«Muztərr» ərəbcədən tərcümədə, «əli hər yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci ayəsində oxuyuruq: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən Kəs?!».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Məhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» Odur. O, İbrahim məqamında durub, əllərini Allah dərgahına qaldırar və dua edər. Allah-təala onun duasını qəbul edib, bütün narahatçılıqları aradan qaldırar və onu yer üzünə xəlifə təyin edər».
Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.
Allah sizə yar olsun.
Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır».
İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət qazanmaq qəbahət yox, müqəddəs işdir.
İmam Sadiq (ə) buyurur: «Səni başqalarının haqqına təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən kasıbçılıqdan üstündür».
Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların kəlamlarından aşağıdakı nəticələr alınır:
- Kasıb millətin azadlığı və başıucalığı qeyri-mümkündür;
- Kasıblıq, asılılıqdır;
- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
- Kasıblıq, insanı günaha çağırır ...
Allah sizə yar olsun.«Fürqan» surəsinin 53-cü ayəsində buyurulur: «Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur». Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının incəliklərindən danışılır.
Maraqlıdır, şirin və şor su arasında qoyulan gözəgörünməz sədd nədir? Elmin bu günkü naliyyətlərindən istifadə edərək, həmin «gözəgörünməz sədd»in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun qatılığından fərqlənir və bu fərq, sanki onlar arasında çəkilmiş pərdə rolunu oynayır.
Bəs, bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə uzun müddət qorunur. Təyyarə vasitəsilə uyğun su kütlələrinin üzərindən uçduqda, şirin su ilə şor su arasındakı sərhəd aydın görünür.
Allah sizə yar olsun.Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər oddan xəlq olunub.
2. Cinlər insandan əvvəl xəlq olunub.
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.
4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.
6. Cinlər də ölür.
7. Cinlər sürətlə hərəkət edir.
8. İnsan cini özünə tabe edə bilər.
9. Mömin cinlər İslam Peyğəmbərinə (s) və imamlara xidmət edir.
10. Bir çox cinlər İslam Peyğəmbərinə (s) iman gətirmişlər.
Allah sizə yar olsun.1- İctihad mənbələrinin bir olması.
2- İlk mərhələdə əsl olan elmlər ki, ictihad onlara bağlıdır.
3- İctihad mənbələrindən bir mənanı dərk etmək.
4- Dəqiq mövzunu təyin edib onda bir nəzəriyyə vermək.
Şiə fiqhində (şəri hökümləri) baxmayaraq ki, ictihad mənbələri (Quran, sünnət, ağıl) bütün müctəhidlər arasında müştərəkdir və bütün bunları etibarlı bilirlər. Amma bu mənbələrdən istifadə edib şəri hökümləri əldə etmək üçün, ərəb ədəbiyyatı, məsum İmamların dövründə istifadə olunan sözlərlə tanışlıq, məntiq, usul- fiqh elmi, Rical elmi, Quran və hədis və ...] ehtiyac duyulur ki, hər bir Müctəhid bu elmlərlə tanışlıqdan əlavə, onların qanunlarını da bildirməkdir ki, bunların vasitəsiylə ictihad mənbələrindən istifadə etmək imkanına malik olsun; misal üçün mümkündür bir Müctəhid hədis və rəvayətlərdən istifadə etməkdə, rical elmində qəbul olunan əsasa görə, əgər bir rəvayətin sənədi düzgün olmadığı üçün qəbul edilməyib etimad olunmursa və o məsələ də o rəvayətdən başqa bir rəvayət və heç bir dəlil yoxdursa, bəs o müctəhid bu məsələdə fətva verə bilməz. Bnu halda başqaları bu rəvayətin sənədini düzgün bilərək onu dəlil gətirərək fətva verirlər.
Bər bir məsələni təhlil edib məsələni əldə etmək üçün istedad, bütün Müctəhidlərdə bərabər deyildir. Buna əsasən, Müctəhidlərdən hər biri mümkündür ki, fərqli mənaları əldə etsinlər; və yaxud mümkündür bir şeyi müəyyən mövzuya məxsus olduğunu bilsin, amma başqa bir Müctəhid bu cür nəzəriyyəyə sahib olmasın.
Bunlardan hər biri, ayrı- ayrılıqda ixtilafın yaranmasına səbəb olur, amma bütün bunlarla, Müctəhidlərin fətvaları arasında olan fərqlər və ixtilaflar çox azdır ki, onu da kiçik məsələlərdə müşahidə etmək olur. Amma, daha çox üstünlük təşkil edən məsələlərdə (bunu nəzərə alaraq ki, Müctəhidlərin şəri hökümləri kitablarında 3000- dən çox məsələ vardır və bir çox məsələlər və suallar ki, olunur saymaq mümkün deyildir; çünki bir çox məsələlər vardır ki, yeni məsələlərdir və insanların onlara ehtiyacı vardır). Müctəhidlərin nəzəri və fətvaları birdir. islamquest.net
Allah sizə yar olsun.