Sual (101) : Bir nəfərə müəyyən məbləğ pul borclu idim. Borcun müqabilində bir evi bir il müddətində girov qoydum. Bu barədə bir müqavilə də yazdıq, lakin müqavilə sənədindən əlavə ona söz verdim ki, evim üç il müddətində onun ixtiyarında olsun. Girovun müddəti xüsusunda müqavilədə yazılanlar etibarlı sayılır, yoxsa camaat arasında adi qaydada olan təkliflər? Girovun batil olması fərz edildikdə girov qoyan və girov götürənin vəzifəsi nədir?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Girovun müddəti xüsusunda onun yazılması, yaxud söz verilməsi və ya başqa şeylər meyar deyil, əksinə, əsas meyar borc əqdidir (müqaviləsidir). Deməli, əgər müəyyən müddətlə şərtlənərsə, həmin vaxt başa çatan kimi giröv öz-özünə pozulur. Əks halda isə girov halında qalmaqdadır. Bu da borcun ödənməsi, yaxud borc sahibinin güzəştə getməsi ilə girov olmaqdan azad olur. Əgər həmin ev girovluqdan azad olunsa, yaxud rəhn müqaviləsinin əvvəldən batil olması məlum olarsa, girov qoyan şəxs öz malını girov götürən şəxsdən tələb edə bilər. Onun qaytarmaqdan imtina etməyə və qanuni girovun əsərlərini onun üzərinə tətbiq etməyə haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) : Atam iki il (və ya bir az da çox) bundan əvvəl bir qədər sikkəli qızılı öz borcu müqabilində bir nəfərin yanında girov qoymuşdu. Atam öz vəfatından bir neçə gün qabaq girov götürən şəxsə icazə verdi ki, onları satsın, lakin onu bu mətləbdən agah etmədi. Atamın vəfatından sonra mən həmin məbləği bir nəfərdən borc alıb qızılları girov götürən şəxsə verdim. Mənim məqsədim atamın borclarını qaytarmaq və onun üzərində olan vəzifəsini götürmək deyildi, sadəcə olaraq girov qoyulmuş malları ondan almaq və başqa şəxsin yanında girov qoymaq istəyirdim. Amma qızılları girov götürən şəxs onların təhvil verilməsini bütün vərəsələrin razılığına şərtləndirdi, lakin onların bəziləri bu işə razılıq vermədilər. Onları götürmək üçün girov götürən şəxsə müraciət etdim, lakin o, bunları öz borcu müqabilində götürməsini iddia edərək qızılları təhvil vermədi. Bu məsələnin şəri cəhətdən hökmü nədir? Girov götürən şəxsin öz borcunu aldıqdan sonra girov qoyulan malın təhvil verilməsindən imtina etməsi caizdirmi? Bunu da nəzərə alaq ki, mən atamın borcunun qaytarılmasına cavabdeh deyildim və ona verdiyim pullar da atamın borclarını qaytarmaq məqsədi ilə deyildi. Buna əsasən həmin şəxs mənim verdiyim məbləği öz borcu müqabilində götürüb qaytarmaya bilərmi? Eləcə də onun girov qoyulan malları sair vərəsələrin razılığı ilə şərtləndirməyə haqqı varmı?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin məbləğ meyyitin qızılları girov götürən şəxsə borcunu ödəmək və onun üzərində olan vəzifəni götürmək məqsədilə verilmişsə, bu halda girov azad olur, girov qoyulan mal da girov götürən şəxsin yanında əmanətə çevrilir. Amma bütün vərəsələrə aid olduğundan, sair vərəsələrin icazəsi və razılığı olmadan onu vərəsələrin bəzisinə verə bilməz. Qeyd olunan məbləğin də meyyitin borclarını ödəmək məqsədilə olması məlum olmasa, xüsusilə girov götürən şəxsin bu işə etiraf etməsi ilə həmin məbləği borcu müqabilində özünə götürə bilməz. Əksinə onu verən şəxsə qaytarması vacibdir, xüsusilə, əgər onu tələb edərsə, sikkəli qızıllar da vərəsələrin meyyitin borcunu qaytarıb girovu azad edincəyə, yaxud da girov götürən şəxsə onu satıb öz pullarını götürməyə icazə verincəyə qədər girov kimi onun yanında qalacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) : Malını girov qoyan şəxs girov qoyduğu malı girovdan azad olmamışdan qabaq öz borcları müqabilində yenidən başqa biir şəxsin yanında girov qoya bilərmi?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əvvəlki girov azad olmayınca girov qoyan şəxs tərəfindən ikinci girov birinci girov götürənin icazəsi olmadan füzuli hökmündədir və (bunun düzgünlüyü) onun icazəsinə bağlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) : Bir nəfər başqasından müəyyən məbləğdə pul borc almaq üçün öz torpaq sahəsini onun yanında girov qoyur. Lakin girov götürən şəxs üzrxahlıq edib deyir ki, həmin məbləğdə pulu yoxdur, onun yerinə on baş qoyunu torpaq sahibinə verir. Hal-hazırda hər iki tərəf girovu azad etmək və hər biri öz malını almaq istəyir. Lakin torpağı girov götürən şəxs israr edir ki, həmin on baş qoyunu ona qaytarsınlar. Onun şərən belə haqqı varmı?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Girov sonradan gerçəkləşəcək borc müqabilində deyil, baş vermiş borc müqabilində olmalıdır. Sualda fərz olunan halda torpaq sahəsi və qoyunlar onların öz sahiblərinə qaytarılmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) : Uşağa qəyyum olmaqda ədalət (adil olmaq) şərtdirmi? Əgər uşağın qəyyumu fasiq (günahkar) olsa və uşağın özünün fəsada (əxlaqsızlığa) düşməsi, yaxud mallarının aradan getməsi qorxusu olsa, bu halda hakimin vəzifəsi nədir?
Ad: Sefulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Atanın və ata (tərəfdən olan) babanın uşağa olan vilayətində ədalət şərt deyil. Lakin hərçənd mövcud şahid və vəziyyətlərlə belə, atanın və ata (tərəfdən olan) babanın uşağa zərər vuracağı hakim üçün sübuta yetsə, gərək onları bu işdən kənarlaşdırsın və onları uşağın mallarında təsərrüf etməkdən çəkindirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) : Əgər qəsdən olan qətldə öldürülənin vəlilərinin hamısı kiçik, yaxud dəli olarsa, qeyri-ixtiyari vəlinin (atası, yaxud ata tərəfdən olan babası), yaxud məhkəmə tərəfindən təyin olunan qəyyumun qisas almağa, yaxud diyəni tələb etməyə haqqı varmı?
Ad: Ehliman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kiçik və dəlilərin vəlilərinin qəyyumluğuna dəlalət edən dəlillərdən belə məlum olur ki, müqəddəs şəriət sahibi tərəfindən onlar üçün vilayət haqqının qərar verilməsinin səbəbi vəli təyin olunanların məsləhətinə riayət edilməsidir. Deməli, qeyd olunan məsələdə onların şəri vəliləri hər hansı bir işi onların mənafe və məsləhətinə riayət etməklə görməlidir. Onun qisas, yaxud əvəzli və ya əvəzsiz əfvi seçməsi nüfuzludur. Aydındır ki, dəlinin və uşağın məsləhətinin ayırd edilməsinin bütün yönləri, o cümlədən onların həddi-büluğa çatma vaxtlarının yaxın və ya uzaq olmasını mülahizə edib nəzərə almaqla olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) : Kamil (baliğ, aqil) bir şəxsə qarşı cinayət olunsa, atanın, yaxud (ata tərəfindən olan) babanın, ona qarşı cinayət olunmuş şəxsin icazəsi olmadan onun üçün diyəni tələb etməyə və almağa haqları varmı? Yəni ata, yaxud baba diyəni tələb edən vaxt, cinayət etmiş adamın onun haqqında cinayət olunmuş şəxsə verməsi vacibdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların, haqqında cinayət olunmuş baliğ və aqil şəxsə heç bir vilayətləri yoxdur. Buna görə də onun icazəsi olmadan haqqını tələb etməyə haqları yoxdur.
Öz suall_ arınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) : Kiçik uşaqların qəyyumlarına, onlara olan vilayət səbəbilə irs qoyub getmiş adamın malın üçdə birindən artıq miqdarda etdiyi vəsiyyətə icazə vermək caizdirmi?
Ad: Elsever, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəri vəli uşaqların məsləhət və mənafeyinə riayət etməklə icazə verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) : Atanın uşaq üzərindəki haqqı ananın haqqından çoxdurmu və o, bu barədə bəzi üstünlüklərə daha artıq malikdirmi? Əgər ata, yaxud ata (tərəfdən olan) babasının üstünlüyü yoxdursa, əksinə, ata və ananın hər biri bərabər şəkildə haqqa malikdirsə, bu halda ixtilaf yaranan zaman atanın sözü üstündür, yoxsa ananın?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hüquqların müxətlif olmasına görə bunun cavabı da müxtəlif olacaqdır. Kiçik uşağa olan vilayət haqqı ata, yaxud ata (tərəfdən olan) babanın əlindədir. Oğlan uşağını iki ilə qədər, qız uşağını isə yeddi ilə qədər böyüdüb tərbiyə etmək haqqı ana, bu vaxtdan sonra isə atanın ixtiyarındadır. Övlad tərəfindən valideynə itaət etmək, onlara əzab-əziyyət verməmək haqqı həm ana, həm də ata üçün barəbərdir. Övlad ananın vəziyyətini daha çox nəzərə almalıdır. Çünki hədislərdə deyilir: “Cənnət anaların ayaqları altındadır.”
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) : Ərim şəhid olub və ondan iki uşağım var. Ərimin qardaşı və anası bu iki uşağı onların həyat və məişəti üçün lazım olan başqa şeyləri, onların malik olduğu bütün vəsaitlərlə birlikdə götürmüşlər və onları mənə vermirlər. Bunu da nəzərə alaq ki, mən uşaqlara görə yenidən ərə getməmişəm və heç vaxt getməyəcəyəm də. Uşaqlara və onların mallarına nəzarət etmək kimin haqqıdır?
Ad: Elshad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəri təklif (həddi-büluğ) yaşına çatana qədər yetim uşaqları böyüdüb saxlamaq və tərbiyə etmək onların anasının haqqıdır. Lakin onların mallarına olan vilayət şəri qəyyumun, qəyyum olmadıqda isə şəriət hakiminin öhdəsinədir. Uşaqların əmisinin və nənəsinin (şərən) nə onları böyüdüb tərbiyə etməyə, nə də onların özlərinə və mallarına vilayət haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP