Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur: 1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri “naqis (natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti “vücudun zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir. Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır. Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır. Allah-taala buyurur: “...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...” Başqa bir yerdə buyurur: “(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da dərhal vücuda gələr.” “Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.” 2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir. Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur: “Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.” Başqa bir ayədə buyurulur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.” İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır. Alın yazısı ilə Qəza və Qədər eynidir.
Eger e-email poçtunuz latin qrafikasini tanimasa, göstərilən linkdən oxuyun:
http://haqyolu.com/faqs/view/2950/q:IHHJmXph
Necə ola bilər ki, yaradan öz yaratdığına münasibətdə bir bu qədər biganə qala?! Mümkündürmü ki, xaliq öz məxluqunun səadəti üçün ilahi rəhbər və bələdçi göndərməyə?! İnşaallah peyğəmbərlik (nübüvvət) mövzusunda söhbətimiz zamanı peyğəmbərlik məsələsinin zəruriliyindən danışacağıq.
Üçüncü yol: Əqli dəlillər
Sadə bir dəlillərlə varlıq aləminin yaradıcısının yeganəliyini anlamaq olar. Əgər xaliq iki və ya daha artıq olsaydı, məsələn Mars planetinin yaranışına iki münasibət mümkün idi:
a) Həmin yaradanlardan hər biri təklikdə və ayrıca onu yaratmalı idi. Öncə bir xaliq, sonra ikinci xaliq, daha sonra üçüncü... Belə ki, Mars bir neçə dəfə yaranmalı idi. Əlbəttə ki, belə bir təsəvvür kökündən yanlışdır. İstənilən bir mövcud yalnız bir dəfə yaradılır. Bir şeyi bir xaliq yaradardısa, ikincisinin yaratmasına ehtiyac qalmazdı.
b) Əgər çoxsaylı yaradanların əl-ələ verib Marsı yaratdığını fərz etsək, belə bir sual yaranar ki, onlar təklikdə bu işi görməyə qadir deyildilərmi? Əgər desək qadir deyildilər, məlum olar ki, onlar bir-birlərinə möhtacdırlar. Hansı ki, varlıq aləminin yaradıcısı ehtiyacsız olmalıdır. Bir tanrının o birinə möhtaclığı məntiqi deyil. Əgər tanrılar təklikdə bu işi görə bildikləri halda o birindən kömək alırlarsa belə bir köməyin dəlili olmalıdır. Mümkündürmü ki, tanrılardan biri daha az qüvvə sərf etmək məqsədi ilə və ya o biri tanrıların müxalifətinin qarşısını almaq üçün həmkarlıq etsin? Bütün bunlar məbudluq məqamı ilə bir araya sığmır. Möhtac bir varlıq varlıq aləminin xaliqi ola bilməz!Əgər tanrılardan biri Marsı yaratsa və ikincisi onu məhv etmək qərarına gəlsə, birinci tanrı öz yaratdığını müdafiə etməlidir. Əgər ikinci tanrı öz məqsədini həyata keçirə bilmirsə, demək, acizdir və tanrılıq məqamına layiq deyil. Əgər birinci tanrı öz yaratdığını müdafiə etməyə qadir deyilsə, o özü acizdir və tanrılıq səlahiyyətindən uzaqdır.
Yeganə Allaha etiqadın faydaları və təsirləri
Allahın yeganəliyinə etiqadın varlıq aləmi üçün bir sıra faydaları var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Yeganə Allaha etiqad insanlarda məsuliyyət yaradır. Yeganə Allaha inanan şəxs öz əməllərinə görə cavabdehlik hiss edir. Çünki o bütün əməllərindən xəbərdar məbuda inanır. Bu səbəbdən çalışır ki, pis işlərdən çəkinsin, xeyir əməllərə önəm versin. Beləcə, yeganə məbuda etiqadlı cəmiyyətlərdə insanlar çirkin işlərdən uzaq olur, xeyirxahlığa çalışır.
2. Yeganə Allaha inananlar onu şəriksiz səbəbkar sayır, ondan qeyrilərini aciz bilir. Təkallahçı insan yalnız bir olan Allahdan kömək diləyir. Gündəlik namazlarımızda “Həmd” surəsində “yalnız Səndən yardım diləyirik” cümləsini dəfələrlə təkrarlayırıq. Mömin insan istənilən bir çətinliyə düşdüyü zaman yeganə Allahdan yardım diləyir.
3. Tövhid etiqadlı insan Allahdan qeyrilərinə əyilmir, onlara pərəstiş etmir. Təkallahçı şəxs yalnız yeganə Allaha ibadət edir. Müvəhhid (təkallahçı) namaz qılanların şüarlarından biri budur: “Yalnız Sənə pərəstiş edirik"Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif deyilir.
Şirk iki qismdir: Şirk etiqadi məsələlərdə və şirk əməldə (ibadət və itaət). Əqidə məsələlərində şirk, bir neçə hissəyə bölünür:
1- Allahın, Allahlğına şərik qoşmaq: Allahdan başqa bir varlığa inanmaq ki, Allahda olan bütün sifətlər müstəqil olaraq ona nisbət verilsin.
2- Xaliqliyinə şərik qail olmaq: Aləm üçün iki ayrı xaliqə əqidəli olmaq.
3- Rəbbin varlığına şərik qail olmaq:
Bu cür bir əqidəyə sahib olmaq ki, müstəqil və çoxlu Allahlar varlıq aləmin tədbirlərin həyata keçirilməsində hər birinin ayrı- ayrılıqda rolu vardır.
Əməldə şirkə qail olmaqda iki hissəyə bölünür: Aşkarda şərik qail olmaq və gizlində şərik qail olmağa bölünür və özünəməxsus hökümləri vardır ki, fiqh və kəlam (əqidə) elmlərində bəhs olunur. Allah- Taala yanında, şirkin bütün hissələri, haqq yolu azmaq və Allah Taalaya qarşı böyük zülm hesab olunur və Allah dərgahında bağışlanmazdır.
Bu gün bəzi məzhəblər bu məsələni (şərik qoşmağı) başqalarının insanların yolunu azmasına səbəb olan hiylələri kimi adlandırırlar və hər zaman və hər an özlərini dəlil və istidlal gətirməkdə zəif görürlər başqalarına şirklə töhmət vururlar. Əlbəttə ki, bu İslamdan kənar və əxlaqdan uzaq olan bir işdir. Əlbəttə İslam dininin alimləri bütün onların suallarının və şübhələrinin cavablarını vermişdirlər."Şirk" lüğətdə oxşar qərar vermək və iki şirkin bir- birinə qarışması deməkdir.[i] Amma Quran terminində, Hənəfiyyət qarşısında istifadə olunmuş və şirkdən məqsəd, şərik oxşar və Allah Taalaya onun kimisini qərar verməkdir. Hənif isə doğru və düzgün yoldan nahaq yola meyilli olmaq deməkdir. O cür ki həqiqi tövhid yolu tutanlar, şirkdən üz çevirərək bu doğru yola üz tutmuşdurlar, onlara hənif deyilir. Buna görə də hənifin mənasından biri də doğru və düz deməkdir.[ii] Allah Taala Qurani- kərimdə öz Peyğəmbərinə buyurur: "De! Rəbbim məni doğru yola hidayət etmiş, payidar din, (dünya və axirət səadəti onda qərar vermişdir) İbrahimin (ə) dini ki, xurafatla dolu dinlərdən üz çevirib və müşriklərdən deyildir."[iii]
Yenə də buyurur: Mənə əmr olunmuşdur ki, üzünü o dinə doğru yönəlt ki, hər növ şirkdən və müşriklərdən uzaqdır."[iv]
Bunun üçün də Quran nəzərində, şirk, hənif din qarşılığındadır. Şirki tanımaq üçün, hənifi tanımaq lazımdır, əlbəttə bu cəhətdən ki," تعرف الاشیاء باضدادها"
Yəni, əşyanı onun ziddinə olan əşyanın vasitəsiylə tanımaq olar. Bir cümlədə demək olar ki, şirk, tövhidin ziddidir, o cür ki, tövhid bir neçə hissəyə bölünür, şirk də bir neçə hissədən ibarətdir.
Ümumi bir qismlərə böldükdə, şirk iki hissəyə bölünür" əqidə də olan şirk" və "əməldə olan şirk". Əqidədə olan şirk üç hissəyə bölünür:
1. Allaha şərik qoşmaq: Allahdan başqa bir varlığa əqidəli olmaq ki, müstəqil olaraq bütün camal və kamal sifətlərə sahibdir. Bu cür etiqad kafirliyə doğru yol açır.[v] Buna görə də Allah- Taala Qurani- kərimdə buyurur: "Onlar ki, dedilər Allah, həmin Məsih ibni Məryəmdir, həqiqətən kafir oldular."[vi]
2. Xaliqlikdə şərik qail olmaq: İnsan aləmin yaranmasında iki müstəqil məbdəyə qail ola, o cür ki, aləmdə yaratmaq və bütün imkanlar onların ixtiyarında olsun. O cür ki, Məcus (Zərdöştlər) iki mənbəyə, mənbəyi xeyr (Yəzdan) və şər (Əhrimən)- ə qail idilər.
3. Rububiyyətdə şərik qail olmaq: O deməkdir ki, insanın etiqadı aləmdə bu olsun rəblər (Allahlar) çoxlu saydadır və Allah o rəblərin rəbbidir.
Bu mənada ki, aləmdə olan işlər hər biri ayrı- ayrılıqda təyin olunmuş və hər birinin öz ixtiyarındadır. Elə ki, müşriklər həzrət İbrahim (ə)- ın dövründə bu cür şirkə düçar olmuşdular. Bir dəstə ulduzları aləmin tədbirçisi bilir və başqa bir dəstə isə ayı, başqa bir dəstə isə günəşi bilirdi.
Əməl məqamında şərik qail olmaq:
Əməl məqamında olan şirk ki, ibadət və itaətə olan şirkə deyirlər, ona görə ki, insanın Allahın, xaliqin və Rəbbin qarşısında olan etiqadı bəzi şəxslər üçün olsun ki, onların qarşısında itaət edib onlara hörmət qoyur. Bunlar şirkin nişanələridir ki Qurani- kərimdən istifadə olunmuşdur. Amma bir dəstə, özlərindən olaraq şirkin nişanə və əlamətlərini təyin etmiş və bu əlamətlərlə başqa müsəlmanları şirkdə müttəhəm edirlər.
Bizim nəzərimizdə, onların şirk üçün müəyyən etdikləri nişanələrin heç bir etibarı yoxdur; çünki onların dedikləri Quran ayəsi, İslam Peyğəmbərinin və o həzrətin canişinlərinin (on iki İmam) dedikləriylə üst- üstə düşmür.
Burada, onların özləri təyin etdikləri nümunələrdən bir neçəsinə işarə edirik:
1. Allahdan başqasının qeyb elmindən xəbəri olması; onlar deyirlər: Əgər bir kəs Peyğəmbərdən və yaxud ondan başqa İlahi övliyalarından istəklərini diləsə (və onlardan kömək istəsə) və bu məsələyə ki, onun duası eşidilir və onun halından xəbərdar olurlar və yaxud hacətini verəcəklər deyə etiqadı olsa, bunlar ən böyük şirklərdən hesab olunur.[vii]
2. Ölülərdən hacət diləmək; deyirlər: Şirkin bir növü də, ölülərdən hacət diləyib onlardan kömək istəyib və onlara üz tutmaqdır; bu da aləmdə şirkin əsl mənbəyidir.[viii]
3. Dua və məsum İmamlarla (ə) rabitə yaratmaq (təvəssül etmək) bir növ ibadətdir; deyirlər: İbadət Allaha məxsusdur, dua da bir növ ibadətdir, bəs Allahdan başqasından bir şey istəmək şirkdir[ix]
4. Qəbirləri ziyarət etmək şirkdir.
5. Peyğəmbər və saleh bəndələrdən təbərrük götürmək şirkdir.
6. Peyğəmbərin təvəllüdünü qeyd etmək şirkdir.
7. Qəbrlərin üstündə məqbərə və günbəz tikmək şirkdir.
Bu əqidə və özləri təyin etmiş nümunə və nişanələri iki dəstəyə bölmək olar:
1- Bu nümunə və əlamətlərin bir dəstə insanlar, o cəhətdən ki, əqidədə şirk olmasını bilirlər, müşrikcəsinə olunan əməllər deyirlər.
Bu dəstənin o cür əqidəsini rədd etmək üçün, demək olar ki, qeybdən məlumat əldə etmək, şəfa verməyə inanmaq və hacətin verilməsinə etiqad bəsləmək və... bu işləri tamamıyla Allaha nisbət vermək və başqalarının ixtiyarında hər nə vardırsa Allah tərəfindən onlara verilmişdir desək, şirk sayılmır; çünki, heç bir halda müstəqillik Allahdan başqası üçün nəzərdə tutulmur. Biz Allaha qarşı, onun xaliq və rububiyyətinə qarşı şirkə qail olmağın tərifində dedik ki, etiqadda şirkə yol verməsi, o zaman yarana bilər ki, bir şəxs bu əqidəyə sahib olsun ki, Allahdan başqası tamamıyla müstəqil olaraq cəlal və kamal sifətlərinə sahibdir və ya tamamiylə müstəqil olaraq yarada bilər və müstəqil olaraq aləmin tədbirini həyata keçirə bilər. Amma onun qüdrəti Allaha bağlı bir qüvvədirsə daha şirk sayılmaz. Biz və başqa müsəlmanlar Peyğəmbər və onun canişinlərindən hacət istəyirik və ya əqidəmiz budur ki, onlar böyük bir qüvvəyə sahibdirlər və... bu məqamı Allah tərəfindən onlara əta olunmuş bir məqam bilirik.
Belə olduqda, yenə də şirkdirmi?
2- İkinci dəstə ki, bəzi işlərin şirk olmasını iddia edirlər, bu cəhətdəndir ki, bəzi işləri ibadət olaraq qəbul edirlər. Misal üçün Peyğəmbərin (s) ad günündə bayram keçirmək, qəbrlərin üzərində məqbərə və günbəzlərin tikiləsi zərihlərin (məsum mamların və Peyğəmbərin) qəbrinin üzərində qoyulmuş dəmir örtüklər) öpülməsi və ...
İslam məzhəbində ibadətin, özünəməxsus xüsusiyyətləri vardır və o xüsusiyyətlər də Allaha məxsusdur. İbadət, ibadətdir. Allah, xaliq və rububiyyət qarşısında ibadət etmək əqidəsindən. Amma əgər bu ibadətlər bu əqidə daxilində olmazsa, heç bir halda ibadət hesab olunmur. Bunun üçün də Allah- Taala Qurani- kərimin Yusif surəsində Yusifin qardaşlarının o həzrətin qarşısındakı səcdədən söz açaraq onun şirk olmadığını bildirir; çünki onlar heç vaxt Yusif haqqında, Allahlıq, xaliqlik və rəbb olmasında əqidələri olmamışdır. Xoşbəxtlikdən İslam dininin ayıq alimləri və elm sahibləri bütün bu nümunələr ki, bəzi şəxslər tərəfindən təyin olunmuşdur, cavab verilmişdir.
Əlavə məlumat üçün aşağıdakı kitaba müraciət etmək olar:
Buhus Quraniyyə fi əl- tövhid və əl- şirk, Sübhani, Cəfər.[i] Məcməul- bəhreyn, cild 5, səh 274; Əl- eyn, cild 5, səh 293.
[ii] Hənif, Hənəf maddəsindən (hədəf vəznində) nahaq yoldan düzgün yola meyilli olmaq deməkdir. O halda ki, cənəf onun əksinədir; yəni düz yoldan səhv yola düşmək. O cür ki, tövhid davamçıları şirkdən tövhidə üz çevirmişlər və bu əslə meyilli olmuşdurlar, onlara hənif deyirlər. Buna əsasən də hənifin mənalarından biri də düz deməkdir. Bundan məlum olur ki, təfsir alimlərinin hənif kəlməsi üçün etdikləri təfsir, Allah evini həcc (ziyarət) etmək kimi, haqqdan itaət etmək, İbrahib (ə) davamçısı və düzgün əmələ sahib olmaq hamısı birlikdə bu mənanı daşıyır və bunların hər biri ona sadiqdir. Nümunə təfsiri, cild 2, səh 605.
[iii] Ənam surəsi, ayə 161.
«قل اننی هدانی ربی الی صراط مستقیم دیناً قیماً ملة ابراهیم حنیفاً و ما کان من المشرکین
[iv] Yunus surəsi, ayə 105
[v] Bunu da qeyd etmək lazımdır ki, şirkin bütün qismətləri, bir növ kafirliyə səbəb olacaqdır. Əlbəttə diqqət etmək lazımdır ki, bizim küfrdən olan məqsədimiz fiqhə və əqidədən də üstündür.
[vi] Maidəsurəsi,ayə17
[vii] Məcmueye fətavəye ibni baz, cild 2, səh 552.
[viii] Fəthul- məcid, səh 68.
[ix] Əl- rədd ələl- Rafizə (şiə şunasinin yazdığına əsasən) Rizvani, Əli- Əsgər, səh 135- 143