Sual (91) : Atam özünün suvarma haqqından bir saatını və ona tabe olan əkin yerlərini, onu torpaq sahəsini satmağa iltizamlı edən əkinçilik islahatı qanununa uyğun olaraq satmışdır, lakin bunun müqabilində müştərinin də etiraf etdiyi kimi, heç bir şey (pul) almamışdır. Atamdan da onun pulunu (müştəriyə) bağışlamasına dəlalət edən bir söz eşidilməyib. Bizim müştəridən pulu tələb etməyimiz caizdirmi?
Ad: Zahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, suvarma haqqı və ona tabe olan əkin yerləri şəri cəhətdən satanın mülkiyyəti olsa, onun özünün, həmçinin o vəfat edəndən sonra vərəsəsinin müştəridən satılmış şeyin pulunu tələb etməyə haqları vardır. Lakin “torpaq islahatları” ərazilərinin işini İslami Şura Məclisinin və dövlətin mənafeyini ayırd edən təşkilatın qanunlarına tabedir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Bir ticarət yerindən mal gətirmək, yaxud satmaq icazəsi almış adam üçün heç bir iş görmədən onu azad bazarda başqa bir adama satması caizdirmi?
Ad: Safa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam dövlətinin qanunlarına müxalif olmadıqda bu işin öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Vətəndaşların dövlətdən aldıqları ticarət lisenziyasını satmaq, yaxud icarə vermək caizdirmi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İş görmə lisenziyasından istifadə etmək haqqını başqasına pulsuz, yaxud müəyyən bir şey əvəzində (pulla) vermək İslam Respublikası qanunlarına tabedir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Bir nəfər bir dükanı müəyyən məbləğə icarə etmiş və bir qədər pulu da sərqüfli olaraq vermişdir. Sonra onun sahibi icarə pulunu artırmağa başlamış və nəhayət icarə haqqı əvvəlkindən iki qat artığına çatmışdır. Hal-hazırda icarəyə götürən şəxs qərara almışdır ki, mağazanı daha artıq sərqüfli haqqı ilə başqa bir icarəçinin ixtiyarına versin. Lakin malik sərqüflinin 15 faizini tələb edir və icarə haqqını on qata qədər artırmaq fikrindədir. Halbuki, qonşu dükanların icarəsi ondan azdır. Bu halda malikin şərən və qanunən qeyd olunan faizi almağa və icarə haqqını qeyd olunan məbləğə qədər artırmağa haqqı varmı?
Ad: Ziya, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mağazanın sərqüfli haqqı icarəyə götürən şəxsə aiddirsə və onu istənilən şəxsə verməyə haqlıdırsa, bu halda mağaza sahibinin icarəyə götürən şəxsdən sərqüfli olaraq aldığı şeyləri ondan tələb etməyə haqqı yoxdur. İcarə haqqına gəldikdə isə onun miqdarının təyin edilməsi mağaza sahibi ilə icarəyə götürənin icarə müqaviləsinin yenidən bağladığı vaxtda razılaşmasından asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Bir nəfər dükanı icarə edir, aylıq olaraq icarədən əlavə müəyyən məbləğ pulu da sərqüfli kimi verir. Həm də şərt edir ki, icarəyə verən şəxs o yerin boşalacağı zaman sərqüfli məbləğini hazırkı qiymətlə ona qaytarsın, əks halda icarəçinin bu məkanın sərqüfli haqqını başqa bir şəxsə satmağa və onu həmin şəxs üçün boşaltmağa haqqı olacaqdır. Bu şərt düzgündürmü? İcarəyə verən şəxsin onun hazırkı qiymətini icarəyə götürən şəxsə verməklə və yaxud o məkanın başqa bir şəxsə verilməsinə razılıq verməklə o şərtə əməl etməsi vacibdirmi?
Ad: Safa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İcarə müqaviləsi bağlanan vaxt belə bir şərtin qoyulmasının eybi yoxdur və icarə verən şəxsə buna əməl etməsi vacibdir. Əgər sərqüfli haqqının icarəyə götürən şəxsdən almağa razı olmasa, onda onun başqa bir şəxsə satılmasına və həmin məkanın başqa şəxsə həvalə edilməsinə etiraz etmək haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Biz bir ev almışıq, onda olan ticarət mağazasını başqa bir şəxs icarəyə götürmüşdür. Sahibi onun sərqüfli haqqını da icarəçiyə satmış, icarəyə götürən şəxs də öz haqqını başqa bir şəxsə satmışdır. İcarə müddəti qurtardıqdan sonra sonradan icarəyə götürən şəxsdən oranı boşaltmasını istədikdə sərqüflinin əvəzini biz ona verməliyik, yoxsa evin əvvəlki sahibi və yaxud sərqüfli pulunu alan əvvəlki icarəçi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sonradan icarəyə götürən şəxs şəri əsasda mağazanın sərqüflisinə malik olduqdan sonra hal-hazırda onu həmin şəxsdən almaq istəyən şəxs sərqüflinin qiyətini ona ödəməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Bir nəfər bankdan borc alaraq əvəzində öz evini girov qoymuş, borcunu qaytarmazdan əvvəl vəfat etmişdir. Onun azyaşlı vərəsələri borcun hamısını qaytara bilməmiş, nəticədə bank həmin evi müsadirə etmişdir. Halbuki, evin pulu həmin şəxsin borcundan bir neçə qat artıq idi. Artıq qalan miqdarın hökmü nədir? Azyaşlı vərəsələr və onların haqları barədə hökm nədir?
Ad: Camaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Girov götürən şəxsin, girov qoyulan şeyi öz borcunu götürmək üçün satmasının caiz olduğu hallarda vacibdir ki, onu mümkün olan ən yuxarı qiymətə satsın. Əgər o, girov götürən şəxsin alacağı miqdardan artıq qiymətə satsa, öz haqqını götürdükdən sonra yerdə qalanları onun şəri sahibinə qaytarmalıdır. Buna əsasən fərz olunan halda qalan miqdar meyyitin vərəsələrinə çatır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Mükəlləf şəxsin müəyyən məbləği bir müddətə borc alması və öz mülkünü borc aldığı üçün onun yanında girov qoyması və sonra həmin evi girov götürən şəxsdən müəyyən məbləğdə və müəyyən müddətdə icarəyə alması caizdirmi?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mülkün öz sahibi tərəfindən icarəyə alınmasının işkallı olmasından əlavə, bu cür müamilələr sələmli borcu (ribanı) əldə etmək üçün bir növ bəhanə (saxtakarlıq) sayılır ki, bu da şərən haram və batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : Bir nəfər özünün torpaq sahəsini başqasının yanında ona verəcəyi borc müqabilində girov qoymuş, üstündən qırx ildən artıq keçmişdir. Nəhayət, girov qoyanla girov götürənin hər ikisi vəfat etmişdir. Girov qoyan şəxsin vərəsələri atasının vəfatından sonra bir neçə dəfə girov götürən şəxsin vərəsələrindən torpaq sahələrini tələb etmişlər. Lakin onlar bunu rədd edərək iddia etmişlər ki, torpaq sahəsi atalarından onlara irs çatmışdır. Bu halda girov qoyan şəxsin vərəsələrinə, həmin torpaq sahəsini almaq caizdirmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin torpaq sahəsini girov götürən şəxsin öz borcunu almaq üçün o torpaq sahəsinə malik olmaqda haqlı olması sübuta yetsə və onun pulu da öz borcu qədər, yaxud ondan az miqdarda olsa, torpaq sahəsi də vəfat edən zamana qədər onun ixtiyarında olmuşsa, zahirən onun mülküdür və onun vəfatı ilə mirasının bir hissəsi sayılır və onun vərəsələrinə çatır. Amma qeyd olunanlar sübuta yetməzsə, torpaq sahəsi girov qoyan şəxsin vərəsələrinin malı sayılır və onu girov götürənin vərəsələrindən tələb edə bilərlər. Vərəsələr də öz borclarını mirasdan götürüb girov götürən şəxsin vərəsələrinə verməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : Bir şəxsin bir evi icarə edib onu öz borcu müqabilində başqasına girov qoyması caizdirmi? Yoxsa girovun düzgün olmasında girov qoyulan malın girov qoyan şəxsin mülkü olması şərtdir?
Ad: Agagul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ev sahibinin icazəsi ilə olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP