Sual (11) : Salam aleykum. Kerbeladan sonra esirleri sama aparib xarabaliqda saxladilar ve deyiller axsam xarabaliqda Ruqeyye aglayanda esitdi ve Huseynin kesik basin ona gosterdi. Bize maraqlidi bu xarabaliq nedir? Haradir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yəzidin atası Müaviyə Şam şəhərində özünə saray tikdirəndə o ətrafda qoca bir qadının köhnə evi var idi ki, evini Müaviyəyə satmağa razı olmadı. Müaviyə də onu məcbur etmədi və beləliklə o qadının evi Müaviyənin sarayının kənarında qaldı. Yəzidin xilafəti qəsb etdiyi dövürdə və Əhli-beyt (ə) əsirləri Şama gələndə artıq o qoca arvad dünyasın dəyişmişdi və evinin damı uçmuş və xaraba vəzyətinə düşmüşdü. Əsirləri o xarabada yerləşdirdilər.
Allah sizə yar olsun.
Sual (12) : Salam aleykum. Eliallahiler firqesi ile Abdullah Ibn Sebanin elaqesi var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə “Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır.

Allah sizə yar olsun.

Sual (13) : Salam aleykum. Zulqerneynin cekdiyi seddi harda olmagi, neceliyi haqda melumat vererdiz zehmet olmasa. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xəzər dənizi ilə Qara dənizi birləşdirən qafqaz sıra dağlarında, Şimali Qafqazla Cənubi Qafqazın ortasındakı indiki Gürcüstan ərazisində Daryal keçidində yerləşən səddin dəmirdən düzəldildiyini nəzərə alsaq, Zülqərneynin sözügedən səddi orada düzəltdiyini və özünün də məhz həmin yerdə vəfat etdiyini ehtimal etmək olar. Çünki Qurana əsasən, Zülqərneyn həmin səddi iki dağ arasında, həm də dəmir və misdən düzəltmişdi.

Daha ətraflı bu linkdən oxuyun:
http://www.nur-az.com/admin/Faqs/edit/7282

Allah sizə yar olsun.

Sual (14) : Salam. Tarixdә Әbdul Mutәllibin hәyat yoldaşınınadı mәlumdurmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbdul Müttəlibin bir neçə həyat yoldaşından 10 oğlu 6 qızı olub, adlarını qeyd edirik:
1. Fatimə, Əmr ibni Aiz məxzuminin qızı. Əbdullah, Əbutalib, Zübeyrin və 5 qızın anası.

2. Halə, Vəhəb ibni Əbdi mənafın qızı. Həmzə, Müqəvvim, Həcl və Səfiyyənin anası.

3. Nuteylə, Cənab ibni Kəlibin qızı. Abbas və Zirarın anası.

4. Səmra Cündəb ibni Huceyrin qızı. Harisin anası.

5. Ləbəni, Hacər ibni Əbdi mənafın qızı. Əbu Ləhəbin anası.
Allah sizə yar olsun.


Sual (15) : Esselamu eleykum. Abbasi xelifesi haqda yazardiz zehmet olmasa. Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrəti Muhəmməd Peyğəmbərin (s) əmisi Abbas ibni Əbdülmütəllibin soyundan gələn Abbasilər, Əməvi xilafətinə qarşı qiyam qaldıraraq 750-ci ildə xəlifəliyi və iqtidarı ələ keçirdilər. Bu tarixdən başlayaraq Abbasilər 1258-ci ilə qədər 508 il İslam dünyasının böyük hissəsinə hakimiyyət etdilər. Monqolların Bağdada hücumu ilə Abbasi xilafəti süquta uğradı.

Abbasi xəlifələri:

1. Əbül-Abbas əs-Saffah (750-754)
2. Mənsur (754-775)
3. Mehdi (775-785)
4. Hadi (785-786)
5. Harun Ər-Rəşid (786-809)
6. Əmin (809-813)
7. Məmun (813-833)
8. Mötəsim (833-842)
9. Vasiq (842-847)
10. Mütəvəkkil (847-861)
11. Müntəsir (861-862)
12. Müstəin (862-866)
13. Mütaz (866-869)
14. Mühtədi (869-870)
15. Mütəmid (870-892)
16. Mütəzid (892-902)
17. Müktəfi (902-908)
18. Müqtədir (908-932)
19. Qahir (932-934)
20. Razi (934-940)
21. Müttəki (940-944)
22. Müstəkfi (944-946)
23. Müti (946-974)
24. Tayi (974-991)
25. Qadir (991-1031) 
26. Qaim (1031-1075)
27. Müqtədi (1075-1094)
28. Müstəhzir (1094-1118)
29. Müstərşid (1118-1135)
30. Rəşid (1135-1136)
31. Müqtəfi (1136-1160)
32. Müstəncid (1160-1170)
33. Müstəzi (1170-1180) 
34. Nasir (1180-1225) 
35. Zahir (1225-1226)
36. Müstənsir (1226-1242)
37. Müstəsim (1242-1258)
Allah sizə yar olsun.
Sual (16) : salam, Fedek bagi Xanim fatimenin es olubsa, ve qesb olunubsa ,Eli es ne sebe gore oz xilafet dovrunde onu geri almayib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bilindiyi kimi Fədək Hz. Fatimə s.ə.’nın şəxsi mülkü idi və bu mülk Allahın əmri ilə Nəbi s.ə.ə. tərəfindən Hz. Fatimə s.ə.’ya verilmişdir (İsra 25). Belə ki, məzkur ayənin təfsiri zamanı İslam/Şiə və Sünni qaynaqlı səhih hədislər işığında bu mövzunu ələ almışdıq, baxın: İsra 26-cı ayənin təfsiri

Lakin daha sonra qəsbi Qüreyş hökuməti İmam Əli ə.s. və tərəfdarlarının r.ə. maddi vəziyyətini zəiflətmək məqsədi ilə Fədəy’i də qəsb etmişdir. Burada nasibilərin ortaya atdığı bir şübhə var, bütün bu səhih hədisləri görməzdən gələrək, “Əgər Fədək Hz. Fatimə’nin mülkü olub hökumət tərəfindən qəsb edilmişdirsə o zaman niyə Hz. Əli xəlifə olduğu zaman Fədəy’i geri amadı?” deyirlər. Biz İnşəAllah bu şübhəyə səhih hədislərlə cavab verəcəyik.

Şeyx Səduq r.ə. ’nin “İləluş Şərai” adlı kitabında nəql edir:

حدثنا أحمد بن علي بن إبراهيم بن هاشم رحمه الله قال حدثنا أبي، عن أبيه إبراهيم بن هاشم، عن محمد بن أبي عمير، عن إبراهيم الكرخي قال: سألت أبا عبد الله ” ع ” فقلت له لأي علة ترك علي بن أبي طالب ” ع ” فدك لما ولى الناس فقال: للاقتداء برسول الله صلى الله عليه وآله لما فتح مكة وقد باع عقيل بن أبي طالب داره فقيل له يا رسول الله ألا ترجع إلى دارك؟ فقال صلى الله عليه وآله وهل ترك عقيل لنا دارا إنا أهل بيت لا نسترجع شيئا يؤخذ منا ظلما. فلذلك لم يسترجع فدك لما ولى
Mənə Əhməd ibn Əli ibn İbrahim rəvayət etdi, dedi ki: atam mənə atası İbrahim ibn Haşim’dən, o Məhəmməd ibn Əbu Umeyr’dən, o da İbrahim əl-Kərhi’dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) ’dan soruşdum və dedim ki : Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ? İmam ə.s. dedi ki: “o bu mövzuda Rəsulullah s.ə.ə. ’ə iqtida etmişdir. Rəsulullah s.ə.ə. Məkkə’ni Fəth etdiyi zaman Aqil ibn Əbu Talib onun evini satmışdı, deyildi ki: “ya Rəsulullah s.ə.ə. evinə dönməyəcəksən ?” Rəsulullah s.ə.ə. dedi ki: “Aqil bizə ev qoydu ki?” Biz Əhli Beyt bizdən zülm ilə alınanları geri almarıq, buna görə Əli ə.s. xəlifə olduğu zaman Fədəy’i almadı”

حدثنا أحمد بن الحسن القطان، قال: حدثنا أحمد بن محمد بن سعيد الهمداني، قال: حدثنا علي بن الحسن بن علي بن فضال عن أبيه عن أبي الحسن الرضا عليه السلام قال: سألته عن أمير المؤمنين عليه السلام لم لم يسترجع فدك لما ولي أمر الناس؟ فقال: لأنا أهل بيت إذا ولينا الله عز وجل لا يأخذ لنا حقوقنا ممن ظلمنا إلا هو ونحن أولياء المؤمنين إنما نحكم لهم ونأخذ لهم حقوقهم ممن يظلمهم ولا نأخذ لأنفسنا
Mənə Əhməd ibn Həsən əl-Kəttan rəvayət etdi, dedi ki: Mənə Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani rəvayət etdi, dedi ki: Əli ibn Həsən ibn Əli ibn Fəzzəl mənə atasından rəvayət etdi, dedi ki: Əbul Həsən ər-Riza ə.s.’a dedim ki: “Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ?” İmam ə.s. belə buyurdu: “Biz elə bir Əhli Beyt’ik ki, Allah Təala’nın özü bizi vəli qılmışdır və bizim haqqımızı da ondan başqası zalimlərdən ala bilməz. Bizlər də, möminlərin vəlisiyik. Onlar üçün hökm edən və onların haqlarını zalimlərdən alanıq; amma öz haqqımızı zalimlərdən almarıq.”
http://saqaleyn.wordpress.com/ 

Allah sizə yar olsun.

Sual (17) : Salam.Sizdə Babək,Nəsimi və N.Gəncəvinin islam dinini qəbul etmələri və hansı məzhəbdə olmaları haqqında məlumat varmı?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Babək düzgün tarixi məlumatlara görə atəşpərəst (xürrəmi qolundan) olmuşdur.

Nizami Gəncəvinin harada doğulduqu və məzhəbi barəsində ixtilaflar var. Nizami şerlərində Hz. Əlini (ə) və 3 xəlifəni tərifləyir ki bəziləri bunu Nizaminin sünni məzhəh olmasına sübut gətirirlər. 

Fars dilindən tərcümə olunmuş şerində (Nizminin türk dilində şeri yoxdur) deyilir:

Etdiyim duadan yazaram bir xətt,

Üstündə möhrünü qoysun Məhəmməd.

Həm də dörd xəlifə şəhadətiylə,

Yüzlərcə eşq olsun dördünə belə.

Əlinin eşqində sabitqədəməm,

Ömər sevgisindən uzaq deyiləm.

Hər iki nur ilə nurlanır dimaq:

Əbubəkr bir şamdır, Osman bir çıraq.

Bu dərviş sifətli dörd böyük soltan,

Əlbətdə tarixçilər yazırlar Nizaminin vaxtında Gəncə şəhərinin əhalisi əhli-sünnət idilər və sünni olmayanı şəhərdən çıxardırdılar Nizamıdə təqiyyə üzündən 3 xəlifənin adını Hz. Əlinin (ə) adının kənarında çəkir. Allah doğrusunu bilir.

İmaməddin Nəsiminin şiə olmağı qeyd olunur, sufilik və hürufilik əqidəsində olub.

Allah sizə yar olsun.

Sual (18) : Salam Aleykum.Aise xanimin hz.Eli ile edaveti ilk defe ne vaxt ve ne sebebden bashlayib? Men texminen bele esitmisem ki,Aise Xanim Peygemberin vefatindan sonra bawqa adamla,emisi oglu ile evlenmek isteyirmis? bu dogrudur.Allaha emanet olun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayişə Peyğəmbərin (s) zamanından İmam Əliyə (ə) kin-küdrəti var idi və haqqında yaxşı fikirdə deyildi. Peyğəmbərin (s) Hz. Əli (ə) və Hz. Zəhraya (s) olan məhəbbəti Ayişənin kin-küdurətinə səbəb olurdu. Peyğəmbərimizin (s) xanımları O həzrətdən sonra başqa insanlarla evlənə bilməzlər çünki Quran buna açıq-aşkaq qadağa qoyur, Əhzab surəsi 53 cü ayədə deyilir: ...Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır). Ayənin şəni nüzulunda nəql olunur ki, Peyğəmbərin (s) zamanında Təlhə belə dedi: Peyğəmbər (s) dünyasın dəyişdikdən sonra mən onun zövcəsi ilə (Ayişə və Ümmi sələmə) ilə evlənəcəm, bu sözdən sonra yaxarıdakı ayə nazil oldu və möminləri bu işdən çəkindirdi. Həmçinin Əhzab surəsi 6 cı ayədə Peyğəmbərin (s) zövcələrini möminlərin anası hökmündə hesab: Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Nəticədə Ayişənin yox bəlkə ayə nazil olmamışdan Təlhənin belə istəyi olub amma heçvaxt həyata keçməyib.

Allah sizə yar olsun.

Sual (19) : Salam Aleykum-Sunniler Subh namazinda Azanda deyirler-Es salatu xeyrun minen nevm-Bu nedi? Bu hardan cixib? Bu bidet sayilirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Tarixə bəlli olduğu kimi – «Əssalatu xəyrun minən-nəvm» (Namaz yatmaqdan yaxşıdır) ibarəsi ikinci xəlifə Ömər bin Xəttabın xilafəti zamanında azana əlavə olunmuşdur. Bu haqda əhli-təsənnündən olan İbn Həzm, İmam Malik və əl-Qurtubi kimi sair alimlər qələmə aldıqları kitablarda qeyd etmişlər:
İmam Malik yazır:
اِن المؤذن جاء الي عمربن الخطاب يؤذنه لصلاة الصبح فوجده نائماً فقال: الصلاة خير من النوم فأمره أن يجعلها في نداء الصبح.
Müəzzin (azan verən) Ömər ibn əl-Xəttabı sübh azanı vaxtının girdiyini xəbər vermək üçün yanına gəldiyində onun yatdığını gördü və dedi: «Əssalatu xəyrun minən-nəvm.» (O gündən Ömər ) əmr etdi ki, sübh azanlarında bu ibarəsi azanda desinlər.
İmam Malik, əl-Muvatta, c.1, s.72
İbni Həzm yazır:
الصلاة خير من النوم، ولا نقول بهذا ايضا لأنه لم يأت عن رسول اللّه – صلي اللَّه عليه و سلّم .
«Əssalatu xəyrun minən-nəvm» ifadəsini biz qəbul etmirik. Çünki Allah Rəsulundan (s) belə bir şey gəlməyib. 

İbn Həzm, əl-Muhəlla, c.3, s.161
Məlumat üçün bildirək ki, hal-hazırda əhli-təsənnünə aid olan əksər məscidlərin minarələrindən xüsusi ilə Məkkə və Mədinə şəhərlərində (Məscidul-Həram və Məscdun-Nəbəviyyə daxil olmaqla) sübh azanında bu ibarət müəzzinlər tərəfindən deyilir. 
Allah Rəsulundan (s) belə bir şey gəlmədiyi  üçün bidətdir. 

Allah sizə yar olsun.

Sual (20) : salam. olarsa bu sualimi cavablandirasiz ki hz imran peygember olub yoxsa yox? eger olubsa deliliniz nedir ve ya olmayibsa deliliniz nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmran həm Musa (ə) həmdə Məryəmin (s) atasının adı olub və ayrı-ayrı şəxslər olub. Quranda Ali-İmran surəsində adı gedən İmran Məryəmin (s) atasıdır. Quranda Onun peyğəmbər olub olmaması barədə bir söz demir amma Ona vəhy nazil olmasından alimlər peyğəmbər olmaqın güman edirlər.

Allah sizə yar olsun.

Go to TOP