Ad: , Ölkə: , Müctəhid: Ayətullah Amuli
Ustad, ya bələdçi külliyyatı tanımaqdan əlavə, yaxşı psixoloq da olmalıdır ki, müxtəlif insanların xüsusiyyətlərini dərk edə bilsin. Çünki bəzi əməllər bəziləri üçün yaxşı, bir başqaları üçün isə pisdir. Məsələn, bütün dərmanlar bütün şəxslər üçün yaxşı deyil. Biri üçün şəfa olan dərman, digər birisi üçün zəhərdir. Tibb təhqiqatçıları bir neçə il bundan əvvəl bildirmişdilər ki, 2500 növ baş ağrısı kəşf edilmişdir. Bəlkə də bu rəqəm indi 5000-ə çatmışdır. Bu yalnız bizim cismimizin bir hissəsinə aiddir. Amma ruh çox heyrətli sirlərə malikdir.
Xülasə, ustad və bələdçi insanın ruhi xüsusiyyətlərini bilməlidir ki, sizə hansı əməlin yaxşı olduğunu, sizin onu necə yerinə yetirməli olduğunuzu və başqasının onu necə yerinə yetirməli olduğunu deyə bilsin. Əgər belə bir ustad tapılsa və bütün anlarda insanın bələdçisi olsa, böyük bir nemətdir. Təəssüflər olsun ki, belə ustad insana çox az nəsib olur.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məsələ barədə yeri var ki, hər kəs nigaran olsun və ciddi şəkildə aqibətinin xeyirli olması üçün çalışsın. Çünki şeytan son nəfəsdə də insandan əl çəkmir. Lakin təqvalı insanları Allah-taala öz amanında saxlayır. Quranda buyururlur: Qəsəs surəsi ayə 83. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.Əsas şərtlərdən biri də zamanənin imamını tanımaqdır. Peyğəmbər (s) buyurur: “Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”
Aqibət xeyir olmaq üçün bu duanı oxumaq müstəhəbdir:
اَللّهُمَّ اجْعَلْ عَوَاقِبَ اُمُورِنَا خَيْرًا
«Əllahumməcəl əvaqibə umurina xəyrən.»
Həmçinin Axiruz-zamanda şək-şübhədən azad olmaq üçün bu duanı oxuyuruq:
يَا اَلله يَا رَحمنُ يَا رَحِيم، يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِى عَلَى دِينك
«Ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.»
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Niyyətiniz qəza namazlarını qılmaq olsun və bacaqdıqınız qədər də qılın və bu yolda Allahdan kömək istəyin. Əgər insan qəzaların çoxluğundan naümid olsa qılmağa və məqsədi qəzaları qılmamaq olsa, belə insan niyyətinə görə də günah qazanmış olur. Qəza namazlarınızı qılmaq üçün işinizi proqrama salın. Hər vacib namazın kənarında bir qəza namazı da qılın və ya hər gün yatmazdan əvvəl bir günün namazını qılın. Qıldığınız namazları bir yerə qeyd edin, tainki həm yadınızdan çıxmasın və həm də həvəsləndirici səbəb və stimul yaransın. Müstəhəb əməllərin əvəzinə qəza namazlarınızı qılın, çünki bu daha əhəmiyyətlidir. Bəzi alimlərin barəsində deyilir ki, qəzası olmamağına baxmayaraq üç dəfə ömründə qıldığı namazlarını yenidən təkrar edib.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Maidə surəsi ayə 27 «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». Təqva olmadan namazda qəbul deyil. Namazın fəlsəfəsi insanı çirkinlikdən və günahdan saxlamaqdır. Namaz hər nəqədər insanı çirkinlikdən saxlayırsa o miqdarda da qəbul olur.ÂHəqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır». Namazın qəbul olmağı ilə düzgün və səhih olması arasında fərq var. Namazı qəbul olmayan amma düzgün şərtləri ilə qılan insanın boynundan namaz götürülür. Bu şəxs qəbul olmayan amma düzgün olan namazının əvəzini görəcək. Belə ki, qiyamətdə namaz qılmayanların arasında olmayacaq və əzab çəkməyəcək.
Namazınqəbulu üçün insan Allah xatirinə nəfs istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Namaz hara, günah hara! İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. «Məryəm» surəsinin 58-ci ayəsində buyurulur: «Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar». Növbəti ayədə isə belə buyurulur: «Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi». Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
Namazın çoxlu təsir və bərəkəti var o cümlədən, Allaha yaxın olmaq və namazı qəbul olmayan insan bu İlahi nemət və lütfdən məhrum olur və faydalanmır. Namaz sanki bir nərdivan kimidir, Allah dərgahına yüksəlmək və kamilliyə çatmaq üçün bu nərdivandan yuxarı qalxmaq lazımdır. Hədisdə də buyrulur: namaz möminin meracıdır. Amma bununla belə insanın heç bir əməlini Allah-təala əvəzsiz qoymayacaq. Hətta kafər olsa belə xeyr əməlinin əvəzini bu dünyada görəcək.
Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bunu öz istəyiniz kimi yox Allahın istəyi kimi xatırladın və əvvəlcə həssasiyətlə məsələyə yanaşmayın, bəlkə qeyri müstəqim və tədricən islamın gözəlliyindən, Allahın mərhəmətindən, etdiyi işin aqibətin düşünməkdən, Quran və Əhli-beytin maraqlı ürəyə yatan kəlamlarından danışasınız. Bu şeyləri öz əxlaq və rəftarlarınızda cilvələndirməklə sözünüzün daha çöx təsiri olar. Onu dəyərləndirin və qadının dəyərindən danışın, hicablı qadın sanki sədəf içində gizlənmiş incidirlər.İmam Əli (ə):«Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər.»
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Məhəmməd (s) buyurur: Hər kəsin iki günü bir-birinə bərabər olsa, o kəs ziyan çəkmiş adamdır.
Bunun mənası odur ki, insan gərək hər gün yeni şeylər öyrənsin və dünənki biliyinə əlavə etsin. Əgər şəxs bilik cəhətindən iki gün eyni səviyyədə qalsa, ziyan çəkmiş olar, çünki ömründən bir gün itirib, lakin onun müqabilində heç bir şey ələ gətirməyib. Əlbətdə elm öyrənmək əməl etmək üçündür, elm əmələ yol açır, elmsiz əməlin qiymətidə azdır. Lakin elm olsa əməl olmasa yenədə ziyandadır, çünki əməlsiz elm barsız ağac kimidir.
Hər halda hədis ümumi bir məfhum daşıyır, təkcə elmə inhisar və məhdud etmək olmaz, hər cəhətdən insanı Allaha yaxınlaşdıran və kamilliyə yetirən şeylərə şamil olur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şeytan bütün
insanlara vəsvəsə edir. Onun vəsvəsəsi hamıya tuşlanır. Amma kimsə ona qulaq
asmayıb qalib gəlir, kimsə aldanıb məğlub olur. Elə isə onda biz nə edək ki,
şeytanın vəsvəsəsi bizə təsir edib bizi yoldan çıxarmasın?
"Şeytanın addımlarıyla addımlamayın".
"Şeytanın addımları" ifadəsinin bəlkə də dəqiq bir tərbiyəvi nöqtəyə işarəsi var. O da budur ki, adətən azğınlıqlar insanda bir dəfəyə və birdən-birə deyil, tədricən yer edirlər. Misal üçün, bir cavanın narkotika və spirtli içkilərə qurşanmasının neçə mərhələsi var. Əvvəlcə o, belə məclislərdə adi bir tamaşaçı kimi iştirak edir, ikinci addımda maraq üçün özü də ondan istifadə edir, amma bu, sadəcə maraq üçündür. Üçüncü addımda deyir ki, bir az istifadə edim sonra tərk edərəm. Nəhayət, şeytan addım-addım bu cavanı aldadaraq əsl bir narkamana çevirir. Ona görə də, Allah-taala buyurur ki, elə həmin ilk addımdan şeytandan uzaq ol və onun addımlarıyla addımlama”. Demək, şeytanla üzləşmənin ilkin yolu onun hətta ən ibtidai addımlarından belə uzaq olmaqdır.
Şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hislərinə mənfi təsir göstərir, həmin vəsvəsələr zamanı Nas və Fələq surələrini zikr edin. Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar. Qurani-kərimdə şeytanla mübarizə yollarından biri də Allaha sığınmaqdır. Əraf surəsində belə deyilir: وَ إِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَميعٌ عَليم
“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!”
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hakimiyyəti yoxdur!” Nəhl surəsi 99
Demək, şeytan düzgün imanlı, ixlaslı və sadiq, Allahına sığınıb yalnız Ona təvəkkül edən bəndələri azdıra bilmir. Elə isə O lənətlənmişin şərindən amanda qalmaq üçün çalışıb bu Allah deyən dəstədən olmaq lazımdır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: “Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”
Ər-Rəd surəsi ayə 28. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.