Sual (1) : As Salam Aleykum.Haiw eleirem mene jazun Gedr gecenin emelerin,imam Yuseinin zijareti ve Fatime-Zahranin zijareti.Coh sag olun.Allah sizdan razi olsun.
Ad: Sevil, Ölkə: kazaxstan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qədr gecələrinin əməlləri aşağıdakılardır:

1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq

2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)

3. Quran oxumaq

4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək

5. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.

6. 100 rükət “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

7. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.

8. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ.

Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar

“İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”.

10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə

“İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”.

(10 dəfə) بِكَ يَا اللَّهُ

Bikə ya Allah! – Özünə xatir, ilahi!

(10 dəfə) بِمُحَمَّدٍ

Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir!

(10 dəfə) بِعَلِيٍّ

Bi Əliyyin! – Əliyə xatir

(10 dəfə) بِفَاطِمَةَ

Bi Fatimətə! – Fatiməyə xatir!

(10 dəfə) بِالْحَسَنِ

Bil-Həsəni! – Həsənə xatir!

(10 dəfə) بِالْحُسَيْنِ

Bil-Huseyni! – Hüseynə xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir

(10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir

(10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ

Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى

Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir

(10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ

Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir

(10 dəfə) بِالْحُجَّةِ

Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir

Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin.

11. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّ الَّذِينَ خَالَفُوكَ وَ حَارَبُوكَ وَ الَّذِينَ خَذَلُوكَ وَ الَّذِينَ قَتَلُوكَ مَلْعُونُونَ عَلَى لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ وَ قَدْ خَابَ مَنِ افْتَرَى لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ أَتَيْتُكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ.

Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik

“Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri ... Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr... etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər... Peyğəmbərin lənət oxuduğu kəslərdir... Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə gəldim... Mənə Rəbbinin yanında şəfaət ver”.

12. Həzrət Əli Əkbərin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ

Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim

“Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə. Allah onların əzablarını artırsın”.

13. Kərbəla şəhidlərinin ziyarəti:

السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الصِّدِّيقُونَ السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الشُّهَدَاءُ الصَّابِرُونَ أَشْهَدُ أَنَّكُمْ جَاهَدْتُمْ فِي سَبِيلِ اللَّهِ وَ صَبَرْتُمْ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ نَصَحْتُمْ لِلَّهِ وَ لِرَسُولِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ فَجَزَاكُمُ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ جَزَاءِ الْمُحْسِنِينَ وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيمِ.

Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim

“Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin

14. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ وَ صَبَرْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ .

Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin vəl-həqəhum bi dərkil-cəhim

“Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki, sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın”.

15. Cövşən-Kəbir duasını oxumaq.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Salam.Zehmet olmasa leyletul reqaib gununun namazinin qilinma qaydasini yazin ki namazi yerine yetire bilim.Allah razi olsun inwAllah!
Ad: Nuyazi, Ölkə: Russiya, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim

Rəcəb ayının ilk cümə gecəsi daxil olduqdan sonra şam və işa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır.

Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd") surələri oxunur.

1. Namazdan sonra 70 dəfə:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”.

2. Sonra səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus, Rəbbul-məlaikəti vər-Ruh”.

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə :

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”.

Sonra hacət və istəyinizi Allahdan diləyirsiz.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : salam aleykum.22.02 Fatima Az-Zaxranin(a.)vafat gunudi.Zehmet olmasa jazin ne emeller lazimdi elameg hadiija namaz gilmag ne cur nijjat elamag.Cox sag olun.
Ad: Sevil, Ölkə: kazahstan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Həzrət Zəhranın (s) şəhadəti günü matəm saxlamaq, əzadarlıq məclisləri keçirmək, xanımı ziyarət etmək, zalımlara və haqqını qəsb edənləri nifrin etmək tövsiyə olunmuşdur. Seyid ibn Tavus "İqbal" kitabında həzrət Zəhranın (s) şəhadət günü münasibətilə aşağıdakı ziyarətnaməni oxumağı tövsiyə edir:
السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا پس بگو اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ
Əssəlamu ələyki ya səyyidəti nisail-aləmin. Əssəlamu ələyki ya validətəl-hucəci ələnnasi əcməin. Əssəlamu ələyki əyyətuhəl-məzlumətu məmnuətu həqquha. Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyikə və zəvcəti vəsiyyi nəbiyyikə səlatən tuzlifuha fəvqə zulfi ibadikəl-mukərrəminə min əhlis-səmavati və əhlil-ərəzin.
Seyid ibn Tavus sonra yazır: Rəvayət olunmuşdur ki, hər kəs bu ibarətlə o həzrəti ziyarət etsə və Allahdan məğfirət və bağışlanmaq istəsə, Allah onun günahlarını bağışlayar və onu cənnətə daxil edər. 
Seyid ibn Tavusun oğlu "Rəvaidul-fəvaid" kitabında artırmışdır ki, həzrət Fatimeyi-Zəhranı (s) ziyarət etmək üçün iki rəkət ziyarət namazı, yaxud o həzrətə məxsus namazı qılmaq lazımdır. Həzrət Zəhra (s) namazı iki rəkətdir. Hər rəkətdə Həmddən sonra 60 dəfə İxlas surəsi oxunur. Əgər bunu oxuya bilməsən, onda birinci rəkətdə Həmddən sonra İxlas, ikinci rəkətdə Həmddən sonra Kafirun surəsini oxu. Namazın salamından sonra yuxarıda qeyd olunan ziyarəti oxu. 
http://sual.nur-az.com/az/186/M%C3%BCnasib%C9%99tl%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Xahiş edirik, iki “Fatimiyyə” günlərinin hüdudlarına aydınlıq gətirəsiniz. Adı çəkilən günlərdə nişan, toy və ad günü kimi şadlıq mərasimləri təşkil etmək nə dərəcədə doğrudur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cəmadi əl-əvvəl ayının 13, 14, 15-ci günləri, və cəmadi əs-sani ayının 1-ci, 2-ci və 3-cü günləri ənənəvi olaraq "Fatimiyyə" günlərinə həsr olunur. Lakin bu iki əyyamın arasında nişan və toy mərasimlərini (şəriət hökmləri çərçivəsində) qeyd etməyin maneəsi yoxdur.
http://sual.nur-az.com/az/186/M%C3%BCnasib%C9%99tl%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : “Fatimiyyə” günlərinin başlanması necə hesablanır? Bu günlər şəhadətdən əvvəl başlanır, yoxsa sonra?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Həzrət Zəhranın (salamullahi əleyha) şəhadətinin ildönümünə dair iki hədis mövcuddur. Onlardan birinə görə Həzrət Zəhra (salamullahi əleyha) Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 75 gün sonda şəhidlik məqamına çatdı. Bu da cəmadi əl-əvvəl ayının 13-nə təsadüf edir. Digər hədisə görə isə o, Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 95 gün sonra şəhadətə qovuşdu və bu da cəmadi əs-sani ayının 3-nə təsadüf edir. Bu 20 günü əyyamı "Fatimiyyə" günləri adlandırmışlar.
http://sual.nur-az.com/az/186/M%C3%BCnasib%C9%99tl%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam aleykum aga.Aga azerbaycanda bezi ruhaniler mucteidlerin adindan deyirlerki bu il Eyyami Fatimiyye Novruz bayramina gore 20 gun yox 10 gun kecirilecek.sebeb kimide 24 u bayrama dusduyune gore deyirler.bu dogrudurmu?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həzrət Fatimənin (s) şəhadət gününün atası Peyğəmbərdən (s) sonra 75, yaxud 95 gün olması hədislərdə gəlmişdir. Ona görə də Fatimə (s) sevgisi ürəklərində olan şiələr hər iki günü və onların arasında qərar tutan 20 gün müddətini əza saxlayırlar.
Belə bir günlərdə o həzrətə və ümumiyyətlə əhli-beytə (ə) hörmətsizlik sayılan hər bir iş haramdır. Fatimiyyə günlərində (həzrət Fatimənin (s) şəhadət günləri) şadlıq-şənlik etmək haram olmasa da lakin, islami ürf və adət-ənənələr belə tələb edir ki, şəhadət günlərində qeyri-məntiqi və qeyri-şəri şənliklərdən çəkinilsin. Çünki Quran və rəvayətlər Peyğəmbərin (s) ailəsini sevməyi vacib etmişdir ("Şura" surəsi, ayə 23, "Hud" surəsi, ayə 29).

Sevginin də bır sıra lazimə və əsərləri vardır və sadiq, doğru sevgisi olan o kəsdir ki, sevginin ədəb və qaydalarını lazımınca yerinə yetirsin. Sevginin ən əsas laziməsindən biri budur ki, sevdiyin insanların qəminə şərik olasan, onlarla həmdərd olasan, şad günlərində də onların sevincinə şərik olasan və şad olmağını bildirəsən. Bu üzdən əhli-beytin (ə) şadlığında şad olmağa, qəmlərində qəmlənməyə təkid edən çoxlu hədislər vardır. Həzrət Əli (ə) buyurur: "Bizim şiələrimiz və ardıcıllarımız bizim şadlığımız və qəmimizə şərikdirlər, öz varlarından və canlarından bizim yolumuzda keçirlər. Onlar bizdəndirlər və qayıdacaqları yer bizik" ("Bihar əl-anvar", c. 1, səh 114). Digər bir hədisdə imam Sadiq (ə) buyurur: "Bizim şiələrimiz, vücudumuzun bir hissəsidirlər və bizim gilimizin artığından yarandılıblar. Bizi qəmləndirən işlər onları da qəmləndirir, bizi sevindirən işlər, onları da sevindirir" ("Bihar əl-anvar", c. 64, səh 76).

Əqli və şəri vəzifə belə tələb edir ki, əhli-beytin (ə) əzadarlıq günlərində qəmgin olaq. Necə ki, imamlarımız Məhərrəm ayında belə olardılar. İmam Rza (ə) Rəyan ibn Şəbibə sifariş edir ki, imam Hüseyn (ə) üçün əzadarlıq etsin ("Əmali-Səduq", səh. 130).

Əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin həm şəxsi, həm də ictimai təsirləri vardır. Yəni şiə məktəbində və mədəniyyətində əzadarlıq mərifət əsasında olmalı olduğundan, əhli-beytlə (ə) həmdərd olmaq həqiqətdə onların fəzilətlərini, hədəflərini xatırlamaqdır. Beləliklə, insanı onlardan örnək götürməyə sövq edir.

Əlbəttə, qeyd edək ki, əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin mənası heç də həmişə qara geyinib, qəmli olmaq mənasına deyil. Lazım olan budur ki, əhli-beytə (ə) əzadarlıq zamanı onların hörmət və müqəddəsliyini qoruyaq.

Bizim tövsiyəmiz budur ki, camaatımız ənənəvi Novruz bayramını keçirməklə yanaşı Fatimiyyə günlərinin də hörmətini saxlasınlar və biz inanırıq ki, belə olacaq.

Bu mövzunu yaxşı və incə yollarla başqalarına da çatdırmaq olar.

Ayətullah Safi Gülpayaqani buyurur:

Həzrət Siddiqeyi-Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz atası həzrət Peyğəmbər (s) kimidir və əhli-beytin (ə) yanında xüsusi məqamı vardır. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər. O müqəddəs varlıq bütün əhli-beyt (ə) üçün höccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür. Bütün əhli-beyt (ə) höccətdir, lakin həzrət Zəhranın (s) bu cəhətlərdən höccət olması hər kəsdən çoxdur.
O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir örnəkdir. Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır. Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.
Fatimiyyə günlərində o həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir. O həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır. Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır. Fatimiyyə günləri-yəni cihad. Fatimiyyə günləri-yəni həzrət Məhdinin (ə) ilahi höküməti günü. Həmçinin Fatimiyyə günləri Aşuradır, Qədr gecəsidir. Qədr gecəsi və Fatimiyyə günləri-yəni haqqın batilə qalib gəldiyi gün deməkdir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP