Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Təfsirlərdə bu məsələ ilə rastlaşmadıq.2. Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır.
1) Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi versin.
Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər.
2) Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır.
3) İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf yarandı.
Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur. Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).
Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.
Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni, Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir.
Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında) «İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə, həmin söhbət şiələr barəsindədir.
4) Füruddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir.
Peyğəmbərlər və imamların rəhbərliyi də
cəmiyyətdə həqiqi rəhbər və başçının olması məsələsinə ilham verir. Deməli,
bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər həyatının hər sahəsində
ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə yaşayır və
cəmiyyət də ədalətsiz bir gün qala bilməz.
Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hz.Əli (ə) buyurur: Allah-taala acizliyə vəsf olmaz. Allah hər şeyə qadirdir amma hər işi ədalət və hikmət üzündəndir. Birinci nəzəriyyə şiə alimlərinin əqidəsidir.Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbətdə bu tam səbəb deyil ki, hər zinadan əmələ gələn cinayətkar və hər halalzadə əməli saleh olsun bəzən əksinə də olur çünki başqa səbəblərdə var o cümlədən cahillik, dünya malına hərislik, münafiqlik, məqam və şəhvət pərəstlik və s... İnsan öz ixtiyarı ilə yolunu seçir istər halalzadə olsun ya olmasın, amma insanın batini paklığı və halalzadə olub olmaması onun seçimində ya meylində təsir qoyur, sanki buna bənzəyir ki, adətən tərbiyəli ailədə böyüyən uşaq tərbiyəli və dindan ailədə böyüən dindar olur və s.. yəni insanın yaşadığı mühitin insanın seçimində rolu olduğu kimi batini və ruhi paklığında təsiri var, amma yenədə insan öz yolunu seçməkdə məcbur deyil.İnsan bu dünyada bir sıra təsirlərə müqavimət göstərmək xüsusiyyətinə malik olan bir varlıqdır. Zinadan doğulmuş insan öz irsi nöqsanları ilə mübarizə apara bilər. Sözsüz ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb edir. Amma Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan insanları ikiqat mükafatlandırır. Valideynin günahı övlada təsir etsə də, bu övladın qarşısında iki yol var. O, təbii nöqsanlarına qarşı çıxıb, doğru yolu da seçə bilər. Allah yalnız bu seçim imkanını verdikdən sonra insanı sorğuya çəkir. Belə ki, iradəyə malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına, iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın ədalətinə zidd deyil.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir çox ayə və rəvayətlərin bildirdiyi kiмi, qiyaмət gününün мükafat və cəzaları insanların dünyadakı əмəllərinin nəticəsidir. İnsan öz əмəllərinin cəzasını çəkмəyə borcludur.
Yaşadığıмız dünyada əмəlləriмizin təbii və zəruri sonluğu var. Мəsələn, narkotik мaddələrə aludə olмuş bir şəxs təbii olaraq ağrı-acıya, xəstəliklərə мəhkuмdur. Bir мüddət spirtli içkilərə aludə olмuş insanın öмrünün qalan hissəsini xəstəliklər içində keçirмəsi qaçılмaz bir sonluqdur. Aммa elə əмəllər də var ki, onların nəticəsi qiyaмət günü ortaya çıxır. Özü öz aqibətini təyin edən insanın düşdüyü vəziyyətə görə etiraz etмəyə haqqı yoxdur. Həyatını düzgün proqraмla yaşayan insan öz xoşbəxtliyini təмin edir. Biziм dünyadakı əмəlləriмizin Allaha bir təsiri olмadığı kiмi, bu əмəllər qiyaмətdə də Allaha təsirsizdir.
2. Qiyaмət günü insana verilən мükafat və cəza ilahi göstərişlərin icrasından asılıdır. Axirət мühakiмəsinin böyük tərbiyəvi əhəмiyyəti var. Allah öz qəti vədləri ilə bəndələrini yaxşılığa dəvət edir, onları pis işdən çəkindirir. Bu vədlər qəti olduğu üçün həvəsləndirici və çəkindirici rol oynayır. Əgər bu vədlər dəyişkən olsaydı, öz tərbiyəvi əhəмiyyətini itirərdi. Həмin vəziyyətdə ağır vəzifələri öhdəyə götürмək əhəмiyyətsiz olardı. Bəli, ilahi мükafatlar və cəzalar o zaмan səмərə verib ki, sabit və dəyişмəz olsun. Allah öz vədinə əмəl etмəмək sifətindən uzaqdır.
Allah sizə yar olsun.
İslam dinində beş əsas etiqaddan biri ədl, yəni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.
İnsanı ədalətə çağıran Allah neçə ola bilər ki, kimsəyə zülm etsin. “Ər-rəhman” surəsinin 9-cu ayəsində buyurulur: “Tərəzini düz tutun və çəkini əskiltməyin”
Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsil mahiyyətini anlamadan bəzən insana zülm olunduğunu iddia edirlər. Əslində isə zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət dayanır. “Bəqərə” surəsinin 216-cı ayəsində Allah-təala buyurur: “Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyrlidir”. Başqa bir ayədə oxuyuruq: “Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz.” (“Ənbiya”, 47) Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.
Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir:
Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: “Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, bu əziyyət çəkməsin. “Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşiman olub, səhvini anlayır.Bizim etiqadımıza görə Allahın kamal, sübuti sifətlərindən biri Onun adil (ədalətli), heç kəsə zülm etməməsidir. Onun mühakiməsində, hökmündə zülmə yol yoxdur. Ona itaət edənlərə, əmrinə tabe olanlara savab verəcək, fərmanları müqabilində üsyan edənləri isə cəzalandıracaqdır. Öz bəndələrini, onların taqətləri olmadığı şeylə vəzifəli etməz, layiqli olduqlarından artıq cəzalandırmaz.[i]
Biz inanırıq ki, Allah-Taala bir yaxşı işi, ondan daha yaxşısı olmadığı halda, həmin yaxşı işi tərk etmir, qəbahətli, pis və bəyənilməz iş də görmür. Çünki O, yaxşı işi görməyə, pis işi tərk etməyə qadirdir və O, yaxşının yaxşı, pisin pis olmasına elmlidir. Habelə, yaxşı işi tərk, qəbahətli işi görməyə ehtiyacı da yoxdur. Yaxşı iş Ona zərər yetirmir ki, onu tərk etməyə möhtac olsun. Həmçinin, pis iş görməyə ehtiyacı yoxdur ki, onu yerinə yetirsin. Digər tərəfdən, O, hikmət sahibi (həkim)dir, deməli labüd olaraq işləri də hikmətli, ən kamil nizamla uyğun olmalıdır.[ii]
Əgər Allah-Taala zülm etsə və qəbahətli, çirkin iş görsə (O, belə şeylərdən çox-çox uzaqdır!) bunun səbəbi aşağıda qeyd olunan dörd işdən biri ola bilər:
1. Bu iş barədə cahil olsa və qəbahətli olmasını dərk etməsə;
2. Bu iş barədə alim olub bunu görməyə məcbur olsa və tərk etməkdə aciz olsa;
3. Bu iş barəsində alim olub görməyə məcbur da olmasa, amma ona ehtiyacı olsa;
4. Bu işə alim olub məcbur da deyil. Bu halda yalnız həvayi-nəfs üzündən, əbəs yerə görə bilər.
Bu hallardan heç biri Allah barəsində yol verilə bilməz, qeyri-mümkündür. Əks halda nöqsanlıq olardı. Halbuki, Onun Müqəddəs Zatı sırf kamaldan ibarətdir. Deməli hökm edib deməliyik ki, O, zülm etməkdən, qəbahətli iş görməkdən pak və münəzzəhdir.
Amma bəzi müsəlmanlar Onun qəbahətli iş görməsini caiz (mümkün) bilmişlər.[iii] Habelə, bəziləri demişlər ki, Allah, itaətində müti olan bəndələri cəzalandırıb, üsyanlarları, hətta kafirləri belə cənnətə daxil edə bilər, Öz bəndələrinə, onların taqət və qüdrətləri dairəsinə sığmayan itaətlər vacib edə bilər və yerinə yetirmədikləri təqdirdə onları cəzalandıra bilər. Bu firqə ardıcılları Ondan zülm, zorakılıq, yalan, hoqqabazlıq kimi işlərin, hikmət üzündən olmayan, məqsədsiz, faydasız, əbəs və məqsədyönlü olmayan işlərin baş verməsini caiz bilmiş və bu ayəyə istinad etmişlər.
“O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar.”[iv]
Allah-Taala barəsində batil əqidədə olub Ona zalım, cair, səfeh, oyun-oyuncaqçı, yalançı, hiyləgər, qəbahətli işlər görüb yaxşı işlərdən uzaq olan (bu sayaq işlər Ona əsla yaraşmaz) sifətlər təsəvvür edənlərin fikirləri eynilə küfürdür. Halbuki, Allah-Taala Quranda buyurur:
“Allah bəndələr üçün heç vaxt zülm istəməz.”[v]
“Allah fəsadı sevmir.”[vi]
“Biz göyləri, yeri və bunların arasında olanları oyun-oyuncaq oynayanlar kimi yaratmadıq.”[vii]
“Mən cinni və insanı Mənə ibadət etmələrindən başqa iş üçün yaratmadım.”[viii]
İlahi, Sən pak və münəzzəhsən, bunları batil yerə xəlq etməmisən![i]Ədalətbirkəsə, onunözhaqqıqədərəvəzverməkdir, zülmisəbuhaqqıverməkdənimtinaetmək, verməməkdir. Allah-Taalasondərəcəadil, kəramətli, bəxşişvəyaxşılıqedən, rəhimliolubəməllərəəvəzverməyivədetmiş, həttayaxşı, bəyənilənarzularıfikirdənkeçirməküçündəyaxşımükafatzəmanətvermişdir. Həmçinin, vədetmişdirki, yaxşıişlərüçünəlavəəvəzdəverəcəkdir.
“Yaxşıvəsalehəməllərgörənlərüçünyaxşıvəartıqəvəzveriləcək.” (“Yunis”surəsi, 26)
AllahQurandaxəbərvermişdirki, xeyirəməlsahibləriüçünlayiqolduqlarındanonqatartıqsavabveriləcəkdir.
“Bəndəyə, yaxşıişgördüyühalda, əlavəolaraq 10 qatsavabveriləcək.”
“Birbəndəpisişgörərsə, layiqolduğundanartıqcəzalandırılmaz.” (“əl-Ənam”surəsi, 160)
Sonraisəəfvizəmanətveribbağışlamaqvədəsiveribbuyurur:
“VəhəqiqətənSəninRəbbincamaatınzülmlərinəqarşıməğfirətsahibidir.” (“Rəd”surəsi, ayə 6.)
Başqabiryerdəbuyururki:
“HəqiqətənAllah, Onaşərikqoşulmasınıbağışlamırvəşirkdənbaşqabütüngünahları, istədiyibəndələrüçünbağışlayacaq.” (“ən-Nisa”surəsi, 48)
Allahbəndələriiləədalətbərqəraretməyiəmredibzülmdənçəkindirir, buyurur:
“HəqiqətənAllah, ədalətbərqəraretməyə, ehsanverməyəəmredir.” (“ən-Nəhl”surəsi, 90) “Təshihul-etiqad” (AeyxMüfid), səh.103.
[ii]İmamiyyəşiələriAllahınədalətliolmasınaetiqadbəsləməyiəqidəüsullarından (üsulidindən) bilirlər. Buqanunəslindəmüstəqilbirəsldeyil, Haqq-Taalanınsifətlərisırasındadır. Onunvacibül-vücudolubcəmalvəkəmalsifətləriniözündəcəmetməsitovhdinxüsusiyyətlərindəndir. Amma“Əşairə”məzhəbiOnunədalətliolmasıməsələsiiləmüxalifətetdiyindən, əqlinhökmetdiyigözəllikvəpisliyiinkaredibdeyirlər:“gözəllikyalnızşəriətingözəlbildiyi, pislikisəyalnızşəriətinpishesabetdiyidir. ƏgərAllah-TaalaOnunəmrinəitaətedənbirşəxsicəhənnəmdə, fərmanlarındanboyunqaçırıbmüxalifətedənləriisəcənnətdəəbədisaxlasa, buişOnunüçünqəbahətlisayılmaz, çünkiO, Özmülkündətamixtiyarsahibidir.
“O, etdiyiişlərbarəsindəhesabverməz, lakinonlar (etdiyiişlərdən) sualolunarlar.” (“Ənbiya”surəsi, 23)
“Ədliyyə”məzhəbardıcıllarıisədeyirlərki, bunəzəriyyələrdəhakimyalnızəqldirvəşərihökmlərinəslaroluyoxdur. Olsada, yalnızonlarıtəkidedir. Əqlbəziişləringözəl, bəziişlərinisəqəbiholmasınıhökmetməkdətammüstəqildir. Əqlhökmedirki, qəbahətli, çirkinişlərigörməkAllahüçünqeyri-mümkündür. ÇünkiO, hikmətsahibidir, qəbahətliişisəhikmətləziddir. Deməli, Onunəmrinəitaətedənlərəəzabverməkzülmdür. ZülmisəqəbahətliişdirvəAllah-Taaladanbaşverməz. BuməzhəbardıcıllarıbuyollaədalətliliksifətiniAllahüçünisbatedir, başqasifətlərideyil, yalnızədalətiayrıcaşəkildəqeydedirlər. “Ədliyyə”məzhəbiardıcılları“Əqligözəllikvəpislik”qaydasıvasitəsiiləbəzikəlammüddəalarını (“lütf”, “nemətverənəşükrünvacibliyi”, “möcüzədənəzərinvacibliyi”kimiqanunları) isbatedir, cəbrvəixtiyarkimiçətinməsələləridəməhzbuəsasdaqoyurlar.
Ətraflıməlumatüçünbax: AeyxKaşifül-Ğita, “Əslüş-şiəvəüsuluha”, səh.120; AeyxTureyhi, “Mətarihun-nəzər”, 4-cüfəsil, səh.164.
[iii]Qeydolunanlar“Əşairə”məzhəbininəqidəüsullarındandır. Onlardeyirlərki, “Allah-Taalabütünqəbahətli, çirkinişləri–zülm, şirk, zorakılıq, düşmənlikvəs. kimigörübonlararazıolduvəsonraonlarıbəyəndi.” (BunlarhamısıAllahaiftiradır!) Bubatiltəfəkkürtərzindənmüfəssəlməlumatalmaqüçünbax:ƏllaməHilli, “Nəhcül-həqq”, səh.85;“Aərhül-əqaidvəhaşiyətuhu”, səh.109, 113;“Əl-miləluvən-nihəl”, 1-cicild, səh.85, 88, 91;İbniCəzm, “Əl-fəsl”, səh.66, 69;Quşçu, “Aərhut-təcrid”, səh.373.
[iv]“Əl-Ənbiya”surəsi, 23-cüayə.
[v]“Əl-Mömin”surəsi, 31-ciayə.
[vi]“Əl-Bəqərə”surəsi, 205-ciayə.
[vii]“Əd-Duxan”surəsi, 38-ciayə.
[viii]“Əz-Zariyat”surəsi, 56-cıayə.
Seyidlərin əksəriyyətinin dünyadan imanlı halda getmələrinin Allahın ədaləti ilə heç bir ziddiyyəti yoxdur. Çünki Allahın ədalətinə əsasən, hər kəs öz qabiliyyəti, əməlləri, niyyəti və danışığı əsasında haqqını alır. Seyidlər də başqaları kimi, ixtiyar sahibi olaraq, müxtəlif çirkinliklər, xətalar və azğınlıqlar müqabilində haqq yola yönəlsələr, özlərini azğınlığa düşməkdən qoruyub saxlayacaq, Allahın adələti sayəsində varlıq aləminə hakim nizama görə, dünyadan mömin gedəcəklər.
Digər tərəfdən, genetik və irsi amil baxımından, seyidlərin əsil-nəsəbi imamlarla əlaqələnir. Bu, onların doğru yola yönəlmələri və mömin olmaları üçün daha da münasib bir şərait yaradır. Lakin bu amil imanlı olmaq üçün müxtəlif zəruri amillərdən təkcə biridir. Buna görə də, bəzi seyidlər bu xüsusiyyətlərə malik olduqları halda onların doğru yoldan uzaq düşdüyünün şahidiyik. Çünki onlar əyri və batil yol seçmiş, çirkin əməllərə yol verərək azğınlığa düşmüşlər. Allah-taalanın ədalətinə əsasən bir insan öz ixtiyarı ilə doğru yol seçib, bu yolda qədəm götürsə və təkamülə çatması üçün səy etsə, müsbət nəticəyə çatar və imanlı halda dünyasını dəyişər. Seyidlərin əksəriyyəti, genetiki amildən əlavə, öz ixtiyarı və iradəsi ilə doğru yol seçmişdir. Bunun müqabilində, Allah-taala öz ədaləti sayəsində onlara gözəl nəticə əta etmişdir. Digər tərəfdən, Allahın ədaləti tələb edir ki, bir insan öz istək və iradəsi ilə azğın yol seçib, bu yolda qədəm götürərsə, acınacaqlı aqibətə düçar olar, imansız halda dünyadan gedər. Məhz bu səbəbdən bəzi seyidlər öz istək və ixtiyarları ilə batil yol seçmişlər. Bunun müqabilində Allah-taala Öz ədaləti əsasında, onlar üçün acınacaqlı aqibət qərar vermişdir.İnsanların fərqli doğulmasının bir səbəbi, ictimai və fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və istedadlı olurlar. Cəmiyyəti varlı və kasıba bölən isə, Allah deyildir. Amma insanlar arasındakı fərqlərin bir hissəsi yaranış qanunlarından doğur. Əgər insanlar fərqləndirilməsəydilər, bir zavodun istehsal etdiyi məhsul kimi bir-birlərinə oxşayar və həyat maraqsız olardı. Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?!
Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi kimi müxtəlif əzalara ehtiyaclıdır. Kamil insanın gözə, qulağa, dilə ehtiyacı olduğu kimi, kamil cəmiyyət də müxtəlif sahələrdə zövqlü və istedadlı insanlara ehtiyaclıdır. Amma bu o demək deyil ki, bəstəkar yaxşı yaşamalı, fəhlə isə, kasıbçılıqla ömür sürməlidir. İnsanın qəbul etdiyi qidanın enerji orqanizmin bütün üzvlərinə paylandığı kimi, cəmiyyətin də qazancı bütün təbəqələrin ehtiyaclırın ödəməlidir. Cəmiyyətdə memarın öz, fəhlənin də öz iş sahəsi var. Hər bir insan Allahdan aldığı istedad payı qədərində də məsuliyyət daşıyır.
Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. “T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma “ş” oturub!
Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz təyinatı var.
İnsanların fərqli yaradılması zülm yox hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan qiyamət əzabı ilə qarşılaşacağı vaxt −“kaş kor olaydım” deyə təəssüf edəcək.