Sual (61) : Salamun əleykum. Əbu Əli Sina məntiq elminin mövzusunu ikinci dərəcə dərk edilən, tanıtdıran və dəlil olaraq dəyişdirməsi bərədə bir az güniş yazın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Hər bir elmin mühüm bir əsli vardır, bu əsllərdən biri də hər bir elmdə olduğu kimi (elmin mövzusu- dur. Məntiq elminin mövzusu və məntiq elminin mövzusu ibni Sina tərəfindən dəyişilməsi bəhslərinə başlamamışdan əvvəl, yaxşı olar ki, mövzunun özünə ətraflı nəzər salıb, onun tərif, bölmələrini və onun bir elmdə olan yerini araşdıraq.
Elmin mövzusu:
"Hər bir elm, bir sıra məlumat və xəbərlərdir ki, bir əslin ətrafında toplanaraq bir elmin adını özlərinə məxsus etmişdirlər, əsl binası isə, elmin mövzusudur. Başqa cür desək elmin mövzusu o elmin əsas bəhsləridir. Bunun üçündə 40müxtəlif məlumatların bir yerə toplanmasına səbəb ki, bir elm ünvanı altında və onların başqa elmlərdən fərqli olması o elmin mövzusu deməkdir, bunun üçün də hər bir elmin ona ehtiyacı vardır.
Mövzunun tərifi:
Şeyxül Rəis mövzunu açıqlayarkən deyir: Mövzular o şeylərdir ki, o elm onların halından və həqiqətindən söhbət edir.
İbni Sina hər bir elmin ünsurlarınıda bu cür təfsir edir: "Ünsurlar o qanunlardan ibarətdir ki, onların daxilindəki bəhslər həqiqətlərinə əlavə olunmuşdur o elmlərin mövzusu üçün və ya onlardan bir növü və yaxud da onların həqiqətinə əlavə olunmuşdur və hər hansı bir elmdə ki, şübhə doğurur və onu öyrənməyə tələb edir, həmin ünsürlardır.
Buna əsasən əgər ibni Sinanın nəzəriyyəsi çərçivəsində biz də nəzər salsaq, buna nail olarıq ki, hər bir elm bilinməyən bir varlığın həqiqətini üzə çıxarmaq üçün çalışır ki, hamısı bir şeyin həqiqətidir. Belə olduqda hər bir elmin əslini bu iş çərçivəsi daxilində xəbər və məlumatlar təşkil edir. Bu xəbərlər, qanunlar çərçivəsində; mümkündür həmin elmin ünsürlərini bildirsin, belə olduqda hər elmin mənbəyi qanunlar daxilində bilməkdir ki, onlara elmin ünsurları deyilir və bütün bu hökümlər bir baxımdan yalnız bir şeydən xəbər verirlər ki. onu "elmin mövzusu" adlandırırlar.
Elmin Farabi tərəfindən təsəvvür və təsdiqə bölündüyündən sonra, məntiq elmində olan gizli sirlərin kəşf olunmasında bir alət olduğu üçün mövzunun dəyişilməsiylə qarşılaşdı.
Əslində məntiqin mövzusu "məlum"dur. Bu cəhətdən ki, bizə məlum olmayan bəhslərə doğru yol göstərir, amma əldə olan məlumatlar (bu bölmələrlə) iki hissəyə bölünür. Əslində mövzunun həyatda yaranması üçün iki varlığa ehtiyacı vardır; təsəvvür və təsdiq hissləri.
Bu cür bölümdə; məntiq öz səlahiyyəti daxilində lazımdır ki, bu iki hissənin hər ikisində olan məlumatlardan bəhs etsin, ki, fikir və düşüncə bu iki hissədə səhvlərdən amanda qalsın. Bunun üçün də lazımdır ki, məntiqin mövzusu başqa bir şeyə dəyişsin və bu məsələlər onun ətrafında bəhrələnsin. İbni Sina bu cür hissəyə bölünməsində düşünərək məntiq elminin mövzusunu, ikinci dərəcə dərk edilən məsələləri (müərrif) tanıtdıran və yaxud dəlil (höccət) olaraq dəyişdirdi. Məntiqin (müərrif) tanıtdıran hissəsində bir sıra qanunlar, kəlmələri düzgün tərif etmək üçün açıqlamış və dəlil (höccət) hissəsində isə, dəlillərə bağlı olan bəhsləri və onda səhvlərdən qorunmaq üçün olan məsələləri açıqlamışdır.
Amma bəzi məntiq alimləri bu fikirdədirlər ki, məntiqin mövzusu həmin məntiqin ikinci dərk olunanlarıdır. Bu sözün açıqlamasında demək lazımdır: (Məlumat) dərk olunanlar, yəni ümumi məna; birinci və ikinci hissəyə bölünür. Birinci dərk olunanlar ümumi mənası onlardır ki, insan fikri onu gördüyü an dərk edir. Misal üçün insan həqiqəti (həqiqi anlam) ki, onun qarşısında ikinci dərəcə dərk edilən varlıqlara növbə çatır ki, o da iki hissəyə fəlsəfə və məntiqə bölünür. Əgər ikinci dərəcədə ağıl onu hiss edərək məna edərsə, bu ikinci dərəcə düşüncəni fəlsəfəyə və amma düşüncə və fikirləşməyə yol açarsa onu məntiq adlandırırlar.
Bütün bunlardan məlum olur ki, məntiqin bütün hissələri, yalnız kiçik bir hissəsi ki, lüğətə aiddir ki, məntiqdə ikinci dərəcə dərk edilən mənalar ətrafında birləşir.
Bunun üçün də məntiq elminin mövzusu bunların nəzərində olduğu kimi (məntiqin ikinci dərəcə dərk olunması) qalmışdır.
Əlavə məlumat üçün bax:
1. Sual 1307, (sayt: 2582).
2. Hadəvi Tehrani, Məhdi, Gəncineye xerəd, cild 1, səh 292- 300.

Allah sizə yar olsun.
Sual (62) : Salamun əleykum. Məntiq və fəlsəfə alimləri nəzərindən cövhər və ərəz arasında fərq varmı? (hətta cüzi bir fərq) ya onların heç bir fərqi yoxdurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Cövhər lehsikologiya nəzərindən gövhər (ərəbləşmiş kəlmə) kəlməsinin tərcüməsidir.
Ərəz, peyda olma, üz vermə, ərz etmək və ... mənasındadır.
Filosoflar cövhərin tərifində belə deyiblər:
«الجوهر ماهیة اذ وجدت فی الخارج وجدت لا فی موضوع مستغن عنها»
"Əl- cövhəru mahiyyətun iza vucudət fil- xaric vucudət la fi mövzuin müstəğinin ənha".
Ərəzin tərifində isə deyiblər:
«ان العرض ماهیة اذا وجدت فی الأعیان وجدت فی موضوع مستغن عنه»
"İnnəl- ərəzə mahiyyətun iza vucudət fil- əyani vucudət fi mövzuin mustəğənin ənhu".
Fəlsəfi kitablarda da cövhər və ərəz belə tərif olunubdur: Xarici əşya və varlıqları araşdırdığımız zaman, varlıqların bəzisinin müstəqil və qalan bəzisinin isə müstəqil olmayıb və digərinə əsaslanır. Onların bəzisinin müstəqil vücudları var, bəzisi tabeli vücud və ümumiyyətlə varlıqların bəzisinin vücudu isə alınmadır. Məsələn, məfhumlar və izafələr. Onların bəzisinin məhəllə ehtiyacı var, bəzisinin isə məhəllə ehtiyacı yoxdur. Müstəqil olub və vücudun qərarlaşmasında məhəllə ehtiyacı olmayan varlıqlar cövhərdirlər və onların vücud haqqı odur ki, mövzuların heç birində olmasın. Amma tabeli olan və məhəllədən birində olan xarici vücud haqqı olan varlıqlar, ərəzdirlər.
Başqa sözlə, ərəz o şeydir ki, ərəzə bağlı olmayan bir şeydə olan mövcud bir şeydir. Qaranlıq və ağlıq kimi ki, onların vücudu öz özlüyündə öz məhəlləri ilə eyni varlıq və məhəlli olmadan mövcud olmazlar. Xaricdə tapılan zaman bir məhəldə olmalıdırlar.
Misal: Əql bir cöhərdir ki, tapıldığı zaman bir məhəldə tapılması üçün məhəllə bağlı deyil. Amma rənglər qalxıb- oturmaları və onun kimilər ki, xaricdə tapılmaları üçün, cismə ehtiyacı varlarıdır. Baxmayaraq ki, onların məhəlli olan cismlər, yaranmalarında o ərəzlərin heç birinə bağlı deyil.
Müştərək və fərqləri:
Cövhər və ərəzin müştərək olduqları şeyi
a). Mümkünlük.
b). Onların hər ikisinin mahiyyətinin olması.
Fərqləri:
1. Ərəz yaranan zaman məhəllə ehtiyaclıdır. Yəni xaricdə yaranan zaman mövzuların birində tapılmalıdır və zata bağlı deyil və vücudunda müstəqil və digər bir şeyə ehtiyaclı deyil.
2. Ərəz öz- özlüyünd ərəzdir, cövhər olması mümkün deyil. Çünki, ərəz elə bir varlıqdır ki, şeyin zatından xaricdir. Xarici şey digər bir şeyin zatında daxil ola bilmir.
3. baxmayaraq ki, cövhər cə ərəz vücudun formasından alınan bir məfhumdurlar, amma cövhər silsiləvi vücudların ən uca dərəcəsindədir, belə ki, əgər mümkün varlıqların hamısı ərəz olsalar, mümkün və məhdud varlıqların qeyri məhdud olmaları lazım gələcək. Halbu ki, mümkün varlıqların məhdud olmaları məlumdur.
Deməli cövhər varlıqlar silsiləsinin məhdudlaşmasına səbəb olur, ərəzin əksinə olaraq.

Allah sizə yar olsun.
Sual (63) : Salamun əleykum. İslam fəlsəfəsi barədə məlumat vermənizi istəyirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İslam fəlsəfəsi iki qismə bölünür: İşraqilik və məşşailik. İşraqiliyə Şeyx Şihabəddin Sührəvərdi, məşşailiyə İbn Sina başçılıq etmişdir. İşraqilər Əflatunun, məşşailər isə Ərəstunun ardıcıllarıdır.
İşraqilərə görə fəlsəfi məsələlərin, xüsusi ilə də ilahi hikmətin təhqiqində dəlil və əqli düşüncə kifayət deyil. Onlar həqiqətə çatmaqda nəfsin paklığını, nəfslə mübarizəni zəruri bilirlər. Məşailər isə yalnız dəlillərlə kifayətlənir.
Maraqlıdır, görən Əflatunla Ərəstun arasında belə bir fikir ayrılığı olmuşdurmu? Hər halda belə bir ixtilafın mövcud olması haqqında Farabinin məşhur bir kitabı vardır.
Əflatun fəlsəfəsinin əsasını üç müddəa təşkil edir ki, Ərəstun bu müddəaların hər üçü ilə müxalifdir:
Əflatuna görə dünyada müşahidə etdiklərimizin həqiqisi başqa bir aləmdir.
Ruhlar hələ bədənlərə daxil olanadək həmin aləmdə mövcud olmuş və yalnız bədən yarandıqdan sonra onunla əlaqələnmişlər.
İnsan bu dünyada heç nə öyrənmir, sadəcə, ruhunun həmin aləmdə gördüklərini xatırlayır. İnsan cimi üçün həqiqətin dərkində manedir və həqiqətə çatmaq üçün hökmən nəfs tərbiyə olunmalıdır.
Allah sizə yar olsun.
Sual (64) : Salamun əleykum. Fəlsəfə nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Fəlsəfə yunan sözüdür. Yunanca “Filosofiya” dedikdə “biliyə sevgi” nəzərdə tutulur. Əflatun Sokratı “filosof” adlandırardı. Amma Sokratdan əvvəl özünü “sofist,” yəni alim adlandıran insanlar vardır. Sofistlər iddia edirdilər ki, həqiqətin ölçüsü insan idrakıdır. Zaman keçdikcə sofist sözü mənasını dəyişərək mənfi anlamda işlənməyə başladı. Ona görə də Sokrat bu addan imtina edərək özünü, sadəcə, filosof, yəni elmin dostu, elmi sevən kimi tanıtdırdı.
Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kemi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfə hikmət də adlandırılıb.
İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədir: hesab, həndəsə, astranomiya, musiqi.
Bəs “qərb fəlsəfəsi” dedikdə nə başa düşülür? Fəlsəfədə yeni dövrə (????) başçılıq edən Dekart və Bekon bütün əqli elmlərdən imtina edərək təcrübə və hissi əsas götürdülər. Amma başqa bir cərəyanın nümayəndələri təcrübə yolu ilə təhqiq oluna bilən bilikləri elm, əqli bilikləri isə fəlsəfə adlandırmaqda davam edirlər

Allah sizə yar olsun.
Sual (65) : Salamun əleykum. Hikmət nədir və neçə hissədən ibarətdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Hikmət və ya fəlsəfə qədim dövrdən iki hissəyə bölünmüşdür: Nəzəri hikmət və əməli hikmət.
Nəzəri hikmət ilahiyyat, riyaziyyat, təbiət kimi elmlərdən ibarətdir.
Əməli hikmət isə əxlaq, siyasət kimi sahələri əhatə edir. Bu elmdə insanın əqlən dərk edə biləcəyi vəzifələrdən danışırlır. Heç bir insan vicdan adlı hakimdən mərhum deyil. Bu hakim hər bir işdə “olar” və ya “olmaz” hökmünü verir. Vicdan insana hökm edir ki, o, doğruçu, xeyirxah, ədalətli, azad olmalıdır. Əksinə, insan yalançı, bədxah, zalım, qul olmamalıdır.
Əməli hikmət konkret üç şöbədən ibarətdir: Əxlaq, ailə quruluşu, ictimai nizam.
Əxlaq insana necə yaşamağı öyrədir. Özünü əxlaq sisteminə malik məktəb kimi tanıtdıranların bir çoxunun iddiası əsassızdır. Çünki əxlaq elminin təqdim etdiyi sistem insanı müqəddəsliyə aparmalıdır. Bu gün dünyada təbliğ olunun bir sıra məktəblər “əxlaq sənin sevdiyin həyat tərzidir” şüarını verirlər. Guya, insanın xoşladığı həyat tərzi onun üçün ən üstün əxlaqdır. Belə çıxır ki, hərə bir şeyi sevirsə, hərənin də öz əxlaqı olmalıdır?! Əltəttə ki, bu pirinsip əslində bütün bəşəriyyəti əxlaqsızlığa aparır.
İslam dini fərdi və ictimai əxlaqın ilahi dəyərlərlə müəyyənləşdirilməsini doğru sayır. Belə bir əxlaqı vicdan təsdiq edir və belə bir insanı müqəddəsliyə aparır.

Allah sizə yar olsun.
Sual (66) : Salamun əleykum. Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi barədə daha geniş məlumat vermənizi xahiş edirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Panteism irfanda ən əsaslı mənalardandır ki, islami və qeyri islami irfan ona diqqət veriblər və İbn Ərəbinin məktəbində, əsasların əsası sayılır.
Yuxarıdakı əsaslara istinadən, vücud vahid və əzəli bir həqiqətdir. Lbəttə bu varlıq əzəli vahid Allahdan qeyrisi deyil. Varlıq aləminin həqiqi müstəqil vücudu yoxdur. Həqiqi vücud yalnız bir dənədir. İnsanın gözündə vücud görsənən hər şey, ilahi vücud olan, vahid həqiqətin müxtəlif təzahürləridir.
Deməli, biri xaliq adı ilə və digəri isə məxluq adıyla, iki ayrı vücudun olmasını qəbul etmək olmaz. Beləliklə bir həqiqi vücuda inanmaq lazımdır ki, haq vücud bəzən varlıqların dərəcəsinə enir və eyni məxluq olur.
İbni Ərəbi bir yerdə deyir:
"فما وصفناه بوصف الاّ كنّا نحن ذلك الوصف، فوجودنا وجوده، ونحن مفتقر اليه من حيث وجودنا، و هو مفتقر الينا من حيث ظهوره لنفسه."
Tərcümə: "Biz onun barəsində nə desək, əslində özümüzdən vəsf edib və özümüzdən demişik. Çünki, bizim varlığımız onun varlığıdır. Bizim var olmağımız üçün, ona ehtiyacımız var, o isə aşkar olmaq üçün, bizə ehtiyaclıdır."
Onun nəzərindən, Allah və varlıqlar.bir- birinə ehtiyaclı olan, bir şeydirlər. çünki bir həqiqətin üzüdürlər. Deməli varlıqlar Allahın ism və sifətlərindən başqa bir şey deyil. Varlığın Allaha nisbət verməyinsonu, həqiqi nisbət və varlığın məxluqlara nisbətinin sonu isə məcazidir.
Futuhati məkkiyyə kitabında, insanların "Heyrəti" barəsində deyir:
"Allah adamının heyrəti ilə, fikir əhlinin heyrəti arasında fərq budur ki: Ağıl sahibi deyir:
«و فى كل شى له آية
تدل على انه واحد،»
Amma təcəlli sahibi belə deyir:
« و فى كل شى‏ء له آية
تدل على انه عينه»
Deməli vücud evində, Alladan başqa bir şey yoxdur. Allah özündən başqa heç kimi və heç nəyi tanımır. Bu vahid həqiqətə işarə edir, o şəxs ki, Əbu Yəzid kimi "Ənəllah" dedi: və ondan qabaq yaşayan qeyriləri ki, "Sübhani" demişdir.
Nəhayət, İbn Ərəbinin çoxlu tənqid və etiraza məruz qaldığı, panteism barəsində olan ən açıq cümləsi, futuhatda gələn, aşağıdakı cümlə və onun ardınca olan beytlərdir:
« فسبحان من اظهر الاشياء و هو عينها»
Qpak və münəzzəhdir, o şəxs ki, əşyaları aşkar etdi və əşyaların özüdür.
فما نظرت عينى الى غير وجهه
و ما سمعت اذنى خلاف كلامه
فكل وجود كان فيه وجوده
و كل شخيص لم يزل فى منامه
Yəni, gözüm onun üzündən başqa bir şeyə baxmayıb. Qulağım onun sözündən başqa bir şey eşitməyibdir. Deməli hər şeyin vücudu ondadır və hər kəs onun istirahət yerində rahatlanıbdır.
Deməli, panteism irfani məktəb və məzhəblərin əsası olaraq, bu mənayadır ki, aləmdə müşahidə olunan hər bir varlıq, yalnız Allahın təcəllisidir. Onlar Allahın məxluqları deyil, əksinə bu mənayadır ki, bunların hamısı odur, yəni belə deyincə:
63Bütün aləmə aşiqəm, çünki aləmlərin hamısı ondandır. Belə demək lazımdır: Bütün aləm odur. Necə ki, sikkizinci əsrin ariflərindən olan şeyx Mahmud Şəbistəri belə demişdir:
Cənab həzrət haqda ikilik yoxdur.
O həzrətdə, mən, biz və sənlik yoxdur.
Mən, biz, sən, və o bir şeydir,
Ki, birlikdə. Heç ayrılıq olmaz,
Əbədi ilə birlikdə olan və məhv olmaz
Suluk və seyr və arif
İmam Məhəmməd Qəzzali deyir: Ariflər məcazın ən aşağı nöqtəsindən, həqiqətin ən yüksək dərəcəsinə uçurlar. Bu meracda özlərini təkamülə yetirəndən sonra, varlıq aləmində Allahdan başqa heç kimin olmadığını görürlər. bütün şeylər ondan başqa hamısı həlakdır, nəinki bir zamanda, əksinə əzəli və əbədi olaraq.
Bütün şeylərin iki cəhəti var: Özünə tərəf olan cəhət və Allaha tərəf olan cəhət ki, birinci cəhətlə nüqayisədə heçdir. Amma ikinci cəhətdə müqayisədə isə, varlıqdır. Nəticədə Allah və onun cəhətindən başqa bir varlıq yoxdur." "كل شى هالك الاّ وجهه" ازلاً و ابدا əzəli və əbədi olaraq.
Ona görə də, ariflər "limənil- mulkulyəim? Lillahil- vahidil- qəhhar" nidasını eşitmək üçün, qiyamət gününə kimi gözləməyə ehtiyaclı deyildirlər, əksinə bu nida onların qulağından heç vaxt kəsilməz. onlar "Allahu əkbər" sözündən, onun hamıdan daha böyük olması mənasınıanlamırlar. Vücud dəryasında ondan daha böyük bir dərya yoxdur ki, o ondan daha böyük olsun. Ondan qeyrisi heç vaxt haqla birgə olmaq dərəcəsinə yetişməz.qeyd etmək lazımdır ki, vücudun əsas olması termini, Mühyiddinin sözlərində olunmurdu, İbn Ərəbinin və ondan sonrakı ariflərin kitablarını şərh edənlər, İbn Ərəbinin təlimlərindən istifadə edərək, belə bir termini işlətdilər.
Panteism nəzəriyyəsinə olan arqument:
Filosof ariflər, Sədrül- mütəllihin və digərləri kimi, vücudun əsil olması və vücudun məna cəhətdən müştərək qeyd ediblər. o arqumentlərdən biri belədir: Vücudun məna cəhətdən müştərək olmasını nəzərə alaraq, vücudun vahid həqiqəti olmalıdır. Çünki vahid mənanı müxtəlif varlıqlardan əldə etmək mümkün deyil.
Həmçinin, pateism nəzəriyyəsini təsdiqləyən və fəlsəfədə açıqlanan əsas və pirinsiplərdən biri bütün əşyaların zatının bəsit olması qaydasıdır. Bu açıqlama ilə haqqın bəsit zatı, əgər bəzi varlıqlara şamil olmasa, onda zatın mürəkkəb olması lazım gəlir, (baxmayaraq ki, ağılın şərt olmasına əsasən olsun) varlıq və yaxşılıqdan, mürəkkəbçilik zatın bəsit olmasıyla uyğun deyil. Deməli mütləq vücudun, bütün varlıqların kəmallarını, bəsit formada malik olmasını demək lazımdır.
Fəqih və kəlam alimlərinin müxalifət etməsinin səbəbi:
Fəqih və kəlam alimlərindən bəzisi, istərsə olsun istərsə də sünni, hətta məsihi kəlam alimlərindən də, Sufi və ariflərin əqidəsinə qarşı, məxsusən panteism əqidəsinə iradlar ediblər. Bəziləri, ariflərin belə nəzəriyyələrinə görə, hətta kafir də elan ediblər. Çünki belə bir əqidəni,ilahi təlimlərə zid bilirdilər. Məsələn: "La ilahə illəllah" ki, islamın ilk şüarıdır, "la vücudə illəllah" cümləsilə zid bilirlər. Çünki birincisi bunu çatdırır ki, bütlər və digər ilahələr kimi, Allahdan qeyrisini pərəstiş etmək olmaz, Amma ikinci şüar deyir: Nə varsa, istər büt olsun və istərsə də başqa məbudlar, Allahdır. Allahdan başqa əslində başqa bir şey yoxdur,əksinə müxtəlif formalarda ibadət olur.
Yaxud ariflər deyiblər: "Subhanə mənəzhərəl- əşya və huvə əyniha" bu sözə irad tutublar ki, məgər Allahın mövcudatın eyni olması mümkündürmü, halbuki, varlıqların bəzisi, alçaq, çirkin və nəcisdirlər? Deməli bu söz küfrlə bərabərdir.
Əlbəttə qeyd etmək lazımdır ki, ya ariflərin bəzisi, öz məqsədlərini yaxşı çatdıra bilməyiblər və ya tənqidçilərin bəzisi onların sözlərini yaxşı anlamayıblar. Bu məsələ iradların mənşəyi olubdur və ariflər barəsində ümumilikdə və İbn ərəbi barəsində isə xüsusi formada. Bir- birinə zid fikirlərə səbəb olubdur. Panteism məsələsi o qədər ağır və dəqiq bir mövzulardandır ki, heç kəs nə onu bütünlüklə açıqlaya bilər və nə də hər kəs onu olduğu kimi dərk edə bilər.
Sədrül- mütəllihin, səhv düşüncənin qabağını almaq üçün, panteism mövzusunu tamamilə təhlil etməyə çalışan şəxslərdən biridir.
O, xüsusi varlıqlar müəyyən mövcudlarda vücudun həqiqətinin necə cərəyanda olması barəsində deyir:
Əşyalar varlıq aləmində üç dərəcəyə malikdirlər:
Birinci dərəcə: Mütləq varlıq və özündən qeyrisinə bağlı olmayan dərəcədir. Hansı ki, ariflər ona "qeybi varlıq", "mütləq qeyb" və "zatı əhədiyyət" deyirlər. Onun nə adı var nə də sifəti, və nə də heç kəs onu tənıya bilməz.
İkinci dərəcə: Qeyrisinə bağlı olan varlıq ki, məhdud hökümlərlə sifətlənibdir. Məsələn, əqllər, nəfslər, fələklər, ünsurlar və mürəkkəblər, insan, canlılar, ağac, külək və digər xüsusi varlıqlar kimi.
Üçüncü dərəcə: Mütləq "geniş vücud" ki onun ümumiliyi, ümiminin hərtərəfliliyi mömindən deyil, əksinə başqa cürədir. Vücud, əldə olunan olduğuna görə, ümumi təbii ya əqli olmasından asılı olmayaraq. Məlum halda deyil və var olması üçün, digər bir şeyin ona əlavə olmasına ehtiyaclıdır. Bu geniş vücudun vəhdəti cəhətdən deyil, çünki, varlıqların vücudunda yayılmış bir həqiqətdir. O, dünyanın əsasədər və həyat çarxıdır. Ərşi rəhman və sufilərin dililə "Əl- həqqul- məxluqu bih" və həqiqətlər həqiqətidir.
Sonra bu mövzunun ardına, səhvi aradan qaldırmaq mövzusunu əlavə edir:
Dediklərimizdən bu isbat oldu ki, ariflərin dilində, hər vaxt, vacib barəsində, mütləq vücud işlənsə, məqsədləri, birinci mənada olan vücuddur. Yəni o varlıq heç bir şərtsiz və qeydsizdir. (bişərti la şey), axırıncı məna qəsd olunmur. Əks halda aydın olduğu kimi mənanı bir- birindən ayırmadan və səhv üzündən, nə qədər yolunu azmaları və səhv əqidələr qarşıya çıxır. Dindən çıxma, hər şeyin halal olması, Allahın əşyalarda özünü göstərməsi və Allahın varlıqların xüsusiyyətlərinə malik olması və hadisələr və naqisliyin onda olmasını deməyə gətirib çıxarır.
Sədrül mütəllihin digər yerdə "vəhm və tənbih" başlıqlı mövzuda belə deyir:
Sufilərə aid edilən nadanlardan bir dəstə, arif alimlərin yolunu öyrənməmiş və ariflər dərəcəsinə yetişməyənlərdən, fikirlərinin zəifliyi, etiqadlarının möhkəm olmaması və vəhmin onların batinlərinə qələbə çalmasına görə, ariflərin dilində "məqame əhədiyyət" "qeybi hoviyyət" və "qeyblər qeybi" adlanan Allah, ö zühur və təcəllisi olmadan, hal- hazırda vücud tapa bilməz, əksinə həmin surətlər aləmində mövcuddur.
Onun hissi, ruhani və Allah və qüvvələri, cəm olmuş zahiri olanlardır, ondan qeyri olan varlıqlar deyil. O cəm zahir, böyük insan və kitabi mubindən ibarətdir ki, buu balaca insan, ondan qısa nömunə və nüsxədir. Bu söz və əqidə, küfr və rüsvayçılıq və xalis dinsizlikdir. Bir az elmi olan hər bir şəxs, dilinə belə bir söz gətirməz. bu işi sufilərin böyüklərinə və onların rəislərinə nisbət vermək, böyük iftiradır. Onların batini və sözlərdən uzaqdır. Ola bilsin ki, belə bir cahilanə olan gümanın səbəbi, vücudun işlədilmələrində olan səhvlərdir. Bəzən vücud, Allahın zatına deyilir, bəzən mütləq şeylərə, bəzən də ümumi əqli mənaya.
Burda, ariflərlə alimlərin bir- biri ilə ixtilaf etmələrinin, ibarətin düzgün olmamasına. Ya açıqlamanın aydın olmamasına və ya düzgün başadüşülməməsinə görə, olmasını təsdiqləmək üçün bir məsələni qeyd etməyi münasib bilirik: İrfan və sufiliyin əleyhinə yazılan kitablardan biri, "məsrəut-təsərruf" kitabıdır. Burhanəddin Bəqai ( 809 888 h.q) yazmışdır. O kitabda düzgün başa düşülməmə nümunələri qeyd olunubdur ki, biz onların birinə işarə edirik:
Şeyx Zeynəddin əbdür- rəhim ibnil Hüseyn iraqi, hansı ki, Bəqai ona şeyxlər şeyxi, Şeyxül- islam, ümmətin imam, zəmanənin qoruyanı, adı verib, İbn ərəbi barəsində deyir: bu Allah və onun rəsulu və möminlərin müxalifi gəldi və sufilərin işini qəbul etdi və onları Allah tanıyanlardan saydı və dedi: Əslində, arif o şəxsdir ki, haqqı (Allahı) bütün Şeylərdə görür, hətta onu bütün şeylərin eyni bilir. Şübhəsiz bu sözü deyənin şirki, yəhudi və xrisrianların şirkindən daha pisdir. Yəhudi və məsihilər, Allahın yaxın bəndələrindən birinə ibadət etdilər, bu ibn ərəbi isə qoyun və bütün ibadətini, Allahın ibadətinin özü bilir. Hətta onun sözü ora çatır ki, Allahı it və donuz və sair eyni bilsin.
Hətta nəcis Doğru danışan elm əhlindən biri, mənə belə danışdı ki, iskəndəriyyə yaxınlığında, bu adını qeyd etdiyimiz şəxsin ardıcıllarından birini gördüm ki, mənə dedi, Allah bütün şeylərin özüdür. Oradan bir uzunqulaq keçirdi, ondan soruşdum: Bu eşşəyin də? Cavabverdi: Bəli. Dedim: Bu eşşək də, onun nəcisi də? Dedi: Bəli. Bu nəcis də və sair.
Qərbi afrika ölkələrində də, ariflərə edilən iradların çoxu, düzgün anlamamağa qayıdır. Xüsusilə panteism nəzəriyyəsi, iradların əsaslı olmuşdur.
Doktor Barens, Birmenqam şəhərinin keçisi deyir: Mənim fikrimcə, panteismin bütün növləri kənara qoyulmalıdır.
Çünki, əgər insan həqiqətən xaliqin bir hissəsi olsa, insanın zatında olan pislik və çirkinlik, Allahın bir hissəsi olmalıdır.
Estis məsihi kəlam alimlərindən, panteism nəzəriyyəsinə edilən iradlar barəsində yazır: Güman edirəm, möminlərin və tək Allahçıların panteismə qarşı pis fikrində olmalarına, üç əsas səbəb tapmaq olar.
Birincisi budur ki, tək Allahçılıq, müəyyən Allaha etiqadlıdır, halbuki, qərb alimləri nəzərindən panteism, na müəyyəndir mütləq varlığa etqadlıdır.
İkincisi budur ki: İrad edirlər ki, əgər paneism nəzəriyyəsinə uyğun, dünya və onda olanlar, ilahiləşsələr, belə olduqda, "şər" də ilahiləşəcək.
Üçüncüsü budur ki: Bütün dinlərdə, Allahın həssaslıq Rodolf Otonun heybət üzündən olan təsəvvürü ilə uyğundur. Bəşər Allah yanında heçdir. Öz Allahından pərdə də olan və günahkar bir vücuddur ki, günah və bağışlanmayan halında "zalım və cəhul" xitabına layiqdir. Bu vəsflə əslində xalis küfrdür ki, birlik iddiası, öz Allahı ilə bərabərlik mənasında olarsa. Allahla insan və Allahla dünya arasında arada fasilə var.
Beləliklə, islamı və qeyri islami kəlam alimlərinin və fəqihlərin, panteism nəzəriyyəsilə müxalifətçilik etmələrinin səbəbi məlum olur. Mövzunun ağır olması, onun aydın olmaması, irfan iddiasında olan bəzi cahillərin səhv açıqlaması və bəzi zehinlərin bunu qəbul edə bilməməsi, bu nəzəriyyəni inkar etməyə əsas səbəblərdən olması aydın oldu. Doğru yol budur ki, belə bir dərin mövzular barəsində, elmi olmayan şəxslər fikirlərin bildirməsin. Ariflərinməqsədini anlamayan şəxslərdə, onları küfr və dindən çıxmağa müttəhim etməsinlər. ən yaxşısı budur ki, kafir və fasiq etmək əvəzinə, məlumatları olmamasını bildirsinlər.

Allah sizə yar olsun.
Sual (67) : Salamun əleykum. Fiqh elmi üsulunun mənbəsi hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şiə məzhəbində fiqh elminin dörd mənbəsi vardır: 1. Quran; Sünnət, yəni peyğəmbər və imamların buyuruğu və əməli; 3. İcma; 4. Əql.
İslam hökmlərinin ilkin mənbəsi Qurandır. Əlbəttə ki, Quran yalnız əməli hökümlərdən ibarət deyil. Quranın 6666 ayəsindən beş yüz ayəsi əməli hökmlərə aiddir.
Müsəlmanlar İslamın əvvəl vaxtlarında bir hökmün sübutu üçün Qurana müraciət ıedərdilər.Sonradan özünü işə hesab edən “əxbariyyin” adlı kiçik bir qurup adi insanlara Qurana əsaslanmağı caiz bilirdilər.
Sünnət dedikdə peyğəmbər və məsum imamların sözü və əməli nəzərdə tutulur. Demək olar ki, bütün məzhəblər sünnətə müraciət edir. Şiələr belə hesab edirlər ki, yalnız şiə və adil insanların, ən azı doğruçuluğu sübut olunmuş insanların nəql etdiyi hədislər etibarlı sayıla bilər. İcma bir məsələ haqqında müsəlman alimlərin yekdil rəyidir. Əgər peyğəmbər dövründə yaşamış əksər alimlər müəyyən məsələlər barədə vahid rəydə olmuşlarsa, demək, onların rəyi peyğəmbərin nəzərinə uyğundur. Demək icma yalnız peyğəmbər və imamların müasiri olmuş alimlərə aiddir.
Fiqh elminin dördüncü mənbəsi əqldir. Əgər əql yolu ilə gətirilən dəlildən yəqinlik hasil olarsa, əqlə əsaslanmaq olar.

Allah sizə yar olsun.
Sual (68) : Salamun əleykum. Fiqh üsulu hansı elmdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Üsul elmi fiqh və üsul elmlərinin birləşməsindən yaranmışdır. Üsul elmi fiqh elmi üçün müqəddimə rolunu oynayır.
Fiqhin lüğət mənası dərin fəhmdir. Qurani-Kərimdə, peyğəmbər və imamların buyuruqlarından tez-tez “təfəqqüh” kəlməsi ilə rastlaşırıq. Təfəqqüh din elmlərinin öyrənməsinə işarədir.
Sözsüz ki, İslam hökmlərində bütün məsələlər işıqlandırıla bilməz.
Fiqh elmi ilə məşğul olan alimin, yəni fəqihin vəzifəsi mötəbər mənbələrə əsaslanaraq yeni hadisələr barədə öz nəzərini bildirməkdir. Fiqh etiqad yox, əməli hökmlər haqqında elmdir.
Hər bir fəqih aşağıdakı elmlərdən müqəddimə kimi istifadə edir:
Ərəb ədəbiyyatı, yəni nəhv, sərf lüğət, məani, bəyan, bədi.
Qurani-Kərimin təfsiri
Məntiq
Rical elmi (rical elmi hədisləri nəql etmiş raviləri tanımaqdır)
Hədis elmi
Fiqh üsulu
Üsul elmi hər hansı bir hökmün sübutu elmidir. Bu elm fiqh mənbələrindən istifadə edərək düzgün subut etmə üsulunu öyrədir.

Allah sizə yar olsun.
Sual (69) : Salamun əleykum. Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
1. "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, o vahid həqiqətin müxtəlif təzahürləridir ki, əşya formasında təcəlli olublar və bunların hamısı, o vahid həqiqi vücudun özüdürlər.
2. Panteismə fəlsəfi arqument də gətirilib. Hərçənd onu isbat etməkdə, müşahidəyə əsaslanır. Bu arqument "vücudun əsilliyinə" və "vücudun mənəvi iştirakına" əsaslanır. Bu arqumentlərdən biri budur ki, vücudun mənəvi iştirakını nəzərə alaraq, vücudun vahid həqiqəti olmalıdır. Çünki müxtəlif varlıqlardan vahid mənanı əldə etmək, mümkün deyil. Bundan əlavə panteism nəzərini təsdiq etmək üçün "bütün əşyaların həqiqətinin bəsit olması"qaydasında istinad ediblər.
3. Fəqih və kəlam alimlərinin bəzisi, panteism nəzəriyyəsilə müxalifətçilik ediblər. Onların bəzisi onu şirklə eyni bilirlər. Allahın vücudunu, əşyaların vücudundan ayrı bilirlər. Onların fikrincə, Allahın vücudu, maddi əşyaların çirkinliyi ilə bir yerdə ola bilməz.
4. Fikrimizcə, bəzi alimlərin ariflərlə və məxsusən panteism nəzəriyyəsi ilə müxalifətçilik etmələri, irfanda açıqlanan məsələlərin, məxsusən qeyd olunan nəzəriyyənin dərin və düşüncə üçün ağır olmasıdır. Belə ki, irfan iddiasında olanların bəzisi, məsələni düzgün formada açıqlaya bilmədilər. Digər bir dəstə isə, elmi savadlarının zəifliyinə görə, o cür dəqiq məsələləri qəbul edə bilmədilər.
5. Sədrül- mətəllihin, arif üslublu bir filosof olaraq, panteismin mənasında saflaşdırma və düzgün başa düşülməmə nəticəsində yaranan iradları aradan qaldırmağa çalışılır. O cümlədən əsfar ərbəə kitabında, heç bir şeylə məhdudlaşmayan, mütləq varlıq ki, ona "zati əhədiyyət" və buna oxşar terminlər işlədir, bununla, varlıqların vücudu ilə genişlənmiş" mürəkkəb varlıq" arasında, fərqin olduğunu bildirir. Panteism və mütləq vücuddan ariflərin məqsədini, birinci mənada bilir, nəinki ikinci mənada. Səhv, inkar və küfr demələrin mənşəyini, mənada qarışıqlıq bilir.

Allah sizə yar olsun.
Sual (70) : Salamun əleykum. Fiqh elminin neçə babı vardır və hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Fiqh elmi dörd babdır: İbadət, uqud (əqdlər), iqaat və əhkam (mühəqqiq hilminin nəzərinə görə).
İbadət babı on kitabdan ibarətdir:
1. “Təharət” kitabı; 2. “Səlat “ (namaz) kitabı; 3. “Zəkat” kitabı; 4. “Xums” kitabı; 5. “Soum” (oruc) kitabı; 6. “Etikaf” kitabı; 7. “Həcc” kitabı; 8. “Ümrə” (kiçik həcc) kitabı; 9. “Cihad” kitabı; 10. “Əmr be məruf və nəhy əz münkər” kitabı.
Uqud babı on beş və ya daha artıq kitabdan ibarətdir:
“Ticarət” kitabı; 2. “Rəhn” kitabı; 3. “Həcr” kitabı; 4. “Zəman” kitabı; 5. “Müflis” kitabı; 6. “Sülh” kitabı; 7. “Şirkət” kitabı; 8. “Müzaribə” kitabı; 9. “Müzariə” kitabı; 10. “Vədiə” kitabı; 11. “Ariyyə”kitabı; 12. “İcarə” kitabı; 13. “Vəkalət” kitabı; 14. “Vüquf və sədəqat” kitabı; 15. “Əl-sukna vəl-həbs” kitabı və s.
İqaat on bir kitabdan ibarətdir:
“Təlaq” kitabı; 2. “Xəl vəl-mübarat” kitabı; 3. “Zihar” kitabı; 4. “İla” kitabı; 5. “Ləan” kitabı; 6. “Ütq” kitabı; 7. “Tədbir, mükatibə, istilad” kitabı; 8. “İqrar” kitabı; 9. “Cəlalət” kitabı; 10. “İman” kitabı; 11. “Nəzr” kitabı.
Əhkam babı on iki kitabdan ibarətdir:
1. “Seyd, zibh” kitabı; 2. “İtətə vəl-əşrəbə” kitabı; 3. “Qəsb” kitabı; 4. “Şufə” kitabı; 5. “İhaul-məvat” kitabı; 6. “Ləqte” لقطه kitabı; 7. “İrs” kitabı; 8. “Qəza” kitabı; 9. “Şəhadət” kitabı; 10. “Hüdud və təzirat kitabı”; 11. “Qisas kitab; 12. “Diyat” kitabı.

Allah sizə yar olsun.
Go to TOP