Sual (11) : Salamun aleykum. Imаm Hüsеyn əlеyhissаlаmın müqəddəs məqbərəsinin zərihinin yuхаrısınа qızıl suyu ilə nə yаzılıbdır? Cаvаb: Imаm Hüsеyn əlеyhissаlаmın qəbrinin zərihinin yuхаrısındа qızıl suyu ilə “Nur” аyəsindən sоnrа Pеyğəmbər (səlləllаhu əlеyhi və аlihi və səlləm)-in buyurduğu hədis yаzılıb: Еy Cаbir Hüsеynin qəbrini ziyаrət еt, çünki Hüsеynin qəbrinin ziyаrətinin sаvаbı yüz (müsətəhəb) həcc ziyаrətinin sаvаbı qədərdir. Əlbəttə, Hüsеynin qəbri cənnət gülüstаnlаrındаndır və Kərbəlа bеhişt tоrpаğıdır. Bu hedis sehih hedisdirmi? Dogruluguna ne qeder etimad edilsin? 2. Bezi insanlar deyir: Men Allahi gormek isteyirem ve ya Allahi filan cur tesevvur edirem. Insanin Allahi gormek istemesinin iskali varmi? Insan Allahi tefekkurunde canlandirsa, gunahdirmi? Allah razi olsun. Amin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1.Bu suala ötən məktubda cavab verilib.

2.Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq). Allahı zehində təsəvvür etmək Onu məhdud etmək hesab olunur ki, buda günahdır.

Allah sizə yar olsun.

Sual (12) : Salam aleykum.Bertran Rassel bele yazib:"Əgər hər şeyin səbəbi varsa, allahın da səbəbi olmalıdır. Əgər səbəbi olmayan nəsə varsa, o da Tanrı sözünün özüdür. Yəni bu arqumentin heç bir əsası yoxdur. Bu, mahiyyətcə eynən hindunun söhbətinə bənzəyir. O deyəndə ki dünya filin üstündə qərar tutub, fil də tısbağanın, soruşurlar ki, “bəs tısbağa nəyin üstündədir?” Onun cavabı belə olur: “Bəlkə mövzunu dəyişək”. O arqumentin bundan heç bir fərqi yoxdur" Ona nece cavab vermek olar? tewekkur edirem

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etməliyik ki, uyğun irad materialistlərin ən məşhur və ən ibtidai iradlarındandır. Onlar sual verirlər ki, hər şeyi Allah yaratmışdırsa, bəs Allahı kim yaratmışdır?

Bəs necə olmuşdur ki, cənab Rassel çox-çox sonralar bu iradı əsas götürmüşdür? Bir şey aydındır ki, uyğun sual çoxlarını düşündürür və bu suala konkret cavab verilməlidir.

Bir neçə mühüm məsələyə diqqət yetirdikdən sonra uyğun sualın cavabı aydınlaşır:

Materialistlər uyğun sualı allahpərəstlərə ünvanlayaraq yaxalarını kənara çəkirlər. Hansı ki, allahpərəstlər dönüb materialist olsalar da, uyğun sual gündəmdə qalır və ona cavab vermək lazım gəlir. Əqidəni dəyişməklə bu sualdan yaxa qurtarmaq mümkünsüzdür. Çünki materialistlər də səbəblər qanununu qəbul edirlər. Onlar da inanırlar ki, təbiətdə mövcud olan şeylərin səbəbləri vardır. Demək, uyğun sual materialistlərə də ünvanlana bilər. Soruşa bilərik ki, hər şey maddədən yaranmışdırsa, bəs maddə nədən yaranmışdır?

Səbəblər zəncirinin nəhayətsiz olmadığını nəzərə almaqla istər idealist, istərsə də materialist filosofların hər biri əbədi və əzəli bir vücudun varlığına inanmışlar. Sadəcə, materialistlər iddia edirlər ki, həmin əzəli vücud maddədir, allahpərəstlər isə həmin varlığın Allah olduğunu bildirirlər. Aydın olur ki, cənab Rassel Allaha etiqadından daşınsa da, hansısa əzəli bir varlığın mövcudluğunu qəbul etmişdir. Həmin əzəli varlığın isə səbəbi, yaradıcısı yoxdur! Nə üçün? Çünki əzəli varlıq həmişə olmuşdur və həmişə olan varlığın səbəbə ehtiyacı yoxdur. Yalnız sonradan yaranmış varlıqlar səbəbə ehtiyaclıdır. Bu nöqtələrə diqqətlə yanaşın.

Demək, əzəli və əbədi bir mövcudun varlığı hamı tərəfindən qəbul olunmuş və əqli dəlillərlə əsaslandırılmış bir həqiqətdir. Səbəblər zəncirinin sonsuzluğunun qeyri-mümkünlüyü filosofları əzəli bir varlığa, etiqada vadar etmişdir.

Məlum olur ki, ilahi filosoflarla materialist filosoflar arasındakı ixtilaf, cənab Rasselin düşündüyü kimi, “səbəblər səbəbinin” qəbul olunub-olunmaması deyil. Əslində həm idealistlər, həm də materialistlər səbəblər səbəbini, yəni ilkin səbəbi yekdil olaraq qəbul edirlər.

Bəs bu iki baxış arasındakı fərq nədir? Uyğun baxışlar arasındakı ən mühüm fərq odur ki, allahpərəstlər həmin ilkin səbəbi elm və iradə sahibi kimi tanıyır, onu “Allah” adlandırırlar. Materialistlər isə həmin səbəbi elm və iradəsiz bilir, onun “maddə”, “materiya” olduğuna inanırlar.

Bəs necə olmuşdur ki, hamının qəbul etdiyi ilkin səbəb məfhumu cənab Rasselə qaranlıq qalmışdır? Şübhəsiz ki, riyaziyyat və sosialogiya üzrə mütəxəssis olan Rassel dini və ilkin fəlsəfi məsələlərdən yetərincə məlumatlı olmamışdır. Uyğun incəlikləri duymaq üçün ilkin fəlsəfə, yəni varlıq və onun başlanğıcı mövzusu ilə tanışlıq zəruridir.

Deyilənlərdən məlum olur ki, ilahi filosofla Allahın varlığını sübut etmək üçün “səbəblər səbəbi” dəlilinə istinad etmirlər. Çünki bu dəlil vasitəsi ilə yalnız əzəli varlığın mövcudluğuna inanmaq olar. Əslində materialistlər də belə bir varlığı inkar etmirlər.

İlahi filosoflar üçün əsas məsələ ilkin səbəbi sübuta yetirdikdən sonra ilkin səbəbin elm və idrak sahibi olduğunu sübut etməkdir. İlkin səbəbin maddə kimi şüursuz yox, elm və qüdrət sahibi olduğunu sübuta yetirmək üçün ən asan yol varlıq aləmindəki nizamın, yaranış əsrarəngizliyinin, varlıq aləminə hakim olan dəqiq qanunların öyrənilməsidir.

Yuxarıda deyilənlər uyğun sualın cavablarından biridir.

*     *     *

Diqqət yetiriləsi digər bir məsələ budur ki, uyğun iradın əsasını hər bir mövcudun səbəb və yaradıcıya ehtiyaclı olması məsələsi təşkil edir. Hansı ki, bu qanun yalnız əzəli olmayan, yəni sonradan mövcud olmuş varlıqlara aid edilə bilər. Bu incəlikləri ötəri bir baxışla duymaq mümkünsüzdür.

Günəş sistemi, canlı aləm, heyvan və insan kimi varlıqlar sonradan yaranmışdır. Tarix sübut edir ki, bütün bu sadalananlar əzəli olmamışdır. Diqqət etsəniz, hər bir xilqətin öz yaranış tarixi var.

Təbii ki, hər bir mövcudun yaranması üçün xarakter səbəblər olmuşdur. Məsələn, Laplasın (1749-1827) fərziyyəsinə görə, yer kürəsinin günəşdən qopmasının hansısa səciyyəvi səbəbləri vardır. Həmin səbəblər tam aydın olmasa da, hər halda həqiqətdir.

İlk bitki, ilk heyvan, ilk insanın yaranışının da özünəməxsus amilləri olmuşdur. Alimlər bu səbəbləri tarix boyu araşdırmışlar. Əgər varlıq aləmindəki mövcudların yaranmasını səbəbsiz hesab etsək, belə bir sual yaranar ki, nə üçün hər hansı bir varlığın yaranışı xüsusi bir dövrə təsadüf etmişdir? Nə üçün bir qrup canlı milyon, digər bir qrup canlı isə 100 min il bundan öncə yaşamışdır? Hər hansı bir varlığın bütün dövrlərdə mövcud olmasına nə mane olur? Belə bir nəticə çıxarmaq olar ki, varlığın yaranması üçün xüsusi bir dövrün müəyyənləşməsi səbəblərin mövucdluğunun ən gözəl dəlilidir. Əgər bir varlıq milyon il öncə yaranmışdırsa, demək, bu yaranış üçün konkret səbəblər olmuşdur.

Amma əzəli və əbədi olan bir varlıq (bu varlığı “Allah” və ya “materiya” adlandırmağımızdan asılı olmayaraq) heç bir səbəbə ehtiyaclı deyil. Onun yaranış tarixi müəyyən edilmədiyindən heç bir yaradıcıya ehtiyac yoxdur.

Əzəli və əbədi olan bir varlığın mövcudluğu onun zatından, bir növ özündən qaynaqlanır. Belə bir varlıq özündən kənardakı yaradıcıdan ehtiyacsızdır.

Hər bir canlı, torpaq və səma, bütün günəş sistemi və sair mövcudlar əzəli və əbədi olmadığından yaradıcıya ehtiyaclıdır. Səbəblər səbəbinin, ilkin səbəbin varlığı isə onun öz zatından doğur.

*     *     *

Aydın bir misal

Filosoflar uyğun məsələnin aydınlaşdırılması üçün belə bir misal çəkirlər: otağımıza nəzər salıb, onun işıqlı olduğunu görürük. Özümüzdən soruşuruq ki, gördüyümüz işıq otağın özündəndirmi? Dərhal da özümüzə cavab veririk ki, xeyr, əgər işıq otağın özündən olsaydı, otaq heç vaxt qaranlıqlaşmazdı. O isə bəzən işıqlıdır, bəzən isə qaranlıq.

Tezliklə belə bir nəticəyə gəlirik ki, otaq onda şüalanan nur zərrələri vasitəsi ilə işıqlanır. Başqa bir sual yaranır: bəs bu nur zərrələri haradandır? Bir qədər düşündükdən sonra belə-bir cavab tapırıq ki, nur zərrələrinin işığı onun zatından doğur və həmin zərrələrdə nuraniyyət xüsusiyyəti var. Varlıq aləmində elə bir nur zərrəsi tapmaq olmaz ki, o, qaranlıq olmuş olsun və işığı başqasından alsın. Nur zərrəsi harada olursa olsun, işıqlıdır və işıq onun zatından doğur.

Nur zərrəsi məhv ola bilər, amma qaranlıq varlığa çevrilə bilməz. Bəs hər hansı fəzanın işıqlanma səbəbi nurdursa, nurun işıqlanma səbəbi nədir? Dərhal cavab verə bilərik ki, nurun işığı onun öz vücudundadır. Analoji olaraq “hər şeyi Allah yaratmışdırsa, bəs Allahı kim yaratmışdır” sualına belə cavab vermək olar: Onun varlığı zatından, özündən doğur.

Allah sizə yar olsun.

Sual (13) : Salam aleykum. Vehabilere gore musrikler rubiyyetde tovhidi qebul edirdiler ayede gosterirlerki ollardan sorusan yeri goyu kim yaradib deyecekler Allah. Onlar heqiqeten rububiyyeti qebul edirdiler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vəhhabilər rübubiyyəti düzgün təfsir etmirlər. Onlar rübubiyyəti, xaliqiyyətdə və feldə tovhid kimi məna edirlər.  Müşriklər bütün məsələlərdə rübubiyyətdə tövhid qəbul etmirdilər. Sualda qeyd olunan ayə xaliqiyyətdə tövhidə nümunədir. Ənam surəsi 164 ayəyə nəzər salın, De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?!

Allah sizə yar olsun.

Sual (14) : Salam aleykum. Tovhid vehabilerin dediyi kimi 3, rububiyyet, uluhiyyet, ad ve sifetlerde tovhidden ibaretdi? Xahis edirik tov hid haqqinda genis melumat verin
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu barədə saytın kitabxanasına müraciət edin.
Kitabın adı: Bizim dini əqidəmiz
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Tövhid və onun mərtəbələri
http://kitab.nur-az.com/az/lib/view/169
Allah sizə yar olsun.
Sual (15) : Zəhmət olmasa cavablandırardız. Allah Təala yerde xelife olaraq insani yaratdi.Bele ise cinin yerde ne işi var?Dunya nemetlerinnen faydalanirmi ,işi ,gucu nedi ? sual 3 Allah-Təala insan ve cini ona ibadet etmek uçun yaradibsa ,diger yaratdiqlarini ne uçun yaradib. Öncədən təşəkkürlər.

Bismillahir-rəhmanir-rəhim.

A). Allah Taalanın xaliqliq (yaratmaq) sifəti (xüsusiyyəti) səbəb olur ki, Allah- Taala xəlq etsin və yaratsın.

B). Yaradılış nizamı olduqca dəqiq, əbəs deyildir. Çünki Allah- Taala heç nəyi mənasız xəlq etməmişdir.

C). Bütün yaradılışın sonu insandır. Yəni Allah- Taala bütün yaratdıqların insan üçün yaratmışdır. İnsan yaranmışların ən şərəflisi və İlahinin xəlifəsidir. Bütün yaradılış ən gözəl yaranmışa (insana) xidmət edir.

D). İnsanın yaradılışından məqsədin nə olduğundan aslı olmayaraq yenə də nəticəsi ehtiyacı yoxdur. Çünki Allah sonu olmayan xəzinədir. O heç vaxt tükənməyəcəkdir.

H). İnsanın yaradılışından əsas hədəf, onun təkamülə çatması, olduğu halda (cism olaraq) mələklər aləminə yetişməsi səadətin əsil mənasını dərk edərək ona yetişməsi və özünü tanıyaraq Allaha tam vücudu ilə ibadət etməsidir.

Allah sizə yar olsun.

Sual (16) : salam aleykum, mene maraqlandiran sual buduki Allah insani niye yaradib? Adem es elm orgetmek ucun yarandigi melumdur, bes Adem es nesli niye devam etdi? meselem men ve ya sizin yaranmaqda melekler ucun ne menasi var? umumiyyetle felsefi menasi nedir? eger Allah insani yaradibsa ve ixtiyar verib, ve bilirdiki kimi cehenneme duwecek, bes o cehennemliyi yaratmaqda meqsed ne idi? cehennem ucun?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah- Taalanın bütün sifətləri (fel və zat başa düşülən sifətləri) onun zatının ayrılmaz hissəsidir. Yəni onun zatı ilə eynilik daşıyır. Bu məsələ ümumiyyətlə isbatlanmışdır. O cümlədən İlahinin elm, qüdrət, qəyyumluq maliklik və hakimlik sifətləri onun zati sifətləri, rəbb ruzi vermək (rəzzaq) yaratmaq (xaliq) iradə və rəhmət sifətləri onun fel sifətləri adlanır. Başqa sözlə desək Allah Taalanın o adları ki, ondan fel başa düşülür məsələn yaratmaq kimi onun fel sifətləri adlanır. Amma fel başa düşülməyən fisətləri "qadir" əbədi" kimi sifətləri deyəndə onun zati sifətləri başa düşülür. Bütün bu sifətlər isə ümumilikdə İlahinin "sübutu" sifəti adlanır. Bu sifətlərdə yalnız mürəkkəblik deyil, əksinnə bəsitlik vardır. Allah- Taala "xaliqiyyət" sifətinə malik olduğu üçün yaratmağı özünə vacib bilmişdir. Bu səbəbdən də bütün aləmi və insanı yaratmışdır. "Göylərdə və yerdə nə varsə hamısı ondan ehtiyacını diləyir. O, hər gün bir işdədir. (öz şəninin işinə məşğuldur)"[1]

Diqqət yetirməli vacib olan mətləblərdən biri də budur ki, Allah- Taala həkim olduğu üçün o heç bir əbəs iş tutmur. Yəni onun həkim sifəti (xüsusiyyəti) tələb edir ki, o heç bir yersiz iş tutmasın. (Onun həkim sifəti deyəndə elə Tanrının özü nəzərdə tutulur). Yaradılış da Allahın feli olduğu üçün təbii ki, böyük bir hədəfi özündə əks etdirir. Yəni yaradılış nizamı böyük bir hədəflə Allah- Taaladan bəhrələnməkdədir. Bu səbəbdən də bu yaradılışda heç bir eyb və nöqsan yoxdur. Hətta aləmdə olan atom zərrəckləri dilsiz dilləri ilə deyirlər: "Yaradılışın heç bir nöqtəsində zərrə qədər də nöqsan yoxdur".

Qurani- kərimin müqəddəs ayəsinə uyğun olaraq deyə bilərik ki, Allah- Taala bu yaradılışı nə oynacaq nə də batil yaratmışdır. əksinə bütün yaradılış heç bir eyb və nöqsanı olmayan bir varlıqdan bəhrələnir.

Əlbəttə gərək bu mətləbdən də xəbərsiz olmayaq ki, bütün kainatın yaradılışındanson məqsəd insan özüdür. Daha aydın desək Allah Taala aləmdən sonra Adəmi yaratdı. Yəni hər şeyi aydın və kamil surətdə onun ixtiyarında qoydu. Çünki insan yaradılışın ən gözəlidir. Allah Taala insandan kamil heç nə yaratmamışdır.

Hədisi qüdsi kitabında yazılmışdır: "Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratdım və səni də özüm üçün".[2]

Yuxarıdakı mətləbləri mövzumuza giriş olaraq deyə bilərik ki, "insanın yaradılışından hədəf yalnız o özüdür. Yəni sonda bu yaradılışdan o özü faydalanır. Çünki Allahın nə insanın varlığından və nə də yoxluğundan ehtiyacı vardır. O tükənməz bir varlıqdır. "Ey insanlar! Allahdan ehtiyacları olan yalnız sizsiniz. Allah həmd və sitayişə layiq olduğu halda sizdən ehtiyacsızdır."[3]

"Musa Bəni- İsrailə dedi: Əgər siz və yer üzündəkilərin hamısı Allahı inkar etsələr (kafir olsalar) ona heç bir xələl gəlməz. Çünki o hər bir şeydən ehtiyacsız və sitayiş olunmağa layiqdir".[4]

Həzrət Əli (ə) Həmmama öz nəsihətində deyir: "Allah Taala insanları yaradarkən onların ibadətindən və günahlarından siğortalanmışdır. (Yəni ehtiyacsız idi). Çünki ona insanların ibadətindən xeyir və günahlarından ziyan gəlməz".[5] (Əksinə günahdan çəkinməyin və ibadət etməyin hasili və bəhrəsi insanlara aiddir). Qurani kərimdə insanın yaradılışı müxtəlif ayələrdə bəyan edilmişdir:

"Cini və insanı bizə ibadət etmək üçün yaratdıq".[6]

"Allah ölümü və həyatı sizi imtahan etmək üçün yaratmışdır".[7] Yəni insanlar öz əməlləri ilə imtahan olunur. Əgər belə olmasaydı yaxşını pisdən ayırmaq olmazdı. Həmçinin insan bu təkamülü imtahanlardan ləyaqətlə çıxmaqla əldə edir.[8] Bütün bu ayələrə diqqət yetirdikdə yaradılışın yalnız insanın özünə faydalı olduğunu müşahidə edirik. Belə ki, insan imtahanlardan müvəffəqiyyətlə çıxdıqca təkamülə yaxınlaşır. Yəni insan dünyaya gəldikdən sonra hidayət mərhələsinə qədəm qoyur və insanın bütün dəyərlərini əldə etmək şansını qazanır. Beləliklə səadətin ən uüksək mərhələsinə ucalır. "Bəndəlik etmək qiyməti olmayan gövhərdir ki, onun batinində Allah vardır"[9] Hər kəs bu batinə yetişsə Allahdan başqa heç nəyi görməz".

İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə) səhabələrinin qarşısında durub demişdir: Allah Taala bəndələri yaratmışdır ki, onu tanısınlar. Onu tanıyan vaxt ona ibadət edirlər. Elə ki, ona bəndəlik edirlər ondan başqasına bəndəlik etməkdən imtina edirlər."[10]

Allah sizə yar olsun.


[1] - Ər- rəhman surəsi, ayə 29.

«کل یوم هو فی شأن»

[2] - Əl- minhacul- quva, cild 5, səh 516. Elmul yəqin, cild 1, səh 381.

«یابن آدم خلقت الاشیاء لأجلک و خلقتک لأجلی»

[3] - Fatir surəsi, ayə 15.

«یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید»

[4] - İbrahim surəsi, ayə 8.

« و قال موسی ان تکفروا انتم و من فی الارض جمیعاً فإن الله لغنی حمید »

[5] - Nəhcül- bəlağə, feyz s.11 Həmmam xütbəsi.

«اما بعد، فإن الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیاً عن طاعتهم ، آمناً من معصیتهم ، لأنه لاتضره معصیة من عصاه، و لاتنفعه طاعة من أطاعه»

[6] - Zariyat surəsi, ayə 56.

«و ما خلقت الجن و الانس الا لیعبدون»

[7] - Mülk surəsi, ayə 2.

«الذی خلق الموت و الحیاة لیبلوکم ایکم احسن عملاً»

[8] - Hud surəsi, ayə 118- 119.

«و لایزالون مختلفین الا من رحم ربک ولذالک خلقهم»

[9] - Misbahuş- şəriə dər həqiqət ubudiyyət.

«العبودیة جوهرة کنهها الربوبیة»

[10] - İləl şəraee Səduq, Təfsir- əl mizana uyğun olaraq, cild 18, səh 423.

«ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه»

Sual (17) : Salamun Aleykum Bu Hədis Səhihmidir Yəni Peyğəmbər Allahla Munacatda Onun Üzünü Görmək İstədiyini Diyə Bilərmi Axı Allah Cism Deyil. Hədis Budur: Allahın Peyğəmbəri (s) (Duada): «İlahi! Sənin qəzavü- qədərinə şadlığı, ölümdən sonrakı xoş həyatı, sənin üzünü görməyin ləzzətini, özünü görməyin sevincini dərgahından diləyirəm!»

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Duanın ərəbi forması belədir:

اسالک الرضا بالقضاء و برد العیش بعد الموت، و لذة النظر الی وجهک و شوقا الی رویتک و لقائک

Duada vəch (وجه) kəlməsi işlənib, bu kəlməni üz mənasına tərcümə ediblər. Vəch kəlməsi Quranda bir çox yerdə Allah barəsində gəlib. O cümlədən Ər-rəhman surəsi ayə 27 və Qəsəs surəsi ayə 88:

وَ يَبْقى‏ وَجْهُ رَبِّكَ ذُو الْجَلالِ وَ الْإِكْرامِ (27

27. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.

كُلُّ شَيْ‏ءٍ هالِكٌ إِلاَّ وَجْهَهُ لَهُ الْحُكْمُ وَ إِلَيْهِ تُرْجَعُونَ (88

Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur.

 “Vəch" sözü surət və üz mənasını versədə, Allah barəsində  “zat" mənasında işlənilir. Ümumiyyətlə “Vəch" sözü, kinayə ilə Allah barəsində işlədilir. Aydındır ki, Allah nə cismdir və nə də surəti vardır.

Duada da Allahın üzünü görməkdən məqsəd Allahın zatıdır ki, qəlb gözü ilə görünərvə zahiri göz ilə Onun cəlal və camal nişanələrinin təzahür və təcəssümü görünər.

Allah sizə yar olsun.

Sual (18) : Salam aleykum....ne ucun Allah alimdir deyilir ellamedi deyilmir? Niye kisi cinsinde olan alim sozu islenir? Zehmet deyilse qardaslar aydinliq getirerdiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, Allahın adları və sifətləri tövqifidir, yəni yalnız Quranda və məsumların kəlamında deyilənlərlə Allahı çağıra bilərik. Quran və mötəbər rəvayətlərdə deyilməyən adları Allaha nisbət verə bilmərik.
İkincisi, əllamə ya ələm kəlmələri müqayisə edildikdə işlənir, Allahın elmi isə heç kəslə müqayisə olunmaz, amma alim kəlməsi mütləq surətdə elmə dəlalət edir.
Əlbətdə əllaməl-ğuyub kəlməsi Quranda Allahın sifəti kimi gəlib.

Allah sizə yar olsun.

Sual (19) : Salam, ALLAH sizlərdən razı olsun, Quranda ALLAHIN əli və ALLAH gülür deyəndə biz nə başa düşək?

Əleykumus-salam

Allahın əlindən məqsəd qüdrətidir. Allahın gülməyi barədə ayəyə rast gəlməmişik. Allah-təala Quranda gülən yox güldürən kimi gəlib.

Nəcm surəsi 43. Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.

Allah sizə yar olsun.

Sual (20) : Sual: Salam, ALLAH deyəndə biz nə başa düşək? ALLAHIN zatı nədir? Və ALLAHI bu dünyada və ya axirətdə görmək mümkündü? ALLAH sizlərdən razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

َAllah-təala Quranda İxlas surəsində özünü belə tanıtdırır:

. Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.

2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.

3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).

4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».

Allahın zatı dedikdə Allahın özü və vücudu nəzərdə tutulur. Allahın varlığı vücudundan ayrı deyil yəni əzəli və əbədidir, insanın varlığı zatından ayrıdır yəni bir zaman yox idi sonra vücuda gəldi.

Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq).

Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur.

Allah sizə yar olsun.

Go to TOP