Sual (41) : Gonderdiymiz suallara hansi menbeden cavab yazillar.Nece emin olaqki duz cavablardi.Cunki bu cavablara uygun biz emel edirik.cox sagolun.
Saytın ümumi bölməsinə göndərilən suallar, Əhli-beyt məktəbinə uyğun doğru və tədqiq olunmuş nəzəriyyələr əsasında Qum şəhərində dini təhsil alan nur-az.com saytının əməkdaşı tərəfindən cavablandırılır.

Allah sizə yar olsun.

Sual (42) : O nedirki qardan agdir geceden qara qurani kerimde bu haqda yazilib kisiler omrunde bir defe qadinlar ise uc defe istifade edirler bas herfi m....
Ad: Murad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əvvələn sizin sualınız şəri (fiqhi) xarakter daşımır. İkincisi isə belə bir sualın nə bu dünyada, nə də axirətdə faydası olmayacaqdır. Dinimiz insanlara zəruru və vacib məsələləri öyrənməyi tövsiyə edir. Bir hədisi yada salaq: İmam Əlinin (ələyhisalam) şəhadətinə yaxın bir nəfər gəlib soruşdu: Ey Əli, deyə bilərsənmi, mənim başımda tüklərin sayı neçədir? İmam buyurdu: Bilirəm, lakin bu yersiz sualdır. Sənə elə bir xəbər deyirəm ki, həmin hadisə baş verəndə, sənin tüklərinin sayını bildiyimə inanacaqsan. Vaxt gələcək, sənin oğlun mənim övladımı şəhid edəcəkdir......Doğrudan da Kərbəla hadisəsində Ömər ibni Səd İmam Hüseynin (ələyhissalam) şəhadətinə səbəb olur. Sualı soruşan həmin Ömərin atası Səd idi.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BERTEKATUH.EVVELA SEYYID MAHMUD SISTANI AGANIN VEFATI MUNASIBETILE SISTANI AGAYA DERIN HUZNLE BASHSAGLIGI VERIEM.ALLAH REHMET ETSIN,YERI BEHISHTDE PEYGEMBERIN YANINDA OLSUN,UCA ALLAH BAGISLASIN.YERDE QALANLARA UZUN XEYIRLI OMUR,CAN SAGLIGI,UGUR INAET ETSIN INSHALLAH AMIN.BIR SUALIMIZ VARKI BEZEN QEBR USTUNDE SAM YANDIRILIR.SIELERE DEYIRLERKI BU XRISTIANLIQDAN QALIB VE OLMAZ.QEBR UZERINDE SAM YANDIRMAGIN HOKMU NEDIR.ALLAH SIZI QORUSUN INSHALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Bu əməl xristianlığı təqlid etmək, yaxud xristianlığın tərvici sayılmazsa, öz-özlüyündə iradı yoxdur.
http://sual.nur-az.com/az
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (44) : Ilk once cuce gelib dunyaya yoxsa toyuq?
Əgər bir şey Allahın hökmü ilə yaranırsa Onun qüdrəti hər şeyə yetər və qüdrətinin qarşısında böyük kiçik yoxdur. Allah hər şeyə ol desə olar.

Allah sizə yar olsun.

Sual (45) : Salamun aleykum . Sizə yazdığım sualların cavabını harada və necə axtarmalıyam? Yalnız "seçilmiş suallar" lövhəsində axtarmalıyam?

Əleykumus-salam.

Suallarınızın cavabı sizin email ünvanınıza göndərilir, sual xüsusi olmasa və başqaları üçündə faydalı olduqda seçilmiş suallar bölməsində aşkar olur. Sualınızın cavabı email poçtunuzda olmasa mümkündür email ünvanını səhv yazmısınız. Seçilmiş suallarda öz sualınızı axtarışa vurmaqlada tapa bilərsiniz. Hər halda cavab gəlmədikdə bizə xatırladın, mümkündür cavab gecişmiş olsun.

Allah sizə yar olsun.

Sual (46) : Salam aleykum...Hizbullah beser esede komeklik edir? onunla birlikde muxalif quvvelere qarsi doyusur? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, Hizbullah kömək edir və həqiqətdə bu kömək özünü müdafiə xarakteri daşıyır və teroristlərin qarşısını almaq üçündür, çünki təkfirçi vəhhabilər Livanıda işğal etməyə çalışırlar.

Allah sizə yar olsun.

Sual (47) : Salam aleykum...Qardaslar allah sizden razi olsun bize cox komek olursuz...sualim buduki beser esed haqdi? dinde ele sey varmi ki bombani at sehere 2 nefer terrorist olsun 100 nefer usaq? lenet demek olar besere? bezi qardaslar besedi destekleyirler oda mene tesir edir...Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biz Bəşşar Əsədin haqq olub olmaması ilə işimiz yoxdur, amma Suriyada baş verən müharibə barədə bir neçə mətləbi qeyd edirik.
1. Adətən deyilənlərlə həqiqət uyğun gəlmir, bugün əlində media olanlar hadisələrə qərəzli yanaşırlar və xəbərləri bir tərəfli yayırlar.
2. Bəşşar Əsədin süqutunu istəyənlər Suriya xalqı deyil, orda döyüşənlərin 5-10 faizi suriyalıdır, qalanı isə dünyanın hər yerindən cihad adı altında ora toplaşan şüursuz vəhhabilər və ya muzdurlardır.
3. Suriya hakimiyyətinin günahı İsraillə düşmənçiliyi və Hizbullaha yardım etməsidir, bunun üçün dünya onun əleyhinə qalxıb.
4. Suriya hakimiyyəti təkfirçiləri ölkədən çıxartmaq üçün müharibə edir, təbii ki, müharibədə bəzən günahsızda ölür, xüsusi ilə teroristlər dinc əhalini özlərinə sipər edirlər. Buna görə ölkəni teroristlərin ixtiyarında qoymaq məntiqə uyğun deyil.
5. Suriya hakimiyyətinin çökməsi ilə təkfirçilər ölkəni tamami ilə ələ alacaqlar, bu zaman hərc-mərclik və özbaşınalıq baş alıb gedəcək.
6. Bəzən teroristlər öz cinayətlərinidə hakimiyyətin üzərinə atırlar.
7. Suriya xalqının əsl düşməni teroristlərə yol açan, silah verən və himayə edən Türkiyə, İsrail və Ərəb ölkələridir.
8. Suriyada baş verənlərin oxşarı bugün İraqda, İlbiyada, Afrikada və s. təkfirçi vəhhabilər tərəfindən baş verir.
9. Əgər Əsəd iki teroristə görə şəhərə bompa atsaydı müharibə bu qədər uzun çəkməzdi.
10. Bu barədə çox danışmaq olar, amma yaxşı olar bir tərəfli hökm edilməyə və məsələyə emosional yanaşmayaq. Hər halda yaxşı olar vicdanlı və azad politoloqlar bu barədə qəzavət etsinlər.

Allah sizə yar olsun.

Go to TOP