Sual (71) : Salamun əleykum. Fiqh elmi barədə məlumat vermənizi istəirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Fiqh elminin tarixi bütün digər İslam elmlərindən qədimdir. Bu günkü dünyada hüquq adı altında birləşən müxtəlif sahələrə aid hüquqlar fiqh elmində İslam baxımından təsbit olunur. Amma fiqh elmində elə məsələlər var ki, dünya hüququnda təsbit olunmayıb. Məsələn, ibadət.
Əlbəttə ki, səhabələrdən olan alimlər fəqih adlandırılmırdı. Qeyd etdik ki, fiqh və fəqih kəlmələri Quran və sünnətdəki “təfəqqüh” kəlməsindəndir. Tarixi məlumatlara əsasən məsum imamlar öz tələblərini və bəzi səhabələri fəqih adlandırardılar.
Quran və sünnətdə fiqh geniş elm kimi tanıtdırılsa da tədricən yalnız əməli hökmlərə aid edilmişdir. Qeyd etmişdik ki, İslam təlimi üç hissədən ibarətdir. Bu üç hissənin sonuncusu əhkam və əməli məsələlər fiqh elmini təşkil edir.
Şiə fiqhinin tarixi on ikinci imamın (ə) kiçik qeybət dövrünə təsadüf edir. İmamların dövründə tanınmış şiə fəqihləri olsa da, onlar fitva verməkdən çəkinərdilər. Son imamın qeybətindən sonra isə vəziyyət dəyişdi.
Hicri üçüncü əsrdən başlayaraq fiqh elminin həyatında heç bir fasilə olmamışdır. Fiqhin ilkin mərkəzi Bağdad, sonra Nəcəf, sonra رجبل عامل daha sonra Hillə və Hələb olmuşdur. İran şəhərlərindən yalnız Qum şəhəri İslamın ilkin əsrlərində fiqh mərkəzi kimi tanınmışdır.

Allah sizə yar olsun.
Sual (72) : Salamun əleykum. Əxlaq elmi nədən bəhs edir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qeyd etmişdik ki, İslam təlimi üç hissədən ibarətdir və onun ikinci hissəsi əxlaqdır. Əxlaq nəfsin tərbiyyəsi ilə məşğul olan olduqcu əhəmiyyətli bir elmdir. Dini mənbələrə istinadən mələklər yalnız əqlə, heyvanlar isə yalnız nəfsə malik olduğu tərbiyə edən insan mələkdən üstün, nəfsini öz başına buraxan insan isə heyvandan alcaqdır. Dinin əsaslarına inanıb, 66hökmlərinə əməl edən insan nəfsini tərbiyə edib, özünü gözəl əxlaqa çatdırmazsa, xoşa gəlməz aqibətlə üzləşər. Qurani-kərimin üç ayəsində tərbiyə sözü təlim sözündən əvvəl şilədilib (2: 151, 3: 164, 62 : 2)
İslam peyğəmbəri (s) buyurur: “Sizə əxlaqi dəyərləri tövsiyə edirəm.” İmam Sadiq (ə) buyurur: “Allah təala peyğəmbərləri insanların əxlaqının tərbiyəsi üçün göndərilmişdir.” Həzrət Əli (ə) buyurur: “Əxlaqi dəyərlər səadət yoludur.”
İmam Səccad (ə) belə dua edir: “Pərvardigara, daim pisliyə çağıran nəfsdən sənə şikayət edirəm.”
Bəli, insanın iki “mən”i var: Heyvan və insani. Heyvani “mən” itaət edən insanın istəyi yemək-içmək, şəhvət, geyim, ev-eşik, cah-cəlaldır. İnsani “mən” isə əqli düşünməyə, gördüklərindən nəticə çıxarıb, ilahi göstərişlərə itaət etməyə, əxlaqını zinətləndirməyə çağırır. “Nəcm” surəsinin 39-cu ayəsində buyurulur: “İnsana çalışqanlığından başqa bir şey qalmaz.”

Allah sizə yar olsun.
Sual (73) : Salamun əleykum. Məntiq elminin faydası varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Məntiqə verilən tərifdən aydın olur ki, məntiqin faydası vardır: məntiq təfəkkürdə zehnin xətasının qarşısını alır.
Zehn fəaliyyətə başlayaraq öz məlumlarından istifadə edərək məclulu tapmaq istəyir. Məntiqin işi məlumlara elə bir düzüm verməkdir ki, düzgün nəticə əldə edilsin. Demək, məntiq zehnə düzgün fəaliyyət istiqamətini göstərir. Məntiq elmini bilməyən insan zehnə düzgün nəzarət etməkdə acizdir.
Zehn iki halda xətaya yol verə bilər:
Məchulu məluma çevirmək üçün götürülmüş müqqəddimə yanlış ola bilər.
Müqqədimə məlumatların düzümü yanlış ola bilər.
İnsan zehnində hər hansı dəlil bina kimidir. Bu binanın etibarlı olması üçün həm materiallar, həm tikiliş möhkəm olmalıdır.
Məsələn, deyirik: “Sokrat insandır və hər insan zalımdır. Demək, sokrat zalımdır.” Burada, dəlillərin düzümü, forması doğru olsa da, “hər insan zalımdır” fikri yanlışdır. Ona görə də doğru nəticə alınmır.
Amma desək ki: “Sokrat insandır və sokrat alimdir. Demək, insan alimdir,” burada forma məntiqi deyil.
Düzgün dəlil və düzgün düzümdə isə nəticə də doğru alınır. Məsələn: “İnsan canlıdır və sokrat da insandır. Demək, sokrat canlıdır.”

Allah sizə yar olsun.
Sual (74) : Salamun əleykum. Məntiq elminin mövzusi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Hər bir elmin mövzusunu bu elmdə haqqında bəhs olunan məsələlər təşkil edir. Məntiqin mövzusu tərif və dəlildir. Əslində bütün elmlər özünə aid olan şeylərə tərif vermək və müəyyən qanunları isbat etməklə məşğuldur. Məsələn, fizikada enerjiyə tərif verilir və onun etməməsi qanunu sübut edilir. Amma məntiq elmi heç nəyə tərif vermir və heç nəyi də sübut etmir. Bu elm düzgün tərif verməyi və düzgün dəlil gətirməyi öyrədir.
İslam məntiqi iki hissədən ibarətdir: təsəvvür və təsdiq. Məsələn, tovuz quşunu ilk dəfə görən insan hiss edir ki, zehnində bu vaxtadək olmayan bir təsəvvür yaranır. Gördüyümüz quş məlum idi. Təsəvvürümüzdəki isə həmin məlumun surətidir. Demək, elm məlumların zehnimizdəki surətidir.
Zehn aldığı surəti ya təsdiq, ya da inkar etməlidir. Əgər zehn aldığı məlumatı doğru hesab edirsə, bu təsdiqdir.
Həm təsəvvür, həm də təsdiq iki cür ola bilər: zəruri və ya nəzəri. Alınan məlumatı düşünməyə ehtiyac yoxdursa, bu zəruridir. Məsələn, hiss olunan istiliyi düşünməyə ehtiyac yoxdur. Amma, məsələn, mələk və cini təsəvvürləri düşünmədən təsdiq oluna bilməz. Belə təsəvvürlər nəzəridir.

Allah sizə yar olsun.
Sual (75) : Salamun əleykum. Məntiq elmi necə elmdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İslam elmləri iki hissəyə ayrılır: əqli elmlər və nəqli elmlər. Haqqında danışacağımız məntiq elmi əqli elmlərdən hesab olunur.
Bu elm İslama xaricdən daxil olmuşdur. Əvvəldə qeyd etmişdik ki, İslamda əsas elmlərin mövzusu etiqad, əxlaq və əməldir. Digər elmlər isə bu üç əsas elm üçün müqəddimə rolunu oynayır. Məntiq də həmin müqəddimə elmlərdəndir. Bu elm yunan mətnlərindən tərcümə olunmuşdur. Məntiq Ərəstunun (Aristotel) adı ilə bağlıdır.
Məntiq elminin yunanlardan götürmüş müsəlmanlar ona bəzi əlavələr etməklə daha da kamilləşdirmişlər. İbni Sinanın “Əş-şifa” məntiqi müsəlmanlar arasında yaranmış və qəbul olunmuş məntiqdir.
Məntiq elmi düzgün düşünmə qanunlarından ibarətdir. Məntiqi bilən insan qarşısına çıxmış məsələyə münasibətdə bu elmdən ölçü aləti kimi istifadə edir. Demək, məntiq insan zehnini xətalardan qoruyur.
Əgər məntiq düşüncənin, təfəkkürün düzgünlüyünə xidmət edirsə, düşüncüyə tərif vermək lazım gəlir. Təfəkkür bir neçə məlumu əlaqələndirib yeni məlum əldə etmək və məchulu məluma çevirməkdir.
Sadə bir misal: İlqar ərəbcə bilirmi? Düşünürük: Mədrəsəni bitirənlər ərəbcə bilir; İlqar mədrəsəni bitirib. Nəticə alırıq: İlqar ərəbcə bilir.
Demək, düşünən insan əvvəlcədən məlum olanları lazımı ardıcıllıqla düzüb, məchulu tapır.

Allah sizə yar olsun.
Sual (76) : Salamun əleykum.Elm və müəllinin insan üçün nə kimi əhəmiyyəti vardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Ruhun ən gözəl sifətlərindən biri elmdir. Alim günəş, nadan isə zülmətə bənzədilmişdir. Yaranış sirlərini öyrənmədən, kairatdakı nizamdan xəbərdar olmadan, millətlərin keçmişini və bu gününü araşdırmadan insan öz qəlbini işıqlandıra bilməz.
İslam peyğəmbəri özü şəxsən mədrəsələri gəzər, hətta imtahanlara nəzarət edərdi. Rəvayətdə nəql olunur ki, Şəfa adlı qadın peyğəmbərin evinə gəlib, onun ailə üzvlərinə elm öyrədərdi.
“Mücadilə” surəsinin 11-ci ayəsində buyurulur: “Allah iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldır”. Rəvyətlərdə byurulur ki, alimin ölmü bir qəbilənin ölmündən daha zərərlidir. İmam Bəqir (ə) buyurur: “Elmindən istifadə olunan alim 70 min abiddən üstündür.”
İslam nəzərincə insanın şəxsiyyəti onun elmi ilə müəyyən olunur. İslam peyğəmbəri (s) buyurur ki, elmi çox olanın dəyəri də çoxdur.
Hər bir insanın mənəvi diriliyi müəllimdən çox aslıdır. Ona görə də İslamda Müəllimə ehtiram vacib buyurulur. Həzrət Əli (ə) buyurur: “Mənə bir şey öyrədən şəxs məni özünə qül etdi”. Şagird müəllimin ciddi rəftarına dözməli, ölümündən sonra ona dua etməlidir. Müəllim də öz növbəsində şagirdi müəyyən bir səviyyəyə çatdırmağa səy göstərməli, elmi qavrayışı aşağı olan şagirdləri həvəsdən salmamalıdır.

Allah sizə yar olsun.

Sual (77) : Salamun əleykum.Peğəmbəri-Əkrəm (s) buyurubki: Elm əməlin rəhbəridir və əməldə ona tabedir.Elimi Allah istədiyi şəxslərə verir. Elimsiz əməllər necə olar? Onların dəyəri Allah qatında qəbul olarmı? Doğrudur elm insanın əməllərini, niyətləridə saflaşdırmak üçün vasitədir.Elm əldə etməyin şərtləri varmı və bunlar hansılardır?Məsələn mən mədrəsəyə yollandım Valdeyinimin əmri ilə geri qayıtdım.Mədrəsədə elm əldə etmək nisbətən içtimayət içərisində elm əldə etməkdən çox asandır.Necə deyerlər:Tələbəyə dərslərini diqqətlə oxuması və s.Vacibdirsə,mənəsə övladlarıma halal ruzi qazanmaq vacibdir.(İnşallah düz fikirdəyəm.)Tələbəyə dərs vacibsə oda ona əməl edirsə demək ki gün-bəgün onun elmi artar.Mənsə elmdən halal və haram ruzi, bölməsini dəqiq öyrənməyə çalışıram.Qiyamətdə elmsizlik ücbatından əməllərimdəki nöqsanlara görə mən bədbəxt olmaram?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İnsan bəzən hansısa bir dini əməli kor-təbii həyata keçirir. İcra etdiyi əməlin əhəmiyyətinin fərqinə varmır. Beləsi yalnız kimdənsə eşitdiyi, lakin tədiqiat aparmadığı, dəyərəni anlamdığı bir ideologiyaya xidmət edir. Yəni, Allaha ibadət edir, lakin Allahın əzəmətini dərk etmir, ibadətin həqiqətindən xəbərsizdir. Bütün bunlara baxmayaraq, üzürlü səbəblərə görə Ona belə ibadət edənlərin ibadətini Allah qəbul edər. Lakin Allah üçün belə ibadtlər çox da önəm daşımır. Amma bəziləri də vardır ki, Uca Allahını dərk edib, vəzifəsinin Ona ibadət etmək olduğunun fərqindədir. O, Allaha mərifət, ruh yüksəkliyi ilə ibadət edir. Belə bir şəxs kiminsə təsirinə düşüb ibadət etmir. Möhkəm dəlillər, dərin təfəkkürü sayəsində Allaha tapınıb və Ona ibadət edir. Uyğun hədisdə elm bu mənadadır. Hədisdə təfsir, üsul, fiqh və s. kimi konkret elmlər nəzərdə tutulmayıb. Düzdür, onların insanın dünyagörüşünün formalaşmasında böyük təsiri var. Lakin onlar kafi deyil.
Allah sizə yar olsun.
Sual (78) : Salamun əleykum.Mən sizdən “1 gun elm oyrənmək 40 il ibadətdən ustundur” hədisi barəsində sorusmaq istəyirəm.Mən bu hədisin mutəvatir olmamasini istisna etmirəm.Axi bu hədis 1)Peyğəmbər və Əhli-Beyt hədisləri ilə ziddiyyət təskil edir. Hz. Əlinin (ə) “Allah yaninda namazdan daha ustun bir əməl yoxdur”, Peyğəmbər (s) “namaz möminin meracıdır”, “namaz dinin dirəyidir” hədisləri ilə təzadliq təşkil edir; 2) Bu hədis Quranla ziddiyyət təşkil edir: “O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər”. (əl-Bəqərə.3). Bu barədə sizin fikilərinizi bilmək istəyirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Burada ibadət daha ümumi mənada işlənmişdir. İslam dinində hər bir xeyir əməl əgər saf niyyətlə icra edilərsə, ibadət sayilır. Amma bu o demək deyildir ki, biz hansısa xeyir əməli həyata keçirdiyimiz halda , vacib əməlimizi tərk etməliyik. İslam dinində namaz dinin sütunu sayılır, amma bir nəfər halal ticarətlə məşgul olursa, işi ibadət sayilır, amma bu o deməkdir ki, vacib əməllərini tərk etməlidir? Vacib əməllər, xüsusilə namaz heç bir halda tərk olmayan dini əməldir.
Elmi vacib əməllə deyil, müstəhəb əməllə müqayisə etmək olar. Məslən, bir bucaqda oturub müstəhəb ibadətlə gün keçirənlə insanalra elm oyrədən şəxs arasında çox böyük fərq var. Aydındır ki, fərdi deyil, daha çox ümumi işlər görmək, insanları maarifləndirmək daha çox fəzilətə malikdir.
Həm də elm ibadətin ayırılmaz hissəsidir. Elmlə ibadət edən və ya namaz qılan şəxsin ibadəti elmsiz, kor-təbii ibadət edən şəxsin ibadətindən dəfələrlə üstündür. Birincisi ibadətindən mənəvi zovq alır, Allahla qurduğu ünsiyyət nəticəsində günü gündən yüksəlir, ruhu böyüyür, ikincisi isə adət halını almış əməldən başqa bir iş görmür.

Allah sizə yar olsun.

Sual (79) : Salamun əleykum.Elm öyrənmək vacibdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Həzrəti Məhəmməd (s) buyurur: “Elm öyrənmək bütün müsəlmanlara vacibdir”; “Beşikdən qəbrədək elm öyrənin”; “Çində də olmuş olsa, elm öyrənin”; “hikmət möminin itkisidir...”Cəhalət dövrünün insanı “elm faydasız bir şeydir” deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq: Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər “elm faydasız bir şeydir” deyən tapılsa, sadəcə, onu bir neçə gün eləktirik enerjisindən mərhum etmək lazımdır. Qoy, bu insan qaranlıq dynyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın! Onda elmin faydasını yaxşıca anlayar.
Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq yaradır. O isə təkcə cimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qurani-kərimdə buyurur: “Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. “Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir!

Allah sizə yar olsun.

Sual (80) : Salamun əleykum. Elm nədir?
Bismillahir-rəhmanir-rəhim.
İslam peyğəmbəri (s) buyurur: “Elm üç şeydir: “ayətun muhkəmə”, “fərizətun adilə” və “sunnətun qaimə”. Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” (“Üsuli - kafi,”c 1 s 37)
Mərhum Kuleyni yazır: “Ayətun muhkəmə əqidə əsaslarına (üsuli – din), “fərizətun adilə” əxlaq elminə, “sunətun qaimə” şəriət hökmlərinə (fürui – din) işarədir.”
Mürtəza Mütəhhəri yazır: “Biz bəzi elmləri dini, bəzi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.
Bəziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.
Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Quranı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Quran öyrənməyin də savabı yoxdur..."

Əleykumus-salam. 
Allah sizə yar olsun.
Go to TOP