Sual (21) : Salam bir qadin var hicablidi namaz qilandi ozun apara bilmir deyiller cin girib ele sey ola biler ? 2 deyir belime kimse cixir virir meni picag vurur mene cixib qacmag isseyir ona ne edmek olar?
Ad: Rehman, Ölkə: Aze, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cinin insan bədəninə girməsi çoxda aydın məsələ deyil və qətiyyətlə nəzər vermək çətindir. Amma cin və şeytanların insana əziyyət etməsi və bunun nəticəsində insan ruhunun zədələnməsi əqli baxımdan mümkündür və Quranda da buna işarə olunur.
Bəqərə surəsi ayə 275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir.

Əgər hər gün 5 dəfə Ayətul-kürsini oxusalar sakitlik taparlar.

Allah sizə yar olsun.

Sual (22) : Salamun aleykum. 1. Allaha bele bir dua etmek olarmi:"Allahmin canimi alarken subh namazinin sukr secdesinde canimi al". 2. Ailede yasanan muxtelif kicik meseleleri boyutub axirini hetta davaya getiren soh-sobetler ucun Cenabi Allahdan olum istemek dinde ne cur qarsilanir? 3. Meleklerin adlarindan once Cenab demek duzgundur yoxsa Hezret? Meselen: Cenabi Cebrail yoxsa Hezret Cebrail?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1- Bəli, olar və çox da yaxşıdır. Hədislərdə gəlmişdir ki, insanın ölümün necə baş verməsi barədə etdiyi arzu və duasını Allah qəbul edir və bu dua həyata keçir. Allah-taala axır-aqibətimizi xeyirli etsin inşallah.
2- Kiçik problemlərin qarşısında aciz qalıb ölüm istəməkdənsə, Allahdan kömək istəmək daha yaxşı olar. Əlbəttə ölüm istəmək bəyənilmir, lakin hər halda insan ölümə hazır olmalıdır. Əgər insanın yaşaması günahlarının çoxalmasına səbəb olarsa və itaətdən uzaq olarsa, o halda ölüm diləmək yaxşıdır. Məsum imamdan  nəql olunan duada imam buyurur: İlahi hər zamandan ki, mənim ömrüm sənin itaətin yolunda sərf olmayacaq, o vaxt mənim ölümümü yetir.
3-Hər ikisini demək olar.

Allahsizə yarolsun.

Sual (23) : Salam aleykum.Men dushunurem ki,kash mende teyyul erz istedadi olaydi,vacib namazlarimi Cenkeran mescidinde,Kerbelada qilaydim.Goresen bele meqam kimlere verilir? Allaha emanet olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan hər nə qədər Allaha bəndəlik, təqva, günahdan pəhriz və özünü tərbiyə yolunda qədəm götürsə, həqiqəti görən gözü daha çox açılar və adi insanların əli çatmayanları ələ gətirər. "Teyyul- ərz" anlamı adi insanın qüvvəsindən xaricdi və xariqül- adə bir əməldir. Bu məqama çatmaq üçün insanın vəzifəsi vaciblərə əməl edib haramlardan çəkinməkdir. Əlbəttə, islam təlimlərində heç zaman teyyul-ərz məqamına çatmaq heç kəsə tövsiyə olunmayıb.

Allah sizə yar olsun.

Sual (24) : Salam,biz oz ruhumuzu hech vaxt tam taniya bilmerik,yeni eslinde ne ozumuzu,ne bashalarinin heqiqetin gormuruk,sadece tesevvur edirik,o tesevvurler nefsimize uygun olanda insanlari sevirik,eks halda yox.Demek bizi yalniz Allah gorur,heqiqetde bizi Ondan basha goren ve seven kimse yoxdur,duzdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Belə düşüncələr həqiqət deyil, yalançı irfan və bihudə xəyallardır. Amma hər halda bizim ruh və nəfs barədə məlumatımız yalnız vəhy vasitəsi ilə öyrəndiklərimizdir.Çünki mücərrəd varlıq olduğu üçün təcrübə və elmi yolla tanımaq mümkün deyil. Biz bəzən nəfsimizə uyğun olanı sevirik bəzən uyğun olmayanı. Çünki nəfsdən başqa amillərdə bu məsələdə rol oynayır. Allah Quranda buyurur: Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». Tövbə surəsi 105. Bəs, bu ayəyə əsasən Allahdan başqa möminlərdə görürlər.

Allah sizə yar olsun.

Sual (25) : Salamun alaykume .men uzak sefere clxlram 2 gunuy gedeceyim yerde cox qalacam 10gunen cox.indi men yolda namazlarlml tam qlLlm ?yoxsa qesir? ALLAH RAZL OLSUN.

Əleykumus-salam.

Yolda namazlarınızı qəsr qılacaqsınız, amma qalacağınız yerdə 10 gündən çox qalmaq niyyəti etsəniz namazlarınızı bütöv qılmalısınız.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (26) : insanin bedenine cin gire bilermi? bu hansi halda mumkundur? bu halda insanda hansi elametler yaranir? chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Cinin insan bədəninə girməsi çoxda aydın məsələ deyil və qətiyyətlə nəzər vermək çətindir. Əlbəttə şeytan və cinlərin insanın bədənində qan cəryanı kimi cəryan etməsi mümkündür. Amma cin və şeytanların insana əziyyət etməsi və bunun nəticəsində insan ruhunun zədələnməsi əqli baxımdan mümkündür və Quranda da buna işarə olunur.
Bəqərə surəsi ayə 275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir.

Allah sizə yar olsun.

Sual (27) : salam aleykum,bu movzuda fikriniz nedir:"Allah bütün ruhlarda bu hissi o qədər həqiqi yaradır ki, məsələn, daşı atan insan, həqiqətən, o daşı atanın özü olduğunu zənn edir. Əslində kölgə varlıq olan insan atma hərəkətini edə bilməz. Ancaq Allah insana bu hərəkətləri özü edirmiş kimi hiss etdirir. Allahın yaratmasındakı möcüzənin və qüsursuzluğun nəticəsi olaraq insan bu hissi çox hiss edir və həqiqətən, daşı tutduğunu, qolunu geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir." Bu sozler duz ola bilermi? chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələ doğru deyil və Əhli-beyt (əleyhimus-salam) maarifi ilə ziddiyyət daşıyır. Bu nəzəriyyə Əhli-beyt məktəbindən uzaq olan bəzi ariflərin vəhdət-vücuda verdiyi təfsidir.

Allahsizə yarolsun.

Sual (28) : Salam. Vefat etmis birinin ili cixmadan baram qeyd etmek dinimiz cehetden duzgundur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələdə dində xüsusi sifariş yoxdur və başqa bir tərəfdən ölüyə il saxlamaq el adət-ənənəsidir. Buna görə də, el arasında hörmətsizlik hesab olmasa eybi yoxdur. Dində yalnız əri vəfat etmiş qadına sifariş olunur ki, 4 ay 10 gün iddə saxlasın və bu müddətdə zinətlənməsin və şad libaslar geyinməsin.

Allahsizə yarolsun.

Sual (29) : salam,şəriət qatile,ogruya ve s..cəza müəyyən edib,mes,qatilin cezasi edamdir.Amma dunyevi mehkemeler sadece bir nece il hebs verir.Bes bu halda oldurulenin yaxin adaminin haqqi yoxdur ki,qatili oldursun? axi sherietde ceza ele olumdur.Cox sag olun
Əleykumus-salam.
Şəriət qanununa əsasən cəzalandırılmasa və qan sahibi bağışlamasa Qiyamət günündə cəzasını alacaq.
Allahsizə yarolsun.
Sual (30) : Salam aleykum,Quran hem de cinler uchun gelib? O zaman hecc,hicab,oruc,namaz cinlere de vacibdir? Onlar hecc,Kerbela,Meshhed ziyaretine gedirler? chox sag olun,Allah razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cinlərin də insanlar kimi dini vəzifələri vardır. İslam şəriəti cinlər üçün də nazil olub. Quranın bəzi ayələrində insanlara xitab olduğu kimi cinlərədə xitab olunub.  Cinlərin bəzisi islam dininə iman gətirib müsəlman olublar. Müsəlman cinlər insanlar kimi namaz qılır, oruc tutur, həcc və digər əməlləri yerinə yetirirlər.
Allah-taala Quranda buyurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.)  (Zariyat-56).
Qurani-kərimdə Allah-taala dəfələrlə insanlarla birgə onlara da müraciət etmiş və onların da düz yola hidayət olunmalarını istəmişdir: يا مَعْشَرَ الْجِنِّ وَ الْإِنْسِ أَ لَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آياتي‏ وَ يُنْذِرُونَكُمْ لِقاءَ يَوْمِكُمْ هذا
 “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?”
Qurani-kərimdə 24-cü surə Cin surəsi adlandırılmışdır. Bundan əlavə, cinlə bağlı konkret olaraq bu yerlərdə bəhs olunmuşdur: Ənam /100, 112, 128, 129, 130; Əraf / 38; İsra / 88; Kəhf / 50; Nəml/ 17, 39; Səbə / 12, 13, 14, 41; Əhqaf / 29-32; Rəhman / 15, 33, 39; Cin / 1-19.
Allahsizə yarolsun.
Go to TOP