Sual (51) :
Salamun aleykum.Bildiyiniz kimi qarşıdan Müqəddəs Ramazan ayı gəlir.Mənim səhhətimdə problem var .Əməliyyata getməliyəm.O da sizlərə məlumdur ki,Oruc tutulan zamanı azda olsa bədənin müqaviməti düşür..Allah şahiddir ki,Orucsuz qalacağım üçün qelbim sızlayır...Xahiş edirəm mənə yol göstərin..Necə edim ki,Oruc tutmağın əcrindən kənar qalmayım...Əvvəlcədən minnətdaram..
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mübarək Ramazan ayında üzürlü səbəbdən oruc tutmayan, amma Ramazanın və orucluğun hörmətini qoruyub saxlayan, yəni cəmiyyət arasında yeyib içməkdən çəkinən şəxs Ramazan ayının bərəkətindən bəhrələnmiş olar inşallah. Əlbətdə bir çox bərəkətlər Ramazan ayı ilə əlaqəlidir.Allah sizə yar olsun.
Sual (52) :
Salam alaykum .1 weytan qelbden agah ola bilir ?mesel ucun qelbimde fikrlewim ki sabah bir yaxwl emel edecen weytan onu bilirmi? 2 weytan insana ves vese edirse mesel ucun deyir senin cox gozel teqvan var .eger hemen insan inanmlrsa yene gunah gelir insana?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Şeytan insanın fikirlərindən və niyyətindən xəbərdar ola bilər, amma onun aqibətindən xəbərsizdir. Hədislərdə deyilir: Yaxşı əməl yerinə yetirmək istəyən şəxs bunu təxirə salmasın, çünki Şeytan onu bu əməldən yayındıra bilər. Şeytanın işi yalnız vəsvəsə etmək və insanın əməllərini onun gözləri önündə zinətləndirmək həddindədir. Şeytan insanı bir işə məcbur edə bilməz və buna səlahiyyəti yoxdur. İbrahim surəsi 22-ci ayədə oxuyuruq: ...Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin....2. İnsan, şeytana uymayana qədər və onun vəsvəsələrini icra etməyənə qədər günah sayılmır. Buna görədə deylilir: Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar. Şeytan hətta İbrahim peyğəmbərə vəsvəsə edirdi ki, gördüyün yuxu şeytani yuxudu və İbrahim (ə) onu daşlamaqla qovalayır.
Allah sizə yar olsun.
Sual (53) :
Salam alaykum .aqLl zeyif. duwunceleri narmal olmuyan . yadawl cox zeyif cox weyi narmal insanlar kimi derk ede bilmiyen insan qiyamet gunu sorqu sual olnacaq ? Aqll guclendirmey mumkundu? Allah razl olsun?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fiziki baxımdan ağılı çatışmayan insanlar, belə ki, yaxşını pisi ayıra bilməyən şəxslər Qiyamət günü sorğu-sual olunmayacaqlar. Amma düşüncəsi zəif olanları Allah-taala öz düşüncələri qədər sorğu-sual edəcək. Bəli, ağlı həm gücləndirmək olar və həmdə zəiflətmək. Hədislərdə bir sıra məsələlərin adı çəkilir ki, ağılı gücləndirər. Bunların bəziləri maddidir, bəziləri isə mənəvi. Hədislərə əsasən, ətirdən istifadə etmək, dişləri fırça ilə yumaq, qan aldırmaq, sirkə içmək, heyva yemək, ticarətlə məşqul olmaq, məsləhət almaq və s.. ağılı artırar.Allah sizə yar olsun.
Sual (54) :
Salam aleykum ve rehmetullah. Qebirin olcileri ne qeder olmalidir? Dinde bu haqda gosterisler var? Allah sizden razi olsun
Əleykumus-salam.
Qəbirlərin uzunluğu meyitin ölçüsündə və dərinliyi normal insanın boyunda olmağı sifariş olunur.
Qəbirlərin uzunluğu meyitin ölçüsündə və dərinliyi normal insanın boyunda olmağı sifariş olunur.
Allah sizə yar olsun.
Sual (55) :
Salam alaykum .imam elinin qlLlncl nece kilo olub? ALLAH razl olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Əlinin (ə) qılıncının neçə kilo olmasına rast gəlmədik, amma nizəsini tarixdə 9 kilo yazıblar. Əlbətdə Həzrət Əlinin (ə) qılıncı başqa qılınclardan çoxda fərqlənmirdi, əksinə onu fərqləndirən İmam Əli (ə) idi.Allah sizə yar olsun.
Sual (56) :
Salam aleykum. Ne ucun coreye basqa nemetlere nisbeten daha cox hormet olunur? Meselen yere herhansi meyve, terevez ve s dusende goturulmur amma corek goturulur. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın bizə verdiyi bütün nemətlər ehtirama layiqdirlər. Çünki onların hər biri insana xidmət etmək və ehtiyacını aradan qaldırmaq üçün nazil olmuşdur. Ona görə nemətə qoyulan hörmət Allah tərəfindən təqdirə layiq görülər. Bu nemətlər içərisində çörəyin xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Çörəyi əziz tutun ki, ərşdən tutmuş yerə qədər çox sayda xəlq onun düzəlməyində rolu olmuşdur.
Hz. Əli (ə): Çörəyə hörmətlə yanaşın ki yer və göyün bərəkətinin nazil olmasına səbəb olar.
İmam Əli (ə) buyurur: “Çörəyi əziz tutun”. Soruşurlar ki, necə? Buyurur: “Çörəyi əziz tutmaq odur ki, ayaq altına atmayasanız”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çörəyi əziz tutun ki, Allah Təala onu səma bərəkətindən göndərmişdir”. Soruşurlar ki, necə əziz tutaq? Buyurur: “O zaman ki, süfrəyə qoyular, başqa bir yeməyin intizarında olmayın”.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Allahın bizə verdiyi bütün nemətlər ehtirama layiqdirlər. Çünki onların hər biri insana xidmət etmək və ehtiyacını aradan qaldırmaq üçün nazil olmuşdur. Ona görə nemətə qoyulan hörmət Allah tərəfindən təqdirə layiq görülər. Bu nemətlər içərisində çörəyin xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Çörəyi əziz tutun ki, ərşdən tutmuş yerə qədər çox sayda xəlq onun düzəlməyində rolu olmuşdur.
Hz. Əli (ə): Çörəyə hörmətlə yanaşın ki yer və göyün bərəkətinin nazil olmasına səbəb olar.
İmam Əli (ə) buyurur: “Çörəyi əziz tutun”. Soruşurlar ki, necə? Buyurur: “Çörəyi əziz tutmaq odur ki, ayaq altına atmayasanız”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Çörəyi əziz tutun ki, Allah Təala onu səma bərəkətindən göndərmişdir”. Soruşurlar ki, necə əziz tutaq? Buyurur: “O zaman ki, süfrəyə qoyular, başqa bir yeməyin intizarında olmayın”.
Allah sizə yar olsun.
Sual (57) :
Essalamu eleykum.Eqli zeif olan insanlar emellerine gore sorqu sual olunacaq?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Əleykumus-salam.
Əqli çatışmayan insanlar, yaxşını və pisi ayrıd edə bilmirlərsə, təklifləri yoxdur və əməllərinə görə də sorğu-sual olunmayacaqlar.Allah sizə yar olsun.
Sual (58) :
Salam aleykum. Bezen hicri qemeri ayin gunlerinde ferq olur neceki indi saban ayinda ferq var. Biz bilen bunun sebebi bezi alimlerin ayin ancaq gozle gorulmesini qebul etmesidir teleskopla hansisa aparatla deyil. Peygemberin dovrunde nece idi? Gozle gorulende gun baslayirdi yoxsa nece? Bagislayin sual fiqhidir. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzi alimlər ki, ayın adi gözlə görülməsini şərt bilirlər, bir dəlilləri də budur ki, Peyğəmbərin (s) zamanında ayın çıxmasını cihazla yox adi gözlə müəyyən edirdilər.Ayın əvvəli beş yolla təyin olunur: 1. İnsan özü ayı görsə; 2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 3. İki adil kişi ayı gördüklərini desələr; 4. Aydan otuz gün keçmiş olsa; 5. Şəri hakim ayın başlaması barədə hökm versə.
Allah sizə yar olsun.
Sual (59) :
bismillahir rehmanir rehim.siyge nedir.sertleri.evli olan adama siygr olar .muselman olmuyan adamla siyge elemek olar
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müvəqqəti nikah şəri bir qanun olaraq İslam fiqhində “Mütə” adlanır. Deməli, İslama əsasən iki növ evlənmə-nikah düzgündür: 1-Daimi nikah (müddətsiz); 2-Müvəqqəti nikah (hər iki tərəfin razılığı əsasında müddət təyin olunmaqla). Bu nikah, “daimi nikahla” “müxtəlif məsələlərdə oxşardır; mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə saxlanılması və s. Bir sözlə, müvəqqəti əqd, daimi evlənməklə eyni mahiyyət daşıyır. Hər ikisinin bir çox hökmləri eynidir.Əlbəttə, daimi nikahla müvəqqəti nikah arasında bir sıra fərqlər də, mövcuddur. Müvəqqəti nikahda; 1-Qadına nəfəqə vermək vacib deyildir. 2-Ər-arvad heç biri, digərindən irs apara bilməz. (Amma onların övladları ata-analarından və bir-birlərindən irs apara bilər).
Hər bir halda biz bu hökmü Qurani-kərimdən öyrənmişik: “Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!” (Nisa 24) Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir. “Təfsiri-Təbəridə” bu ayənin kənarında çoxlu sayda olan müxtəlif hədislər, onun müvəqqəti nikaha aid olduğunu təsdiqləyir. Peyğəmbərin (s) səhabələrinin böyük bir hissəsi də bu fikirdədirlər.
“Səhihi-Buraxi”, “Müsnədi-Əhməd”, Səhihi-Müslim “və müxtəlif kitablarda, müvəqqəti əqdin Peyğəmbər (s)-in zamanında da, mövcud olduğunu təsdiq edən rəvayətlər mövcuddur.
Mütə nikahının dörd rüknü var:
1- Əqd siğəsinin oxunması;
2- Qadının müsəlman və ya kitab əhli olması;
3- Evlilik müddətinin müəyyən edilməsi;
4- Mehriyə miqdarının müəyyən edilməsi;
Allah sizə yar olsun.
Sual (60) :
Salam aleykum. Exlaqi hedise baxim fiqhi hokm cixarmaq duzgundurmu? Meselen deyirler valideyinin sennen razidir? Deyendeki yox. Deyir onda niye ibadet eliyirsen Peygember buyurub agvalideynin namazi qebul deyil. Ve.s Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nə inki əxlaqi hədislərdən, hətta fiqhi hədislərdən də şəri hökm çıxarmaq yalnız müctəhidin bacardığı məsələdir. Hədisdən şəri hökm ələ gətirmək üçün bir çox elimlərə yiyələnmək lazımdır. Bizim vəzifəmiz şəri məsələlərdə müctəhidə müraciət etməkdir. Əlbətdə qeyd edilən hədisdən də bu nəticəni almaq doğru deyil. Əgər ağvalideynlik namazın qəbul olmasına maneədirsə, insan çalışmalıdır maneəni aradan qaldırsın, nə inki namazını tərk etsin. Misal üçün, əgər həkim xəstəyə dərman yazır və pəhriz etməyi tapşırır, pəhriz etməyən insanın dərmanı da tərk etməsi məntiqə uyğun deyil.Allah sizə yar olsun.