Sual (311) : Salamun əleykum. Şəxsən İslamın bütün qanunlarına və adətlərinə etiqadınız varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Müsəlmanlar arasında olan adət-ənənələrin əgər kitab və sünnədən dəlili olmasa, dəyəri yoxdur, şəriət qanunlarının isə kitab və sünnədən qəti dəlillləri olduğu üçün qəbul edilməsi vacibdir və onlardan boyun qaçırmağa icazə verilmir.
Allah sizə yar olsun.
Sual (312) : Salamun əleykum. Həzrət Əlinin (ə) «Uşaqlarınızı gələcək üçün tərbiyə edin»—kəlamını qəbul edirsiniz? Əgər qəbul edirsinizsə, onda bu hədis İslam qanunlarının zaman və məkana görə dəyişilməsinin zəruri olduğuna sübut deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Bu, «Nəhcül-bəlağə»də həzrət Əlidən (ə) nəql olunan mürsəl hədislərdəndir. Hədis bunu bildirmək istəyir ki, uşaqları günün adət-ənənəsinə əsaslanaraq tərbiyə etmək düzgün deyildir, çünki, müəyyən bir zamanın adət-ənənəsində qalmaq insanın həyatını inkişafdan saxlayır. Misal üçün, bir şəxs at, ulağ ilə səfər etməyə adət edibsə, o, bununla kifayətlənəcək və heç vaxt maşın kəşf edib ondan istifadə etmək, yolların çala-çökəyini düzəldib asfalt etmək fikrinə düşməyəcək.
O, bu mənada deyil ki, övladlarınızı şəriət qanunlarına müti tərbiyə etməyin. Əgər doğrudan da məna bu olsaydı, bu hədisi rədd etməli idik. Çünki, Peyğəmbəri-Əkrəmdən və imamlardan aşkar və qəti göstəriş vardır ki, Quran ilə müxalif olan hədisi qəbul etməyək. Elə bunun üçün hər bir hədis əvvəlcə Quran ilə ölçülüb sonra qəbul olunmalıdır.

Allah sizə yar olsun.
Sual (313) : Salamun əleykum. İslam dini, ən mükəmməl və sonuncu göndərilmiş bir dindir. Bu cəhətdən, biz insanın həyatının bütün sahələrində, fərdi və ictimai bölümündə bu dinin nəzərini həmişə nəzərdə saxlamalı və onun göstərişi bizə çıraq olmalıdır. İslamda münəzzəm orta səviyyəli təfəkkür nəzəriyyəsi islam dini haqqına orta səviyyəli tioriya kimi islamın hərtərəfli bir din olmasına aid olur.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
“İslamda münəzzəm təfəkkür nəzəriyyəsi” orta səviyyəli bir tioriya olub müxtəlif sahələrdə islam nizamlarının bu vaxta kimi təqdim etdiyi nəzəriyyədir Bu vaxta kimi onlardan bir neçəsini nəzərdən keçirdik.
a) İlk nəzəriyyə: “Quranda ümumi iqtisadi nəzmlərin kökləri” adlı məqalənin müqəddəməsində buna işarə olunub. (Quran və elmlər anlayışı haqqında beşinci beynəlxalq tədqiqat konfransından olan məqalələr toplusu. Qum. Darul-Quranul-Kərim. Yay, 1375 şəmsi ili, səh-330-426)
b) İkinci nəzəriyyə: “İslamda münəzzəm təfəkkür nəzəriyyəsi” məqaləsi. (İmam Xumeyninin (r) əsərlərində fiqhi mənbələrin araşdırılması haqqında məqalələr toplusu. İctihadda zaman və məkanın rolu, 3-cü cild, ictihad, zaman və məkan, yay, 1374, səh-401-426)
v) Üçüncü nəzəriyyə: “Vilayəti-fəqih” kitabının ilk bölməsi. ( “Əndişeyi cavan “ idarəsi, Mədəniyyət və islam təfəkkürü təhqiqat mərkəzi,1377, tehran).
q) Dördüncü nəzəriyyə: “Məbani kəlami ictihad” kitabının sonuncu fəsli. (Xaneyi xirəd müəssisəsi, 1377, Qum) Və Məktəb və nizami iqtisad İslam” kitabının ilk fəsli. (Xaneyi xirəd müəssisəsi, 1388, Qum)
İslam dini, ən mükəmməl və sonuncu göndərilmiş bir dindir. Bu cəhətdən, biz insanın həyatının bütün sahələrində, fərdi və ictimai bölümündə bu dinin nəzərini həmişə nəzərdə saxlamalı və onun göstərişi bizə çıraq olmalıdır. Dinin əsas ünsürləri sayılan bu çarıqlar əslində iki qismə bölünə bilər:
1. İslam dünyagörüşünün rəmzi sayılan xülasə ünsürlər, məsələn, siyasət, iqtisad, bu iki sahədə islam dünyagörüşü, bu sahənin ümumi və xüsusi cüziyyatı və sair olur. Bu qəbildən olan ünsürlər “var” – kimi kəlam və fəlsəfə bəhslərinin rənginə çalır. Məsələn, Allah-taalının yaranışdan siyasi səhayə hakimliyi, iqtisadi sahədə Onun ən çox ruzi verən olması, və sair ..ki biz bu sahəni “fəlsəfə” ünsürü kimi xatırlayırıq. Beləliklə, “İslamın siyasi fəlsəfəsi” islamın siyasət haqqında ünsürlər toplusudur ki islamın siyasət sahəsində dünyagörüşünü xırdalıqlarına kimi bəyan edir.
2. İslamın dünyagörüşü və onun fəlsəfəsini bəyan edən din ünsürləri. Yəni, bu ünsürlər ilk ünsürlərdən sayılır. Belə ünsürlər adətən, hökmlərə aid olur və “olsun” –hökmü mənasınını verməklə yanaşı etibar etməklə ələ gəlir və iki qismə bölünür:
a) Bəzi ünsürlər digər ünsürlərin kökləri kimi qərar tutur və onları bir növ bəyan edir. Belə ünsürlər əgər müəyyən bir üsul üzrə tərtib tapıbsa onlara “məbani (əsaslar)- deyilir. Əgər bu ünsürlər dinin hədəflərini bəyan edirsə, ona – “hədəflər” deyilir. Bütün bu “əsaslar” və “hədəflər” isə “məktəb” təşkil edir. Beləliklə, “ İslamın siyasi məktəbi” onun əsas və hədəflərinin toplusu təşkil edir.
b) Hər hansı dini “əsasa” uyğun bir şəraitdə müəyyən hədəflərə yetişməkdən ötrü dini ünsürlər toplusuna “nizam” deyilir. Əslində bu, dinin həman ümümidünyəvi olması sayılır. Beləliklə, biz bəşər həyatının müxtəlif sahələrində üç əsas ümumi ünsürlə rastlaşırıq: Fəlsəfə, məktəb və nizam. Bunların hər üçü arasında da xüsusi bir əlaqə də vardır.
Fəlsəfə
Bu bəhsimizdə “fəlsəfədən” söz açılanda məqsəd fövq-təbiət və metafizik aləm nəzərdə tutulmur. Baxmayaraq ki islamda bu sahəyə çox diqqət olunur. Əksinə, məqsəd hər hansı sahənin məsələn, riyaziyyatın fəlsəfəsi, mədəniyyət fəlsəfəsi və sair kmi işlərdən söz açılır. Deməli, əgər “ İslamın siyasi fəlsəfəsi” ardınca olsaq onda islamın siyasət aləmində əsas meyar və rəmzləri ardıncayıq. Bu da islamda “İslamın siyasət məktəbi” ünvanı ilə əsaslanacaq. Məsələn, Allah-taalanın insan üzərində 23köklü hakimiyyəti, islamın insanı necə tanıtması, insanların seçimi ilə Allahın istəyi arasında nisbət, İlahi pərvəriş və siyasi hakimiyyət bu sahənin mövzularındandır.
Məktəb
Məktəb dedikdə, müəyyən bir şəraitda həmin səhənin hədəf və əsas üsulları toplusu nəzərdə tutulur. “Üsullar” dedikdə müsəlmanların işinə aid olan yerlərdə din tərfindən əsas və bu nizamın kökləri kimi təlqin olunan ünvan nəzərdə tutulur. Hədəflər odur ki hansı sahədə olursa olsun, din o sahədə insan üçün məqsəd təsəvvür edir. Beləliklə, islamın siyasi məktəbi, “ islamın siyasi üsullarına” və “islamın siyasi hədəflərinə” aid olur. Məsələn, İslamda Allahın insanların, Allahın icazə verdiyi yerlər istisna olmaqla bir-birinə hakim kəsilməsini inkar etməsi, məsum İmamların (əleyhimussalam)-ın zamanında hkimiyyətin tam şəkildə onların iixtiyarında olması, məsələsi “islamın siyasi əsasları” zümrəsinə aiddir. İctimai ədalətin təhəqqüqü, insanların əsas hüquqlarının qorunması, insanların elmi və mənəvi cəhətdən inkişafının yaxşılaşmasından ötrü şəraitin yaradılması məsələsi “islamın siyasi hədəfləri” qismindən sayılır.
Nizam
İslam hər bir sahədə öz məktəbi əsasında bir-biri ilə sıx əlaqədə olan orqanlar təklif edir ki bu orqanlar dinin müəyyən bir üsulu üzrə onun hədəflərini izləyir və onun həyata keçməsinə xidmət edir. Bütün dünyəvi aidiyyatı olan belə bir ümumi təşkilatlar toplusuna “nizam” deyilir. Beləliklə, “islamın siyasi nəzmi” dedikdə, islamın ümumdünyəvi siyasi orqanları nəzərdə tutulur.
Orqanlar
Hər hansı bir nizamda təşkilat, fərdlərin, idarələrin və bu nizamda dəxaləti olan əsas ünsürlərin müəyyən bir şəraitda biri-biri ilə olan əlaqələrindən ibarətdir. Hər bir orqan dörd əsas xüsusiyyətə malik olmalıdır:
1. Ümumidünyəvi olmalıdır. İslam nizamında orqanlar hər hansı bir xususi mövqiyyət və makana məxsus deyil, bəlkə də ümumi və hərtərəflidir.
2. Həqiqətdə təhəqqüq tapmalıdır. Hər hansı bir nizamın orqanları o nizamın məktəbinin üsulları əsasında onun hədəflərinin həyatda təhəqqüq tapmasına xidmət etməlidir. Buna görə də bu orqanın xaricdə təhəqqüq tapması vacibdir.
3. Üsullar əsasında hədəflərin həyata keçməsinə xidmət etsin. “Nizam”hər hansı bir məktəbin hədəflərini həyata keçirilməsinə xidmət etdiyinə görə proqramı da bu məktəbin kökləri üzərində qurulur. Bu nizamın orqanları bir tərəfdən məktəbin kökləri, digər tərəfdən isə onun hədəfləri üzərində təhəqqüq tapır.
4. Dünyəvi şəkildə hüququ olmuş olsun: Dinin dünyəvi hökümləri, hansı şəraitdə olunsa olsun, bir tərfdən onun orqanlarının bütün dünyaya aid olması sahəsində təşəkkül tapır, digər tərəfdən isə onların bir-biri və digər orqanlarla əlaqəli olduğunu təyin edir. Beləliklə, hər hansı nizamın orqanı, onun hüquqi cəhətdən bütün dünyaya aid olması deməkdir.
Bu vəsflə hər hansı bir nizamın orqanına, “o məktəbin hədəf və köklərinin heç bir zaman və məkana məxsus olmadan dünyəvi huquq normalarına aid olması” –kimi tərif vermək olar. Bu orqanlar, “hər hansı bir sabit raftar”, və ya “münəzzəm bir orqan şəkilində” təcəlli edə bilər. İslamın bəzi siyasi orqanlarından; qanun qoyan orqan, iqtisadi orqan, icra orqanı, qəza və məhkəmə orqanları kimilərin qeyd etmək olar.
Hüquq
Hər hansı bir cəmiyyətdə və ya nizamda fərdlərin əməllərini münəzzəm şəkildə nəzarətə almaqdan ötrü bir sıra qanunlar və ya hökmlər tənzim olunur. Biz, bu hökmlər və ya qanunlar toplusunu “ hüquq” adlandırırıq.
Hansı sahədə olmasından aslı olmayaraq (siyasi, iqtisadi, tərbiyəvi və sair..) hüquq iki qismə bölünür:
1. Sabit və ya dəyişməz hüquqlar: Bu hüquq və hökmlər, hər hansı bir nizamın o dünyəvi qanunlara aid olur ki, o qanunlar, hər hansı bir məktəbin əsas və hədəfləri əsasında təyin olunmuş olsun.
2. Dəyişən qanunlar: O qanunlar və hökmələrə aid olur ki, məkan və zaman cəhətdən xüsusi bir vaxta aid olsun və yalnız həmin şəraitə uyğun işlənmiş olsun. Dini mənbələrdə hüquqlar bəzən sabit, bəzən də dəyişkən kimi qələmə verilmişdir. Lakin çox yerlərdə xüsusi vəziyyəti nəzərə alaraq hökmlər sabit şəkildə bəyan olunur. Bununlada belə bəyan olan hökmlər ilk baxışdan hüquqların hər iki qismini özündə təzahür edən kimi qatışıq nəzərə çarpdırır.
Dini ölçülər və bəşər həyatının müxtəlif sahələri.
İslamın insan həyatının müəyyən bir zamanında ərməğan gətirdikləri digər şəraitdə olan şeylərlə birbaşa və möhkəm əlaqəlidirlər. Çünki, islmın siyasi fəlsəfəsi onun iqtisadi fəlsəfəsi kimi islamın dünyagörüşlü olmasından sərçeşmələnir. İslamın siyasəti, məktəb və orqanı da həman kök üzərində təhəqqüq tapmışdır. Beləliklə, İslamın iqtisadi fəlsəfəsi ilə siyasi fəlsəfəsi arasında, həmçinin, onun iqtisadi və siyasi məktəbi, və ya islamın siyasi nəzmi ilə iqtisadi nəzmi arasında möhkəm əlaqələr vardır. Belə ki bütün bu işlərdən onların arasında bir növ vəhdət və tam şakildə uyğunluq vardır.
Xüsusi zamana uyğun ölçülər və dünyəvilik
Əsl dinin özlüyündə dəyişməz olmasına baxmayaraq, vəyh vasitəsi ilə ondan sərçeşmə alan göndərilmiş din, müxatəbinin vəziyyətinə uyğun olaraq müvəqqəti ünsürlərə də aid olur. Dini sonuncusunda da belə ünsürlər vardır.
Dinin hər bir müvəqqəti ünsürü bir və ya bir neçə dünyəvi ünsür və ya onun bir qisminin tətbiqindən vücuda gəlir. İslamda fəlsəfə və ya məktəb ünvanında olan hər bir şey müvəqqətilik amillərinin təsirindən uzaqdır. Ona görə ki dinin belə ünsürləri aləm və insanın sabit cəhətindən mənşələnir. Amma dinin nəzmləri hər zamanda bir növdə təcəlli edir. Əslində, dinin ümumi dünyəvi qurluşu, müəyyən bir zaman və məkan çərçivəsində bizim onu “saziş və uyğunluq”- adlandırdığımız bir zaman və məkanda təzahür edir. Nümunə üçün, islamın ilk günlərində müşahidə etdiyimiz siyasi və iqtisadi proqramları əslində o vaxta və məkana uyğun olaraq Peyğəmbər (səlləlahu əleyhi və alihi və səlləm) vasitəsi ilə “saziş və uyğunluq” prinsipi əsasında vəhy vasitəsi ilə təşkil olnumuşdur. Hər zaman və məkanda islamın əsas ünsürlərini qorumaqla bu uyğunluq əsasında islam qurluşuna və nəzminə əl atmaq lazımdır.
Beləliklə, islamın siyasi nəzmini ələ gətirdikdən sonra ümumi siyasi amilləri nəzərə almaqla hər bir zamanda “İslamın siyasi uyğunluq” cəhətindən istifadə etmək lazımdır. Bununla da bəyənilmiş şəkildə islamın siyasi işlərini idarə etmək mümükün olsun.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəsseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.
2. Mehdi Hadəvi Tehrani, «Məbani kəlami ictiha ”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1377 şəmsi ili.
3. Mehdi Hadəvi Tehrani, “Məktəb və nizami iqtisadi islam”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1378 şəmsi ili.
olmasına aid olur.
Allah sizə yar olsun.

Sual (314) : Salamun əleykum. Elə fikirləşmirsinizmi ki, ziyalı müsəlman alimlərinin dindən üz döndərmələri dinin geridə qalmış qanunlarının elm və texnologiya ilə ayaqlaşa bilməməyi ucbatındandır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Yaxşı olar ki, bəhsmizin dəlil üzərində irəliləməsi üçün bu boş iddianın yerinə İslamın geridə qalmış qanunlarından bir neçəsini sadalayasınız. İslamın geridə qalan qanunu yoxdur, amma qanunlardan geridə qalmış müsəlman isə çoxdur. Səmavi dinlər, xüsusi ilə İslam dini insanın əbədi həyatından və insan dünyasının metafiziki aləmlə olan əlaqəsindən bəhs edir və bu növ bəhsin bu günkü elm və texnologiya ilə nə əlaqəsi var? Bu gün təcrübi elmlərin tədqiqat obyekti və eləcə də bu günkü texnologiyanın fəaliyyət sahəsi maddə və onun xassələridir. Bu cəhətdən, metafiziki məsələlər barəsində onun nəzər söyləməyə və ya nəyisə rədd etməyə haqqı yoxdur.
Bizim ziyalı müsəlman cavanlarının dindən üz döndərmələrinin günahı dinin qanunlarında deyildir. İnsanların təkcə dini deyil, hətta müşahidə edildiyi kimi vicdani qanunları, insanlığı ayaq altda qoyması buna əyani dəlildir. Yalan, xəyanət, yaltaqlıq, abırsızlıq, avaraçılıq bizim təhsil almış cavanlarımızın arasında mövcuddur. Bu özü şahiddir ki, onlar yalnız dinlə deyil, əsasən düzlük və paklıqla düşməndirlər.
Başqa tərəfdən isə çoxlu ziyalı cavanlarımız (baxmayaraq ki, başqalarına nisbətən azdırlar) vardır ki, gözəl əxlaqa malik olub, dini maarif ilə tanışdırlar və o «geridə qalmış qanunlara» əməl edirlər. Heç vaxt İslam onların elm və sənəti ilə müxalif olmayıbdır və bu cəhətdən İslam qanunları onları həyatda heç bir çətinlik, narahatlıqla üzləşdirmir. Həqiqətdə, bizim təhsil almış müsəlman cavanlarımızın dindən üz döndərmələrinin günahı məsuliyyətsiz və diqqətsiz müəllimlərin, təlim və tərbiyə üslubundakı mədəniyyətin öhdəsinə düşür. Bu nə dini qanunların, nə də insani fəzilətlərin və əxlaq qanunlarının öhdəsindədir.

Allah sizə yar olsun.
Sual (315) : Salamun əleykum. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din siyasətdən ayrıdır. Əslində xristianlıq təlimində cəmiyyətin ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil. Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından deyilir: “Mənim rəhbərliyim bu dünyaya aid deyil”; “Padşahın malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq təlimindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir. Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki, hakim xalqın yox, yalnız Allahın qarşısında məsuldur. “Hakimə qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”, deyilir. İslam hökuməti isə öz ilahi təliminə əsasən, cəmiyyətin dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları mövcuddur. O cümlədən: −hakimin şərtləri (xüsusiyyətləri); −daxili və xarixi siyasətin tənzimi; −cəmiyyət və hökumətin hüquq və vəzifələri; −iş yerlərinin təşkili, fəsadla mübarizə; −ictimai fəallığın təmini; −ilahi dəyərlərin aktuallığı; −ictimai qüdrətin qorunması və istiqamətləndirilməsi.
Allah sizə yar olsun.
Sual (316) : Salamun əleykum. Bəziləri islamı despotik din adlandirir.(oğurluğa görə əl kəsmə, edam və.s görə) Bunun belə olmadiğını nücə sübut edək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qeyd etdiyiniz hallar despotik deyil, cəmiyyətin islahı üçün zərüri olan hallardır. Heç bir dövlət strukturu cəzasız (edam, həbs, tənbih və s. ) idarə edilmir. Lakin İslam dinində tətbiq edilən cəzalar insanın zatına, psixologiyasına daha uyğundur. Qurani-kərimdə "Qisasda həyat var" ayəsinə müraciət edilərkən bir çox məsələlər öz həllini tapır.
Allah sizə yar olsun.
Sual (317) : Salamun əleykum. Qəbul edirsinizmi ki, İslam dini zamanın dəyişməsini dərk edə bilməyib, zaman və məkan ilə uyğunlaşa bilmir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
«İslam zamanın dəyişməsini dərk edə bilməyib, zaman və məkan ilə ayaqlaşa bilmir»—anlayışı fəlsəfi düşüncədən daha çox fərdi düşüncəyə bənzəyir. Zaman və məkan dəyişmədiyi üçün ictimai qanunlarının da dəyişməsindən söhbət açmaq yersizdir. Gecə-gündüz, yer, hava və başqaları min il bundan əvvəl də bu şəkildə idi.
Həyatda dəyişilən şey yalnız insanın öz gündəlik irəliləyişi sayəsində baş verən və gündən-günə onun istəklərini artıran yaxud əvəz edən yaşayış tərzidir. İnsanın fəal qüvvəsi güclü inkişaf sayəsində özünə cürət verir ki, bu günkü dilənçi keçmiş padşahların ağlına gəlməyən növbənöv firavanlıqlara və xoşgüzəranlıqlara çatmaq fikrinə düşsün.
Cəmiyyətin fikir dəyişikliyi adi bir insanın həyatındakı müxtəlif vəziyyətlər və situasiyalar vasitəsi ilə yaranan düşüncə dəyişikliyi kimidir. Kasıb və əliboş insan hər şeyi unudub təkcə qarnının qayğısına qalır. O, gündəlik çörəyi təmin olan kimi geyiminin fikrinə düşür. Onu da təmin edəndən sonra mənzil, ailə qurmaq fikrində olur. Sonra övlad, yaşayışın yaxşılaşması, var-dövlət yığmaq, şan-şöhrət qazanmaq, təmtəraq, müxtəlif xoş güzəran və beləliklə bu şəkildə davam edir.
Bu günkü ictimai qanunlarda, hətta cəmiyyətin həqiqi məsləhəti ilə uyğun olmasa belə əksəriyyətin istəyi əsas götürülür, azlıq təşkil edən insanların istəyinə isə hətta bu istək cəmiyyətin xeyirinə olsa belə etinasız yanaşılır. Amma İslam təfəkkür tərzi belə deyildir.
İslam öz qanununda təbii insanı (Qurani-kərimin bəyanında insanın fitrətini) dayaq qərar verir, yəni insanın quruluşunu onun bütün xüsusiyyətləri ilə birlikdə nəzərə alır və bu quruluşun ehtiyacları ilə uyğun olan müəyyən qanunlar qərar verir.
Nəticə etibarilə İslam öz təyin etdiyi qanunlarda əksəriyyətin istəyi ilə uyğun gəlib gəlməməsindən asılı olmayaraq cəmiyyətin həqiqi məsləhətini təmin etmək istəmişdir, bu o qanundur ki, Islam onu şəriət adlandırıb onları dəyişməyə icazə vermir. Çünki, onun dayağı insanın təbii yaranışıdır, onu dəyişmək isə mümkün deyil. Nə qədər ki, insan insandır, onun təbii ehtiyacları sabitdir.
İslamın şəriət adlanan sabit qanunlarından əlavə həyatın, inkişaf və mədəniyyət sayəsində baş verən dəyişikliyinə aid olub əvəz olunan qanunları da vardır. Bu əvəz olunan qanunlarla şəriət qanunları arasında olan əlaqə milli məclisin əvəz olunan qanunları ilə dəyişməyən konstitusiya arasında olan əlaqəyə bənzəyir.
İslam dini hökumət başçısına ixtiyar verir ki, şəriət qanunu əsasında lazımı yerlərdə məsləhətə uyğun olaraq şuranın nəzərdə tutduğu qanunları icra etsin. Bu qanun məsləhət tələb edənə qədər etibarlı sayılır məsləhət aradan gedən kimi ləğv olur. Şəriət qanunları əksinə olaraq, ləğv olmur.
Beləliklə, İslamın iki növ qayda-qanunu var: 1. Sabit qanunlar. Bu qanunun dayağı insanın sabit təbiətidir və o, şəriət adlanır; 2. Dəyişməyə imkanı olan qanunlar. Bu qanunların dayağı isə zamanın məsləhətidir ki, məsləhətin dəyişməsi ilə dəyişə bilir.
Misal üçün, insan təbii olaraq həmişə bir yerdən başqa yerə səfər edir. Keçmişdə səfərə çıxmaq və uzaq məsafəni qət etmək piyada, at və başqa minik vasitəsi ilə həyata keçirdi, belə halda çox qanun yazmağa ehtiyac duyulmurdu. Amma hal-hazırda nəqliyyatın genişləndiyi və səhra, dəniz və hava nəqliyyat vasitələrinin ortaya çıxdığına görə çox dəqiq qanunlar təyin edilməlidir.
Buradan məlum olur ki, "İslam zamanın əvəz olmasını dərk etməyib" fikrini demək çox əsassızdır.
Etiraz edən şəxslər "İslam zamanın dəyişməsini dərk etməyib" deməkdənsə konkret olaraq İslamın hansı hökmlərinin əsrimizin həqiqi məsləhəti ilə uyğun gəlmədiyini göstərib sübut etməli, yaxud hansısa hökmün məsləhətindən sual etməlidirlər. Bu mövzunun çox müfəssəl bir bəhs olduğunu nəzərə alaraq burada dediklərimizə kifayətlənir və bundan artıq ona toxunmuruq. Eyni halda əgər qaranlıq qalsa, ya şübhə olsa, xatırladın, bəhsi davam edək.

Allah sizə yar olsun.
Sual (318) : Salamun əleykum. Tez-tez eşidirik ki, İslam demokratik yox despotik dindir.Bunun belə olmadiğını opponentlerimize necə başa salaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şübhəsiz hər bir ideologiyanın, nəzəriyyənin əsasları vardır. Heç kəs arqumentsiz olaraq digər anlayışı rədd edə bilməz. İslam qanunlarının aliliyi, möhtəşəmliyi göz önündədir. Onun insanlara verdiyi azadlıq, istiqlal, dəyər və əzəmət danılmazdır. Bunun əksini iddia edənlər dəlillərini irəli sürməlidirlər. Belə olan halda hər hansı bir fikri cavablandırmağa çalışacağıq.
Allah sizə yar olsun.
Sual (319) : Salamun əleykum. Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan “yəqin” məqamına qaldırar.
İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir.
Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri “skeltik” adıyla tanınır.
Mənfi şəkk qəlb və dilin Allahı inkar etməsinə gətirir.
Quranda beş növ zənn və gümandan danışılır: həqiqətə zidd zənn; həqiqətə uyğun zənn; günah zənn; həqiqəti aça bilməyən zənn; məhkum edilmiş zənn. Nəfs istəklərindən doğan zənn heç bir dəlillə kifayətlənmir və insanı cəhalətə aparır.

Allah sizə yar olsun.
Sual (320) : Salamun əleykum. İslam haqqında məlumat vermənizi xahiş edirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Bu gün İslam dininə bir milyarddan çox insan etiqad edir. İslamın müqəddəs kitabı Həzrət Məhəmməd (s) peyğəmbərə nazil olmuş Qurandır. Həzrət Məhəmməd (s) miladi 570-ci ildə indiki Səudiyyə Ərəbistanının Məkkə şəhərində qüreyş qəbiləsində anadan olmuşdur. O 40 yaşında peyğəmbərlik məqamına seçilmiş və 12 il Məkkədə İslamı təbliğ etmişdir.
Miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmiş və həmin vaxtdan hicri-qəməri tarix başlamışdır. 630-cu ildə Məkkə Həzrət Məhəmmədə (s) təslim olmuşdur. İslam peyğəmbəri (s) 632-ci ildə dünyasını dəyişmişdir.
Həzrət Məhəmməddən sonra 28 il müddətində müsəlmanlara dörd xəlifə rəhbərlik etmişdir: Əbu Bəkr, Ömər, Osman və Həzrət Əli (ə) 660-750-ci illərdə İslam xilafətini bəni-üməyyə, 750- 1258-ci illərdə əbbasilər idarə etmişlər.
İslam tarixində iki məzhəb diqqəti daha çox cəlb edir. Müsəlmanlar arasında sünni məzhəbində olanlar çoxluq təşkil edir. Onlar sünnəti, yəni peyğəmbərin söz və əməlini əsas götürür və dörd xəlifəni ədalətli tanıyırlar.
İkinci böyük məzhəb olan şiələr peyğəmbər sünnəti ilə yanaşı Əhli-beyt hədislərinə də əsaslanır və həzrət peyğəmbərdən sonra canişinliyi həzrət Əlinin (ə) haqqı bilirlər. Şiələr 12-ci İmam həzrət Mehdinin zühur edib, ədaləti bərqərar edəcəyinə inanırlar.

Allah sizə yar olsun.
Go to TOP