hansı yerdən çörək (ruzi) yesinlər? Bunu da nəzərə alaq ki, onlar ya təhsil alırlar, yaxud hələ kiçikdirlər, anaları da evdar qadındır. Onların ruziləri hansı yerdən təmin olunmalıdır?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kiçik uşaqlara olan vilayətin mənası onların mallarının alınıb qəyyuma verilməsi və həddi-büluğa çatana qədər onlardan istifadə etməkdən məhrum olmaları demək deyil. Əksinə, onun mənası qəyyumun onlara və mallarına nəzarət etməsinin vacibliyi, uşaqların mallarını qorumaqla əlaqədar məsul olması və onların mallarında edilən təsərrüflərin də onun icazəsi ilə olmasıdır. Vəliyə də onların öz mallarından və ehtiyacları olan miqdarda xərclik vermək vacibdir. Əgər o mallardan istifadə etmək üçün onları ananın və uşaqların ixtiyarına verməyi məsləhət bilsə, bu işi görə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (118) : Vərəsələrdən bəzilərinin, yaxud onların vəkillərinin sair vərəsələrin razılığı olmadan onların hamısının arasında eyni səviyyədə (müşa) sayılan mülkdə müamilə, yaxud xarici bir təsərrüf etmək caizdirmi?
Ad: Ziya, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sair şəriklərin icazə və razılığı olmadan şəriklərdən heç birinin müştərək mülkdə xarici təsərrüf etmələri caiz deyil. Həmçinin onların hər birinin müştərək mülkdə etdikləri müamilə təsərrüfü yalnız sair şəriklərin razılığı ilə düzgün olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (119) : Əgər şəriklərdən bəziləri müşa şəklində olan mülkü satsalar, yaxud şəriklərdən bəziləri onu satsa bəziləri də bu işə icazə versə, bu halda sair şəriklərin razılığı olmadan onların hamısının tərəfindən görülən bu müamilə qanunidirmi, yoxsa onun qanuni olması onların hamısının razılığına bağlıdır? Əgər bütün şəriklərin razılığı şərtdirsə, bu halda mülkdə şərik olmağın ticarət şirkəti əsasında olmaqla, mədəni bir şirkət daxilində olması arasında bir fərq varmı? Belə ki, şəriklərin hamısının razılığı ikincidə şərt olsun, lakin birincidə şərt olmasın?
Ad: Sefulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müamilə yalnız öz hissəsini satan şəxslərin payına düşən miqdarda düzgün və qüvvədədir, sair şəriklərin payına düşən pay isə onun özünün icazəsinə bağlıdır. Bu halda şirkətin hasil olma səbəbləri arasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (120) : Bir nəfər bankdan bir qədər pul borc alır və belə razılaşırlar ki, onun evinin tikilişində şərik olsun. Ev tikiləndən sonra da onu təbii hadisələrlə əlaqədar bankda sığorta edir. Hal-hazırda evin bir hissəsi yağış suyunun damması və yaxud quyu suyunu özünə çəkmə nəticəsində xarab olmuş və onun təmir olunmasına müəyyən qədər pul lazımdır. Amma bank bu məsələ ilə bağlı heç bir məsuliyyəti qəbul etmir, sığorta şirkəti də xəsarətin ödənməsini müqavilə çərçivəsindən kənar hesab edir. Belə olan halda bu işə kim cavabdeh və zamindir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sığorta şirkəti sığorta müqaviləsində qeyd olunan qayda-qanunlardan xaricdə heç nəyə zamin deyil və həmin evin təmir edilməsi xərcləri, eləcə də heç bir şəxsin zamin olmadığı başqa xəsarətlərin ödənməsi onun sahibinin öhdəsinədir. Əgər bank da həmin binada mədəni şərikliyə malik olsa, xəsarət xüsusi bir şəxsə istinad verilməyincə öz payı miqdarında onun xərclərini ödəməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP