Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Novruz bayramının islamla əlaqəsi yoxdur. Amma bu məsələyə işarə edən hədislərin əksəriyyətini bəzi alimlər zəif bilir. Bəzi əlamətdar günlərin novruza təsadüf etməsi və novruz barədə olan hədislərdə məqsəd Novruz bayramı deyil, nov-ruz yeni gün nəzərdə tutulur. Əlbətdə Qədir-xum günü Novruz ərəfəsinə təsadüf edir, lakin bu təsadüf Novruzun islamla əlaqəli olması anlamına gəlmir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu barədə ətraflı bilmək üçün saytımızın kitabxanasında olan kitaba müraciət edin:
Kitabın adı:
Qürubdan sonra
Allah sizə yar olsun.
Ad: Gulnare, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Xeyr, məscidə daxil ola ilməz.Heyz qadına haram olan işlər bunlardır:
1. Namaz, oruc, Allah evinin təvafı kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq tələb etməyən ibadətləri yerinə yetirə bilər.
2.Cənabətli insana haram olan bütün işlər.
3. Cinsi yaxınlıq etmək. Bu iş həm kişi, həm də qadın üçün haramdır.
4.Heyizli halda təlaq (boşanmaq) batildir.
Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın
"Fiqhi" suallar bölməsinə ünvanlayın.
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Əleykumus-salam.
Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.
Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:
«Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur.
Bədnəzərdən qorunmaq üçün qeyd etdiyimiz ayə və duaları oxuyun:
Əl-Qələm surəsi ayə 51-52: Və in yəkadulləzinə kəfəru la yuzliqunəkə bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin.
Ayətəl kürsi (Bəqərə surəsinin 255, 256 və 257-ci ayələri).
Fələq və Nas surəsi.
İxlas surəsini 6 cəhətə (sağ, sol, yuxarı, aşağı, qabaq və arxaya) oxumaq.
İmam Sadiq (ə) buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:
«ماشاء الله لاقوة الا بالله العلی العظیم»
Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim.
Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.
Daha ətraflı saytın kitabxanasındakı kitabdan oxuyun:
Kitabın adı: Gözdəyməyə qarşı nə edim?
http://kitab.nur-az.com/az/lib/view/447
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Qüsl lazım deyil, əlini suya çəkməlidir.
Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bitkilərdə olan nəfs və ruh nəbati ruhdur. Qidalanma, inkişaf və artım nəbati nəfsin üç cəhətidir.
Hədislərdə bu məsələ kamil şəkildə aydın olmayıb, amma bəzi hədislərdən başa düşülür ki, necə ki, insanların ruhunu həzrət Əzrail alır, heyvanların ruhunu almaqda ona tapşırılıb.
Bu məsələ barədə iki nəzər var:
1. Heyvanların da ruhu Allahın müqərrəb mələyi həzrət Əzrailin vasitəsi ilə alınır.
2. İnsandan başqa mövcudatların ruhunu almaq dörd mələyə tapşırılıb.
Əllamə Məclisi yazır: Hədis kitablarında bu iki nəzərin heç biri aşkar şəkildə açıqlanmadığı üçün nəzər bildirməmək ehtiyata uyğundur.
Əlbətdə hədislərdə həzrət Əzrailin dilindən belə nəql olunur ki: Allahın izni olmadan mənim hətta bir milçəyin də ruhunu almağa qüdrətim yoxdur. Bu hədisdən belə başa düşülür ki, heyvanlarında ruhunu almaq Əzrailin (ə) vəzifəsidir. Seyid Nemətullah Cəzairi də bu nəzəri qəbul edib. Həmçinin başqa hədisdə belə ifadə var ki: Salam olsun bütün xəlq olunmuşun ruhunu alan ölüm mələyi Əzrailə, və s..
Hər halda Quranda umumi şəkildə qeyd olunur ki, ölüm və həyat Allahın əlindədir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Dilində razılıq verərsə kifayətdir, baxmayaraq ki, əxlaqi baxımdan yaxşı olar qəlbən razılığınıda ələ gətirsin. Hər halda məcburiyyət olmadan öz ixtiyarı ilə hər hansı səbəbdən, dilində razılıq versə artıq haqqı qarşı tərəfin üzərində qalmır.Allah sizə yar olsun.
Ad: ramal, Ölkə: Azarbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, islamda da belə sifariş var. Ümumiyyətlə eləbir dəyərli və qiymətli şey yoxdur ki islamda ona diqqət olmaya və qələmə alınmaya.Əziz Peğəmbərimiz zəfər və qələbə çalanda müsəlmanlara sifariş edərdiki qocalar,qadinlar,uşaqlar və ağaclarla işiniz olmasın. İmam Sadiq ə buyurub meyvə verən ağacı kəsmək ilahi əzaba səbəb olar. Peyğəmbər (s) buyurub: Hərkəs bir ağac əkib becərərsə o ağacin meyvələri qədər Allah ona savab yazar və...Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Minarə azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllədir.Peyğəmbərin (s) zamanında məscidlərin minarəsi və günbəzi olmayıb. Bir gün Hə. Əli (ə) bir məscidin yanından keçəndə məscidin üca minarəsinə gözü düşdü əmr etdiki minarəni söksünlər sonra isə buyurdu: Minarəni məscidin divarından hündür tikməyin.
Allah sizə yar olsun.