Sual (41) : salam aleykum. imkan varsa cavablandirardiniz. adem peygenberden once insan nesli olub ? xaiw eleyirem izahli bir wekilde deyerdiniz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəbbin mələklərə - “Mən yer üzündə canişin qərar verəcəyəm”  dediyi zaman, mələklər dedilər: “Fəsad və qan tökənimi qərar verirsən?!. Biz sənə təsbih, həmd və təqdis edirik,”  Rəbbin buyurdu: Mənim bildiyim həqiqətlər var ki, siz bilmirsiniz. (Bəqərə surəsi, ayə: 30) 

İmam Sadiq buyurub: “Mələk, bəşərin yer üzündəki cinayətini bilirdi.  Yoxsa bəşərin yer üzündə fəsad törədəcəyini hardan bilirdi ki, Allahdan belə soruşurdu?!” 
Ayə və imam Sadiqdən (ə) olan rəvayətə diqqət edəndə

mələklər yer üzündə olan insanların keçimişdən xəbərdardır. Onlar bəşərin yer üzərndəki cinayətlərinin və qan tökmələrinin şahidi olub. O üzdən belə bir təəccüblə Allahdan soruşurlar.  Beləliklə də məlum olur ki, yer üzündə Admədən öncə insanlar yaşayıb. Bu barədə imamlardan (ə) çoxlu rəvayətər olunub ki, onlar yer üzündə Adəmdən öncə insanların yaşadığından xəbər verir.

Bu iddianı sübut etmək üçün o hədislərdən bir neçəsini nümunə olaraq sizə təqdim edirik:
Əbu Həmzə Somali imam Zeynülabidindən (ə) nəql edir:
Eşitdim ki, imam buyurdu: “Güman edirsiniz ki, Allah-taala sizdən başqa insan yaratmayıb?! Həqiqətən min-min adam, min-min aləmləri yaradıb və o aləmlərdən sonuncusunda yaşayırsan."
İmam Səccad, açıq şəkildə bildirir ki, indiki insan və indiki aləmdən öncə minlərlərcəsi yaranıb.   
İlk insanın və o aləmlərin yaradılışından, kim bilir nə qədər zaman keçir?!
Bu məzmunda rəvayət İmam Sadiqdən (ə) də rəvayət olunub.
İmam Baqir (ə) buyurub: “Allah-təbərək və təala, yeri yaradan bəri, onda yeddi aləm yaradıb. Onalrın heç biri, Adəmin nəslindən olmayıb. Onları, torpaqdan yaratdı və bir-birinin arxasınca yer üzündə qərar verdi. Sonra Adəmi yaratdı, arxasınca da onun nəslini və övladlarını."

Diqqət etmək lazımdır ki,  o yaradışlasrın birinin məhv olub digərinin yaranması arasında böyük zaman fasilələri var. Hər bir yaradışdan öncə yer, uzun müddət boş və sükunət halında olub. sibtayn.com/az

Allah sizə yar olsun.

Sual (42) : Salam cadunu batil edmek ucun sirkeli suya dua oxunur sonra eve sepilir duzdu gunahdi
Bismillahir-rəhmanir-rəhim.

Müəvvəzətəyn”  Fələq və Nas surələrin, Ayətul-kürsini və s. oxumaq cadunu təsirdən salar. Hər gün az da olsa sədəqə çıxartmaq tövsiyə olunur.

Allah sizə yar olsun.

Sual (43) : Cadu haqqinda yazmisizki bundan onceki mekdublarda ki cadu uydurmadi ele adamlar baxdirir deyir duz cixir eleside duani yapir ve cadu edirki bu sey olsun olur basa salardiz zehmet olmasa

Bismillahir-rəhmanir-rəhim.

Əllamə Təbatəbayi Əl-Mizan təfsirində Bəqərə surəsi 102 ci ayənin təfsirində buyurur: Sehr və cadunun vaqeiyyəti və həqiqəti var və təcrübə bunu sabit edib. Adətən ixtiyarlarında cin olan cadugərlərin keçmişə aid dedikləri uydurma olmur və doğru çıxır. İslamda cadunun təsirin və qarşısın almaq üçün sifarişlər var. Müəvvəzətəyn”  Fələq və Nas surələrin, Ayətul-kürsini və s. oxumaq cadunu təsirdən salar.

Allah sizə yar olsun.

Sual (44) : Namaz vaxdlarun sorusdum sizden bu unvani yazdiz http://www.e-azan.ru/ http://www.azangoo.com/DefaultLang.aspx girdim bashim cixmadi ya basqa sayit deyesiz yada zehmet olmasa Salyan ucun baxib yazardiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. http://www.e-azan.ru/  Bu sayta daxil olduqdan sonra axtarış yerinə yaşadığınız şəhərin adını misal üçün Səlyan sözünü yazın və enter düyməsini vurun saytın ortasında rus dilində namaz vaxtları və sağ tərəfdə qiblə istiqaməti göstərilir. Saytın dilinidə dəyişə bilərsiz. Başqa etibarlı sayt adresi bilmirik.

Allah sizə yar olsun.

Sual (45) : SaLaM cadu haqqinda sualim olacaq bir adam var QURANLA baxir Yada kartla QURANLA baxsa duzdu? Baxir harda dua basdiriblar tapir duzlu su sepir yere tapir ele birde kilid e qurd yagi yaxiblar bele seylere inanmag duzgunduku o yagi yaxmagla duani basdirmagla adama nede ola?. Deyiller hansisa Peygenberimize edibler xrsfe olub dua yada nese tapdigdan sonra sagalib duzdu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranla yalnız istixarə etmək düzgündür, amma fala baxmaq və gələcəkdən xəbər vermək və s.. düzgün deyil. Adətən insanları Quran adı ilə aldadırlar. Sehr və cadunun varliğını Qurani-kərim təsdiq edir, lakin insanların adətən sehr və cadu təsəvvür etdikləri, xəyal və uydurmadan başqa bir şey deyil. Onu dəf etmək üçün hər gün beş dəfə ayətul-kürsünü oxuyub özünüzə və ətrafınızdakılara üfürün. Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin.

Allah sizə yar olsun.

Sual (46) : salam.zehmet olmasa mene iney kesmeyin wertleri ve onun halal haramliginnan deyin.
Ad: Shehriyar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Heyvanların başını kəsmək qaydası
Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yə’ni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.
Məsələ 2221: Əgər bu damarlardan bə’zilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.
Məsələ 2222: Əgər canavar qoyunun boğazını, baş kəsildikdə kəsilməli olan damarlardan heç nə qalmadığı halda qopartsa, o heyvan haram olur. Lakin, o damarlar sağlam və qoyun diri olsa, onun, qeyd edilən qaydalara əsasən, başını kəssələr, halaldır. Həmçinin, əgər bir heyvanın qeyri-şəriət hökmlərinə əsasən, başı kəsilsə pakdır, amma onun ətini yemək haramdır. Bu baxımdan qeyri-islami ölkələrdən gələn heyvanların başlarının kəsilməsini bilsək, dəri və gönləri pakdır.Amma onunla namaz qilmaq olmaz.
Heyvanların başının kəsilməsinin şərtləri
Məsələ 2223: Heyvanın başının kəsilməsinin beş şərti var:
1-Ehtiyat vacibə əsasən, başı kəsən müsəlman olmalıdır, nasibilər- Peyğəmbərin (səlləllahu əleyhi və alihi vəsəlləm) Əhli-beyti (ə) ilə düşmən olanlar kafir hökmündədirlər;
2-Heyvanın başı dəmir və yaxud başqa filizdən olan iti cisimlə kəsilməlidir. Lakin, heyvanın başını kəsməyə ehtiyac olduqda, dəmir tapılmasa və yaxud heyvanın başı kəsilmədikdə öləcəksə, hər bir iti şeylə (şüşə, daş, iti taxta) damarlarını kəsmək mümkün olsa, onun başını kəsmək olar;
3-Başı kəsən zaman heyvanın bədəni qibləyə tərəf olmalıdır və bilərəkdən qibləyə tərəf tutmasalar heyvan haram olur. Lakin unutqanlıq, məsələni bilməzlikdən və yaxud qiblənin səhv salınması nəticəsində heyvanı qibləyə tərəf tutmayıb başını kəssələr haram deyil;
4-Başını kəsən zaman Allahın adı çəkilməlidir. “Bismillah” “Subhanəllah”, “La ilahə illəllah” deyilsə, kafidir və bunu hər bir dildə də (demək) caizdir. Lakin, baş kəsmək qəsdi olmadan Allahın adını desə, kafi deyil və unutqanlıq üzündən Allahın adını deməsə eybi yoxdur;
5-Başı kəsiləndən sonra heyvan hərəkət etməlidir. Heyvanın diri olması gözünü, quyruğunu tərpətmək, ayağını yerə döyməklə mə’lum olmalıdır. Vacib ehtiyata əsasən, ondan qan kifayət qədər axmalıdır.
Məsələ 2224: Heyvanın başını kəsən kişi, qadın və yaxud heyvanın başını kəsmək qaydalarını bilən həddi-büluğa yetməyən uşaq ola bilər. Lakin, kişi olduğu halda qadın və uşaqları bu işdən çəkindirmək yaxşıdır.
Məsələ 2225: Texniki cihazlarla heyvanların başını kəsmək, şəriətə uyğun şərtləri baş kəsmək bəhsində qeyd edilənlərə uyğun olsa, caizdir və belə bir heyvan pak və halaldır.
Məsələ 2226: Əgər bir neçə toyuq və yaxud heyvanı birgə kəssələr, bir dəfə “bismillah” demək kafidir. Həmçinin, cihazla vahid bir zamanda çoxlu heyvanın başını kəssələr (digər şərtlərlə malik olmaqla), bir “bismillah” (demək) kifayət edir və əgər cihaz daim hərəkətdədirsə, vacib ehtiyata əsasən, hər dəfə Allahın adı çəkilməlidir.

Allah sizə yar olsun.

Sual (47) : Essalamu eleykum.Cariye hansi qadinlara deyilir?Azad qadinla onlarin ferqi nedir?Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cariyə kəniz və kölə qadına deyilir. Bu zamanda kəniz mövzusu artıq yoxdur, kəniz yalnız əsir düşmüş qadınlar ola bilərdi. İslam tədricən qul və kəniz məsələsini aradan apardı. Kənizi almaqla ona sahib çıxmaq olar və onunla evlənmək üçün əqd oxumaq lazım deyil, amma azad qadınla kəbin lazımdır v s... və sahibi istədiyi vaxt onu sata bilər.

Allah sizə yar olsun.

Sual (48) : SaLaM menim yaddasim cox zeyifdi hemde gozumde zeyifdi buna gora dua zikir var deyesiz ALLAH razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hər namazdan sonra barmaqlarınızla gözlərinizi yumub Ayətul-kürsünü əzbərdən oxuyun. Bu əməl hədislərə əsasən həm gözlərə nur gətirir və həm də hafizənin güclənməsinə səbəb olur.

İmam Sadiq (ə) buyurub: Üç şey unutqanlıqı aradan aparır və fikiri təzələyir: 1- Quran oxumaq 2-Ooruc tutmaq 3- Dişi fırçalamaq.

Hafizənizi gücləndirmək üçün maddi və mənəvi qidalara ehtiyac var.

A: Mənəvi işlər:

1. Allahı yad etmək (şəri vəzifələrə əməl etmək və ibadfətləri yerinə yetirmək xüsusiylə də namazı ilk vaxtında qılmaq) çoxlu istiğfar etmək.

2. Hafizənin güclənməsində təsiri qoyan duaları oxumaq, misal üçün Peyğəçmbərin (s) hafizənin güclənməsi üçün Hz. Əliyə (ə) öyrətdiyi dua:

«سبحان من لایعتدى على اهل مملکته، سبحان من لایأخذ اهل الارض بالوان العذاب،

سبحان الرؤوف الرحیم، اللهم اجعل لى فى قلبى نورا و بصرا و فهما و علما انک على کل شى‏ء قدیر»

(Subhanə mən la yətədi əla əhli-məmləkətihi, subhanə mən la yəxuzu əhləl-ərzi biəlvanil-əzabi, Subhanər-Raufur-Rəhim. Allahummə icəl fi qəlbi nurən və bəsərən və fəhmən və ilma, innəkə əla kulli şeyin qədir.)

Mütaliə zamanı oxunan dua:

 اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ 

Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin.                 

3. Quran oxumaq xüsusiylə də Ayətul- kürsünü oxumaq.

4. Hafizənin zəifləməsinə səbəb olan şeylərdən çəkinmək. Misal üçün günahdan.

5. Həyəcanı azaldıb rahatlıq əldə etmək xüsusiylə də mütaliə vaxtı.

6. Fikri məşğul edən işləri azaltmaq.

7. Diqqət və düşüncəni gücləndirmək.

B: Maddi işlərdə riayət etmək:

1. Fiziki və təbii ehtiyacları təmin etmək. (Təmizliyə riayət etmək, idman, münasib yeməklərdən istifadə etmək.

2. Dişləri fırçalamaq.

3. Kilkozalı yeməklərdən daha çox istifadə etmək. (misal üçün xurma, bal və təbii şirniyyatlar). Kalsium, fosfor və vitaminli yeməklər: Balıq yağı, portağal, pomidor, buğda səbusu (qabığı) təzə göyərti, kök cigər və...

4. Oxunan mövzu və məsələni təkrar və həll etmək. (çox mühümdür).

5. İşləri nizam və çərçivəyə salmaq.

6. Hər 45 dəqiqə mütaliədən sonra 10 dəqiqə istirahət etmək.

Allah sizə yar olsun.

Sual (49) : SALAM ALEYKUM. qardawim bilmek istiyirem XAMENEYI aganin fetfasina esasen cenabet quslu alarken yada her hasni olursa olsun hansi terefimiz qibleye olmalidi arxa qabag ? zehmet verdim sagolun

Əleykumus-salam.

Hər hansı bir qüslda qibləyə tərəf durmaq şərt deyil. Əlbətdə üzü qibləyə durmaq yaxşıdır.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (50) : Salam alaykum .Allah tala hz ademnen hava xanlml neden yaradlb?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əmr bin Əbil-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: "Allah Həvvanı nədən yaradıb?". İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: "Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?" Soruşdular: "Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?" İmam belə cavab verdi: "Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı".

Allah sizə yar olsun.

Go to TOP