Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Allahın hüzurunda dua etməyin qaydası
İnsan daimi olaraq yaradanı ilə rabitə yaratmağa möhtacdır. İnsanın həqiqətdə zəif bir məxluq olmasına baxmayaraq, o, Allahla rabitə qurub kamala çata bilər. Nəticədə, insan Allahla bu rabitəni yaratmaqla özünü sonsuz qüdrətin əhatəsində müşahidə edərək həqiqi və doğru yolda addımlaya bilər. İnsan ona verilən hədsiz nemətlərə şükr edir, həyatının ən çətin anlarında Allahın rəhmətinə ümid edərək həmin çətinliklərdən uzaqlaşa bilir.
Allahla rabitə yaratmaq o qədər də çətin deyil, ona görə ki, O, bizə çox yaxındır. Allah öz Peyğəmbərinə (s) belə buyurur:
(1)“وَ إِذا سَأَلَکَ عِبادی عَنِّی فَإِنِّی قَریبٌ”
“Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (de ki,) həqiqətən, Mən (hamıya) yaxınam.”
(2)“وَ نَحْنُ أَقْرَبُ إِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیْدِ”
“Biz ona (insana) şah damarından da yaxınıq.”
Elə bu səbəbdən, Allah-taala öz bəndələrinə yaxın olduğunu bəyan etdikdən sonra insanların dua etmələrini və yaradanları ilə danışmalarını istəyir:
(3)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی”
“Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.”
İnsanın bütün problemlərinin həlli və çarəsi Onun ixtiyarında olduğu halda, Allahla münacat etməməsi, Ondan qəflətdə olması və heç bir hacət istəməməsi necə mümkündür?! Belə isə, Allah-taala ilə rabitə yaratmaqda qəflət etməyin. Bütün məxluqatın yaradanı olan Allahla rabitə qurmağın yollarından biri də duadır.
Əgər dua onun üçün nəzərdə tutulan qaydada yerinə yetirilərsə, hədən artıq təsir qoyacaq və insan bu təsirin kənarında Allahın rəhmətinə nail olub öz istəklərini ondan diləyəcək.
Yuxarıdakı cümlələri qeyd etməklə duanın əhəmiyyəti, qayda-qanunu, şərtləri, səmərə və təsirini əziz oxucuların nəzərinə çatdırmaq istədik.
Duanın əhəmiyyəti
Deməli, dua bəndələrlə Allah-taala arasında rabitə olduğundan, əhəmiyyət kəsb etmiş və islami təlimlərdə ona xüsusi yer verilmişdir.
Allah-taala Quranda öz bəndələrini dua etməyə dəvət etmiş və onların dualarının qəbul olunacağına dair vədə vermişdir. Odur ki, Allah bəndələrinin nidasını eşidən və cavab verəndir. Belə olduğu halda, nə üçün Onunla münacat etməməli və qəlbimizkiləri Ona deməməliyik?! Allahın özü Qurand belə buyurub:
(4)“اُدْعونى اسْتَجِبْ لَکُمْ”
“Məni çağırın ki, sizin duanızı qəbul edim.”
Yenə buyurur:
(5)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی”
“Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.”
Beləliklə, dilimizi dua etməyə öyrəşdirməli, münacatla məşğul olmalı və Allahın dəvətini qəbul etməliyik. Əgər belə olmazsa, istəklərimiz həyata keçməmiş və cavabsız qalacaq. çünki Quranda buyurulur:
(6)“ما یَعْبَؤُ بِکُمْ رَبّى لَوْ لا دُعاؤکُمْ”
“Əgər mənim Rəbbim (ümumi mərhəmət və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun (höccətin) tamamlanmasının tələbinə əsasən) sizi (tövhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi.”
Deməli, bu mətləbin əsas sirri bəndələrin dua etməsinə qayıdır, çünki duanın ibadət və bəndəliklə sıx rabitəsi var. Bəzən dua “ibadət”, (7) bəzən də “ibadətlərin ən üstünü (fəzilətlisi)” kimi təqdim olunmuşdur. (8) Digər mənbələrə əsasən, dua ibadətlərin təməl və əsası olaraq qələmə verilmişdir. (9) Bundan əlavə, “Ğafir” surəsinin altmışıncı ayəsində dua “ibadət” şəklində qeyd edilmişdir. (10) Bəli, dua bəndəlik və itaətin mənbəyidir. Beləliklə, həmin mənbədən nə qədər faydalansaq, Rəbbimizin yanında bir o qədər məqam və dəyərə sahib olar və nəticədə, “ibadur-rəhman” (ilahi bəndələr) zümrəsində (11) yer tutartıq.
İslami rəvayətlərdə də dua müxtəlif şəkildə təfsir edilmiş, bir tərəfdən, dini təlimlərdə onun əhəmiyyəti, digər bir tərəfdən də, duanın təsir və səmərələrinə işarə olunmuşdur. Dua aşağıdakı ifadələrlə qeyd edilmişdir:
“Əmudud-din” (Dinin sütunu) (12)
“Məxxul-ibadəh” (İbadətin beyni (əsası)) (13)
“Əfzəlul-ibadəh” (İbadətin ən üstünü) (14)
“Nurus-səmavati vəl-ərz” (Yerin və göyün nuru) (15)
“Misbahuz-zulməh” (Qaranlıqların çırağı (dünya və axirətdə) (16)
“Miftahun-nicah” (Qurtuluşun açarı) (17)
“Nəcəhu-kulli-hacəh” (Hər bir hacətlə bağlı qələbə (uğur) amili) (18)
“Məqalidul-fəlah” (Düzgünlük vasitəsi) (19)
“Miftahur-rəhməh” (Rəhmət açarı) (20)
“Miftahu-kulli rəhməh” (Bütün rəhmətlərin açarı) (21)
“Silahul-ənbiya” (Peyğəmbərlərin silahı) (22)
“Silahul-mumin” (Möminin silahı) (23)
Duanın sirr və hikməti
Yuxarıda qeyd etdiyimiz mətləblərdən belə nəticə əldə edilir ki, islami təlimlərdə duaya xüsusi diqqət ayrılmışdır. Buna baxmayaraq, duanın sirri və fəlsəfəsi ilə tanış olmayanların bəziləri bu barədə qeyri-düzgün tezislər (nəzərlər) irəli sürub deyirlər:
1. Dua Allahın iradəsi və onun müqabilində təslim olmaq ruhiyyəsi ilə uğyun deyil. Biz Onun iradəsi müqabilində təslim olmalı və Onun bizim üçün bəyəndiyini biz də bəyənməliyik.
2. Dua təlaş və fəaliyyəti zəiflədən və süstləşdirən amillərdən biridir. Belə ki, insanlar öz işlərini bir kənaraq qoyub duanın dalınca gedirlər. (24)
3. Bu sadaladığımız məsələlərdən əlavə, biz dua etməklə Allahın təqdirini necə dəyişə bilərik?! Əgər Allahın təqdir olunmuş elmində hansısa bir dəyişiklik baş verərsə, bu, bizim etdiyimiz duaların təsiri ilə deyil. Əgər qismət sayılarsa belə, bizim duamızla alın yazısına (qəzavü-qədərə) çevrilməmişdir. Başqa bir ifadə ilə desək, bizim duamız bir növ Allahın işinə qarışmaq sayılır. Allah məsləhət gördüyü işi görür və bizim dualarımıza da ehityacı yoxdur.
Əgər duanın məfhum və fəlsəfəsi aydın olarsa, belə mübahisələrə yer qalmaz. Duanın düzgün mənası budur ki, biz işlərimizi layiqincə və gücümüz yetdiyi qədər yerinə yetirək. Belə ki, bizim qüdrətimizin çatmadığı işi Allahın öhdəsinə qoyaq və dua etməklə problemlərimizin həllini Ondan istəyək.
“أَمَّنْ یُجِیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوءَ”
“Bədbəxtlik başverdikdə, iş və fəaliyyətlərimiz səmərəsiz olduqda, Allahın qapısına gedib dua edək.”
Bu səbəbdən, islami rəvayətlərdə qeyd olunduğu kimi, tənbəlliyə düçar olan şəxslərin duaları qəbul olmayacaq. Tənbəl bir cavanın iş görməməsinə görə, duası qəbul olmayacaq və ruzisi artmayacaq. Həmçinin, sərvət sahibi öz mal və sərvətindən kiməsə borc verərkən borcunun əvəzində sənəd istəməzsə və ya şahid tutmazsa və borclu olan şəxs sonralar ona borclu olmadığını deyərsə, bu zaman borc verən şəxsin borcla bağlı duası qəbul edilməz. Xülasə, tənbəllik yolunu tutan insanın problemi dua ilə həll olmayacaq. Yuxarıda dediyimiz kimi, dua təqdir deyil, əksinə dua fəaliyyət və təlaşın amili olaraq insanın qüvvəsini artırır.
Deyilənlərə görə, dua etmək Allahın təqdirini dəyişdirə bilməz. Bu sualın cavabı aydındır. Dua etmək insanın ləyaqət və aktivliyini daha da artırır. Yəni, Allahın qapısına üz tutduğu üçün Allahın nuru onun qəlb və mərifətinə qüvvət verərək onu hərəkətə gətirir. Günahlarına görə tövbə edir. Necə ki, tövbə etmək duanın məqbul sayılmasında əsas rol oynayır. Deməli, insan tövbə etməklə Allahın lütfünə şamil olur, çünki ilahi sünnə və qanununa əsasən, ləyaqətli insalar Allahın lütf və mərhəmətindən daha çox bəhrələnə bilərlər. (25)
Başqa ifadə ilə desək, Allahın bəndələrin halına şamil olacaq nemət və bərəkəti vardır. Lakin o bərəkət və nemət şərtlərə bağılıdır. Yəni, Allahın qapısına gedərək dua etməklə insan öz ruhunu paklaşdırmalı və özünü Allaha yaxın bilməlidir. Beləliklə, dua etmək ilahi rəhmət və lüft yağışını yağdırır.
Əvvəlki ifadələrimizdə belə bir sual qarşıya çıxdı ki, dua ilə Allah qarşısında təslim olmaq ruhiyyəsinin bir-biri ilə uyğunluğu yoxdur. İndi isə bu sualı cavablandıracağıq. Dua Allahın razılığı qarşısında təslim deməkdir. Bunu Allahın özü bəndələrindən istəyir. Allahın bəndələri duanın vasitəsilə Ona yaxınlaşır və Onun nemət, bərəkət və pak zatının kölgəsi və rəhmətindən istifadə edirlər. Elə buna görə də, insanlar dəfələrlə rəvayət və ayələrdə dua etməyə dəvət olunmuşdurlar. Bir sözlə, duanın insanın tərbiyəsində böyük təsiri vardır. Dua insanın ruhunu yüksəldir və insanın qəlbindəki qəsavət və çirkinlikləri aradan qaldırır. Dua insanı Allahın pak zatına, xeyirxahlıq və üstün xüsusiyyətlərə yaxınlaşdırır. Görəsən, belə bir təsirə malik olmaq duanın fəlsəfəsinin mahiyyətinin dərki və hacətləri tələb etmək üçün kifayət etmirmi?!
Dua və hacətlərin tələbinin təsir və səmərəsi
İnsan üzərində çoxlu təsiri olduğundan, dua diqqət mərkəzindədir. Xüsusilə də, Məsumların (ə) duaları tərbiyəvi xüsusiyyətlərlə doludur. Buna “Nüdbə” duasını misal göstərmək olar. Agahlıq, qəlbi hüzur və onun möhtəvasına diqqət yetirərək “Nüdbə” duasını oxuyan şəxs sanki bir dövrə imamət və vilayət dərsini oxumuş sayılır. Həmçinin, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi məsələləri başqa dualarda tapmaq olmur. O cümlədən, “Kumeyl” duası paklanma, özünü düzəltmə və tövbə etməyi bizə öyrədir. Belə ki, tövbə edib Allaha sarı dönmək istəyən insana öz yaradanı ilə necə söhbət etmək oxucuya aşılanır. “Məkarimul-əxlaq” duasından İslam etikası ilə bağlı məlumat əldə edə bilərik.
İslami dualarda insan üçün həddən artıq tərbiyəvi fayda və səmərə mövcuddur. Biz aşağıdakı qeydlərimizdə onların bir neçəsinə işarə edirik:
1.Tanımaq və maariflənmək.
Dua etməyin və duanın özünün əsas səmərələrindən biri də tanımaq və maariflənməkdir. Misal üçün, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi başqa dualarda tapmaq olmur. Həmçinin, Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə” kitabında da Allahı tanımağın yolları ən yüksək səciyyələrlə bəyan olunmuşdur. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 46-cı xütbəsində bir məsələyə (26) işarə edərək buyurur ki, dua Allahın hüzuruna dua edənlər üçün qəlbi aramlıqdır. İmam buyurur:
“أللّهمّ أنت الصّاحب فی السّفر، و أنت الخلیفة فی الأهل، و لا یجمعهما غیرک”
“İlahi! Biz səfər edərkən Sən bizimləsən, vətəndə qalan yaxınlarımıza nisbətdə hami və qoruyansan, Səndən başqa, heç kəs onları mühafizə edə bilməz.”
Bəli, yalnız Allahdır ki, bütün zaman və məkanlardan xəbərdardır. Eyni zamanda, o, zamanı və məkanı əhatə edəndir. Heç bir yer Ona nə yaxın, nə də uzaq deyil. Yəni, bütün yerlər onun üçün eynidir, uzaq və yaxını yoxdur. Bütün anları və zamanları əhatə edənə həyatımızı tapşırsaq, nə gözəl olar! O, hər bir yerdə bizimlədir.
“لأنّ المستخلف لا یکون مستصحبا، و المستصحب لا یکون مستخلفا”
Bu duanın son cümləsində qeyd etmək istəyir ki, həm səfərdə olduğumuzda bizimlə olan, həm də bizim vətənimizdəki yaxınlarımızın yanında hazır olan Allahdan başqa, heç kəs bu işə qadir ola bilməz.”
Gördüyünüz kimi bu cümlələrin hər bir misrası dua şəklində qeyd edilmiş və dua qəlibində bizə ilahi maarifi öyrədir.
İslami dualarda təkcə Allahı tanımaq məsələsi bəyan edilməmişdir, əksinə bu dualar dəryalar qədər mərifətlə doludur. Beləliklə, “Nüdbə” duasını təmiz qəlblə və onun məzmununa diqqət yetirərək oxuyan şəxs, sanki imamət və vilayət dərsi almış şəxs kimidir.
“Nüdbə” duasında oxuyuruq:
وَ اجْعَلْ صَلَاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَائَنَا بِهِ مُسْتَجَاباً وَاجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ” “هُمُومَنَا بِهِ مَکْفِیَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِیَّةً
Vilayət həqiqətini dərk etmədən bütün qapılar bizim üzümüzə bağlıdır. Belə ki, namazımızın qəbulluğu, günaha batmamağımız, dualarımızın qəbul edilməsi, ruzilərimizin çoxalması və qəmlərimizin aradan qaldırılması vilayət nuru sayəsindədir. Bu, necə də böyük bir həqiqətdir!
2. Əxlaqi tərbiyə və mənəviyyatın kamilləşməsi
Dua etməyin faydalarından biri də əxlaqi tərbiyə və mənəviyyatı kamilləşdirməkdir. Beləliklə, “Məkarimul-əxlaq” duasından bir dövrə islami etika və əxlaqı əldə etmək olar. “Ərəfə” duasında oxuyuruq:
“وَ اجْعَلْ غِنَاىَ فِی نَفْسِی”
“İlahi! Ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdı) yerləşdir.”
Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Buna vodyanka və ya hid r o pos (bədən boşluğuna su yığılması) xəstəliyini misal göstərmək olar. Hid r o pos xəstəliyinə tutulan şəxs sudan doymur. Əgər ruh Allahın mərifətilə sirab olarsa, dünya onun gözündə dəyərsiz sayılar. (27)
Beləliklə, dua mətnlərində əxlaqi tərbiyələr az deyil. İnsan bu duaları oxumaqla təkamül yolunda addımlayaraq səadət zirvəsinə yetişə bilər. Məsumlardan (ə) bizə çatan dualar həqiqətdən də, hamıya mənəviyyat və səadət bəxş edə bilər.
Bazar gününün duasını oxuyuruq:
“وَ اجْعَلْ غَدِی وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِی وَ یَوْمِى”
Allahın bu mesajını can-başla dinləyirik. Diqqətli ol! Ömründən bir gün, hətta bir saat azalır. İrəli addımlamaq lazımdır ki, təzə zirvələri fəth edəsən. Belə olmazsa, ömrünə yaşayıram adını verə bilməzsən və tədricən can verərək ömrünü sona çatdıracaqsan.
3.Təqva və pisliklərdən çəkinmək
Dua edən şəxs yaradanın sonsuz qüvvə və himayəsindən istifadə etmək üçün Onunla özü arasındakı rabitəni möhkəmlətməli, Onun pak zatına yaxınlaşmalı və Onun calal və camal sifətlərindən bəhrələnməlidir.
Burada belə bir sual yaranır ki, insanın belə çirkinlikləri mənimsədiyi halda, dualarının qəbul olmasının intizarını çəkməsi mümkündürmü? “Kumeyl” duasında belə mənalı cümləni oxuyuruq:
“اللَّهُمَّ اغْفِرْلِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ”
“İlahi! Dualarımın qəbulluğuna mane olan (onları həbs edərək tutub saxlayan) günahlarımı bağışla!”
İnsan bu cümləni dərk etsə, başa düşər ki, günahlarının çoxluğu onun duasının qəbul olmasına mane olur. Bunları dərk etməklə qəflət pərdəsini aradan qaldırmaq olar.
Təqvasızlığın və günahkar olmanın mühüm və əsas amillərindən biri də qəflət və xəbərsizlikdir. Beləliklə, duanın əsas xüsusiyyətlərindən biri də insan qəflət yuxusunda və ya hansısa bir məsələdən xəbərsiz olarkən onu həmin məsələdən agah etmısidir. Misal üçün, şiələr mübarək Ramazan ayının gündəlik namazlarını qıldıqdan sonra deyirlər:
أَللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ، أَللَّهُمَّ أَغْنِ کُلَّ فَقِیرٍ، أَللَّهُمَّ أَشْبِعْ کُلَّ جَائِعٍ، أَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ، أَللَّهُمَّ” اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ، أَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، أَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ، أَللَّهُمَّ فُکَّ کُلَّ أَسِیرٍ، أَللَّهُمَّ أَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِینَ، أَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ، أَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ، أَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ، “أَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ أَغْنِنَا مِنَ الْفَقْرِ، إِنَّکَ عَلَى کُلِّ شَىْءٍ قَدِیرٌ،
Bu dualar il böyü qafil olduğu işləri insana xatırladır. İnsana xatırladır ki, dünyadan gedənlərin və əli aşağı olanların fikirində ol. Kasıbların problemlərinin həll olması üçün bir yol tapmaq lazımdır. Acların qarınlarını doyuzdurmaq gərəkir. Münasib libas tapa bilməyənlərə yardım etmək lazımdır. Borcunu ödəyə bilməyənlərə kömək etmək lazımdır. Qəmi-qüssəsi olan insanların qəminə şərik olmaq lazımdır. Vətəndən uzaq olan və səfərdə qalan insanlara yardım etmək lazımdır. Zaman keçdikcə yaddan çıxan əsirləri azad etməyin yolunu tapmaq lazımdır. Cəmiyyətdəki fəsadları aradan qaldırmaq lazımdır. (Belə olmasa, ailələrə də zərər dəyəcək) Müsəlman olan xəstələrin şəfa tapması üçün dua etmək lazımdır.
Bəzi insanların başı işin çoxluğuna qarışır və onlar mənəviyyətdən qafil olurlar. Dua isə insanı özünə qaytarır və insana xatırladır ki, cismi, ruhi, maddi və mənəvi problemlərin həlli üçün mübarək Ramazan ayında bir çarə qıl. Qəflət pərdələrini kənara çək. Bu ayda elə kəsdən kömək istə ki, bütün işləri yerinə yetirməyə qadir olsun. Beləliklə, duanın əhəmiyyətli sirlərindən biri də insanı müqədiməsi təqva və çəkinmək olan qəflət yuxusundan oyatmaqdır. Çirkinliklərə və günahlara batmaqdan insanı uzaqlaşdıran şey təqvadır. (28)
4.Günahların bağışlanması
İnsanların günahlarının bağışlanması da duanın başqa bir təsiridir. Duaların bəziləri insanlara tövbə etməyi və günahların bağışlanması yolunu öyrədir. Buna “Kumeyl” duasını misal çəkmək olar. Tövbə etmək fikrində olan insana bu dua necə “Allahuməğfir li” (İlahi, məni bağışla!) deməyi, öz Allahı ilə necə söhbət etməyi öyrədir. İmamlar (ə) öz dualarında insanlara dua etməyin qaydalarını öyrədirlər. Biz şiələr imamların (ə) məsum olmasına etiqadlıyıq və onların günah etməməsinə inanırıq. Bəzi duaları oxumağın özü də bir sıra günahların bağışlanmasına səbəb olur. Bəzi rəvayətlərə əsasən, bəzi duaları oxumaq və namazdan sonra xanım Zəhranın (s) təsbihatını deməklə şəxs yeni anadan doğulmuş uşaq kimi olar və günahları bağışlanar. Əlbəttə ki, belə növdən olan rəvayətlərə diqqət etmək lazımdır ki, haqqun-nasa (başqasının haqqı) və günahlara mürtəkib olmağa səbəb olmasın (yəni, bağlanacağını bildiyi üçün günah etməyə cürət etməsin). Əlbəttə, şəri baxımdan hədd vurulmasına səbəb olan günahlar dua ilə aradan qalxmır və onlar barədə hədd icra olunmalıdır. Həmçinin qəza və ya kəffarəsi olarsa, şəxs dua etməklə onu aradan qaldırmır, çünki qəza və kəffarə belə əməllərlə saqit olmur. (29)
5. Bəlaların və müsibətlərin aradan qaldırılması
İmam Sadiqdən (ə) belə bir hədis nəql olunub:
(30) “الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ”
“Haqq sahibi dua etdiyi vaxt Allah onun duasını qəbul edər, bəlanı ondan o özü bilmədiyi halda uzaqlaşdırar.”
Həmçinin, imam Səccad (ə) Mədinə şəhərində olarkən kasıb bir şəxsin varlı şəxsin qapısında oturduğunu görür. İmam ona buyurur: “Hansı bir şey səni məcbur edir ki, bu zalım sərvətlinin qapısında oturasan?” Dedi: “Bəla!” İmam buyurdu: “Qalx ki, səni bu qapıdan yaxşı və bu şəxsdən yaxşı birinin qapısına yönəldim.” O, şəxsin əlindən tutaraq Məscidun-Nəbiyə apardı. İmam buyurudu: “Üzünü qibləyə tut və iki rükət namaz qıl. Sonra əllərini göyə qaldırıb Allaha həmdi-səna dedikdən sonra, Peyğəmbərə (s) salavat göndər. Beləliklə, “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin ilk altı ayəsini və “Ali-İmran” surəsinin iki ayəsini oxumaqla Allahı çağır. Bundan sonar hər nə hacətin varsa, Allahdan istə. Hər nə istəyin varsa, hacətinə çatacaqsan.” Sonar buyurdu:
ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى” رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ (31) “فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ
İmam Səccadın (ə) kasib kişi ilə söhbətinin əsas mesajı budur ki, bəlalardan və giriftarçılıqdan yalnız Allaha pənah aparmaq lazımdır, çünki o, pənahsızların sığınacaq yeridir.
6.Ümid və daxili aramlıq
Bəzi vaxtlarda insan öz yaşayışında fəaliyyət və təlaşının nəticəsini almadığına görə, həmişə məyus olur və var qüvvəsini sərf edərək yeni bir çıxış yolu tapmağa çalışsa da, bir şeyə hail olmur. Dua insanın qəlbində parıldayan bir ümiddir ki, həyata nur saçaraq qaranlıqları aradan qaldırır. Beləliklə, dua edən şəxs özünü qüdrətli hesab edir və onun üçün hansısa bir problem çətinlik yarada bilmir. Eyni zamanda, bağlı qapıları açmaq onun üçün çox sadə bir məsələyə çevrilir. Dua edən şəxsin dua vasitəsilə əldə etdiyi ümid nəticəsində insanın damarlarından sanki təzə qan axır.
Dua, ümid ağacını suvarır. Bu ağac qızmar səhrada problemlər insanı əldən salan zaman, onun üzərinə gölgə salıb çalışmağa sövq etdirir. (32)
Bundan əlavə, insanın həyatında baş verən uğursuzluq və müvəffəqiyətsizlik insanı ümidsizliyə düçar edərsə, bu, yeni əsrin psixoloji gərginlik və problemlərindən irəli gələn bir çətinlikdir.
Dua bu problem və çətinlikləri aradan qaldıran əsas amildir, çünki bir tərəfdən, ünsiyyət və əxlaqın inkişafına səbəb olur, digər tərəfdən də, duanın bir qaydası da onun digərləri – cəmiyyət – üçün olduğundan, ictimai ruhiyyə yaradır , qeyri-münasib qarşı durmanı azaldır, həmçinin, ümid mənbəyi olan Allaha xatir bihudəlik və puç hissi insandan uzaqlaşdırır və insan yaşayış üçün özünə yeni sığınacaq və böyük hədəflər seçir.
Duanın qaydası və hacət istəmək
Hər bir ibadət özünəməxsus qayda-qanun və xüsusiyyətlərə malikdir. Quranda “dua” dedikdə ibadət nəzərdə tutulur və o, xüsusi bir ədəbtələb edir. Duanın qayda-qanununa riayət etmək və hacətlər istəmək duanın qəbul olmasında mühüm rol oynayır. İmam Sadiqdən (ə) belə nəql olunub:
إیَّاکُمْ أنْ یَسْأَلَ أحَدُکُمْ رَبَّهُ شَیْئَاً مِنْ حَوَائِجِ الدُّنْیَا وَ الآخِرَةِ حَتَّى یَبْدَءَ بِالثَّنَاءِ عَلَى اللّهِ وَ المِدْحَةِ لَهْ وَ الصَّلَوةِ” (33) “عَلَى النَّبِىِّ وَ آلِهِ ثُمَّ الاعْتِرَافِ بِالذَّنْبِ ثُمَّ المَسْألَةَ
“Sizlərdən hansısa biriniz ilk öncə Allaha həmd-səna etməmiş, Onun Peyğəmbəri (s) və Əhli-beytinə (ə) salavat göndərməmiş, günahlarınıza etiraf etməmiş Allahdan dünya və axirətlə bağlı hacət istəməkdən çəkinsin!”
İslami rəvayətlərin çoxunda duanın qayda-qanunlarına və hacət istəməyə işarə olunub. Biz o qayda-qanunlardan bir neçəsini aşağıda qeyd edirik:
1. Allahı adları və sifətləri ilə çağırmaq:
“Ğafir”surəsinin ilk ayələrində ilahi ərşi daşıyanlar dua etməyin metod və qayda-qanunlarını möminlərə öyrədir. İlk olaraq “Rəbbəna” deməklə Allahın adından yapışmaq, “وَسِعَتْ کُلَّ شَىْءٍ رَحْمَةً وَ عِلْماً” (vəsiət kullə şəy-in rəhmətən və ilmən) ifaədısi ilə Onu camal sifəti ilə çağırmaq və Onun sonsuz elmindən və rəhmətindən kömək istəmək, nəhayət, dua edərək hər bir məsələni tərtiblə istəmək, duanın qəbul olma şərtlərinə riayət etmək, camal sifətləri ilə duanı “فَاغْفِرْ لِلَّذِیْنَ تابُوا وَ اتَّبَعُوا سَبِیْلَکَ” (fəğfir lil-ləzinə təbu vət-təbəu səbilək) oxumaqla, sonda isə Onun rəhmətinə təvəssül etməklə sona çatdır. Maraqlısı budur ki, Allahın ərşini daşıyanlar Allahın əsasən “rübubiyyət”, “rəhmət”, “qüdrət”, “elm” və “hikmət” kimi beş xüsusiyyət və sifətinə istinad edirlər. (34)
Quranın ayələrini mütailə etdikdə , «اولیاء اللّه» (Allahın övliyaları) yəni Peyğəmbərlərdən, mələklərdən və saleh bəndələrdən tutmuş onların hamısı dua edən zaman «رَبَّنا»، یا «رَبِّى» (rəbbəna və ya rəbbi) ifadəsi ilə başlayıblar. Həzrət Adəm (ə) deyir:
“رَبَّنا ظَلَمْنا أَنْفُسَنا”
“İlahi! Biz (mən və mənim hıəyat yoldaşım) özümüzə zülm etdik!”
Həzrət Nuh (ə) deyir:
“رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ”
“İlahi! Məni, atamı və anamı bağışla!”
Həzrət İbrahim (ə) deyir:
“رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ وَ لِلْمُؤمِنِیْنَ یَومَ یَقُومُ الْحِسابُ”
“İlahi! Qiyamət günü məni, atamı, anamı və bütün möminləri bağışla!”
Həzrət Yusif (ə) deyir:
“رَبِّ قَدْ آتَیْتَنِى مِنَ الْمُلْکِ”
“İlahi! Öz hakimiyyətindən (hökmranlığından) mənə də bəxş etdin.”
Həzrət Musa (ə) deyir:
“رَبِّ بِما أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَکُونَ ظَهِیْراً لِلْمُجْرِمِیْنَ”
“İlahi! Mənə verdiyin nemətlərlə günahkarlara arxa-dayaq olmayacam”
İslamın sevilən peyğəmbəri həzrət Məhəmməd (s) buyurur:
“رَبِّ أَعُوذُ بِکَ مِنْ هَمَزاتِ الشَّیاطِیْنِ”
“İlahi! Mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirirəm!”
“Ali-İmran” surəsinin sonuncu ayələrinə əsasən, möminlər dəfələrlə bu ifadəni təkrar edirlər.
“رَبَّنا ما خَلَقْتَ هَذا باطِلًا”
“İlahi! Yeri və göyü əbəs yerə yaratmamısan!”
Belə ifadələrdən istifadə olunur ki, ən yaxşı dua Allahın rəbb olması ilə bağlı sözlərlə başlayan duadır.
1. Mübarək “Allah” kəlməsi yaradanın ən böyük adıdır. Rububiyyət məsələsində də Onun hüzurunda hacət diləyərkən Allahı bu adla çağırmaq daha yaxşı və bəyəniləndir. (35)
2. Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək duanın qəbul olmasında həddən artıq təsir qoyur. İmam Sadiq (ə) buyurur:
“Allahın hüzurundan hacət tələb edən şəxs, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə başlasa, sonra öz hacətini istəsə və duasının sonunda Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə onu bitirsə, onun duası qəbul olar. Ona görə ki, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərmək maneə və hicab sayılan bir şey deyil və Allah duanın əvvəli ilə sonundakı salavatı qəbul edərək duanın orta hissəsini geri çevirməkdən uzaq və daha kərimdir”. (36) Həmçinin, İmam (ə) buyurur:
“کُلُّ دُعاءٍ یُدْعَى اللّهُ عَزَّوَجَلَّ بِهِ مَحْجُوبٌ عَنِ السَّماءِ حتّى یُصَلَّى عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ”
“Dua edən şəxs, Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat göndərənə qədər, onun duası səmada saxlanılar. (Yəni, salavat göndərməklə duası qəbul edilər).” (37)
3. Yalvarmaqla:
“Duanın qayda-qanunlarından biri də Allaha gizlində yalvarmaqla dua etməkdir.
(38)“اُدْعُواْ رَبَّکُمْ تَضَرُّعاً وَ خُفْیَةً”
Bir rəvayətə əsasən, imam Sadiq (ə) Əbu Bəsirə buyurub:
“Əgər bir şeyin baş verməsindən qorxsan və ya hacətin olsa, Allahın adı ilə dua etməyə başla, Ona layiqli sitayiş et və Peyğəmbərə (s) və Əhli-beytinə (ə) salavat göndər və öz hacətini istə və özünü ağlamağa vur. Atam həmişə deyərdi: “Bəndənin Allaha ən yaxın olduğu vaxt onun səcdədə olduğu və gözlərindən yaş axdığı zamandır.” (39)
Əlbəttə ki, belə bir yalvarış şükr etməklə birgə olmalıdır. Qurani-Kərimdə gəlmişdir ki, bir qrup problemlə üzləşən zaman Allahı yalvarışla çağırır, amma nicat tapan zaman Onu yaddan çıxarır. (40) Lakin möminlər belə deyillər. Möminlər Allaha həm çətin, həm də asayişdə olduqları zaman nemətlərinə görə şükr edirlər.
Allahın qarşısında yalvarmaq Ondan qorxmaq və Ona ümidlə olmaldır. Quranda buyurur:
(41) “وَادْعُوهُ خَوْفاً وَ طَمَعاً”
“Allahı həm qorxu, həm də ümidlə çağırın!”
İmam Baqir (ə) buyurur:
ما مِنْ قَطْرَةٍ أحَبُّ إلىَ اللّهِ عَزَّوَجَلَّ مِنْ قَطْرَةِ دُمُوعٍ فى سَوادِ اللَّیْلِ مَخافَةً مِنَ اللّهِ لایُرادُ بِها” “غَیْرُهُ(42)
“Gecə yarısı Allaha xatir tökülən göz yaşı ən sevilən göz yaşıdır.”
4. Başqaları üçün ümumi dua:
“Duanın qayda-qanunlarından biri də cəm şəkildə yerinə yetirilən duadır. İmam Sadiqdən (ə) belə buyurduğu nəql olunub:
“ما اجتمع اربعة قط علی امر واحد فدعوا الا تفرقوا عن اجابة”
“Dörd nəfər bir yerə yığışıb dua etdikləri zaman, onlar pırakəndə olmamış hacətləri qəbul olar.”
Bu üzdən dua məclislərində ümumi surətdə dua etməyə çox təkid olunub, çünki bu cür mərasimlərdə dua ümumi şəkildə olur və hamıya bu duadan nəsib olur və duanın qəbul olunmasında və hacətlərin yerinə yetirilməsində çox təsiri var. İslam peyğəmbəri (s) buyurur:
“اذا دعا احدکم فلیعم”
“Cəm şəkilində dua edin,”
Quranda da cəm şəkildə dua etməyə təkid olunub:
(43)“ربّنا آتِنا”
(44)، “ربّنا لا تؤاخِذنا”
(45)“ربّنا لا تُزِغْ قُلوبَنا”
(46)“فاغْفِر لنا ذُنوبنا”
(47)“واجْعَل لنا”
(48)“ربّنا ظَلَمْنا أنفُسَنا وإنْ لم تَغْفِر لنا وترْحَمْنا”
(49)“ربّنا افْرِغْ علینا صَبْراً”
Bundan əlavə, başqalarına, xüsusilə də, övladlara, valideynlərə, dostlara, qonşulara, əsgərlərə və bütün möminlərə dua etmək həm dua edənin, həm də dua olunanların duasının qəbul olmasına səbəb olur. Quranda qeyd edilən və Əhli-beytdən (ə) nəql edilən dualarda başqaları üçün dualar gözə çarpır.
(50)“ربّنا اغفر لی ولوالدیّ وللمؤمنین”
ربّنا اغفرْ لنا ولإخواننا الذین سبقونا بالإیمان ولا تجعل فی قلوبنا غِلاْ للذین آمنوا ربّنا إنّک رئوف” (51)“رحیم
(52)“ربّ اغفر لی ولأخی”
(53)“ربّ اغفر لی ولوالدیّ ولِمَن دخل بیتی مؤمناً، وللمؤمنین والمؤمنات”
(54)“ربّ اجعلنی مُقیم الصّلاه ومن ذرّیتی”
İmam Səccad (ə) “Səhifeyi-Səcadiyyə” kitabında əsgərlər üçün belə dua edir:
اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَحَصِّنْ ثُغُورَ الْمُسْلِمیِنَ بِعِزَّتِکَ وَأَیِّدْ حُمَاتَهَا بِقُوَّتِکَ وَأَسْبِغْ عَطَایَاهُمْ مِنْ” جِدَتِکَ. اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَکَثِّرْ عِدَّتَهُمْ وَاشْحَذْ أسْلِحَتَهُمْ وَاحْرُسْ حَوْزَتَهُمْ وَاَمْنَعْ حَوْمَتَهُمْ وَأَلِّفْ جَمْعَهُمْ وَدَبِّرْ اَمْرَهُمْ رَوَاتِرْ بَیْنَ مِیَرِهِمْ وَتَوَّحَدْ بِکِفَایَةِ مُؤَنِهمْ وَاعْضُدْهُمْ بِالنَّصْرِ وَأَعِنْهُمْ بِالصَّبْرِ وَالْطُفْ لَهُمْ فِی “الْمَکْرِ، اَللَّهُمَّ صَلِّ عَلیََ مُحَمَّدٍ وَآلِهِ وَعَرِّفْهُمْ مَا یَجْهَلُونَ وعَلِّمْهُمْ مَا لاَ یَعْلَمُونَ وَبَصِّرْهُمْ مَا لاَ یُبْصِرُونَ (55)
“İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və Öz izzətinlə müsəlmanların sərhədlərini qoru, sərhədlərdəki gözətçiləri öz qüdrətinlə gücləndir, bəxşişlərini sonsuz lütfünlə bol et! İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və onların sayını artır, silah və döyüş sursatlarına itilik ver, hərbi hissələrini hifz et, cəbhənin ətraflarını möhkəm və məğlubedilməz elə, onların hamısını can bir qəlbdə həmrəy et, işlərini sahmana sal, azuqələrini ardıcıl çatdır, ehtiyaclarını təklikdə özün ödə, Öz yardımınla onları gücləndir, səbrinlə kömək göstər, onlara çıxış yolu, çarə axtarmaqda təlim ver.”
Xanım Zəhra (s) öz ailəsindən qabaq qonşulara dua edir və buyururdu:
(56) “الجار ثم الدار”
“Gecə namazının qayda-qanunlarından biri də qırx nəfər möminə dua etməkdir. Əlbəttə, o qırx nəfərin adını yad etməklə bərabər olmalıdır. İmam Sadiq (ə) buyurur:
(57) “من قدم اربعین رجلا من اخوانه فدعا لهم ثم دعا لنفسه استجیب له فیهم و فی نفسه”
“Dua edərkən özündən qabaq qırx nəfər mömin qardaşını dua edən şəxsin həm öz duası, həm də onlara etdiyi dua qəbul olacaq.”
Əlbəttə ki, Qurandakı dualarının çoxunda günahlarının bağışlanmağını istəyən vaxtbaşqaları üçün dua edən şəxsin duasının tez qəbul olunacağı da qeyd edilmişdir. Nəhayətdə başqalarına dua etmək hacətlərin qəbul olmasından əlavə, cəmiyyət arasında problemlərin həll olmasına və cəmiyyətin həmrəy olmasına təsir qoyur.
5. Dua edrkən məkan və zamanı nəzərə almaq.
Duanın qayda-qanunlarından biri də onun hansı zamanda və hansı məkanda yerinə yetirilməsidir. Bəzi duaların xüsusi bir vaxtda və xas məkanlarda edilməsi tövsiyə edilmişdir. Misal üçün, Rəcəb, Şəban və Ramazan ayları üçün məsum imamlardan (ə) xüsusi dualar nəql olunmuşdur. Bundan əlavə, bəzi zaman və məkanlarda edilən dualar dəyərli və etibarlı olması ilə taınmışdır. Məsələn, həm cümə günü, həm də cümə axşamı xüsusi zaman və məkanlardan ibarətdir.
(58) “قالُوا یا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا کُنَّا خاطِئِینَ”
“Həzrət Yaqubun (ə) oğlanları atalarından onlar üçün Allahdan bağışlanmaq diləməsini istədilər”:
.(59) “قالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّی”
“Dedi: “Tezliklə sizin bağışlanmağınızı əzəmətli Allahdan istəyəcəyəm!””
Rəvayətlərə əsasən, həzrət Yaqub (ə) cümə gününün səhərçağı dua etmək istəyirdi, çünki cümə günü dua həm tez qəbul olar, həm də gözəl bir vaxtdır. (60) Həmçinin, bəzi günlər üçün də həddən artıq duaların olduğunu bildirən rəvayətlər mövcuddur.
Habelə Kərbəla da duanın qəbul olunması üçün gözəl bir məkandır. Hədisdə bildirilənlərə əsasən, Allah-taala imam Hüseynin (ə) şəhadətinin əvəzində ona dörd xüsusiyyət bəxş etmişdir. Əlbəttə ki, Onun qübbəsinin altında duanın qəbul olması o dörd xüsusiyyətlərdən biridir. (61)
Yuxarıda sadaladığımız qayda-qanunlar dua edilməsi və hacət istənilməsi üçün tövsiyə olunmuşdur. Bu barədə əlavə məlumat toplamaq üçün dua kitablarına müraciət edə bilərsiniz.
Duanın qəbul olmasının şərtləri
Allah-taala Qurani-Kərimdə insanların dualarının qəbul olunmasına vədə vermişdir. Amma bu vədəyə çatmaq üçün bəzi şərtlər lazımdır ki, insanın duaları Allah dərgahında məqbul sayılsın. Qeyd olunan şərtlərin ən mühümləri aşağıdakılardan ibarətdir:
1. Dua qaydalarına riayət edərək hacət istəmək. Əlbəttə, öncəki səhifələrdə bu haqdakı məlumatları nəzərinizə çatdırdıq.
2. Qəlbin saflığı.
Beləliklə qəlbin pak və saf olması duanın qəbul olma şərtlərindən biridir. Əmirəl-möminin Əlinin (ə) söhbətlərində onun belə buyurduğunu oxuyuruq:
(62 “لایَقْبَلُ اللَّهُ عَزَّوَجَلَّ دُعاءَ قَلْبٍ لاهٍ”
“Allah-taala qəflətdə qalan qəlblərin dualarını qəbul etmir.”
(63). “إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَایَسْتَجِیبُ دُعَاءً بِظَهْرِ قَلْبٍ قَاسٍ”
“Həqiqətən, Allah paslanmış və günahla dolu qəlblərin dualarını qəbul etməz.”
İmam Sadiq (ə) başqa bir hədisdə buyurur:
((64 “(إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لایَسْتَجِیبُ دُعاءً بِظَهْرِ قَلْبٍ ساهٍ”
“Həqiqətən, Allah qəflətdə qalan qəlblərin duasını qəbul etməz.”
Buna görə də, dua etdiyiniz zaman pak və saf qəlblə və diqqətlə dua edin və duanızın qəbul olunmasına yəqininiz olsun. Yenə də o həzrətdən nəql olunub ki, buyururb:
إِیَّاکُمْ أَنْ یَسْأَلَ أَحَدُکُمْ رَبَّهُ شَیْئاً مِنْ حَوائِجِ الدُّنْیا وَ الآْخِرَةِ حَتّى یَبْدَأَ بِالثَّناءِ عَلَى اللَّهِ وَ الْمِدْحَةِ لَهُ وَ” (65) “الصَّلاةِ عَلَى النَّبِیِّ وَ آلِهِ ثُمَّ الإِعْتِرافِ بِالذَّنْبِ وَ التَّوْبَةِ ثُمَّ الْمَسْأَلَةِ
“Allaha həmd-səna etməmişdən qabaq, Ondan nəyisə istıməyin və Ona dua etməyin. İlk öncə həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) salavat göndərin, öz günahınıza etiraf edin, sonra tövbə edərək dua edin.”
Çünki insan öz günahlarına etiraf və tövbə edərək pak, təmiz və saf qəlblə dua etməyə başlayır. Deməli, bu hədislərdən əlavə, “Ğafir” surəsinin on dördüncü ayəsinə əsasən (فَادْعُواْ اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ) (66)dində ixlaslı olmaq qəlbi və batini bir məsələ olduğundan bu ayə də ona dəlalət edə bilər.
3. Mal-dövlət və ruzinin halal olması.
Qəsbi mallardan və haram ruzidən uzaq olmağın özü duanın tez qəbul olunmasında təsir qoyur. Peyğmbərdən (s) belə nəql olunub:
(67) “مَنْ أَحَبَّ أَنْ یُسْتَجابَ دُعائُهُ فَلْیُطَیِّبْ مَطْعَمَهُ وَ مَکْسَبَه”
“Duasının tez qəbul olmasını istəyən şəxsin ruzisi və gəliri halal olmalıdır.”
Əmirəl-möminindən (ə) belə nəql olunub:
اِنَّ اللهَ تَبارَکَ و تَعالیا وحَی الَی المَسیح عیسَی بن مریم قُل للملأ مِن بَنِی اِسرائیل: اِنّی غیر مستجیب” (68)“لاحد منکم دعوة ولاحد مِن خلقی قبله مظلمة
“Allah-taala həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrailə desin: “Allah-taala boynunda həqqun-nas (başqalarının haqqı) olan şəxsin duasını qəbul etməyəcək!””
4. Təlaş və çalışmaq.
Duanın qəbul olunmasının kənarında onun qəbul olunması üçün təlaş göstərmək və çalışmaq da lazımdır. Allah-taaladan layiqli həyat yoldaşı və saleh övlad istəyən insan qüdrəti çatan qədər çalışmalı, amma öz gücündən xaric olanı Allaha tapşırmaldır.
(69) “أَمَّنْ یُجیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوء”
Qəbul olunan dua, elə duadır ki, iztirar və iztirab halında edilmiş olsun. Əmirəl-möminin (ə) sözlərində oxuyuruq ki, buyurub:
(70) “الدَّاعِی بِلا عَمَلٍ کَالرَّامِی بِلا وَتَرٍ!”
“Əməlsiz şəxsin duası oxsuz kamana bənzəyir.”
Beləliklə, hədəfə dəyməsi üçün oxun irəliləməsi də şərtdir. Buna diqqət yetirməklə əməlin duanın qəbul olması üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi məlum olur. (71)
İmam Sadiq (ə) buyurur:
أرْبَعَةٌ لَاتَسْتَجَابُ لَهُمْ دَعْوَةٌ:
“Dörd insanın duası qəbul olmaz.”
1- رَجُلٌ جَلَسَ فِى بَیْتِهِ یَقُولُ اللُّهُمِّ ارْزِقْنِى، فَیُقَالُ لَهُ ألَمْ آمُرُکَ بِالطَّلَبِ؟
1. Evdə oturub ruzisinin gəlməsini dua edən şəxsin.
2- وَ رَجُلٌ کَانَتْ لَهُ امْرَأَةٌ فَدَعَا عَلَیْهَا، فَیُقَالَ لَهُ: أَلَمْ اجْعَلْ أمْرَهَا إلَیْکَ؟
2. Həyat yoldaşının zərərinə dua edən şəxsin.
3- وَ رَجُلٌ کَانَ لَهُ مَالٌ فَأفْسَدَهُ، فَیَقُول: اللَّهُمَّ ارْزُقْنِى، فَیُقَالُ لَهُ أَلَمْ آمُرُکَ بِالإقْتِصَادِ؟ ألَمْ آمُرُکَ بِالإصْلَاح؟!
3. Əlində olan mal-dövlətini tələf edib ruzi istəyən şəxsin.
4- وَ رَجَلٌ کَانَ لَهُ مَالٌ فَاداته بِغَیْرِ بَیِّنَةٍ فَیُقُالُ لَهُ، ألَمْ آمُرُکَ بِالشَّهَادَةِ؟!»(72)؛
4. Şahid tutmadan malını borc verən şəxsin.
Duanın qəbul olmasına mane olan məsələlər
Bəzi insanlar dualarının qəbul olmamasından söhbət edirlər. Allahın dərgahından ümidsiz olub özlərini Onun rəhmətindən uzaq hesab edirlər. Buna baxmayaraq, Allah-taala bəndələrinin duasının qəbul olmasına görə vədə vermişdir. Belə isə, bəzi insanların duasının qəbul olmamasının səbəbi nə ola bilər? Nəql olunub ki, bir nəfər imam Əlinin (ə) yanına gəlib duasının qəbul olmamasın barədə şikayət etdi və dedi: “Allah buyurub ki, dua edin, mən sizin duanızı qəbul edərəm, amma nəyə görə mənim dualarım qəbul olmur?” Həzrət Əli (ə) onun cavabında buyurdu:
إنَّ قُلُوبَکُمْ خَانَ بِثَمَانِ خِصالٍ: أوّلُها: أنَّکُمْ عَرَفْتُمُ اللهَ فَلَمْ تَؤُدُوا حَقَّهُ کَمَا أوْجَبَ عَلَیْکُمْ فَمَا اغْنَتْ عَنْکُمْ” مَعْرِفَتُکُمْ شَیْئاً. وَ الثَّانِیَةُ: أنَّکُمْ امَنْتُمْ بِرَسُولِهِ ثُمَّ خَالَفْتُمْ سُنَّتَه وَ امنْتُم شَرِیعَتَهُ فَأیْنَ ثَمَرَةُ إیمَانِکُمْ؟ وَ الثَّالِثَةُ: أنَّکُمْ قَرَأْتُمْ کِتَابَهُ المُنْزَلَ عَلَیْکُمْ فَلَمْ تَعْمَلُوا بِهِ وَ قُلْتُمْ سَمِعْنَا وَ أطَعْنَا ثُمَّ خَالَفْتُمْ. وَ الرَّابِعَةُ: أنَّکُمْ قُلْتُمْ تَخَافُونَ مِنَ النَّارِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تُقَدِّمُونَ إلَیْهَا بِمَعَاصیکُمْ فَأیْنَ خَوْفُکُمْ؟ وَ الْخَامِسَةُ: أنَّکُمْ قُلْتُمْ تَرْغُبُونَ فِى الجَنَّةِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تَفْعَلُونَ مَا یُبَاعِدُکُمْ مِنْهَا فَأیْنَ رَغْبَتُکُمْ فِیهَا؟ وَ السَّادِسَةُ: أنَّکُمْ أکَلْتُمْ نِعْمَةَ المَوْلَى فَلَمْ تَشْکُرُوا عَلَیْهَا. وَ السَّابِعَةُ: أَنَّ اللّهَ أمَرَکُمْ بِعَدَاوَةِ الشَّیْطَانِ وَ قَالَ «إنَّ الشَّیْطَانَ لَکُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوّاً» فَعَادَیْتُمُوهُ بِلَا ثَوْلٍ وَ وَالَیْتُمُوهُ بِلَا مُخَالِفَةً. وَ الثَّامِنَةُ: أنَّکُمْ جَعَلْتُمْ عُیُوبَ النَّاسِ نَصْبَ أعْیُنِکُمْ وَ عُیُوبِکُمْ وَرَاءَ ظُهُورِکُمْ تَلوُمُونَ مَنْ أنْتُمْ أحَقُّ بِاللَّوْمِ مِنْهُ فَأىُّ دُعَاءٌ یُسْتَجَابُ لَکُمْ مَعَ هَذَا وَ قَدْ سَدَدْتُمْ أبْوَابَهُ وَ طُرُقَهَ فَاتَّقُوا اللّهَ وَ أصْلِحُوا أعْمَالَکُمْ وَ
“ أخْلَصُوا سَرَائِرَکُمْ وَ آمُرُوا بِالْمَعْرُوفِ وَ انْهُوَا عَنِ الْمُنْکَرِ فَیَسْتَجِیبُ لَکُمْ دُعَائُکُمْ)73(
“Sizin qəlb və fikriniz səkkiz şeydə xəyanətə səbəb olub. (ona görə də sizin duanız qəbul olmur”.
1. Siz Allahı tanımısınız, amma Onun haqqını əda etməmisiniz. Ona görə də, sizin tanımağınız (mərifətniz) vəziyyətinizə xeyir etməmişdir.
2. Onun göndərdiyinə iman gətirdiyiniz halda, onun sünnəsinə qarşı çıxmısınız. Bəs, sizin imanınızın səmərəsi hardadır?
3. Onun kitabını (Quranı) oxuyursunuz, lakin ona əməl etmirsiniz.
4. Siz deyirsiniz ki, Allahın cəzalarından qorxursunuz, amma həmişə elə işlər görürsünüz ki, sizi cəzaya yaxınlaşdırır.
5. Deyirsiniz ki, Allahın mükafatlarını sevirsiz, amma həmişə elə işlər görürsünüz ki, sizi o mükafatlardan uzaqlaşdırır.
6. Allahın nemətlərini yeyirsiz, amma şükr etmirsiniz.
7. Sizə əmr verilib ki, şeytanın düşməni olun, amma siz onunla dostluq planı cızırsınız.
8. Siz başqalarının eyblərini ifşa edir, amma öz eyblərinizi gizlədirsiniz. Belə olan halda, necə dualarınızın qəbul olmasını istəyirsiniz? Amma görürük ki, siz özünüz bütün qapıları öz üzünüzə bağlamısınız. Təqvalı və saleh əməllərlə məşğul olun. Yaxşılıqlara dəvət edin, pisliklərdən çəkindirin ki, dualarınız qəbul olsun.
Əmirəl-mömininin (ə) bəyanına görə duanın qəbul olmamasının səbəbini insan gərək özündə axtarsın. İnsanların Allahdan uzaq düşməsi, günah etməsi və pis işlərlə məşğul olması duanın geri çevrilməsinə səbəb olur. Peyğəmbərdən (s) nəql edilən bir hədisdə oxuyuruq ki, buyurub:
سَیَأْتِی عَلَى النَّاسِ زَمَانٌ تَخْبُثُ فِیهِ سَرَائِرُهُمْ، وَ تَحْسُنُ فِیهِ عَلاَنِیَتُهُمْ، طَمَعاً فِی الدُّنْیَا، لاَیُرِیدُونَ بِهِ مَا” عِنْدَ رَبِّهِم، یَکُونُ دِینُهُمْ رِیَاءً؛ لاَ یُخَالِطُهُمْ خَوْفٌ، یَعَمُّهُمُ اللّهُ بِعِقَاب، فَیَدْعُونَهُ دُعَاءَ الْغَرِیقِ، فَلاَ یَسْتَجِیبُ “لَهُمْ»(74)
“Elə bir vaxt gələcək ki, insanların batini və daxili pis, çirkin və zahirləri gözəl görünəcək. Bir işi ancaq dünyanı sevdiklərinə görə yerinə yetirəcəklər. Allahın savab və mükafatını istəməyəcəklər. Onların dini yalnız rihakarlıqdan başqa, bir şey olmayacaq. Onlarda Allahın qorxusu olmayacaq. Bu səbəbdən, Allahın onlara qəzəbi tutacaq. Onlar dua edəcəklər, amma duaları qəbul olmayacaq.”
Bir şəxs imam Sadiqdən (ə) soruşur:
أَلَیْسَ یَقُولُ اللَّهُ ادْعُونِى أَسْتَجِبْ لَکُمْ؟ وَ قَدْ نَرَى الْمُضْطَرَّ یَدْعُوهُ وَ لایُجابُ لَهُ، وَ الْمَظْلُومَ یَسْتَنْصِرُهُ عَلى عَدُوِّهِ فَلایَنْصُرُهُ
“Məgər Allah belə buyurmayıb ki, dua edin ki, sizin dualarınızı qəbul edim? İnsanlar dua edir, amma duaları qəbul olmur? Məzlum insanları görürük ki, düşmənə qalib gəlmək üçün Allahdan kömək istəyirlər, amma Allah onlara yardım etmir.”
İmam buyurdu:
وَیْحَکِ! ما یَدْعُوهُ أَحَدٌ إِلَّا اسْتَجابَ لَهُ، أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى أَنْ یَتُوبَ، وَ أَمَّا الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ، أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ، وَ إِنْ لَمْ یَکُنِ الامْرُ الَّذِى سَئَلَ الْعَبْدُ خَیْراً لَهُ إِنْ أَعْطاهُ أَمْسَکَ عَنْهُ (75)
“Vay olsun sənin halına! Allah yalnız duasını qəbul etdiyi şəxsi çağırır. Zalımların duası Ona çatmır. Amma ləayqəti olan şəxs dua edərkən duası qəbul olar və bəlanı ondan uzaq edər, şəxsin özü də bəlanın ncə aradan qaldırılmasını bilməz, lakin Allah onun savabını qiyamət günü üçün saxlar. İnsan bilmədən öz zərərinə olan hacəti Allahdan istəyərsə, Allah onun duasını qəbul etməz.”
İmam Baqirdən (ə) nəql olunur ki, buyurub:
إِنَّ الْعَبْدَ یَسْأَلُ اللَّهَ الْحَاجَةَ فَیَکُونُ مِنْ شَأْنِهِ قَضَاؤُهَا إِلَى أَجَلٍ قَرِیبٍ أَوْ إِلَى وَقْتٍ بَطِیءٍ فَیُذْنِبُ الْعَبْدُ ذَنْباً فَیَقُولُ اللَّهُ تَبَارَکَ وَ تَعَالَى لِلْمَلَکِ لَاتَقْضِ حَاجَتَهُ وَاحْرِمْهُ إِیَّاهَا فَإِنَّهُ تَعَرَّضَ لِسَخَطِی وَ اسْتَوْجَبَ الْحِرْمَانَ مِنِّی (76)
“Bəzi vaxtlar insan Allahdan hansısa bir hacəti tələb edir. Sonra günah edir. Allah mələklərə buyurur: “Onun hacətini verməyin və onu bu hacətdən məhrum edin. Çünki mənim qəzəblənməyimə səbəb və mənim fəzlimdən məhrum oldu.””
Bəs, bu nəticəyə gəlirik ki, əgər insan pak, təmiz, saf, saleh əməllə, günahdan uzaq olan vaxt əllərini Allahın dərgahına uzatsa və duanın ədəblərinə riayət etsə, onun duası qəbul olunacaq.
İmam Sadiq (ə) öz sözlərində bəndənin duasının qəbul olmasını ən yaxşı formada bəyan etmişdir:
1. Ya müstəcəb olacaq.
«اسْتَجابَ لَهُ».
2. Günah və ya zülm etdiyinə görə qəbul olmayacaq.
أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى أَنْ یَتُوبَ.
3. Ya da duanın əvəzində hansısa bir bəlanı ondan uzaqlaşdıracaq.
صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ.
4. Yaxud, qiyamət günü üçün savabı çox olsun deyə onun dualarının savabını saxlayacaq.
أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ.
1)“Bəqərə” surəsi, ayə 186.
2)“Qaf” surəsi, ayə 16.
3)“Bəqərə” surəsi, ayə 186.
4)“Ğafir” surəsi, ayə 60.
5)“Bəqərə” surəsi, ayə 186.
6)“Furqan” surəsi, ayə 77.
7)Peyğəmbər (s) buyurur: “Əd-Duau huvəl ibədətu” (dua ibadətdir.). “Nəhcül-fəsahə”, hədis. 1590, “Məhcətul-beyza”, c. 2, səh. 282.
8)İmam Baqir (ə) buyurub: “Əfzəlul ibadəti əd-duau” (İbadətlərin ən fəzilətlisi duadır). “Mizanul-hikmə”, bölmə 1189. Hədis 5516 və 5532.
9)Peyğəmbər (s) buyurur: “Əd-duau məxəl ibadəh” (dua, ibadətin əsasıdır (başıdır)”. Yenə orada.
10) Bu dua da ibadəti ilk olaraq dua kimi ifadə edib. Sonra ifadəni dəyişərək ibadət kimi qələmə vermişdir:
وَ قالَ رَبُّکُمُ ادْعونى اسْتَجِبْ لَکُمْ انَّ الَّذینَ یَسْتَکْبِرُونَ عَنْ عِبادَتى سَیَدْخُلُونَ جَهَنَّمَ داخِرینَ
“Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və zəlil şəkildə cəhənnəmə daxil olacaqlar.”
11) Dua və ehtiyaclı olduğunu bildirmək “ibadur-rəhmanın” (ilahi bəndələrin) on ikinci xüsusiyyətlərindəndir. Allah-taala “Furqan” surəsinin yetmiş dördüncü ayəsində on ikinci xüsusiyyəti belə vəsf edir:
وَ الَّذِینَ یَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَ ذُرِّیَّاتِنَا قُرَّةَ أَعْیُنٍ وَ اجْعَلْنَا لِلْمُتَّقِینَ إِمَاماً
“Və o kəslər ki, “ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları və təlimlərində) bizi təqvalılara başçı et!” deyirlər”.
12) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
13) “Məhəccətul-bəyza”, c. 2, səh. 282-283.
14) “Mizanul-hikmə”, bölmə 1189, hədis. 5516 və 5532.
15) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
16) “Biharul-ənvar”, cild. 90, səh. 30.
17) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468.
18) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585.
19) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468.
20) “Biharul-ənvar”, cild. 90, səh. 30.
21) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585.
22) “Üsuli-Kafi”, c. 2, səh. 468.
23) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1.
24) Cavab tapmaq üçün “Pəyame imam Əmirəl-möminin (ə)”, kitabı c. 2, səh. 519-a müraciət edə bilərsiniz.
25) Ayətullah Məkarim Şirazi, “Pəyame imam Əmirəl-möminin (ə)” c. 2, səh. 520.
26) Yenə orada, səh. 517.
27) Yenə orada, c. 3, səh. 266.
28) Ayətullah Məkarim Şirazi, “Valatərin bəndeqan”, səh. 234.
29) Ayətullah Məkarim Şirazi, “İstiftaate cədid”, c. 3, səh. 575.
30) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsirində.
31) “Asarud-dua fid-dünya”, səh. 55.
رُوِىَ انَّ زَیْنَ الْعابِدِینَ مَرَّ بِرَجُلٍ وَ هُوَ قاعِدٌ عَلى بابِ رَجُلٍ، فَقالَ لَهُ: ما یَقْعَدُکَ عَلى بابِ هذَا الْمُتْرِفِ الْجَبَّارِ؟ فَقالَ: الْبَلَاءُ! فَقالَ:قُمْ فَارْشِدُکَ إِلى بابٍ خَیْرٍ مِنْ بابِهِ، وَ إِلى رَبٍّ خَیْرٍ لَکَ مِنْهُ. فَاخَذَ بِیَدِهِ حَتَّى انْتَهى بِهِ الى الْمَسْجِدِ مَسْجِدِ رَسُولِ اللَّهِ، ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ».
32) Ayətullah Məkarim Şirazi, “Peydayeşe məzahib”, səh. 101.
33) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
34) “Təfsire nümunə”, c. 20, səh. 42.
35) Yenə orada, səh. 46.
36) “Üsuli-Kafi”, c. 2, səh. 494, . Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə) bölməsi, hədis. 16. “Vəsailul-şiə”, c. 7, səh. 95, bölmə. 36, hədis. 8833.
37) “Üsuli-Kafi”, c. 2, səh. 493, bab. Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə), hədis. 10. Vəsailul-şiə, c. 7, səh. 92, bölmə 36, hədis. 8823.
38) “Əraf” surəsi, ayə 55.
39) “Üsuli-Kafi”, c. 2, səh. 482, “Əl-buka” bölməsi, hədis. 6. “Vəsailul-şiə”, c. 15, səh. 228, bölmə 15, hədis. 20347.
40) “Ənam” surəsi, ayə 63-64.
تَدْعُونَهُ تَضَرُّعاً وَ خُفْیَةً لَئِنْ أَنْجانا مِنْ هذِهِ لَنَکُونَنَّ مِنَ الشَّاکِرینَ، قُلِ اللَّهُ یُنَجِّیکُمْ مِنْها وَ مِنْ کُلِّ کَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِکُونَ
“De: Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versən, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir? De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!”
41) “Əraf” surəsi, ayə 56.
42) “Üsuli-Kafi”, c. 1, səh. 484.
43) “Bəqərə” surəsi, ayə 201.
44) “Bəqərə” surəsi, ayə 286.
45) “Ali-İmran” surəsi, ayə 8.
46) “Ali-İmran” surəsi, ayə 16.
47) “Nisa” surəsi, ayə 75.
48) “Əraf” surəsi, ayə 23.
49) “Əraf” surəsi, ayə 126.
50) “İbrahim” surəsi, ayə 41.
51) “Həşr” surəsi, ayə 10.
52) “Əraf” surəsi, ayə 151.
53) “Nuh” surəsi, ayə 28.
54) “İbrahim” surəsi, ayə 40.
55) “Səhifeyi-Səccadiyyə”, dua. 27, “Osve” nəşriyyatından tərcümə və şərh.
56) “Biharul-ənvar”, c. 10, səh. 25.
57) “Mən la yəhzurəhul-fəqih”, Şeyx Səduq, c. 2, səh. 212.
58) “Yusif” surəsi, ayə 97.
59) Yenə orada 98.
60) “Təfsire nümunə”, c. 10, səh. 81.
61) “İrfane islami”, Hüseyn Ənsariyan, c. 6, səh. 235.
62) “Üsuli-Kafi, ” c. 2, səh. 473, “Əl-İqbalu ələd-dua” bölməsi. “Vəsailul-şiə”, c. 7, səh. 54. “Biharul-ənvar”, c. 90, səh. 314-323.
63) “Üsuli-Kafi”, c. 4, səh. 222.
64) “Səfinətul-bihar”, c. 1, səh. 448. “Üsuli-Kafi”, c. 2, səh. 473, hədis. 1. “Vəsailul-şiə”, c. 7, səh. 53, hədis. 8702. “Biharul-ənvar”, c. 90, səh. 305-323.
65) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
66) “Ğafir” surəsi, ayə 14.
67) “Səfinətul-bihar”, c. 1, səh. 448-449.
68) “Müstədrəkul-vəsail”, c. 5, səh. 271.
69) “Nəml” surəsi, ayə 62.
70) “Nəhcül-bəlağə”, hikmət. 337. “Mən la yəhzuruhul-fəqih”, c. 4, səh. 416, hədis. 5904. “Vəsailul-şiə”, c. 7, səh. 145. “Biharul-ənvar”, c. 75, səh. 60.
71) “Təfsire nümunə”, c. 1, səh.
72) “Üsuli-Kafi”, c. 2, səh. 511.
73) “Səfinətul-bihar”, c. 1, səh. 449. “Biharul-ənvar”, c. 93, səh. 376, hədis. 17.
74) “Vəsailul-şiə”, c. 1, bölmə 11, “müqəddimətu ibadat” bölməsi, hədis. 16.
75) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsiri.
76) “Vəsailul-şiə”, c. 7, səh. 144.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Həzrət İmam Hüseynin (ə) qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:
1- Bildiyimiz kimi əhli- beytə (ə) olan sevgi və məhəbbət Qurani- kərimdə vacib sayılmışdır. (Şura surəsi, ayə 23.) Bundan əlavə əziz Peyğəmbərimiz (s) "Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur". ("Möcəmül- kəbir", cild 22, səh 274; "Kənzül- ümmal", cild 13, səh 662.) Və buna oxşar buyurduqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə aparan yol, eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi məhəbbətdir.
2. Allah dostlarını unutmamaq, İlahi şüarlarını daim yaşatmaq hər bir müsəlmanın borcudur. Necə ki, Qurani- kərim buyurur: "Hər kəs İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin və onun qəlbinin təqvasından xəbər verir". (Şüəra surəsi, ayə 23.)
İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, şəhadət və izzət simvolu olaraq, müsəlmanların ziyarətgahına çevrilmişdir.
3. Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda özünü qurban vermiş İmam Hüseynin (ə) ziyarətinə gedərək onu Allaha vasitə qərar verir, dua və istəklərinin qəbul edilməsində yardım etməsini diləyirlər.
Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa tapmış və neçə- neçə çətinliklərlə üzləşmiş şəxslərin müşkilləri həll olmuşdur. Belə ki, Qurani- kərim də duanın tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti olan şəxsləri, vasitə etməyi məsləhət görmüşdür. Necə ki, Maidə surəsi, 35- ci ayədə buyrulur: "Allaha yaxınlaşmaq üçün vasitə axtarın".
4- İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz kövrəlir, səmavi hisslərlə dolur və etdiyimiz bir çox pis əməllərimizə görə peşman oluruq. Allahın sevimli dostlarının ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı bizi düşünməyə və tövbə etməyə vadar edərək, sanki çirkinliklərdən yuyub təmizləyir.
Xoş duyğular, səmavi hisslər insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu ab- havası bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla ziyarətinə gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, tövbə etməyən bir müsəlman tapmaq çox çətindir. Həzrət İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını ziyarət etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq hərəkətlər etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla ziyarəti həyatımızda Allaha dönüş nöqtəsi olaraq "hidayət edici" rolunu oynayır.
Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman bizə, "sən Kərbəlayisən, bu sənə yaraşmaz!"- deyə müraciət olunur. Biz isə əməlimiz barəsində düşünür çox vaxt nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı buraxaraq işimizin doğru olub- olmadığı barədə tərəddüd edirik.
Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: "Kərbəla müsəlmanlar üçün ibrət və qayıdış (tövbə) məkanı, qeyri- müsəlmanlar üçün isə adi səyahət yeridir. Amma əsl həqiqətdə belə müqəddəs torpaq mənəviyyatdan azca anlayışı olan hər insan övladının ziyarətgahına və onunla bərabər tövbə məkanına çevrilməlidir". (Mahmud Əqqad, "Əbüş- şəhid", səh 144.)
http://sual.nur-az.com/az/
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Namaz dinin sütunudur (1) , insanla Mövla arasında olan ən möhkəm rabitədir. Mömin namazla tanınar və onun nərdivanıyla İlahi ərşinə yüksəlib ona yaxın olmağa qədəm qoyar.(2)
Namaz, Allahla rabitə yolu və Peyğəmbərin (s) gözünün nurudur.(3) Namaz Peyğəmbərlərin ilkin və sonuncu sifarişidir.(4) Namaz pis və çirkinlikdən ayırandır. (5) Hətta ruhsuz və naqis namaz insanla günah arasında olan bir maneədir. (6)
"Müaviyə ibni Vəhəb" İmam Sadiq (ə)- ın yaxınlarındandır ki, o Həzrətdən soruşur: Ən yaxşı şey ki, insanları Allaha yaxın edir və Allah yanında ən yaxşı iş nədir?
Həzrət buyurur:
«ما اعلم شیئا بعد المعرفه افضل من هذه الصلوه»
"Allahı tanıdıqdan sonra, namazdan fəzilətli bir şey bilmirəm".(7)
Əgər Hüseyn ibni Əlinin (ə) inqilabı haqqın bərpa olması, İlahi dinin qorunub- saxlanması və xurafatlardan azadlıq və zülmkar insanlardan qorumaqdırsa, İlahi dinin sütunu da namazdır:
Bəs nə üçün dinin və Məhəmməd (s) şəriətinin mühafizəçisi, Kərbəla vaqiəsində dinin sütununu din düşmənlərinin amansız hücumları qarşısında eşq namazını qılmaqla möhkəm və payidar etməsin? "Əbu Səmamə Seydavi" (ki, oz Mövlası Hüseynin (ə) məhəbbətindən ayaqlarıyla başı arasında fərq qoymur) Aşura günü günorta vaxtı düşmənin sıx mühasirəsi zamanı, İmama yaxınlaşaraq zöhr namazının vaxtının çatmasını bildirir; arzu edir ki, İmamla namaz qıldıqdan sonra, öz Rəbbinin hüzurunda hazır olsun. İmam Hüseyn (ə) onun cavabında buyurur: "Sən namazı mənim yadıma salırsan, Allah səni namaz qılanlar sırasında qərar versin".(8)
İmam Hüseyn (ə) və onun yaxınlarından bir dəstəsi, düşmən tərəfindən yağan oxlar qarşısında zöhr namazlarını qıldılar və o Həzrətə sadiq olan insanlardan bir dəstəsi isə namaz vaxtı qana boyanaraq torpağa düşdülər bu halda şəhid olub İlahi görüşə tələsdilər.
Aşura gecəsi o həzrətin və onunla birlikdə olan insanların Quran oxumaq, munacat və ibadət səhnəsi, bəndəliyin ən gözəl nişanəsidir. Əba Əbdullah namaza olan eşq və Allahla sirləri necə paylaşmaq dərsini atasından öyrənmişdir. İbni Abbas, Siffeyn döyüşünün ən çətin anlarında, o həzrəti (ə) gördü ki, başını göyə tərəf qaldırıb nə isə gözləyir. Soruşdu: Ey Əmirəl möminin! Bir şeydən nigaranmısan? Buyurdu: Bəli, namaz vaxtının çatmasını gözləyirəm. İbni Abbas dedi: Belə bir qorxulu vaxtda döyüşdən əl çəkib namaz qılaq?
Əmirəl möminin (ə) buyurdu:
«إنما قاتلنا هم علی الصلوه»
(biz namaz üçün onlarla döyüşürük) həqiqətən bizim rəhbərlərimiz döyüş və cihad səhnəsində də namaz üçün bu cür dəyər qail olmuş və bir sözlə o çətin anlarda namazı bərpa etmişdirlər. Aya bizim namazda tənbəllik etməmiz (ki, rahatlıqda və o çətin səhnələrdən kənarda) rəvadırmı? Aya məntiqli və qəbul edilməlidir ki, o pak və böyük məsiyyətlərə qarşı eşq və məhəbbətli olduğunuzu iddia edib özümüzü onların davamçısı bilək, o halda ki, namaz onların hər bir işlərinin əvvəlidir və bütün onların fədakarlıq, döyüş və cihadları onu yaşadıb payidar saxlamaq üçündür, öz həyatımızda onun üçün həqiqi bir yer ayırmayaq?!
Özümüzdən soruşaq namaz, dua və İlahi kitabın oxunmasında hansı nişanə və ləzzət gizlənmişdir ki, İmam Hüseyn (ə) bir ah həsrətini düşmən ürəyində qoyub və onun "həyhat minnəz- zillət" şüarı (ki, eşq lövhəsində qanla yazılaraq göylərdə asılmış və bütün dünya bundan azadlıq, inqilab və payidarlıq dərsi alır). Tasua (doqquzuncu gün) günü, günortadan sonra münafiq qoşununu İmamın xeymələrinə tərəf üz tutduraraq müharibəyə hazır oldular.
Qeyrətli qardaşı Abbası onların yanına göndərib və ona buyurdu: Əgər mümkündürsə döyüşü səhərə kimi təxirə sal və sonra buyurdu:
"Bəlkə bu gecə Rəbbimiz üçün namaz qılaq və onun dərgahında dua edib və bağışlanmağımızı istəyək. Allah bilir ki, onun üçün namaz qılmaq və onun kitabını oxumağı, dua və bağışlanmağı diləməyi sevirəm."(9)
Namaz, dua və Allahla rabitə yaratmaq nə qədər əzəmətlidir ki, İmam Hüseyn (ə) bunun üçün, düşməndən döyüşün təxirə salınmasını istəyir.
1. Mizanul- hikmət, cild 5, səh 368, hədis 10243.
2. Həmin, hədis 10238.
3. Həmin, səh 367, hədis 10235.
4. Həmin, hədis 10234.
5. Ənkəbut surəsi, ayə (29) ayə 45.
6. Mizanul hikmət, cild 5, səh 371, hədis 10254.
7.Həmin, səh 369, hədis 10245.
8.Biharul- ənvar, cild 45, səh 21.
9.Biharul- ənvar, cild 44, səh 392.
http://sual.nur-az.com/az/
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Həmçinin, nəfsi təmizləmə və tərbiyə yolları, şəri qanunların hədəfləri və bunlarla bağlı hökmlər, Allaha həmd-səna, münacat və bir çox məsələlər, o cümlədən hökumətin idarə edilmə qaydaları və kriteriyaları da bu dəyərli kitabda bəyan edilib.
Bu dəyərli kitab islam tarixinin həqiqi aynasıdır. Xüsusilə də Məhəmməd peyğəmbərdən (s) sonra baş verən hadisələr, imam Əlinin (ə) xilafəti dövründə baş verən hadisələr və imamın (ə) bu hadisələr qarşısında nümunəvi davranışlarına dair gözəl məlumatlar var.
Bütün müsəlmanların bu kitabdan öz dini işlərində, nəfslərini təmizləmə prosesində faydalanmaları aşkardır. Hər kəsə, xüsusən gənclərə tövsiyə edirəm ki, bu kitabı oxumaqda və təfəkkür etməkdə xüsusi diqqət göstərsinlər. Bir bölümünü əzbərləsinlər. İmam Əliyə (ə) sevgi bəsləyib, "kaş ki, onun zamanında yaşasaydım, nəsihətlərini eşitsəydim, hidayətindən bəhrələnsəydim və onun yolunda hərəkət etsəydim" deyənlərə arzularını reallaşdırma fürsəti verir.
İmam Əli (ə) Cəməl döyüşündə belə buyurur: "Bu döyüşdə elə şəxslər mənim yanımda vardır ki, hələ atalarının belində və analarının rəhmində deyillər."
İmamın (ə) məqsədi o kəslərdir ki, İmamın (ə) yolunda və hüzurunda olmaq arzularında səmimidilər. Bu kəslər qiyamət günü hər qövm öz rəhbərləri ilə məhşur olduqları zaman, Allahın vəli qulları ilə məhşur olacaqlar. Onlar İmam Əlinin (ə) haqq təlimləri mövzusunda ən kiçik tərəddüdə düşməyiblər, ən kiçik bəhanə gətirməyiblər, bağlılıqlarını əməlləri ilə təsdiqləyiblər.
Müsəlman rəhbərlər İmam Əlinin (ə) onlar haqqında göstərdiyi vəzifə və məsuliyyətləri yerinə yetirməlidirlər. Davranış və hərəkətlərində Həzrəti (ə) addım-addım izləməlidirlər! Özlərini İmam Əlinin (ə) təyin etdiyi valilər və təmsilçilər kimi görməlidirlər!
Uca Allahdan əlimizdən tutmasını və bizi hidayət yolunda sabitqədəm etməsini, nəfsani arzulardan uzaqlaşdırmasını istəyirik. Çünki müvəffəqiyyət və qələbə Allahın əlindədir."
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir-birlərinə səmimi rəftardan və bir-birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət adlandıraraqonların möhkəm və davamlı olması üçün hər iki tərəf barədə müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki Allah taala bütün hüquqlar üçün müəyyən vəzifələr də təyin etmişdir. Sualı nəzərə alaraq qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:
1). Kişinin ailə başçılığını qəbul etmək:
Əgər ailədə hər hansı bir problem yaranarsa nəhayət onu kişi həll etməlidir. Əlbəttə, kişinin bu hüququ ona bundan sui-istifadə etməyə icazə vermir. Əksinə kişi bütün çətinliklərin müqabilində öz səbrini və gözəl əxlaqını əldən verməməlidir.
2). Qadın kişinin müqabilində daha təmkinli olmalıdır:
Qadın öz ərinin bütün cinsi və şəhvət istəklərini fiziki və pisixi hazırlığını nəzərə alaraq sözsüz ödəməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (heyz, xəstəlik və s.) bu məsələdə üzürlü hesab olunur.
3). Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olaraq onunla getməlidir.
Əgər kişi bu məsələ qadına seçim ixtiyarı verərsə, kişinin məskunlaşdığı yer qadının iffətinə xələl gətirərsə, qadının ictimai imicinə xələl gətirərsə, qadına fiziki və psixi təsir göstərərsə bu zaman qadın ixtiyar sahibidir. Kişinin bu vəziyyətdə onu məcbur etmək hüququ yoxdur.
4). Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsinin şərt olması:
Qadın bu məsələdə birbaşa kişinin ixtiyarındadır və ondan icazəsiz heç bir addım ata bilməz. Amma əgər dini vəzifəsini yerinə yetirmək üçün və ya (məsələn: həccə getmək, həkimə getmək və s.) ərindən icazə alması qalması onun canına, iffətinə və şərafətinə xələl gətirərsə, qadın evi ərindən icazəsiz tərk edə bilər.
5). Qadın işləmək istədiyi kollektiv üçün ərindən icazə almalıdır.
Əgər kişi icazə verməsə, qadının işləmək hüququ yoxdur.
İndi isə suala bir az da ətraflı surətdə cavab verək
Allah taala qadın və kişini elə yaratmışdır ki, onların biri olmasa nə davam, nə də bəşəriyyətin sağ qalması mümkündür. Əgər onların ikisindən biri olmasa, onların heç birinin ehtiyacları ödənilmiş olmur. Hətta, belə olan halda dini və pisixi təkamülün baş verməsi – istər fərdi və ya ictimai – mümkün deyil. Elə bil ki, bu iki varlıq bir kamil vücudu təşkil edir. Əgər bunların ikisindən biri olmazsa təkamülün olması mümkün deyildir.
Allah taala qadının və kişinin yaradılışında hüquq və vəzifə baxımından elə fərqlər təyin etmişdir ki, onlar öz təkamülünü əldə edə bilər. (Bəqərə surəsi, ayə 233, Nisa surəsi, ayə 4, Nəhl surəsi, ayə 72- 21.) Bundan əlavə psixi və fiziki fərqlərlə onları bir ailədə ortaq həyat sürərək dünya və axirət səadətinə çatmağa sövq etmişdir. Bir sözlə ilahinin qadınla kişi arasında yaratdığı fərq, onların ortaq həyatda yaşayıb təkamülə çatmasına xidmət edir. Onlar bu fərqlərlə bir-birinin ehtiyacını ödəyir, dünya və axirət evlərini abad edirlər.
Kişi və qadının hüququ vəzifəsi üç baxışdan: Fiqh, Əxlaq və hüquq (1) anlamlarından din alimlərinin geniş mövzusu olmuşdur. Bu mətində əsas sual qadının ərinin müqabilində dini vəzifəsi barəsindədir. Bu yerdə əxlaq da psixologiya baxımından hüquq və vəzifə sayıldığı üçün onu da qeyd edirik.
Bunu da qeyd edək ki, qadının fiqh elmi baxımından ərinin qarşısında olan vəzifəsi hüquq elmi baxımından olan vəzifəsi ilə elə də fərqli deyildir. Amma biz burada qadının əxlaq və hüquq baxımından olan vəzifələrini xülasə şəkildə qeyd edəcəyik.
Qadının əxlaq baxımından ərinin qarşısında olan vəzifəsi:
Qadının əxlaq baxımından olan vəzifəsini hədislərə istinad edərək iki dəstəyə bölmək olar. Yəni kişinin ailədə olan dəyəri və əhəmiyyəti və qadının onun müqabilində ki vəzifəsi.
1). Kişinin ailədə olan dəyəri və əhəmiyyəti:
A). Peyğəmbərimiz (s) buyurmişdur: "Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər."
B). Kşinin qadının üzərində olan haqqı bütün haqlardan üstündür.
S). Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir.
Q). Qadının kişini əsəbləşdirmək hüququ yoxdur. Belə olarsa kişi ondan bezər.
V). Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir.
C). Əgər qadın ərinin qiymətini bilməsə onun üçün savab yazılmaz. (Məclisi, hilət- əl müttəqin, 6- cı fəsil, 76- 77- ci səhifələr.)
2). Qadının əxlaq baxımından ərinin müqabilində olan vəzifəsi:
A). Əgər qadın ərindən başqasına meyilli olarsa, Allahın yanında zinakar sayılır.
B). Qadın hətta dəvənin üstündə də olsa belə öz ərinin cinsi ehtiyaclarını ödəməlidir. Qadın gecə və gündüz ərinin ehtiyaclarını ödəməyə hazır olmalıdır. Buna hazır olmasa, mələklərin lənətinə düçar olacaqdır.
V). Qadın ərinin icazəsi olmadan müstəhəb oruc tuta bilməz. Əlbəttə, bunu misal olaraq qeyd etdik. Ümumiyyətlə, kişinin razılıq vermədiyi surətdə qadın müstəhəb əməllər edə bilməz.
Q). Qadının namazının uzun olması kişinin cinsi ehtiyaclarının ödənməsinə mane olarsa, savabı azalar.
S). Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz.
H). Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa, mələklər ona lənət yağdırır.
(Müctəhidlərin nəzərinə əsasən qadın ev işlərinə görə ərindən pul ala bilər.)
X). Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz. (Hilət əl-müttəqin 6- cı fəsil, 76- 79- cu səhifələr.)
Qadının hüquq və qanun baxımından vəzifəsi:
Qadının hüquq və qanun baxımından olan vəzifəsini iki yönümdən araşdıraq:
Birincisi; kişinin və qadının müştərək hüquqları və vəzifələri, ikincisi; qadının xüsusi vəzifəsi.
A). Ortaq vəzifələr:
1. Gözəl rəftar: Kişinin və qadının ümdə vəzifələrindən biri budur ki, ailədə xoş əxlaq, xoş rəftar və gülərüz olsunlar. Belə ki, ailədə pis rəftar etmək və əsəbilik yaxşı nəticə vermir.
2). Həmkarlıq: Kişi və qadın gərək ailənin bütün işlərində, xüsusilə ailənin xoşbəxtliyini təmin edən işlərdə bir-birləri ilə məsləhətləşməli və həmkarlıq etməlidirlər. Həmkarlığın ümdə şərtlərindən biri də budur ki, bu həmkarlıq zamana, məkana və camaat arasında olan lazımi adətlərə uyğun olmalıdır. Məsələn: Əgər camaat arasında evdarlıq, uşaq saxlamaq, ona süd vermək qadının və işləyib evə qazanc gətirmək isə kişinin öhdəsindədirsə, bu zaman onu sevə-sevə minnətsiz yerinə yetirməlidirlər.
3). Uşağın tərbiyə olunması: Kişi və qadın hər ikisi uşağın tərbiyə olunmasında məsuliyyət daşıyırlar. Onlar hər bir cəhətdən bu məsələ üçün əllərindən gələni əsirgəməməlidirlər.
4). Sadiqlik və vəfadarlıq: Qadın və kişi ömürlərinin sonuna kimi bir-birlərinə sadiq qalmalı və öz əhdlərinə vəfadar olmalıdırlar.
B). Qadının kişinin müqabilində xüsusi vəzifəsi:
1). Kişinin ailədə olan başçılığın qəbul etməlidir. Əgər ailədə hər hansı bir problemin həlli məsələsi irəli gələrsə, son sözü kişi deməlidir. Əlbəttə kişi bu vəzifəni hüsnü niyyətlə başa vurmalıdır. Onun bundan sui-istifadə etmək haqqı yoxdur. Buna heç bir şəri qanun yol vermir. Bütün işlər İslam dini çərçivəsində olmalıdır.
2). Qadın kişiyə nisbətən təmkinli olmalıdır.
Qadın kişinin bütün cinsi baxımından olan istəklərinə əgər psixi və fiziki hazırlığı varsa, cavab verməlidir. Əgər şəri və qeyri baxımdan üzürlü olsa, eybi yoxdur.
3). Kişi haranı özünə məskən və yaşayış yeri seçərsə qadında orada yaşamalıdır. Əgər kişi bu məsələdə qadına ixtiyar vermiş olarsa, qadın öz məskənini özü seçə bilər. Bundan əlavə, kişinin seçdiyi məskən qadının ictimai nüfuzuna, iffətinə və cisminə xələl gətirərsə bu zaman o, ixtiyar sahibidir.
4). Qadın evdən bayıra çıxmaq və ya evə kimisə dəvət etmək məsələlərində ərinə itaət etməlidir. Lakin, öz şəri vəzifəsini yerinə yetirmək üçün (məsələn, həccə getmək) evdən xaric olarsa, bu zaman ərinin icazəsi lazım deyildir.
Bundan əlavə, evdə qalmaq qadın üçün hər bir cəhətdən zərərli olsa, ərindən icazə almadan evi tərk edərək bayıra çıxa bilər.
5). Hər hansı bir kollektiv və ya müəssisədə işləmək üçün ərinin icazəsi əsas şərtdir.
Bura kimi qadının və kişinin məsuliyyəti qısa şəkildə izah edildi. Bundan sonrakı mövzumuzu kişinin ailədə olan məsuliyyətini izah edəcəyik.
Kişilərin qadınların müqabilində olan vəzifələri:
Kişinin qadının müqabilində olan vəzifəsi iki cəhətdən, əxlaq və hüquq baxımından açıqlanacaqdır.
A). Kişinin əxlaq baxımından vəzifəsi hədislərdə belə bəyan edilmişdir:
Qadınlarla yaxşı rəftar etməyin dəyəri:
a). Həyat yoldaşını sevmək Peyğəmbərin əxlaqıdır. (Ürvətül- vüsqa, mərhum Təbatəbai, Yəzdi, cild 2, nikah kitabı, səhifə 626.)
2). Qadınlara eşqini bildirmək və onlara qarşı məhəbbətini biruzə vermək onların heç vaxt yadından çıxmır.
3). Qadınların səhfini bağışlamaq və üz vurmamaq.
4). Qadınlarla xoş rəftar etmək və onlarla səmimi olmaq.
5). Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin.
6). Ən sevimli kişilər o kəslərdir ki, öz həyat yoldaşlarına çoxlu yaxşılıq edərlər.
7). Kişi Allahdan qorxmalıdır ki, "olmaya, öz həyat yoldaşının hüququna riayət etməyə və ona zülm edə".
Əxlaq baxımından vacib nöqtələr:
1). Kişi öz həyat yoldaşına xidmətçi kimi deyil, əksinə xanım kimi baxmalıdır. Ona gül kimi qiymət verməlidir ki, onun iyi və təravəti aradan getməsin. Ondan bacarmadığı işi tələb etməsin.
2). Gündəlik yaşayış üçün lazım olan məişət əşyalarının qadının ixtiyarında qoyulması. Məsələn: imkan qədər zəmanəyə uyğun elektrik malları, geyim, yemək və sair. Bayramlarda isə ona hədiyyə almağı unutmasın.
3). Ailənin mühüm işlərində qadınla məsləhətləşmək ailənin davamına bais olar.
4). Yaxınlıq zamanı bütün etika normalarına riayət etmək.
B). Hüquq baxımından olan vəzifələr:
Bu vəzifədə iki hissəyə ortaq və xüsusi vəfifələrə bölünür. Birinci hissə qadının və kişinin ortaq hüquqlarıdır.
Kişinin qadının üzərində xüsusi olan vəzifəsi və hüququ:
A). Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır.
1). Zamana və məkana uyğun olaraq gündəlik yeyinti mallarının hazırlanması.
2). Zamana və məkana uyğun olaraq geyim əşyalarının hazırlanması.
3). Zamana və məkana uyğun olaraq bəzək əşyalarının hazırlanması.
4). Zamana və məkana uyğun olaraq yaşayış yerinin (ev), hazırlanması.
5). Ev əşyalarının və məişət əşyalarının kişi tərəfindən hazırlanması.
6). Əgər zaman və şərait tələb edərsə, evdə xidmətçinin olması.
7). Qadının bütün xəstəliklərinin dəvası üçün lazım olan hər bir şey kişinin öhdəsindədir.
B). Kişinin qadınla yaxınlıq zamanı öhdəsinə düşən vəzifə:
Bu mövzuda qanun susaraq öz yerini gözəl rəftara və əxlaqa verir.
Amma müctəhidlər bu məsələyə iki prizmadan yanaşırlar:
1). Qadının kişinin üzərində olan vəzifəsi budur ki, qadın bakirə olarsa, toydan sonra kişi gərək onun yanında yeddi gün qalsın. Əgər kişinin ondan başqa üç arvadı varsa dörd gündən bir dəfə onun yanında qalmalıdır. Yəni hər gün bir arvadın yanında qalsın.
2). Cinsi yaxınlıq: Kişinin dörd ayda bir dəfə öz xanımı ilə yaxınlıq etmək hüququ var.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
تو خود حجاب خودى، حافظ از ميان برخيز!
“Sən özün öz hicabınsan, Hafiz, aradan qalx!”
Lakin bu iş müntəzəm məşqlər etmək, ruhi tərəqqiyə nail olmaq, Allahdan kömək diləmək və Allah övliyalarına təvəssül etmək sayəsində mümkündür. Bəli, bəli! Nə qədər ki, Allahdan qeyrisinə sevgi ot-alağı kökündən ürəkdən qoparılmayıb, Ona məhəbbət tingi inkişaf edib artmayacaqdır.
Allah övliyalarından birinin başına belə bir hadisə gəlir: Nəql edirlər ki, o, cavanlıq çağlarında qəhrəman pəhləvanlar sırasında imiş. Bir gün bu cavan pəhləvana sultanın qədim və şöhrətli pəhləvanı ilə güləşməyi təklif edirlər. Pəhləvanlar camaatın toplaşdığı güləş meydanında qurşaq tutmağa hazırlaşırlar. Sonradan qədim pəhləvanın anası cavan pəhləvanın yanına gəlib qulağına deyir: “Ey cavan! Belə görünür ki, sən bu meydanın qalibisən. Bir ömürdən sonra ləyaqətimizin alçalmasına və çörəyimizin kəsilməsinə bais olma!”
Cavan pəhləvanın daxilində "ənaniyyət" və şah-şöhrət qazanmaqla ad-sanı, şərəf və ləyaqəti ayaq altına qoymaq arasında ağır çəkişmə başlayır. Nəhayət o, öz qərarına gəlir: Müsabiqənin həlledici anında güzəştə gedir, rəqib onun kürəyini yerə vurur və camaatın gözündə xar olur.
İndi onun özündən eşidin: "Kürəyim yerə dəyən zaman qəflətən gördüm ki, hicablar gözümün önündən çəkildi, haqqın təcəlliləri qəlbimdə nur saçmağa başladı. Qəlb gözləri ilə nəyi görməliydimsə, görməyə başladım."
Bəli... Bu bütü sındırmaqla tovhidin əsərləri üzə çıxır.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Firui-din insanın cismani aləminin tərbiyəsi və mühafizəsi üçün qoyulmuş qanunlardır. Burada göstərilən on maddənin ətrafında çox böyük məsələlər var ki, onların bu kitabda yazılmasına imkan yoxdur. Bu maddələr dünyada insanın işlərini, hərəkətini, rəftarını, davranış qaydalarını, yoldaşa, dosta, özgəyə və cəmiyyətə münasibəti öyrədir. Bu barədə Qurani-Kərimdə həddən ziyadə ayələr, Peyğəmbər və imamların dilindən külli miqdarda hədislər vardır. Bunların hamısı kamil insan yetişdirmək məqsədini güdür; bunlar islamın əxlaq normalarıdır. Əgər insanlar bu normalara əməl etsələr, dünyada misli görünməmiş saf bir cəmiyyət əmələ gələr. Bunlardan bəzisinə nəzər salaq. Əhkami-xəmsə, beş hökm deməkdir. İnsanın bütün işləri və əməlləri beş qismə ayrılır.
1. Vacib; bunlar o əməllərdir ki, Allah-taala onların icrası üçün insanlara əmr edib. Hər kəs belə əməllərdən eləsə, Allah-taala onun üçün savab yazar, Behişt vəd edər, tərk etsə günah yazar, Cəhənnəm vəd edər Firui-dinin bütün maddələri vacib əməllərdir.
2. Haram; bunlar vacibin əksi olan əməllərdir, yəni elə əməllərdir ki, Allah-taala onların tərkini əmr edib. Hər kəs belə əməlləri tərk etsə, Allah-taala onun üçün savab yazıb Behişt vəd edər, icra etsə, günah yazıb Cəhənnəm vəd edər. Məsələn, şərab içmək, zina və ləvat etmək, qumar oynamaq, adam öldürmək, qeybət etmək və i.a. Bunlar haramdır, icra etməyi də günahdır.
3. Müstəhəbb; bunlar o əməllərdir ki, onların icrası üçün Allah-taala savab yazar, Behişt vəd edər, lakin tərk etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, namazdan sonra təqib duaları oxumaq, gecə namazı qılmaq, müsəlman meyitinin dəfni mərasimində iştirak etmək, Rəcəb və Şaban aylarında oruc tutmaq, xəstə müsəlmanlara baş çəkmək, yoxsul müsəlmanlara əl tutmaq, qonağa hörmət etmək (hətta əgər kafir olsa da), müsəlmanların istifadəsi üçün quyu qazmaq, su çəkmək, yol düzəltmək, ağac əkmək (bunlara baqiyatus-salihat, yəni baqi olan xeyr işlər deyərlər), əhli-qəbristanı ziyarət etmək və i.a. Bu cür əməllərə müstəhəbb və ya sünnət deyərlər. Belə əməllərin sayı həddən ziyadədir.
4. Məkruh; bu müstəhəbbin əksidir, yəni o əməllərdir ki, onları tərk etmək üçün Allah-taala savab yazar. Behişt vəd edər, lakin icra etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, qəbristanda və ya it olan evdə namaz qılmaq, at və eşşək əti yemək, meyyiti dəfn etməzdən qabaq yalqız qoymaq, meyyitə kətan parçadan kəfən biçmək, kəfəni dəmir alətlə (məsələn, qayçı və ya bıçaqla) kəsmək və s... Bu cür işlərə məkruh deyirlər.
5. Mübah; bunlar o əməllərdir ki, onları istəyirsən icra et, istəyirsən tərk et, Allah-taala nə savab yazar, nə günah, nə Behişt vəd edər, nə də Cəhənnəm. Məsələn, uzanmaq, yatmaq, durub gəzmək, Orucluq günü olmayan vaxtda halal və pak su içmək və ya çörək yemək, adamlarla adi söhbət etmək (bu şərtlə ki, qeybət və hərzə söz olmasın) və s. Bunlar mübah əməllərdir. Buradan məlum olur ki, insanın hər bir işi bu beş qismdən biri olar. Bunlar əhkami-xəmsə adlanır. İnsan gərək hər bir əməlində bilsin ki, bu əməl əhkami-xəmsənin hansı birindəndir; bilməsə, ola bilər ki, savab əvəzinə günah qazansın. Məsələn, savab qazanmaq məqsədilə Orucluq bayramı və ya Qurban bayramı günündə oruc tutan şəxs, əksinə günah qazanar; çünki bu günlərdə oruc tutmaq haramdır. Hər müsəlmana birinci növbədə vacib olan əməllər firui-dinin on maddəsidir. Bunlardan başqa yenə də vacib əməllər var; məsələn, ata-anaya itaət və onlara himayə etmək, qohumları, yaxın əqrəbanı yad etmək, onlardan xəbər tutmaq (buna siləyi-ərham deyərlər) və s. Bunların hamısını burada yazmağa imkan yoxdur. İndi də haram şeylər haqqında müxtəsər məlumat verək ki, müsəlman qardaş-larımız özlərini Allah-taalanın qəzəbindən və Cəhənnəm əzabından xilas etmək üçün bu əməlləri tanıyıb, onlardan ictinab (pəhriz) etsinlər. Günah və haram sayılan əməlləri iki qismə ayırırlar. Bunlardan bir qisminə «Günahi-kəbirə», yəni böyük günah, o birinə «Günahi-səğirə», yəni kiçik günah deyirlər. Hərçənd günahın böyüyü və kiçiyi yoxdur, çünki günah deyilən şey Allah-taalanın əmrindən çıxmaq, ona etina etməmək, ona qarşı ədəbsizlik etmək deməkdir. Və eyni zamanda hüquqi cəhətdən də günah fərqlənərək iki digər hissələrə bölünür:
1. «Həqullah günahlar» yəni Allahın əmrindən çıxıb vacib ediklərinə əməl etməmək və ya haram edib çəkindirdiyi şeylərə əməl etmək. Bu günah bir başa Allahla bəndə arasında olduğundan və digər insanlara aidiyyəti olmadığından Allahın haqqı olan günahlar adlanır. Məsələn: Namaz qılmamaq, Oruc tutmamaq, Şərab içmək və s..
2.
«Həqqunnas günahlar»dan məq-səd isə ictimaiyyətdə bir şəxsin başqasına etdiyi
zülmdən irəli gələn günahlardır. Məsələn: Qeybət etmək, başqasını məsxərə
etmək, aldatmaq və s.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
"Mehriyyə" və "nəfəqə"
Ailədaxili münasibətlərdə mövcud olan qədim ənənələrdən biri, evləndiyi zaman kişinin öz əmlakından gələcək həyat yoldaşına və ya qayınatasına bağışladığı «mehriyyə» adlı hədiyyə olmuşdur. Bundan əlavə, kişinin öhdəsinə düşən digər ən mühüm vəzifələrdən biri də ailənin yaşayış xərcini təmin etmək idi.
Görəsən, bu adət nəyə
əsaslanır? Hansı amillər onun yaranmasına səbəb olmuşdur? Əgər qadın və kişi
hər biri öz təbii hüquqlarını əldə ediblərsə, aralarında humanist münasibət
qurulubsa və qadına olan baxış insani dəyərlərə söykənibsə, kişinin qadına
«mehriyyə» verməsinə və ya ailənin yaşayış xərcini təmin etməsinə ehtiyac
varmı? Uzun bir zamanı əhatə edib, bizim dövrə kimi gəlib çıxan «mehriyyə» və
ailənin yaşayiş xərcinin təmini sizcə qadının kişiyə qul olduğu dövrlərin
yadigarı deyilmi? Halbuki 20-ci əsrin aktual məsələsi olan «İnsan hüquqlarının
bərabərliyi» iqtisadi məsuliyyətin yalnız kişi tərəfindən deyil, həm də qadın
tərəfindən öhdəçiliyini tələb edir.
Mehriyyənin qısa tarixi
Alimlərin nəzərinə əsasən, hələ tarixdən öncə insanlar qəbilə və tayfa
şəklində yaşadıqları zaman məlum olmayan səbəblər üzündən qan qohumları ilə
evliliyə yol verilməzdi. Buna görə də evlənmək yaşına çatan qəbilə cavanları
ailə qurmaq üçün qızı başqa qəbilələrdən seçmək məcburiyyətində qalardılar. Bu
dövrlərdə kişi, nəsli davam etdirməkdə ifa etdiyi rolundan xəbərsiz idi.
Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk
edə bilmirdi və uşaqların dünyaya gəlməsindəki rolundan xəbərsiz olduğu üçün
onları yalnız ananın övladı hesab edirdi. Digər tərəfdən təbii ki, uşaqlar da
özlərini ananın övladları hesab edirdilər. Beləcə soy, kişi tərəfindən deyil,
qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi,
evləndikdən sonra tüfeyli bir varlıq kimi qadının tayfası arasında ömür
sürərdi. Qadın, kişinin yalnız qol gücündən və bəzən də cinsi ehtirasının
təminçisi kimi ondan bəhrələnərdi. Bütün hüquqlara ancaq qadınların malik
olduğu bu dövr, tarixdə «Matriarxat» dövr kimi adlandırılıb.
Çox keçmir ki, kişi, uşaqların dünyaya
gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu
vaxtdan etibarən qadını tamamilə özünə tabe edib, ailənin başçılığını öz
ixtiyarına alır. Bu ikinci mərhələ isə tarixdə «Patriarxat» dövrü adlanır.
Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də qan qohumları ilə evliliyə
icazə verilmirdi. Odur ki, oğlanlar qızı başqa qəbilədən seçib, öz qəbilələrinə
gətirərdilər. Amma qəbilələr arasında daim baş verən döyüşlər üzündən oğlanlar
gələcək həyat yoldaşını qaçırmaq məcburiyyətində qalırdılar. Tədricən,
qəbilələr arasında sülh bərqərar olur və qəbilələr dinc həyat tərzini sınaqdan
keçirirlər. Bu dövürdə qızqaçırma adəti aradan qalxır. Lakin digər tərəfdən
başqa qəbilənin qızı ilə evlənmək istəyən şəxs üçün yeni bir öhdəçilik üzə
çıxır: o, bir müddət qızın atasına muzdurluq etməli idi! Məhz bu müddət başa
çatıqdan sonra ata qızını oğlan evinə yola salardı.
Bu adət, ictimai rifahın yüksəldiyi dövrə qədər sürür.Bu məqamda kişi anlayır
ki, uzun illər qızın atasına muzdurluq etməkdənsə, ona münasib bir hədiyyə
verib, qızı öz evinə aparsın. Beləcə bu əməl, mehriyyənin yaranmasına səbəb
olur.
Patriarxat dövrünün matriarxat dövrünü əvəz etməsi, kişinin qadın
üzərində tam ixtiyar sahibinə çevrilməsi və ondan cinsi ehtirasının təminçisi
kimi istifadə etməsi qadının ictimai və iqtisadi məsuliyyətinin əlindən
alınması ilə nəticələnir. O, öz hüquqlarından o dərəcədə məhrum olur ki, əldə
etdiyi zəhmət haqqına belə ya əri, ya da atası yiyələnir. Əslində isə kişinin
mehriyyə olaraq qayınatasına verdiyi pul və ya ailədə ödədiyi yaşayış xərci,
birgə ailə həyatında bir növ qadının iqtisadi istismarına xidmət edirdi.
İslam hüququ baxımından mehriyyə
Lakin bəşər
tarixində sosiloqların toxumadığı başqa bir mərhələ də mövcuddur. Bu mərhələdə
kişi evləndiyi vaxt, mehriyyəni (nikah hədiyyəsi) şəxsən qadının özünə təqdim
edir və heç kim, o cümlədən qızın valideynləri həmin hədiyyəyə şərik
deyildirlər. Bu mərhələnin digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki,
qadın, ona verilən hədiyyənin sahibi kimi tanımaqdan əlavə, onun ictimai və
iqtisadi hüquqları da qorunur. İlk öncə o, atası və ya qardaşının istəyi ilə
deyil, şəxsən özü gələcək həyat yoldaşını seçir. İkincisi, istər ata evində,
istərsə də ər evində heç bir şəxsin onu istismar edib, qazancını əlindən almağa
ixtiyari yoxdur. Üçüncüsü, onun hüquqi müamilələrində ərin qəyyumluğuna ehtiyac
duyulmur və s.
Bu mərhələdə habelə, qadınla intim əlaqə yalnız
evlilik çərçivəsində məhdudlaşır və mehriyyədən əlavə, kişi, evlilik müddəti
boyunca ailənin yaşayış xərcini də təmin edir.
Bu mərhələ, İslam dininin qəbul etdiyi və həmin şərtləri evlilik üçün
təyin etdiyi bir mərhələdir. Qeyd olunan şərtlər haqqında İslamın əsas mənbəyi
olan müqəddəs kitabımız Qurani-Kərimdə çoxlu ayələr və eyni zamanda
məsumlarımızdan rəvayət olunan hədislərimiz vardır.
Məhz bu mərhələdədir ki, qadının «mehriyyə» və yaşayış xərcinin təmini
məsələsi barədə anlaşılmazlıq yaranır. Belə ki, öncəki mərhələlərdə mehriyyə,
qızın atasına verilir, qız isə ər evinə aparılaraq bir qul kimi istismar
olunurdu. Bu halda mehriyyənin fəlsəfəsi, qızın atadan pulla alınmasından,
yaşayış xərcinin fəlsəfəsi isə hər bir sahibkarın öz qulu üçün ödədiyi zəruri
xərclərdən ibarət olurdu. Əgər qızın atasına müəyyən məbləğ verib, qızını
almırlarsa, ərin qadını istismar etmək hüququ yoxdursa və qadın iqtisadi və
hüquqi baxımdan tam azaddırsa, hətta həyat yoldaşının qəyyumluğuna belə
ehtiyacı yoxdursa onda mehriyyə və yaşayış xərcinin zəruriliyi nədən ibarətdir?
Mehriyyənin həqiqi fəlsəfəsi
Bizim nəzərimizcə mehriyyə, qadın və kişi münasibətlərini tarazlaşdırmaq
və onları bir-birinə qovuşdurmaq üçün atılan ən münasib addımlardan biridir.
Sevgi, duyğu məsələsində təbiət etibarı ilə qadın məşuqə, kişi isə aşiq rolunu
ifa edir. Ariflər eşq və aşiq-məşuq qanununun bütün kainatda hökm sürdüyünü
bildirirlər. Təbii ki, hər bir varlığın özünəxas vəzifəsi vardır. Sanki xaliq,
gözəlliyi, qüruru, zərifliyi, zahiri ehtiyacsızlığı qadına, aşiqliyi və
ehtiyacı isə kişiyə bəxş etmişdir. Beləliklə, qadının fizioloji gücsüzlüyü,
kişinin güc-qüvvətinin müqabilində belə bir şəkildə tarazlaşmışdır. Elə bu
fərqlərə əsasən də həmişə - həm matriarxat və həm də patriarxat dövrlərdə -
kişi qadına elçilik etmiş və onun razılığını qazanmaq üçün ona hədiyyə
bağışlamışdır.
Nə üçün həmişə kişilər hansısa bir qadına sahib
çıxmaq üçün bir-biri ilə rəqabət aparırlar? Halbuki, belə bir hallara qadınlar
arasında ya heç rast gəlinmir, ya da çox azdır. Beləcə bütün bu misallar, bizə
qadın xarakterindəki həya və ismətdən xəbər verir. Mehriyyə də qadın təbiətinə
- onun həya və ismətinə söykənir. Yəni qadın, öz təbiətindən ilham alaraq dərk
etmişdir ki, o, öz izzət və qürurunu qorumalı və özünü ucuz tutmamalıdır.
Qarşılıqlı münasibətlərdə də qadının kişiyə
qoyduğu təsir, kişinin qadına qoyduğu təsirdən daha çoxdur. Kişi,
igidlik, qəhrəmanlıq, alicənablıq, dahilik və s. bu kimi bir çox müsbət
keyfiyyətlərin onda formalaşmasında məhz qadına - onun ismət və həyasına -
borcludur. Bir sözlə həqiqət bundan ibarətdir ki, kişini, ümumiyyətlə,
cəmiyyəti «yaradan» və formalaşdıran qadındır! Əgər qadın, bu mühüm
xasiyyətini, yəni ismət və həyasını istərsə, ilk öncə o, qadınlığını itirmiş
olur. Sonra isə kişi, tədricən öz kişilik məsuliyyətini unudur və nəhayət
,cəmiyyətin özülü uçulub, aradan gedir.
Qurani-Kərimdə mehriyyə
Müqəddəs kitabımız Qurani-Kərimdə də mehriyyə
məsələsinə toxunulubdur. Nisa surəsinin 4-cü ayəsində xüsusi bir incəlik və
dəqiqliklə buyurulur:
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً...«Və
qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi
verin...»
Qurani-Kərim bu ayədə 3 əsas məsələyə toxunur:
- ilk öncə mehriyyəni «səduqə» adı ilə
xatırlayır. «Səduqə» sözünün kökü «sidq», yəni doğruluq və düzgünlük deməkdir.
Bəs mehriyyə bir növ kişinin məhəbbət və duyğularının doğruluğunun göstəricisi
və simvoludur.
- «səduqə» sözünə «hunnə» şəkilçisini
artırmaqla, mehriyyənin yalnız qadının özünə aid olduğunu bildirir.
- ayədə gətirilən «nihlə» sözü mehriyyənin
«hədiyyə»dən savayı bir şey olmadığını açıqcasına bildirir.
Qeyri qanuni və qeyri şəri evliliklərdə hədiyyə
Qeyd etdiklərimizə bunu da əlavə etmək mümkündür
ki, yalnız qanuni və şəri evliliklərdə deyil, hətta qeyri-qanuni evliliklərdə,
dırnaqarası azad sevgilərdə də kişi qadına müəyyən hədiyyələr bağışlayır.
Məsələn, kişi, öz sövqi-təbiiliyi ilə anlayır ki, qadınla birgə əyləşib
yedikləri yeməyin, içdikləri çayın xərcini məhz o ödəməlidir. Deməli, kişinin
əylənməsi üçün əsas şərt, pul və maddi imkanın olmasıdır. Bu isə qadının
növbənöv hədiyyələrə sahib olması deməkdir. Göründüyü kimi hədiyyə bağışlamaq
həm qanuni, həm də qeyri-qanuni evliliklərdə mövcuddur. Bu da qadın və kişinin
müxtəlif xarakterlərə malik olduğunu göstərir.
Müasir dünyada «İnsan hüquqlarının bərabərliyi»
şuarı altında ailə üzvlərinin hüquqları da özünün təbii axarından çıxarılıbdır.
Belə ki, təbiət qanunun əksinə olaraq iki müxtəlif yaranışlı cinsi, yəni qadın
və kişini, eyni və oxşar vəzifələrlə yükləməyə çalışırlar. Bundan əlavə rəsmi
nikahlarda «mehriyyə» ünvanında qadın üçün heç bir hədiyyə nəzərdə tutulmur və
yaşayış xərcini təmin etməkdə qadın da məsuliyyət daşıyır.
Son olaraq bunu qeyd edə bilərik ki, mehriyyə, qadın və kişinin fərqli
təbiətlərə sahib olmasının göstərcisidir.
Ad: hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Musiqinin cəmiyyətdə fövqəladə şəkildə yayılması insanların onu düzgün qiymətləndirməsinə mane olur. Hətta pisliyini hiss edə bilmir. Həyat tərzinə çevrilmiş bir işin yaxşı-pisliyini dəyərləndirmək üçün böyük diqqət və ağıl tələb olunur. Amma həqiqətpərəst və bəsirətli insanlar ətraflarındakı gerçəklikləri daim dəqiq dəyərləndirməyə çalışmışlar. Musiqi bir neçə baxımdan araşdırılmalıdır.
1. Kolumbiya universitetinin professoru doktor Volf Adler musiqinin insan orqanizminə və sinir sisteminə zərərləri haqqında deyir: “Ən könül oxşayan musiqilər belə insanın sinir sisteminə mənfi təsir edir. İsti havada dinlənilən musiqinin xüsusi ilə mənfi təsiri var.” Məşhur fransa fizioluqu doktor Aleksis Karl yazır: “Əyləncə ilə ötüşən ömürdən məntiqsiz bir şey yoxdur. İnsanın ağıl və düşüncəsi spirtli içkilərin təsirindən, bir sözlə, ölçü-biçisiz adətlərin təsiri səbəbindən zəifləyir. Düşüncə böhranında televiziya və radionun öz payı var.”
2. Narkotik maddələrin qadağan olunmasının əsas səbəbi bu maddələrin insanı təbii halından çıxarmasıdır. Musiqidə də belə bir xüsusiyyət vardır. Musiqi dinləyən insan təbii halından çıxır, onda ətrafa diqqətsizlik yaranır. Kimi əsəblərini narkotik maddələrlə sakitləşdirir, kimi də musiqi ilə” hər iki halda insanın sinir sistemindəki tarazlıq pozulur.
Spirtli içkilər də məhz insanı təbii halından çıxardığı üçün pislənilmişdir. Bir başa insanın sinir sisteminə təsir edən bu içkilər insanın ağıl və düşüncəsini zəiflədir. İnsanın təbii haldan çıxmasında burun da vasitə ola bilər. Məsələn, burunla qoxulanan heroin insanın əsəblərinə təsir gösərir, onu uydurur.
Məntiqi baxımdan insanın yalnız tibbi məqsədlə, cərrahiyə əməliyyatları zamanı uydurulması müsbət sayılmışdır. Bu məqsədlə insan orqanizmi nə müxtəlif uyudurucular yeridilir. İnsanın uydurulmasında qulaq da bir vasitə ola bilər. Musiqi məhz qulaq vasitəsi ilə insanın sinir sisteminə təsir göstərib, onu təbii halından çıxardır. Musiqiyə aludə olan insan onun təsiri altında ətraf mühitdən təcrid olur.
Yuxarıda deyilənlərdən məlum olur ki, hər bir hiss üzvünün öz uydurucusu var. Orqanizmə spirtli içkilər ağız, heroin burun, musiqi isə qulaq vasitəsi ilə öz təsirini göstərir. Əsrimizdə böyük konsert salonlarında müşahidə etdiyimiz mənzərələr musiqinin uydurucu təsirini təsdiq edir. Yəqin ki, hər birimiz konsert salonlarında ağlı başından çıxan, huşunu itirən gənclər görmüşük. Musiqiyə ifrat aludəçilik səbəbindən bəzi gənclər öz hərəkətlərini nəzarət altına ala bilmir, eynən narkotik maddənin təsiri altında olanlar kimi davranırlar.
Bir müqayisə aparaq: Mahir bir riyaziyyatçı adi vəziyyətdə hər hansı bir məsələni asanlıqla həl edir. Bu insan istər spirtli içki qəbul etdikdə, istər heroin iylədikdə, istərsə də hansısa musiqiyə aludə olduqda həmin məsələni həll etməkdə çətinlik çəkir. Demək, istər narkotik maddələr, istərsə spirtli içkilər istərsə də musiqi insanın düşüncə qabiliyyətini zəiflədir. Musiqinin taktı şiddətləndikcə insanların hissləri daha çox təhrik olur. Böyük rəqs salonlarında qulaq batırıcı oynaq musiqinin təsiri altına düşəndə insaniyyətə sığışmayan hərəkətlərə yol verirlər. İnsanları kollektiv şəkildə heyvani hərəkətlərə sövq edən musiqi deyilmi?! Məgər hansı narkotik maddədə belə güc var?! Zərb alətlərinin diksindirici sədaları altında insanda yalnız və yalnız şəhvət və ehtiras hissləri oyanır. Belə insanlarda mərhəmət, iffət, həya, vətənpərvərlik, iman kimi hislər axtarmağa dəyməz. Şəhvətpərəst kişi və qadınların spirtli içkilərə, narkotik maddələrə və musiqiyə marağı deyilənləri bir daha təsdiq edir. İslam insan səadəti üçün faydalı heç bir dünya ləzzətini faydalı buyurmur. Amma insanı təbii halından çıxarmaqla, onun hisslərini həyəcanlandıran işlər məzəmmət olunur.
Musiqinin insanlarda əxlaqi nöqsan yaratması aşkar bir həqiqətdir. Əksər nəğmələrin mətnini qadın gözəlliyini iffətsiz şəkildə təsvir edən şerlər təşkil edir. Etiraf etməliyik ki, şəhvət dolu nəğmələrə adət etmiş qəlbdə Allah zikrinə yer qalmır. Bir çox nəğmələrdə qadın əndamı elə hayasızlıqla təsvir olunur ki, onu dinləyənlər şəhvətdən başqa heç bir şey haqqında düşünmürlər. İnsanda bir belə mənfi emosiya yaradan şey ilahi dində halal sayıla bilərmi?! Qeyd etməliyik ki, İslam musiqini yox, ğinanı haram buyurmuşdur. Ğina insanı şəhvətə təhrik edən, onu təbii haldan çıxaran musiqilərə deyirlər. Amma musiqi üçün belə bir sərhədin təyin olunması asan iş deyil. Vətənpərvərlik hisslərini alovlandıran hərbi marşları və bu kimi digər musiqiləri şəhvət doğuran musiqilərə qatmaq fikrində deyilik. Amma özünüz düşünün, hansı eyş-işrət məclisindən hərbi marş dinlənilir?!
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei